Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri



Yüklə 0,82 Mb.
səhifə39/63
tarix31.12.2021
ölçüsü0,82 Mb.
#50008
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   63
Mülki müdafiə mühazirələr.

BAKI-2021
Mühafizə qurğuları, vəzifələri və təsnifatı

Fövqəladə hallarda (FH) əhali arasında itkilərin qarşısının alınması və ya maksimum dərəcədə azaldılmasına yönəldilən mühəndis-texniki tədbirlər kompleksinə mühəndis-mühafizə sistemi deyilir.

Bu kompleksə (mühəndis tədbirlərinə) aid edilən əsas tədbirlərdən biri də mühafizə qurğularının inşaatıdır.

Mülki müdafiənin mühafizə qurğuları fövqəladə hallarda adamların daldalanıb hər cür zədələyici vasitələrdən qorunması üçündür və onlardan sülh dövründə müəssisələrin ehtiyacları və əhaliyə xidmət məqsədilə istifadə edil-məlidir.

Fövqəladə hallar qəflətən yaranan hallarda belə xüsusi qurğular əhalinin mühafizəsi üçün ən etibarlı və səmərəli vasitədir.

Mühafizə qurğuları kollektiv mühafizə vasitələridir. Onlar təyinatına, yerləşdirilməsinə, tikilmə müddətinə, materialına, xassələrinə görə belə təsnif edilir

Təyinatına görə:

  • idarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular;

  • əhalinin mühafizəsi üçün qurğular;

Yerləşdirilməsinə görə:

  • bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində kürsü və birinci mərtəbələrində, sənaye müəssisələrinin yeraltı mərtəbələrində və yardımçı binalarında);

Tikilmə müddətlərinə görə :

  • əvvəlcədən tikilən qurğular (sülh dövründə təsərrüfat obyektlərinin planları üzrə tikilən; əsaslı tikinti və rekonstruksiya prosesində tikilən);

  • teztikilən qurğular.

Yüklənən konstruksiyaların materialına görə:

  • dəmir-beton konstruksiyalı qurğular;

  • daş divarlı qurğular;

  • meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular.

Mühafizə xassələrinə görə:

  • sığınacaqlar;

  • radiasiya daldalanacaqları (radiasiyadan qoruyan dal-danacaqlar);

  • sadə daldanacaqlar (sığınacaqlar və radiasiya daldanacaqları çatışmadıqda).

Sığınacaqlar mühafizə dərəcələrinə görə siniflərə, radiasiya daldanacaqları isə radiasiyanı zəiflətmə dərəcəsinə görə qruplara ayrılır.

Böyük şəhərlərdə və iri obyektlərdə əhalinin mühafizəsi üçün əvvəlcədən sənaye avadanlıqlı sığınacaqlar tikilir ki, bunlardan sülh dövründə təsərrüfatının ehtiyacları üçün istifadə edilməlidir.

Belə sığınacaqlar təsdiq olunmuş təsərrüfat və sosial planlara uyğun olaraq nazirliklərin və baş idarələrin tikinti təşkilatları əsaslı təmir və ya yenidən qurulma zamanı inşa edirlər.

Əvvəlcədən tikilən sığınacaqların inşa müddəti onların tutumundan asılı olaraq 1 ildən 1,5 ilə qədərdir.

Lazım gəldikdə tez tikilən sığınacaqların inşa edilməsi də planlaşdırılır ki, onların da mühafizə xüsusiyyətləri əvvəlcədən tikilən mühafizə qurğularınkı ilə eyni olmalıdır.

Teztikilən sığınacaqlar qısa müddətdə, birtipli layihələr üzrə, yerli tikinti bazasından və materiallardan istifadə edilməklə sənaye üsulu ilə tikilməlidir. Teztikilən sığınacaqlardan əlavə hər yerdə sadə daldanacaqların (üstü örtülən xəndəklərin) kütləvi tikintisi nəzərdə tutulur. Bunların tikilmə müddəti şəhərlərdə 24 saat, kənd yerlərində isə 48 saat müəyyən edilmişdir.

Mühafizə qurğularının kütləvi qısa müddət ərzində tikilməsi üçün əvvəlcədən tam bir kompleks təşkilati və mühəndisi tədbirləri həyata keçirilməlidir. Bu tədbirlərə tikinti sahələrinin seçilməsi, yerli şəraitin aşkar edil-məsi, həcm planlaşdırma və konstruksiya işlərinin məqsədyönlü həlli, material və məmulatların alınma mənbələrinin müəyyən olunması, onların gətirilməsi və quraşdırılması məsələləri daxildir. Buna görə də mühafizə qurğularının tikintisinin təşkili qabaqcadan planlaşdırılır. Onların tikiləcəyi və yerləşdiriləcəyi sahələr rayonun, obyektlərin MM planlarında qeyd edilir, ən mürəkkəb işlərin (dəmir-beton konstruksiyaların və üst örtüklərin quraşdırılması, qoruyucu qapıların qoyulması və s.) hansı təşkilatlar tərəfindən yerinə yetiriləcəyi göstərilir. Sadə işlərə isə bütün iş qabiliyyətli əhali cəlb olunur. Mühafizə qurğularının tikilməsi planında aşağıdakı əsas sənədlər olmalıdır:

1. Mühafizə qurğularının tikilməsi cədvəli (qurğunun tutumu, konstruktiv həlli (I layihə), tikilmə yeri, fəhlə və qulluqçuların daldalanması nəzərdə tutulan sexin (sahənin) adı və sayı).

2. Qurğunun yerləşdirilməsi planı (obyektdəki sexlərin adları və nömrələri, qurğunun yerləşdirilməsi və quraşdırılması qeyd olunan sənəd).

3. Obyektdə qurğunun tikilməsinin plan cədvəli (qurğunun tikilməsi üçün işçi qüvvəsinə, alətlərə və mexanizmlərə, eləcədə tikint hissələri və materialların daşımaq üçün müxtəlif növ nəqliyyat vasitələrinə olan ümumi tələbat göstərilir).

4. Qurğunun tikilməsi üçün lazımi material və hissələrin siyahısı (tikinti üçün şəhər (respublika) müəssisələrindən alınası material və məmulatların adları və miqdarı, habelə gətirilmə müddəti).

Daimi sığınacaqlar və radiasiya daldanacaqları fondunun yaradılması bütün vəzifəli şəxslərdən olan mülki müdafiə rəhbərlərinin ən vacib vəzifələrindən biridir. Buna aşağıdakı yollarla nail olunur:

  • sülh dövründə mülki müdafiə sığınacaqlarının tikilməsi;

  • obyektlərdə və şəhərlərdə iki təyinatlı sığınacaqlar və radiasiya daldanacaqlarının tikilməsi və onlardan sülh dövründə təsərrüfat ehtiyacları əhaliyə xidmət göstərilməsi üçün istifadə olunması;

  • əvvəl inşa edilmiş sığınacaq və radiasiya daldanacaqlarının mühafizə xassələrinin yüksəldilməsi və əlavə olaraq avadanlıqlaşdırılması;

  • zirzəmilərin, digər yeraltı bina və qurğuların, şaxtaların, kahaların, dağ-mədən yerlərinin, metro stansiya-larının və şəhərlərin yeraltı mühəndis qurğularının sığınacağı və radiasiya daldanacaqları kimi uyğunlaşdırılması yolu ilə.

Yaranan təhlükə ilə əlaqədar mülki müdafiənin hazırlıq dərəcəsi artırılarkən teztikilən sığınacaq və daldanacaqların inşa edilməsi nəticəsində mühafizə qurğuları fondunun yaradılması prosesi davam etdirilir.

İnşaat normaları və qaydalarının (İN və Q) tədbiq edilməsindən əsas məqsəd şəhərlərin və təsərrüfat obyektlərinin fövqəladə şəraitdə fəaliyyətə əvvəlcədən mühəndisi-texniki cəhətdən hazırlanmasıdır.

Bu normalara daxildir: a) əhalinin mühafizəsinə və ehtimal olunan təhlükəli hallarda tələfatın və dağıntıların azaldılması; b) təsərrüfat obyektlərinin sabit işinin təmin edilməsinə və zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin (X və DTİ) aparılması üçün əlverişli şərait yaradılması.

Bu tələblərin bütün nazirliklər, idarələr, sahibkarlar, layihə və tikinti təşkilatları rəhbər tutmalıdır.

Layihələndirmə normalarında yeni təsərrüfat obyektlərinin yerləşdirilməsi, müxtəlif binaların və qurğuların tikintisi, su, qaz, elektrik enerjisi təchizatı sistemlərinin layihəsi və inşası, habelə vacibliyinə görə mühafizə qurğularının yerləşdirilməsi üzrə konkret tələblər müəyyən edilmişdir.

Mühəndis-texniki tədbirlərin (MTT) həcmi və məzmunu şəhərlərin və obyektlərin vacibliyindən, müasir zədələnmə vasitələrinin, ikinci zədələyici amillərin ehtimal edilən təsirindən, eləcə də baş verə biləcək təbii fəlakətlərin və qəzaların xarakterindən və miqyasından asılı olaraq müəyyən edilir.

MTT hər yerdə əvvəlcədən yerinə yetirilir sülh dövründə yerinə yetirilməsi mümkün olmayan tədbirlərin icrası isə mülki müdafiə hazır vəziyyətə keçirilərkən (xüsusi dövrdə) qısa müddətdə nəzərdə tutulur.

Partlayış zamanı izafi təzyiq = 10 kPa və bundan artıq ola biləcək ərazidə yerləşən şəhər və obyektlər birlikdə ehtimal olunan dağıntılar zonası (EDZ) təşkil edir.

Ehtimal olunan dağıntılar zonası ərazinin izafi təzyiq = 30 kPa bundan artıq ola biləcək hissəsiehtimal olunan güclü dağıntılar zonasını (EGDZ) təşkil edir.

Ehtimal olunan güclü dağıntılar zonasının hüdudları ilə ehtimal olunan dağıntılar zonasının hüdudları arasındakı ərazi – ehtimal olunan zəif dağıntılar zonasının (EZDZ) təşkil edir.

Ehtimal olunan dağıntılar zonasının ətrafındakı eni 20 km olan ərazi – ehtimal olunan təhlükəli radioaktiv zəhərlənmə zonasını (ETRÇZ) təşkil edir.

Atom elektrik stansiyaları üçün ehtimal olunan təhlükəli radioaktiv zəhərlənmə zonasınıstansiyasının ehtimal olunan dağılma zonası onun ətrafındakı eni 20 km olan ərazi təşkil edir.

Ehtimal olunan təhlükəli radioaktiv zəhərlənmə zonasına bitişik eni 100 km olan ərazi zolağı ehtimal olunan güclü radioaktiv zəhərlənmə zonası (EGRZZ) hesab edilir.

Kimyəvi təhlükəli obyektlərə bitişik və GTZM tutumları dağılarkən bu maddələrin təhlükəli konsentrasiyada yayılacağı ehtimal edilən ərazi – ehtimal olunan təhlükəli kimyəvi zəhərlənmə zonasını (ETKZZ) təşkil edir.

Ehtimal edilən daşqın (subasma) nəticəsində əhali arasında tələfat, binaların dağılması, maddi sərvətlərin zədələnməsi və məhv olması halları baş verə biləcək əraziyə – ehtimal olunan fəlakətli daşqın (subasma) zonası (EFDZ) deyilir.

Ehtimal olunan dağıntılar təhlükəli kimyəvi zəhərlənmə, fəlakətli subasma, təhlükəli radioaktiv zəhərlənmə (çirklənmə) zonalarından kənarda yerləşən və yerli, habelə köçürülən əhalinin həyat fəaliyyəti üçün yararlı olan əraziyə təhlükəsiz zona deyilir.

Bütün zonaların xarici hüdudları, şəhərin (obyektin) layihə üzrə tikinti ərazisindən və ya həndəsi mərkəzindən hesablamaqla müəyyən edilir
Sığınacağın həcmi-planlaşdırma, konstruktiv və mühəndis texniki

Avadanlıqları


Sığınacaq – orada sığınan əhalinin nüvə partlayışının bütün zədələyici amillərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən, habelə yanğınlar zamanı yüksək temperaturun və yanğın məhsullarının təsirindən mühafizəsini təmin edən hermetik mühəndis qurğusudur.

Yerləşmə yerinə və konstruksiyasına görə sığınacaqlar bina ilə birgə tikilən və ayrı tikilən növləri ola bilər.

Bina ilə birgə tikilən sığınacaqlar sığınacaq meydançadakı ən azmərtəbəli binaların altında yerləşdirilir. Onlar, üzərindəki bina ilə birgə vahid həcm təşkil edir və adətən bu binanın özülü rolunu oynayır. Birgə tikilən sığınacaqlar zirzəminin (yarımmərtəbə) bütün sahəsində, ya da bir hissəsində yerləşdirilir, bəzən isə binanın hüdudlarından kənara da çıxarıla bilər.

Binadan ayrı tikilən sığınacaqlar həcmi planlaşdırma və konstruksiyasına görə əlahidə olub, baş ərazidə imkan daxilində uçqun altında qalmayacaq sahələrdə (ehtimal edilən uçqun zonasından kənarda) yerləşdirilir.

Binadan ayrı tikilən sığınacaqlar torpağa tam dərinləşdirilmiş, qismən dərinləşdirilmiş və yerdən hündür (torpaq suları olan yerlərdə) tikilə bilər. Belə sığınacaqlar monolit və ya yığma monolit dəmir-betondan tikilməli, üstü hündür torpaq qatı ilə örtülməlidir. Sığınacağın torpağa dərinləşdirilmiş hissəsi üçün hidroizolyasiya və drenaj düzəldilməsi nəzərdə tutulmalıdır.

Torpağa tam dərinləşdirilən sığınacaqlar bütün zədələyici amillərdən mühafizəni daha etibarlı təmin edir.

Sığınacağın üst örtüyü yerin səthindən hündür olduqda isə, yerdən hündür divarlara zərbə dalğasının təsiri sayəsində düşən yük artır və onların qoruyucu xassələri zəifləyir. Belə sığınacaqların mühafizə qabiliyyətini artırmaq üçün onların divarlarını torpaqla örtmək və ya istilikdən izolyasiya qatı düzəltmək lazımdır.

Sığınacaqlar leysan yağışları nəticəsində, eləcə də yerin üzə­rin­də, üst mərtəbələrdə və qurğulardakı maye tutumlar dağılarkən içə­riyə su, digər mayelər axması ehtimallarından mühafizə edilməlidir.

Əvvəlcədən tikilən sığınacaqlarda əsas və yardımçı otaqlar nəzərdə tutulur. Müalicə müəssisələrindəki sığınacaqlarda bunlardan başqa bufet və sanitariya otaqları da olur.

Sığınacaqların həcmi planlaşdırma həlli hesablanmış zədələyici vasitələrdən mühafizə tələblərinə və qurğuların sülh dövründə istismarı şərtlərinə əsasən müəyyən edilir. Bir qurğuda funksiyaların belə əlaqələndirilməsi həm iqtisadi cəhətdən sərfəlidir, həm də sığınacaqlar fondunun daha tez yaradılmasına imkan verir.

Sığınacaqların həm planlaşdırma həlli qənaətcil, quraşdırma baxımından sadə olmalı, sülh dövründə binalardan təsərrüfat ehtiyacları üçün istifadə edilmənin normal şəraitini təmin etməli, daldalanan adamların otaqlara asanlıqla girməsi, yerləşməsi və burada xeyli müddət qalmasına imkan verməlidir.

Sadalanan təyinatlı otaqlar və oradakı mühəndis-texniki avadanlıq daldalanan adamların sığınacaqda xeyli müddət qalması üçün lazımi şəraiti təmin edir.

Bu təyinatlı otaqları müfəssəl nəzərdən keçirək:

a) Əsas təyinatlı otaqlar.

Sığınma otaqları (SO) – əhalinin daldalanması və yerləşdirilməsi üçün bir, iki və üçmərtəbəli taxtlar (narlar) yerləşdirilən otaqlardır.

Sığınacaqda adamların daldalanması üçün nəzərdə tutulan otaqların ayrı-ayrılıqda sahəsi 25 kv. m-dən, ümumi sahəsi 75 kv. m-dən az olmamalıdır.

Adamların daldalanması üçün otaqların sahəsi ikimərtəbəli taxtlar qoyularkən hər adam üçün 0,5 kv. m., üç-mərtəbəli taxtlar qoyularkən isə 0,4 kv. m hesablanmalıdır. Otaqlarda daxili havanın həcmi hər adam üçün ən azı 1,5 kub. m olmalıdır.

Otaqların hündürlüyü onlardan sülh dövründə nə məqsədlə istifadə ediləcəyindən asılıdır, lakin döşəmədən üst örtük konstruksiyalarının ən aşağı hissəsinədək məsafə 3,5 m-dən çox olmamalıdır. Otağın hündürlüyü 2,15 m-dən 2,9 m-dək olan hallarda ikimərtəbəli taxtlar, bundan artıq olanda isə üçmərtəbəli taxtlar qoyulmalıdır. Sülh dövründə istismar şəraitinə görə hündürlüyü ən azı 1,85 m olan binalardan da sığınacaq kimi istifadə etməyə icazə verilir. Belə hallarda burada ancaq birmərtəbəli taxtlar qoyulmalıdır.

Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0,45  0,45 m, yuxarı mərtəbələrdə uzanma yerləri isə 0,55  1,8 m hesabı ilə müəyyən edilir. Taxtların döşəmədən hündürlüyü birinci mərtəbədə 0,45 m, ikinci mərtəbədə – 1,4 m və üçüncü mərtəbədə 2,15 m olmalıdır. Ən yuxarıdakı mərtəbədən otağın üst örtüyünə (tavanına) və ya tavan konstruksiyasının aşağı hissəsinədək məsafə ən azı 0,75 m götürülür (şəkil 4.5).

Daldalanan adamların oturması və uzanması üçün yerlər stansionar ola bilər (sığınacaq tikilərkən düzəldilir). Əgər belə taxtlar sığınacaqlardan sülh dövründə təsərrüfat ehtiyacları üçün istifadə etməyə maneçilik törədirsə, onları sığınacağı mühafizəyə hazırlıq rejiminə keçirərkən düzəldirlər.

Sığınacağın geniş sahəli otaqlarını 50-75 nəfərlik otaqlara bölmək lazımdır.

İdarəetmə məntəqəsi (İM) – obyektin rəhbər heyə-tinin və MM qərargahının yerləşməsi üçündür. Belə məntəqə ən böyük iş növbəsində 600 və bundan artıq adam işləyən müəssisələrdə sığınacaqların tikilməsi layihələrində nəzərdə tutulur. İdarəetmə məntəqəsi, adətən, mühafizəli elektrik təzhizatı mənbəyinə malik olan sığınacaqlardan birində yerləşdirilir. O iş və rabitə otağından ibarət olur.

Adətən, idarəetmə məntəqəsini sığınacağı giriş yollarından birinin yaxınlığındakı otaqlarda yerləşdirilir və odadavamlılıq həddi (bir) saatadək olan arakəsmələrlə sığınacağın adamlar yerləşən digər otaqlarından ayırırlar.

İdarəetmə məntəqəsində işləyən şəxslərin ümumi sayı ən çoxu 10 nəfər, hər adam üçün 2 kv. m sahə hesablanır.

Bəzi iri müəssisələrdə nazirliyin və baş idarələrin icazəsi ilə idarəetmə məntəqələrində işləyənlərin sayı 25 nəfərədək artırıla bilər.

Tibb məntəqəsi (TM) – sığınacaqda daldalanan adamlara ilk tibbi yardım göstərmək üçündür. Daldalanan adam-ların sayı 900-1200 nəfər olanda tibb məntəqəsinin sahəsi 9 kv. m müəyyən edilir. 1200 nəfərdən artıq hər 100 nəfər üçün tibb məntəqəsinin sahəsi 1 kv. m artırılır.

Sığınacaqlarda həmçinin hər 500 nəfər adam üçün sahəsi 2 kv. m. olan bir sanitariya qovşağı nəzərdə tutulur, lakin hər qurğuda ən azı bir belə məntəqə olmalıdır.

Tibb məntəqəsi “Müharibə dövründə MM mühafizə qur-ğularının istismarı üzrə təlimat” a uyğun surətdə avadanlıqlaşdırılır.

b) Yardımçı təyinatlı otaqlar:

Süzgəcli ventilyasiya otağı (SVO) – sənaye tipli (stasionar) süzücü ventilyasiya avadanlığının yerləşdirilməsi üçündür (şəkil 4.6).

Süzgəcli ventilyasiya otağı, adətən, sığınacağın xarici divarların yanında, giriş yollarının və ya qəza çıxış yollarının yaxınlığında yerləşdirilir. Bu otağın ölçüləri avadanlığın ölçülərindən və avadanlığa xidmət etmək üçün lazım olan sahədən asılı olaraq müəyyən edilir.

Ən vacib və məsuliyyəli məsələ bayırdakı ehtimal olunan zəhərlənmələr, yanğınlar şəraitində, eləcə də hermetik qurğuda adamların xeyli müddət qalması nəticəsində içəridəki havanın tərkibi pisləşərkən adamların tənəffüs üçün yararlı hava ilə lazımi miqdarda təmin edilməsidir.

Yaranmış vəziyyət daldalanan adamları uzun müddət (bir neçə sutka) sığınacaqda qalmağa vadar edə bilər. Bu isə ancaq sığınacaqda normal-sanitar gigiyena şəraiti olan hallarda, yəni havanın tərkibindəki karbon qazının miqdarı ən çoxu 2%, oksigenin ən azı 15-16%, habelə temperatur ən çoxu 30° S və rütubət ən çoxu 85% olmaqla yolverilən hədlərdə saxlanılarkən mümkündür. Onu da nəzərə almaq lazımdır ki, adam nəfəs alarkən saatda 20-25 l. oksigen udur, 20 litrədək karbon qazı, təxminən 90 qram rütubət və 100 kkal istilik yaradır. Bunun da nəticəsində hermetik sığınacaqlarda havanın qaz tərkibi, temperatur və rütubət sürətlə dəyişir.

Havanın tərkibində oksigen və karbon qazının lazımi miqdarını habelə normal temperaturu və rütubəti saxlamaq üçün sığınacağa təmiz havanın verilməsi havaverici və ya havaverici – sorucu ventilyasiya sistemi vasitəsilə təmin olunur. Ventilyasiya sistemi iki və ya üç rejimdə işləyə bilər:

  • təmiz ventilyasiya rejimində (I rejim);

  • süzücü ventilyasiya rejimində (II rejim);

  • içəridəki hava bərpa (regenerasiya) edilməklə tam təcrid olunma rejimi (III rejim).

Süzücü ventilyasiya qurğuların (SVQ) hava təchizatı üzrə lazımi məhsuldarlığını (U kub. metr/ saat) hesabla- yarkən otaqdakı havada karbon qazının yolverilən normasını nəzərə alırlar:

(1)

burada U – SVQ-nin məhsuldarlığı, kub metr/saat; m – bir nəfərin havaya buraxdığı karbon qazının miqdarı hərəkətsiz halda m = 17 l/saat, hərəkətdə olarkən m = 20-35 l/saat; N – otaqda daldalananların sayı; Sy – adamlar daldala- nan otaqda karbon qazının yolverilən konsentrasiyasıdır (Sy = 1%).

Təmiz ventilyasiya rejimi – havanın tərkibinin lazımi dərəcədə dəyişdirilməsinin, bayırdan içəriyə verilən havanın tozdan, o cümlədən də radioaktiv tozdan təmizlənməsini, eləcə də istiliyin və rütubətin kənar olunmasını təmin etmək üçündür.

Bu rejimdə bayırdan sığınacağa verilən havanın miqdarı sığınacaq yerləşən iqlim zonasından asılı olur

İN və Q–II–11–77-nin tələblərinə uyğun hesablanır.

Süzücü ventilyasiya rejimi – sığınacağa verilən havanı zəhərləyici maddələrdən, o cümlədən də GTZM-dən, bioloji vasitələrdən raddioaktiv maddələrdən və adi tozdan təmizləmək üçündür. İçəriyə verilən havanın miqdarı daldalanan hər adam üçün saatda 2 kub. metr, idarəetmə məntəqəsində işləyən operativ heyətin tərkibindəki hər adam üçün saatda 5 kub metr və elektrik əl ventilyatorlu SVQ-yə xidmət edən hər işçi üçün saatda 10 kub. metr hesabı ilə hesablanır.

Tam təcrid olunma rejimi – sığınacaqdakı havanın tərkibinin bərpa (regenerasiya) edilməsilə birlikdə tətbiq olunur və kütləvi yanğınlar və ya ikinci zədələyici amillər sayəsində ərazinin zəhərli qazlarla daha çox zəhərlənməsi ehtimal edilən yerlərdəki sığınacaqlarda nəzərdə tutulur. Belə hallarda sığınacaqda lazımi sanitar-gigiyena şəraiti içəridəki havanın tərkibinin bərpa edilməsi hesabına yaradılır.

Tam təcrid olunma rejiminin müddəti bu düsturla tə’-yin edilir:

(2)

burada – tam təcrid olunma (t.t) müddəti, saat; W – ota-ğın daxili həcmi, kubmetr; Syh – karbon qazın konsentrasiyasının yolverilən həddi, % (Syh = 2,5); Sb – tam təcrid olunma rejiminin başlanğıcında otaqdakı karbon qazının %-lə konsentrasiyasıdır (Sb = 0,2).

İnsanlar tənəffüz zamanı oksigen udur, karbon qazını (SO2) isə buraxırlar. RP-100 (RU-150/6) markalı regenerativ patronda kalsium hidroksidi Sa(ON)2 və ya digər maddələrdən ibarət olur ki, o da karbon qazı SO2 ilə reaksiyaya girir:

Sa(ON)2 + SO2  SaSO3 + N2O + Q

Havanın tərkibindəki oksigenin normal miqdarı havaya balonlardan (A-40) oksigen əlavə etməklə bərpa olunur, yəni bu zaman karbon qazı udulur və otaqdakı hava oksigenlə zənginləşir. Bu rejimdən 6 saatadək istifadə edilə bilər.

Regenerasiya vasitələrinin gücü onların iş müddətindən asılı olaraq hər adam üçün saatda 25 l. oksigen sərfi və 20 l. karbon qazının udulması normasına uyğun hesablanır.

Sığınacağın ventilyasiya sistemi aşağıdakılardan ibarətdir:

 havagötürücü qurğu;

partlayışdan qoruyan genişləndirici kameralı qurğu;

 tozəleyhinə (tozdan qoruyan) süzgəclər;

 uducu süzgəclər;

elektrik əl ventilyatoru (əlahiddə dizel elektrik stansiyası olmayan sığınacaqlarda) və ya elektrik ventilyatorları (belə stansiyalar olan sığınacaqlarda);

 havapaylayıcı şəbəkə;

 havatəmizləyici qurğu.



Havagötürücü qurğu bayırdan hava götürüb onu sığınacağa vermək üçündür. Təmiz ventilyasiya və süzücü ventilyasiya rejimlərinin havagötürücü tərtibatları və havaötürücü boruları ayrı-ayrılıqda yerləşdirilməli və ventilyasiyanın ikinci iş rejimi üçün hesablanmış klapanlı metal boru şəklində düzəldilən polad bənd vasitəsilə öz aralarında birləşdirilməlidir.

Təmiz ventilyasiya rejimi üçün olan havagötürücü tərtibatın ağzı, adətən, çıxış yolunun lağımına çıxarılır. Onu həmçinin uçqun ərazisində və sığınacağın ön dəhlizində də (tamburunda) yerləşdirmək olar.

Təmiz ventilyasiya və süzücü ventilyasiyanın havagötü-rücüləri bir-birindən, eləcə də sorucu ventilyasiya sistemi borusunun və sığınacaqdakı dizel elektrik stansiyasında işlənmiş qaz borusu çıxışının ağzından ən azı 10 m məsafədə yerləşdirilməlidir.

İşlənmiş hava sığınacağın sanitariya qovşağından, dizel elektrik stansiyası otağından, bilavasitə daldalanan adamlar yerləşən otaqlardan sorucu kanallar vasitəsilə ya sığınacaqdakı havanın artıq təzyiqi hesabına və ya sorucu ventilyatorlarla kənar edilir. Sığınacağın içərisində istismar zamanı havanın daimi təzyiq artıqlığı ən azı 50 Pa olur ki, bu da bir saat ərzində içəriyə verilən havanın miqdarının oradan kənar edilən havanın miqdarından süzücü ventilyasiya rejimində 0,6 təmiz ventilyasiya rejimində isə 0,9 həcmdə artıq olması ilə əldə edilir.

Süzücü ventilyasiyaya və regenerasiya rejimlərində içəridəki havanın qismən dövr etdirilməsi nəzərdə tutulmalıdır.

Partlayışdan qoruyan tərtibatzərbə dalğasının sığınacağa keçməsi ehtimalının qarşısını almaq məqsədi-lə havagötürücü və havasorucu kanallarda qoyulur və partlayışdan qoruyan tərtibatın özündən və ondan sonrakı genişləndirici kameradan (boru kəməri həssəsindən) ibarət olur. Kiçik ölçülü qoruyucu bölmə (MZS) və unifikasiya edilmiş qoruyucu bölmə (UZS) tipli partlayışdan qoruyan tərtibatın taktiki-texniki göstəriciləri İN və Q-nin 6-cı əlavəsindəki cədvəldə verilmişdir.

Tozdan qoruyan (toz əleyhinə) süzgəclər. Təmizləmə əmsalı ən azı 0,8 olan sənaye tipli çərçivəli özəkli bu süzgəc (FƏR) bayırdan içəriyə verilən havanı radioaktiv tozdan təmizləmək üçündür; o, sığınacaqdakı adamları süz- gəcdə toplanan radioaktiv maddələrin şüalarından qorumaq məqsədilə digər otaqlardan əsaslı divar ilə ayrılan xüsusi otaqda (kamerada) yerləşidirilir. Quruluşca süzgəc özəklərində yığılmış metal tor şəkilli və “iy’ yağı, yaxud 12 nömrəli sənaye və vissin yağları hopdurulmuş paketlərdən ibarətdir. Hopdurma üçün qliserinli su məhlulu da işlətmək mümkündür.

Uducu süzgəclər – məhsuldarlığı uyğun olaraq saatda 300, 200 və 100 kub. m olan FP-300, FPU-200, FPU-100 markalı uducu süzgəclər bayırdan sığınacağa verilən havanı zəhərləyici maddələrdən (GTZM-dən) və bakterial vasitələrdən təmizləmək üçündür.

Onların iş prinsipi süzücü əleyhqazda olduğu kimidir, hərəsi 2-3 uducu süzgəcdən ibarət sütunlar formasında quraşdırılıb süzücü ventilyasiya otağında yerləşdirilir.

Sığınacaqlarda qoyulan uducu süzgəclərin tipi və markası burada tətbiq edilən ventilyatorlardan asılı olur və əl elektrik ventilyatorları üçün FPU-200, FPU-100 elektrik ötürücü ventilyatorlar üçün FP-300 işlədilir).

Tutumu 600 nəfərədək olan sığınacaqlarda FVK-1 və FVK-2 süzücü ventilyator komplektləri qoyulur. 600-dən artıq tutumlu və dizel elektrik stansiyası olan sığınacaqlarda isə FP-300 markalı uducu süzgəclər və elektrik ötürücülü sənaye ventilyatorları qoyulur.

III rejimdə iş üçün avadanlıqlaşdırılan sığınacağın ventilyasiya sisteminə – daldalanan hər 150 nəfər üçün bir dəst hesabı ilə, içəridəki havanı bərpa edən (regenerasiya edən) vasitələr (oksigen balonları ilə birlikdə RP-100 regenerativ patron və ya FQ-70 süzgəcləri ilə birlikdə konveksiya tipli RU-150/6 regenerasiya tərtibatı daxildir.

Ventilyatorlar – kənardan sığınacağa hava vermək üçündür. Dizel elektrik stansiyası (DES) olmayan sığınacaqlarda əl elektrik ventilyatorları, DES olan sığınacaqlarda isə elektrik ötürücülü sənaye ventilyatorları tətbiq edilir.

Sığınacaqların təmiz ventilyasiya rejimində FVK-1 FVK-2 süzücü ventilyasiya dəstlərinin tərkibindəki GRV 600/300 əl elektrik ventilyatorları və onlara əlavə olaraq – GRV-72-2 və GRV-72-3 əl elektrik ventilyatorları işlədilir.

Hər bir əl elektrik ventilyatorunun əks-klapanı və hava sərfi göstəricisi var. Süzücü ventilyasiya rejimində FVK-1 və FVK-2 dəstləri GRV-600/300 əl elektrik ventilyatorları ilə birlikdə işə qoşulur.

Bu ventilyatorların əsas xarakteristikaları

İN və Q-II-11-77*-nin 7-ci əlavəsində verilmişdir.

Havapaylayıcı şəbəkə (hava boruları) təmizlənmiş havanı sığınacağın müxtəlif otaqlarının həcminə mütənasib olaraq paylaşdırmaq üçündür.

Sığınacaqda havanın həcmini təmizləmək üçün izafi təzyiq klapanı və əllə hərəkətə gətirilən hermetik klapanlardan ibarət havatəmizləyici tərtibat düzəldilmişdir.

Hermetik klapanlar havapaylayıcı şəbəkədə qoyulur və ventilyasiya sistemini bir rejimdən digər rejimə keçirmək, habelə sığınacaqda havanın həcmini təmizləmək üçündür.

İzafi təzyiq klapanları havasorucu kanallarda qoyulur və kənar edilən havanın həcmini tənzimləmək, eləcə də sorucu sistemi zədələnmədən qoruyur.

Balonlar otağı – III rejiminə malik olan sığınacaqlarda quraşdırılır. Burada havanı oksigenlə zənginləşdirmək üçün hava (oksigen) balonları saxlanılır. Balonlardan oksigen DKP-1-65 markalı reduktor vasitəsilə verilir. 150-dək adam daldalanan otaqlara oksigen reduktorun 1,1 mm diametrli ucluğu (j 1), bundan artıq tutumlu otaqlara isə 2,2 mm diametrli ucluğu (j 2) ilə verilir. Bir adam üçün saatda 25 l oksigen sərf edilir. Partlayış təhlükəli, habelə partlayış – yanğın və yanğın təhlükəsi yaranan hallarda balonlar otağı D dərəcəli obyekt hesab edilir.

Balonlar otağı qonşu otaqlardan dəhlizlə (tamburla) ayrılır.

Sanitariya qovşaqları – kişilər və qadınlar üçün ayrılıqda layihələndirilir. Sanitariya cihazlarının sayı İN və Q-II-11-77*-ın 3-cü əlavəsinə müvafiq müəyyən edilir.

Ayaqyolu kabinələrinin iki cərgəsi arasındakı keçid yolunun eni və ya kabinələr ilə onların qarşısındakı pisesuarlar arasındakı məsafə 1,5 m, ayaqyolunun kənar cərgəsi ilə divar və ya arakəsmə arasındakı məsafə 1,1 m olmalıdır.

Ayaqyoluna giriş özüörtülən qapalı tamburlardan (yuyunma otaqlarından) olmalıdır. Döşəməüstü unitazlar və qablar qapıları olan ayrıca otaqda yerləşdirilməlidir.

Sanitariya qovşaqları planlaşdırılarkən kabinələrin oxlar üzrə ölçüləri belə götürülməlidir: qapılar çölə açılarkən 1,2 0,9 m qapılar içəri açılarkən 1,5 0,9 m.

Su təchizatı. Sığınacağın və DES-in su ilə təchizatı xarici su kəməri və ya əlavə su şəbəkəsi hesabına nəzərdə tutulur, hər iki halda su borularının sığınacağa girişlərində içəridən bağlayıcı armatur və əks-klapan qoyulur (şəkil 4.7).

Qəza və zədələnmə halları üçün sığınacaqdakı qablarda hər adam üçün sutkada 3 l hesabı ilə içməli su ehtiyatı saxlanılması nəzərdə tutulur.

Su kəməri sistemi işləyərkən suya tələbat məhdudlaşdırılmır.

Su ehtiyatı qablarının tutumu hesablama yolu ilə təyin edilir; bu qablar adətən, axarlı olmalı və iki sutka ərzində suyun tamamilə təzələnməsini təmin etməlidir.

Sığınacaqlarda vaqon tipli unitazlar tətbiq edilərkən su ehtiyatını hər adam üçün sutkada 5 l hesablamaq lazımdır.

Sığınacaqlardakı tibb məntəqəsi otaqları su kəməri şəbəkəsindən işləyən əlüzyuyanlarla avadanlaşdırılmalıdır. Şəbəkədə su kəsilən hallar üçün səyyar əlüzyuyuan cihazlar qoyulması və onlar üçün sutkada 10 l hesabı ilə su ehtiyatı nəzərdə tutulmalıdır.

Tutumu 300 nəfərdən az olan sığınacaqlarda içməli su ehtiyatları üçün quru qablar saxlanmasına icazə verilir, belə qablar sığınacaqlar hazır vəziyyətə gətirilərkən doldurulmalıdır.

İçməli su ehtiyatı qabları (tutumları) suyun səviyyəsini göstərən cihazlarla, habelə tutumun içərisini təmizləməyə və daxili səthinə boya çəkməyə imkan verən qapaqla avadanlıqlaşdırılmalıdır. İçməli su tutumları yerləşdirilən otaqlarda, hər 300 nəfər üçün bir kran hesabı ilə su kranları olmalıdır.

Axarlı su tutumları və onun su borularının xarici səthləri qızmanın qarşısını alan xüsusi izolyasiya materialı ilə örtülməli, metal qablarının daxili səthlərinə isə Respublika Səhiyyə Nazirliyinin tövsiyə etdiyi korroziya əleyhinə məhlul çəkilməlidir.

Hər bir sığınacaqda tullantı sularını xarici şəbəkəyə axıtmağa imkan verən kanalizasiya sistemi olur. Mühafizə qurğusu çox dərində yerləşdirilərkən maye vurucu stansiya düzəldilir.

Qəza hallarında sığınacağın sanitariya qovşağı otaqlarında tullantı suları yığmaq üçün qəza çənləri nəzərdə tutulur; belə çənlər, onların təmizlənməsinə imkan verən birtipli metal baklardan, yaxud birləşdirilmiş çənlərdən ibarət ola bilər.

Çənlərin tutumu adam başına sutkada 2 l hesabı ilə müəyyən edilir. Sığınacağın içərisində – kanalizasiya şəbəkəsinin içəri keçdiyi yerlərdə siyirtmələr qoyulur.

Sanitariya qovşaqlarında vaqon tipli unitazlar tətbiq edilərkən su çənlərinin üst örtüyündə bacalar olması nəzərdə tutulmur. Quru tullantıları yığmaq üçün hər daldalanan adama sutkada 1 kq hesabı ilə kağız kisələr və ya paketlər qoyulacaq yerlər müəyyən edilir.

Drenaj suvarma stansiyası – xarici kanalizasiya şəbəkəsindən (quyulardan) aşağı səviyyədə yerləşdirilən sığınacaqlarda mərkəzdənqaçma nasoslarını, boru kəmərlərini və digər sanitariya texnikası avadanlığı quraşdırmaq üçündür.

Vurucu stansiyada çirkab axıntıları, torpaq suları yığılır və mövcud olan kanalizasiya şəbəkəsinə vurulur.

Stansiya sığınacağın hermetikləşdirmə xəttindən kənarda yerləşdirilməlidir. Stansiyanın giriş yolunun qarşısında iki hermetik qapalı tambur (dəhliz) düzəldilməli, hər iki qapı stansiya otağı tərəfə açılmalıdır.

Döşəmənin altında drenaj sularını toplamaq və kənara vurmaq üçün çən yerləşdirilməlidir. Çənin qapağı otağın döşəməsində olmalıdır.

Dizel elektrik stansiyası (DES) otağı – dizel elektrik aqreqatlarının və onların işlənməsini təmin edən xüsusi elektrik avadanlığının yerləşdirilməsi üçündür.

Sığınacağın elektrik təzhizatışəhərin (müəssisənin) xarici şəbəkəsindən, habelə lazımi hallarda, dizel elektrik stansiyasındakı mühafizə olunan elektrik mənbələri hesabına yerinə yetirilir.

Elektrik lövhəsi otağı – lazımi elektrik lövhələ-ri avadanlığının yerləşdirilməsi üçündür. Onun özübağlanan tipli, 0,81,8 m ölçülü, xarici açılan qapısı olmalıdır.

Ərzaq saxlanılan anbarlar – daldalanan hər 600 nəfər üçün bir anbar hesabı ilə daldalanacağın müxtəlif yerlərində düzəldilməlidir. Bu otaqlarda rəflər (stellajlar) olmalıdır.

Daldalanan adamların sayı 150 nəfərədək olarsa, ərzaq saxlanılan otağın sahəsi 5 kv.m müəyyən edilir və bundan artıq hər 150 nəfər üçün anbarın sahəsi 3 kv.m artı rılır.

Uşaqlar və halsız adamlar istisna olunmaqla, sığınacaqdakı bütün şəxslərin burada qalma müddətində qidalanması (gündə 2-3 dəfə) qaydası müəyyən edilir və bu zaman onlara su da paylanır.

Tambur-şlüzlər – sığınacaqda daldalanan, oraya girməkdə olan və girməyə gecikən adamların zədələnməsi təhlükəsinin qarşısını almaq üçündür.

Tambur-şlüz giriş yollarından birində düzəldilir və adamların növbələrlə içəriyə buraxılmasını təmin edir.

Tutumu 300-dən 600 nəfərədək olan sığınacaqlarda birkameralı, bundan artıq tutumlu sığınacaqlarda isə ikikameralı tambur-şlüz düzəldilir.

Mühafizə edilən giriş və çıxış qapıları – iki əsas tələbi ödəməlidir: lazımi qədər buraxma qabiliyyətinə malik olmalı; zərbə dalğasının, ionlaşdırıcı şüalanmanın giriş və çıxış yollarından keçərək adamları zədələnməsinin, eləcə də zəhərləyici maddələrin, GTZM-in, bioloji vasitələrin və yanğın məhsullarının sığınacağa keçməsinin qarşısını almalıdır.

Giriş yollarının ölçüləri və sayı sülh dövründə istismar tələblərini ödəməli və sığınacaqda adamların qısa müddətdə dolmasını təmin etməlidir.

Son hal üçün bu şərt gözlənilməlidir:

  • sənaye müəssisələrində:

;

  • yaşayış yerində:

.

burada n – girişlərin sayı; V – sığınacağın tutumu, nəfər; T – sığınacağın yolverilən doldurulması müddəti, dəq.; n – girişin buraxma qabiliyyəti: qapı yerinin ölçüləri 0,6 1,6 m olarkən 45 nəfər/dəq; 0,8  1,8 m olarkən – 70 nəfər/dəq; 1,2  1,8 m olarkən – 110 nəf/dəq.

Adamların keçməsi üçün nəzərdə tutulan qapı yerlərinin birtipli ölçüləri belədir: eni 80 və 120 sm, hündürlüyü – 180 və 200 sm.

Nəqliyyat vasitələrinin keçməsi üçün qapı əvəzinə aralanan, yaxud qalxıb-enən tipli darvazalar qoyulur. Nəqliyyat vasitələri üçün girişin eni 180-300, hündürlüyü – 240 sm götürülür.

Hər bir sığınacaqda ən azı iki giriş yolu olmalıdır.

Tutumu 300 nəfərədək olan sığınacaqlarda 1 giriş düzəldilir, bu zaman ikinci giriş kimi qəza (köçürmə) çıxış yolundan istifadə edilməlidir. Onun daxili ölçüləri 1,2  2 m və qapı yerinin ölçüləri 0,8  1,8 m olan lağım şəklində düzəldilməlidir.

Giriş yolları daldalanan adamların əsas hərəkət istiqamətləri nəzərə alınmaqla sığınacağın əks tərəflərində yerləşdirilməlidir.

Tutumu 600 nəfərədək olan sığınacaqlarda qəza çıxış yolu qoruyucu başlıqları şaquli quyu (şaxta) şəklində düzəldilir və lağım vasitəlsilə sığınacağa birləşdirilir.

Lağımın və şaxtanın daxili ölçüləri 0,9  1,3 m olmalıdır.

Sığınacaqdan lağıma və şaxtaya çıxmaq üçün sığınacağın divarında ölçüləri 0,6  0,8 m olan, sığınacağın daxilində və xaricində qoruyucu – hermetik və hermetik qapaqlarla bağlanan çıxış yeri düzəldilməlidir.

Tutumu 600 nəfər və bundan artıq olan sığınacaqlarda çıxış yollarından biri daxili ölçüləri 1,2  2 m olan qəza (köçürmə) çıxış yeri kimi avadanlıqlaşdırılmalıdır. Bu zaman sığınacaqdan lağıma çıxış 0,8  1,8 m ölçülü qoruyucu – hermetik və hermetik qapılarla malik tambur vasitəsilə yerinə yetirilməlidir.

Şaxta (quyu) formalı qəza çıxış yollarının ağzında başlıqlar düzəldilməlidir; başlığın yerin səthindən hündürlüyü belə ola bilər: 1,2 m – başlıq binanın hündürlüyünün yarısından 3 metr artıq məsafədə (D = 0,5 N + 3 m) olan hallarda; 0,5 m – başlıq binanın hündürlüyünə (N) bərabər məsafədə (D = N) olan hallarda. Girişlər dalan, ikitərəfli və quyu (şaxta) tipli növlərə ayırılır (şəkil 4.8, a.b.v).

Başlığın hündürlüyü 1,2 m olan başlığın divarında içəriyə açılan jalyuzlü qapaqla bağlanan 0,6  0,8 metr ölçülü çıxış bacası nəzərdə tutulmalıdır.

Dalan tipli giriş – sonu sığınacağın mühəfizəedici konstruksiyalarına və qoruyucu tərtibatlarına çıxan düzxətli və ya döngəli maili lağımdan ibarət olur. Belə girişlərin xüsusiyyəti ondan ibarətdir ki, zərbə dalğası buraya sızaraq şaquli maneələrdən əks olunub maksimal dinamik yüklənmələr yarada bilər.

İkitərəfli giriş – qapalı, yaxud qismən qapalı birbaşa lağımdan ibarətdir. İkitərəfli girişdə dinamik yüklər təzyiqin qiymətindən artıq olmur.

Bina ilə birgə tikilən sığınacaqlarda girişlər qurğunun daxilində və xaricində düzəldilə bilər. Xarici giriş sığınacağın qabaritindən kənarda, daxili giriş isə binanın qabariti daxilində (binanın pilləkən qəfəslərindən, birinci mərtəbəsindəki otaqlardan, mühafizə edilməyən zirzəmi hissəsindən keçməklə) yerləşdirilir. Girişlər və qəza çıxışları atmosfer çöküntülərindən və yerüstü sulardan mühafizə edilməlidir (şəkil 4.8).

“Xüsusi” dövrdə tikilən sığınacaqlar (teztikilən sığınacaqlar) yalnız əsas təyinatı, yəni adamların müasir zədələnmə vasitələrindən mühafizə edilməsi üzrə istismar şərtlərindən irəli gələn sadə planlı konstruktiv həllə malik xüsusi tipli MM mühafizə qurğularıdır. Onlar mühafizə xassələrinə görə əvvəlcədən tikilən sığınacaqlardan fərqlənir. Teztikilən sığınacaqlar (TS), adətən, birtipli layihələr üzrə qısa müddətdə quraşdırılır.



Belə sığınacağın konstruksiya – planlaşdırma həllinin əsas xüsusiyyətləri bunlardır:

  • sənayedə hazırlanmış mövcud konstruksiya və hissələrdən, eləcə də müəssisədə olan materiallardan maksimum istifadə edilməsi;

  • belə qurğuları qeyri ixtisaslı işçi qüvvəsinin gücü ilə və mexanizmlərdən məhdud dərəcədə istifadə etməklə qısa müddətdə quraşdırmaq mümkün olsun deyə, onların planlaşdırma konstruksiya həllinin sadəliyi;

  • ağacdan düzəldilən giriş tərtibatlarının habelə həm zavodlarda hazırlanmış, həm də obyektdə olan və yerli materiallardan hazırlanan sadə daxili avadanlıqların tətbiq edilməsi.

Teztikilən sığınacaqların konstruksiyası müxtəlifdir və işlədilən material və məmulatlardan asılı olur. Çəpərləyici və daşıyıcı konstruksiyalar üçün yığma dəmir-beton məmulatlardan, beton bloklardan, ağacdan, yayma metaldan, təbəqə və dalğavari təbəqə poladdan və başqa materiallardan istifadə olunur. Bunlar aşağıdakılardan ibarətdir:

  • dairəvi boşluqlu örtük panelləri (PK-59-18; PK-59- -16 və s.);

  • qabırğalı örtü lövhələri (PR-59-24; PR-59-16 və s.);

  • tam kəsimli lövhələr;

  • diametri 4 m olan ÇT-20 boruları;

  • hündürlüyü 2,5 m olan adi kollektorlar (RK-25);

  • hündürlüyü 2,2 m olan TB-3 kollektor bloku və s.

Son illər teztikilən sığınacaqların layihələndirilməsi və tikintisində spesifik xüsusiyyət və konstruksiyaya malik üç hissəli lövhədən ibarət qurğular geniş tətbiq edilir.

Teztikilən sığınacaqda aşağıdakılar nəzərdə tutulur:

  • daldalanan adamlar üçün otaqlar;

  • sadə süzgəc və ventilyatorları, yaxud süzücü – ventilyasiya qurğusunu yerləşdirmək üçün yer;

  • sanitariya qovşağı;

  • su qabları səyyar sobalar yerləşdirmək üçün yerlər;

  • bir giriş və bir qəza çıxış yolu;

  • tullantıları yığmaq üçün yer;

  • tambur.

Teztikilən sığınacaqların (TS) daxili avadanlığı sadə tipli hava təchizatı, kanalizasiya, işaqlandırma və rabitə vasitələrindən ibarətdir.

Sənaye tipli süzücü-ventilyasiya qurğuları olmadıqda qumdan, çınqıldan, xırdalanmış şlakdan və s.-dən uducu süzgəc kimi istifadə edilə bilər.

Su kəməri olmayan hallarda su təchizatı hər adam üçün sutkada 2 l hesabı ilə gəzdirilə bilən qablarda saxlanma-sı nəzərdə tutulur.

Sanitariya qovşağında hər 100 adama 1  0,6 m və hər 250 adama – 0,5  0,6 m ölçülü zibil quyusu nəzərdə tutulur. Zibil quyusu hava sorucu qutu və DZU, yaxud ZU tipli partlayışdan qoruyan tərtibatla avadanlıqlaşdırılır.

Teztikilən sığınacaqların tutumu tələbatdan, onları tikmək üçün boş sahələri olub-olmamasından və tikinti müddətindən asılı olaraq müəyyən edilir.

TS-in inşası sülh dövründə planlaşdırılır, planda birtipli layihələrin işlənib hazırlanması, lazımi məmulat və hissələrin, material və avadanlıqların buraxılması nəzərdə tutulur, onları istehsal edəcək müəssisələr və obyektlərə daşıyacaq nəqliyyat müəssisələri göstərilir.

Bir-birindən 20-25 m aralı yerləşdirilən sığınacaqların inşası üçün 4-6 qrupdan ibarət hər bir qrup sığınacağın tikintisi üçün 40-50 nəfər inşaatçı, iki buldozer, bir kiçik ekskavator və imkan varsa, yükqaldırma qabiliyyətli 2-5 t olan iki avtomobil kranı ayırırlar.

Adamlar daldalanan otaqlarda taxtlar, yaxud oturmaq və uzanmaq üçün kürsülər qoyulur. İkimərtəbəli taxt və kürsülər qoyulan hallarda aşağı mərtəbədəki hər dörd otauracaq üçün ikinci mərtəbədə bir uzanmaq yeri nəzərdə tutulur. Birmərtəbəli yerləşdirmə zamanı isə hər yeddi oturacaq yeri üçün iki-üç uzanma yeri ayrılır.

Oturmaq və uzanmaq üçün yerlərin ölçüləri sülh dövründə tikilən daldanacaqlarda olduğu kimidir.

Əvvəlcədən tikilən mühafizə qurğuları “xüsusi dövr” elan edilərkən adamların daldalanması üçün tam hazır vəziyyətə gətirilir. Təsərrüfatın və ya əhalinin ehtiyacları üçün istifadə olunan qurğular dərhal boşaldılır, oraya oturacaqlar, taxtlar və digər lazımi avadanlıqlar qoyulur.

Sığınacaqların konstruktiv həlli və mühəndis-texniki avadanlığı – Sığınacağın konstruktiv elementləri bunlardır:

  • əsas qurğunun yükgötürücü və mühafizəedici konstruksiyaları (üst örtüklər, örtüklər), xarici və daxili divarlar, sütunlar və arakəsmələr, bütöv bünövrə tavaları və ayrı-ayrı sütunvari (lentvari) bünövrələr;

  • girişin elementləri (tamburların, tambur-şlüzlərin, tambur-önünün divarları, pilləkənləri və pandusları), onların üzərindəki örtükləri qoruyucu tərtibatlı giriş yerləri başlıq hissələr;

  • qəza çıxış yollarının element – lağımların və mühafizə edilən başlıq hissənin, qoruyucu tərtibatlı çıxış yerinin (qapılar, qapaqlar, birtipli bölmələr) divarları, üst örtükləri və bünövrələri.

Sığınacaq kimi uyğunlaşdırılan binaların konstruksiyaları kifayət qədər möhkəm və davamlı olmalı və orada daldalanan adamların zərbə dalğasından, ionlaşdırıcı şüalanmalardan, işıq şüalanmasından və yanğınlar vaxtı istiliyin təsirindən mühafizəsini təmin etməlidir.

Binalar hermetik olmalıdır.

Bina ilə birgə tikilən sığınacaqların konstruktiv forması bu binaların (tikintinin) konstruksiyası nəzərə alınmaqla müəyyən edilir.

Yeni sığınacaqlar layihələndirilərkən birtipli yığ-ma dəmir-beton konstruksiyalarından istifadə edilən karkaslı sxemlər tətbiq etmək tövsiyə olunur, müvafiq mühəndis əsaslandırılması olan hallarda isə karkassız sxemlər də tərtib edilə bilər.

Sığınacaqlar layihələndirilərkən bunu nəzərə almaq lazımdır:

  • üst örtüklər (örtüklər) – tirli (tirlərin ucları – rigellər sütunlara dirənməklə), yaxud tirsiz olmalıdır. Son illər sığınacaqların üst örtüyü üçün yüksək texniki-iqtisadi göstəricilərə malik yığma-monolit tirsiz konstruksiyalardan geniş istifadə olunur.

  • divarlar – yığma dəmir-beton lövhələrdən, beton bloklardan, monolit dəmir-betondan və möhkəmlik üzrə tələbləri ödəyən digər inşaat materiallarından tikilməlidir;

  • dirək bünövrələri – yığma və ya monolit dəmir-betondan olmalıdır;

  • arakəsmələr – armatur, kərpicdən, yığma dəmir-betondan, davamlı doldurucu betondan və digər odadavamlı materiallardan tikilməlidir;

  • giriş yerlərinin qoruyucu tərtibatları – dövlət standartlarına (DST) müvafiq hazırlanmış qoruyucu – hermetik və hermetik darvazalar, qapı və qapaqlardan istifadə olunmaqla hazırlanmalıdır;

  • sığınacaq kimi tikilən binanın digər binalar ilə xarici əlaqələrini təmin edən kommunikasiyalar – bu binaya giriş yerlərində konpensasiya tərtibatları qoyulması nəzərdə tutulmalıdır.

Mühəndis kommunikasiyalarının girişləri sığınacağın içərisində onlara baxış və təmir üçün rahat olmalıdır. Su və istiliklə təchizat şəbəkəsinin girişlərində, eləcə də kanalizasiyanın çıxış yerində sığınacağın içəri tərəfində bağlayıcı armaturlar qoymaq lazımdır.

Sığınacaqları və onların konstruksiyalarını suyun dağıdıcı təsirindən mühafizə etmək, qurğunun və oradakı avadanlıqların normal istismarını, habelə otaqlarda lazımi temperatur – rütubət rejimini təmin etmək üçün sığınacaqlarda hidroizolyasiya düzəldilir. Bu, eyni zamanda, sığınacağın daxilində havanın təzyiq artıqlığını yaratmağa imkan verən germetikləşdirici konstruksiya rolunu da oynayır.

Sığınacağı adətən yığma monolit, yaxud monolit dəmir-betondan, bəzi hallarda isə kərpic və digər materiallardan tikirlər.

Müasir sığınacaqlar əsasən yığma-monolit, unifikasiya edilmiş yığma dəmir-beton U-01-01 və U-01-02 seriyalı hissələrdən quraşdırılır.

Radiasiya daldanacağın həcmi-planlaşdırma, konstruktiv həlli və

mühəndis-texniki avadanlıqları

Radiasiya daldanacaqları (RD) və ya radiasiyadan qoruyan daldanacaqlar – daldalanan adamların, ərazidə radioaktiv zəhərlənmə (çirklənmə) zamanı ionlaşdırıcı şüalanmadan, zərbə dalğasının təsir dairəsində (ehtimal olunan zəif dağıntılar zonasında) isə həmçinin dağılan konstruksiyaların qırıntılarından mühafizəsini təmin edən qurğulardır.

Sığınacaqlarla müqayisədə RD daha geniş əhəmiyyətə malikdir. Onlar həm şəhərlərin ehtimal olunan zəif dağıntılar zonasındakı müəssisələrin iş növbəsindəki fəhlələrin, həm də kənd yerlərindəki və iri şəhərlərdən köçürülən müxtəlif əhali qruplarının mühafizəsini nəzərdə tutur.

Radiasiya daldanacaqlarını müəssisələrin əsas və yardımçı binalarının, müalicə ocaqlarının, ictimai və yaşayış binalarının zirzəmi, yarımzirzəmi (kürsü) hissələrində və birinci mərtəbələrində, həmçinin aşağıdakı binalarda yerləşdirmək lazımdır:

  • məktəb, kitabxana binalarında, habelə ictimai məqsədli binalarda;

  • kino-teatr, mədəniyyət evləri pansionatları, istirahət evləri və bazalarının binalarında;

  • mövsümü olaraq yanacaq, tərəvəz, ərzaq, təsərrüfat alətləri saxlanılan anbarlarda;

  • kərpic və daş binaların zirzəmilərində və yerüstü mərtəbələrindəki otaqlarda.

Radiasiya daldanacaqları üçün yer seçərkən mühafizə edici konstruksiyaların ionlaşdırıcı şüalanmalardan mühafizəsini daha etibarlı təmin edən və zərbə dalğasının təsirinə daha davamlı olan zirzəmilərə və kürsülü mərtəbələrə üstünlük vermək lazımdır.

Radiasiya daldanacaqlarını çoxmərtəbəli binaların birinci mərtəbələrində yerləşdirərkən ilk növbədə digər otaqlardan əsaslı divarlar və arakəsmələr ayrılan və təbii işığı olan yerlərdən (koridorlar, xollar, dəhlizlər və s.) istifadə etmək lazımdır.

Beləliklə, zərbə dalğasının təsir dairəsindəki radiasiya daldanacaqları zirzəmilərdəki yerdən aşağı və kürsü mərtəbələrindəki otaqlarda, eləcə də yerüstü kərpic (daş) binaların birinci mərtəbələrindəki təcrid olunmuş otaqlarda, onların avadanlıqlaşdırılması üçün minimal əmək və vəsait sərfi nəzərdə tutulmaqla yerləşdirilməlidir.

Radiasiya daldanacağı əsas və yardımçı otaqlardan ibarət olur (şəkil 4.10). Əsas otaqlar: daldalanma otağı, tibb məntəqəsi və lazımi hallarda – ana və uşaq otağı. Yardımçı otaqlar: sanitariya qovşağı, ventilyasiya otağı, çirklənmiş üst paltarları saxlamaq üçün otaqlar.

Daldalanma otağı – bura adamların xeyli müddət qala bilməsi üçün minimal rahatlığı təmin etməlidir. Burada oturmaq və uzanmaq üçün yerlər düzəldilir ki, onların sayı daldalananların sayına uyğun olmalıdır.

Radiasiya daldalanacaqlarında otaqların döşəmə sahəsinin, həcminin, oturmaq və uzanmaq üçün yerlərin ölçülərinin, eləcə də sanitariya-texniki xidmətlərin hesablanması normaları sığınacaqlarda olduğu kimidir.

Yeni layihələndirilən binalarda RD düzəldiləcək otaqların hündürlüyü bu binanın sülh dövründəki təyinatından asılı olaraq müəyyən edilir, lakin bütün hallarda döşə-mədən üst örtük konstruksiyasının aşağı hissəsinədək məsafə ən azı 1,9 m olmalıdır. Mövcud tikililərdə və qurğularda düzəldilən daldanacaqlarda:

  • otağın hündürlüyü 2,8 – 3 m olan hallarda – üçmərtəbəli taxtlar;

  • otağın hündürlüyü 2,2 – 2,4 m olan hallarda – ikimərtəbəli taxtlar.

RD zirzəmilərdə, döşəməaltı sahələrdə, dağ-mədən yerlərində, kahalarda və hündürlüyü 1,7 – 1,9 m olan belə yer-altı sahələrdə düzəldilərkən birmərtəbəli taxtlar qoyulur və hər adam üçün döşəmə sahəsinin norması 0,6 m2-a bərabər götürülür.

Fövqəladə hallarda RD istismar tələblərinə müvafiq olaraq ventilyasiya, istilik, su, kanalizasiya, işıq və rabitə ilə təmin edilir.

Binaların birinci və kürsü mərtəbələrindəki istənilən tutumlu daldanacaqda, eləcə də zirzəmidə yerləşdirilən 50 nəfərədək tutumlu daldanacaqlarda təbii ventilyasiyadan istifadə edilməsi, təbii ventilyasiyaya kifayət etməyən hallarda isə süni (məcburi) ventilyasiya yaradılması nəzərdə tutulur.

Süni ventilyasiyaya sistemində içəriyə hava vermək üçün elektrik intiqallı ventilyatorlardan istifadə edilir. Tutumu 300 nəfərdən artıq olan daldalanacaqlarda ventilyasiya otağı olmalıdır. Onun ölçüləri avadanlığın qabaritindən və ona xidmət etmək üçün tələb olunan sahədən asılı olaraq müəyyən edilir.

Tutumu 300 nəfər və bundan az olan daldanacaqlarda ventilyasiya bilavasitə adamlar daldalanan otaqlarda yerləşdirilə bilər.

Sığınacaqlardan fərqli olaraq RD-də yalnız təmiz ventilyasiya rejimi nəzərdə tutulur. Daldalanacağa verilən havanın miqdarı bayırda havanın temperaturundan asılı olaraq hər adam üçün saatda 8–13 m3 müəyyən edilir. Müalicə müəssisələrindəki RD-yə verilən havanın miqdarı təmiz ventilyasiya rejimində 1,5 dəfə artırılır, sığınacaqların süzücü ventilyasiyaya rejimində isə hər adam üçün saatda 10 m3 hesabı ilə götürülür.

Mexaniki üsulla süni (məcburi) ventilyasiya şəraitində elektrik enerjisi kəsilən hallarda təbii ventilyasiyadan və ya ventilyatorlardan istifadə edilməsi və bu zaman hər adam üçün saatda 3 m3 hesabı ilə hava verilməsi nəzərdə tutulmalıdır.

Sənaye tərəfindən hazırlanan süzücü ventilyasiya avadanlığı olmadıqda RD-ya hava vermək üçün yardımçı vasitələrdən hazırlınmış ən sadə tərtibatlardan istifadə edilə bilər. Uducu süzgəc olaraq qumdan, çınqıldan, xırdalanmış şlakdan istifadə etmək mümkündür, havanı içəriyə vermək üçün polietilen və ya rezinli parçadan hazırlanan körük kisələr, velosipedlə hərəkətə gətirilən sadə mərkəzdənqaçma ventilyatorları və s. işlədilə bilər.

Sanitariya qovşaqları kişilər və qadınlar üçün ayrı düzəldilir.

RD-də su təchizatı üçün xarici və daxili su kəmərlərindən istifadə olunması nəzərdə tutulmalıdır. Kəmərlərdə su kəsildikdə və qəza halları üçün hər adama sutkada 2 l hesabı ilə səyyar su qabları qoyulacaq yerlər olmalıdır.

Kanalizasiya sistemi olmayan binalarda çirkab suların yığılması üçün qəza çənləri qoyulması və onların nəcis daşıyan maşınlarla təmizlənməsi imkanları nəzərdə tutulmalıdır. Belə çənlərin tutumu hər adam üçün sutkada 2 l hesabı ilə müəyyən edilməlidir.

Daldalanacaqla qonşuluqda yerləşən digər binaların sanitariya texnikası avadanlığından qismən istifadə edil-məsinə də yol verilir.

Çirkli üst paltarlar üçün otaq giriş yollarından birinin yanında düzəldilməli, adamlar daldalanan otaqlardan odadavamlıq müddəti 1 saat olan odadavamlı arakəsmə ilə ayrılmalıdır. Belə otaqlar ümumi sahəsi hər adam üçün 0,07 m2 hesabı ilə müəyyən edilməlidir.

Tutumu 50 nəfərədək olan daldalanacaqlarda çirkli üst paltarlar üçün otaq əvəzinə giriş yollarında pərdə arxasında yerləşdirilən asqılar düzəldilir. Daldalanacağa giriş yerlərinin sayı onun tutumuna görə müəyyən edilir, lakin burada eni 0,8 m olan ən azı iki giriş yolu olmalıdır.

Tutumu 50 nəfərədək olan daldalanacaqlarda ancaq bir giriş yolu da ola bilər. Belə hallarda şaquli pilləkanı və 0,6  0,9 m ölçülü bacası, ya da 0,7  1,5 m ölçülü pəncərəsi olan köçürmə çıxış yolu nəzərdə tutulmalıdır.

Giriş yollarında adi qapılar qoyulur; onların qapı çərçivəsinə qapanan yerləri daldalanacaq hazır vəziyyətə keçirilən dövrdə kipləşdirilməli, zərbə dalğasınıntəsir göstərəcəyi zonada isə qapılar təzyiqə davamlığa hesablanmalıdır.

Bundan əlavə, sığınacaqlar yerləşdirilən binaların bütün mühafizəedici konstruksiyaları zərbə dalğasının gücünə dözməlidir. Binanın birinci mərtəbəsindəki konstruksiyaların divarlarına düşən belə gücün qiyməti zirzəmilərin və kürsü mərtəbələrin yeraltı hissələrinin divarlarına düşən gücün qiymətinə nisbətən daha çox olur. Zərbə dalğasının təsiri zonasındakı binaların birinci mərtəbəsindən daldalanacaq kimi istifadə olunarkən, onların divarlarının möhkəmliyini artırmaq tələb olunur ki, bu da inşaat xərclərini artırır.

Daldanacaqlar zirzəmidə, kürsü mərtəbələrdə yerləşdirilərkən divarların möhkəmliyini artırmaq lazım gəlmir.

Çəpərləyici konstruksiyalar üçün inşaat materialları seçərkən nəzərə almaq lazımdır ki, materialın həcm çəkisi nə qədər yüksək olarsa, bir o qədər ionlaşdırıcı şüalanmadan yüksək mühafizə xassələrinə malik olur.

Konstruktiv həll



Radiasiya daldanacaqlarının xarici mühafizəedici konstruksiyaları ərazinin radioaktiv zəhərlənməsi zamanı ionlaşdırıcı şüalanmaların zədələyici təsirindən ehtimal olunan zəif dağıntılar zonasında isə zərbə dalğasının təsirindən əhalinin mühafizəsini təmin etməlidir.

Daldalanan adamların ionlaşdırıcı şüalanmadan mühafizə dərəcəsi radiasiya daldalanacağının layihələndirilməsi tapşırığında göstərilən radiasiyadan mühafizə əmsalına uyğun olaraq hesablama nəticəsində müəyyən edilir.

Xarici mühafizəedici konstruksiyalardakı daldanacağa giriş-çıxış yolları üçün istifadə olunmayan oyuqlar binanı daldalanma rejiminə keçirərkən hörülüb bərkidilməli və bu zaman aşağıdakı şərt nəzərə alınmalıdır:



burada S – xarici çəpərləyici konstruksiyalardakı oyuq bacaların sahəsi; Vradiasiya daldalanacağı otağının həcmi.

Hörgünün hər 1 m2-nin çəkisi mühafizəedici konstruksiyanın müvafiq çəkisinə bərabər olmalıdır.

Hörgü üçün, adətən, torpaq (qum), kərpic, dəmir-beton lövhələr, yaxud tirlər işlədilir. Oyuqları bərkidən hörgünün 1,7 m maksimal hündürlüyü daldalanan adamların oyuqlardan birbaşa şüalanmasının qarşısının alınması üçün müəyyən edilmişdir. İki və üçmərtəbəli taxtlar qoyulan hallarda oyuqları bərkidən hörgünün hündürlüyü yuxarı taxtın hündürlüyündən 20 sm artıq olmalıdır.

Pəncərənin hörgüsüz yuxarı hissəsindən keçən radioaktiv maddələrlə daldanacağın əsas otaqlarının çirklənməsinin qarşısını almaq üçün bu pəncərələrə pərdələr çəkmək, həmin otaqlara bitişik və onun üstündəki otaqların pəncərələrini isə yüngül asma qapaqlarla (lövhələrlə) örtmək nəzərdə tutulmalıdır.

Zirzəmilərdə, yerüstü yaşayış binalarında, ictimai binalarda və digər bina və ya qurğularda düzəldilən radiasiya daldanacaqlarının mühafizə xassələrini bu yollarla yaxşılaşdırmaq nəzərdə tutulur:

 yerüstü binaların xarici divarları qarşısında hündürlüyü döşəmə səviyyəsindən 1,7 m olan və daşdan, kərpicdən, torpaq doldurulmuş kisələrdən və s.-dən ibarət divar-yanı ekranlar (əlavə divarlar) düzəltmək;

 zirzəmilərin, döşəməaltı boşluqların yerdən yuxarı hissələrini bütün hündürlüyü boyu torpaqla örtmək;

 örtüyün üstünə əlavə torpaq qatı tökmək və bununla əlaqədar, içəridən tavanı dirək (tir) dayaqlarla bərkitmək;



 mühafizəedici konstruksiyalarda artıq oyuqları hörüb bərkitmək, giriş və çıxış yerlərinin qarşısında divar – ekranlar (çəpərlər) düzəltmək.

Giriş yerindən ekranadək məsafə (V) bu düsturla müəyyən edilir:

(3)

Ekranlayıcı divarı binanın daxilində də düzəltmək olar.

6. Radioaktiv çöküntülər keçməsin deyə, daldalanacağa bitişik və onun üstündəki otaqların pəncərə yerlərini qapaqlar, lövhələr və ya pərdələrlə örtmək.

Belə hallarda, radiasiya daldalanacağının radiasiyadan mühafizə əmsalını 0,8-ə (0,45-ə) vurmaq tələb olunmur.

7. Mühafizəedici konstruksiyalardakı artıq oyuq – bacaları bağlayıb-bərkitmək.

Sadalanan bütün tədbirlər binaların daldalanacaq rejiminə keçirilməsi dövründə yerinə yetirilməlidir.

Mövcud bina və qurğuların birinci və kürsü mərtəbələrinin yüngül beton və yüngül kərpicdən hörülmüş divarları ionlaşdırıcı şüalanmanın təsirindən kifayət qədər mühafizə xassələrinə malik deyildir. Məsələn, 24 sm qalınlıqlı keramzit beton lövhələrdən ibarət divarlar radioaktiv madddələrlə çirklənmiş ərazidə  – şüalanmanı yalnız 7 dəfə zəiflədə bilirsə, mövcud birtipli üst örtüklər ilkin şüalanmanı 4-5 dəfə, ikinci şüalanmanı isə 30 dəfə zəiflədir.

Radiasiya daldalanacaqları birinci mərtəbələrdə yerləşdirilərkən daşdan, kərpicdən, torpaq doldurulmuş kisələrdən ekran düzəltməklə divarların mühafizə xassələrini artırmaq olar.

Daldalanacaqlar zirzəmilərdə və kürsü mərtəbələrdə yerləşdirildikdə divarların və örtüklərin yerdən yuxarı hissələrini torpaq tökməklə möhkəmləndirirlər.

Üst örtüklərə torpaq tökmək mümkün olmayan hallarda, ilkin şüalanmanın təsirindən mühafizə üçün birinci mərtəbənin divarlardakı oyuqlarını hörüb bərkitmək lazımdır. Binaların birinci mərtəbələrində və ya avtomobil nəqliyyatı üçün giriş darvazası olan yeraltı qurğularda giriş yerlərinin qarşısında ekranlayıcı divar düzəldilməsi nəzərdə tutulmalıdır. Ekranın hər 1m2-nin daldanacağının xarici divarının 1 m2-nin çəkisindən az olmamalı, yaxud şüalanmanın zəiflədilməsinə hesablanmaqla müəyyən edilməlidir.

Ekranlayıcı divarların qoyulacağı yer binanın istismar şərtlərilə müəyyən edilir. Giriş yerindən ekranadək məsafə giriş qapısının (darvazasının) enindən 0,6 m artıq olmalıdır. Ekranlayıcı divar döşəmə səviyyəsindən 1,7 m hündür olmalıdır.

Ekranlayıcı divar yerli materiallardan düzəldilir.

Daldalanan adamları giriş yerlərindən keçən ionlaşdırıcı şüalanmadan qorumaq üçün giriş yollarını 90°-li döngələr şəklində yerləşdirmək mümkündür, bu zaman giriş qapısının qarşısındakı divarın qalınlığı hesablama yolu ilə təyin edilir.

Daldalanacaq kimi düzəldilən binalara aşağadakı tələblər verilir:

  • bina və qurğuların xarici mühafizəedici konstruksiyaları ionlaşdırıcı şüalanmanın lazımi qədər (dəfə) zəiflədilməsini təmin etməlidir;

  • divarlardakı oyuqlar və digər bacalar binanı daldalanma rejiminə keçirərkən hörgülərlə bərkidilmək üçün hazır olmalıdır;

  • daldalanacaqlar orada mühafizə olunacaq adamların iş və ya yaşayış yerlərinin yaxınlığında yerləşmədlidir.

Radiasiya daldalanacaqlarının mühəndis-texniki avadanlığı

RD-in mühəndis-texniki avadanlıqlarına bu sistemlər daxildir:

  • ventilyasiya;

  • isitmə;

  • su təchizatı;

  • kanalizasiya;

  • elektrik təchizatı və rabitə.

Radiasiya daldalanacaqlarında təbii və ya mexaniki ventilyasiya tətbiq edilə bilər. Mexaniki ventilyasiya zirzəmilərdə yerləşdirilən tutumu 50 nəfərdən artıq olan daldalanacaqlarda, eləcə də birinci və kürsü mərtəbələrdə yerləşdirilən həmin tutumlu daldalanacaqlarda təbii ventilyasiya kifayət etmədikdə düzəldilir.

Sənayedə hazırlanan süzücü-ventilyasiya qurğuları olmadıqda əlaltında olan materiallardan düzəldilən ən sadə hava təchizatı vasitələrindən geniş istifadə edilə bilər.

Radiasiya daldalanacaqlarının otaqları binanın lazımi hallarda açıla bilən ümumi isitmə sistemindən qızdırılır.

Su təchizatı daxili və xarici kəmərlərdən nəzərdə tutulur, belə su kəmərləri olmayan hallarda hər adam üçün sutkada 2 l hesabı ilə səyyar su qabları qoyulması nəzərdə tutulmalıdır.

Kanalizasiya olan binalarda çirkab suları xarici şəbəkəyə axıtmaqla, yuyulan ayaqyolu düzəldilməlidir. Xarici kanalizasiya xətti tutularkən binanı çirkab sulardan qorumaq üçün hökmən bağlayıcı tərtibat qoyulmalıdır.

Lazımi hallarda kanalizasiya sistemində vurucu stansiya düzəldilməsi nəzərdə tutulur.

Radiasiya daldalanacaqları xarici elektrik şəbəkəsindən, ya da səyyar elektrik fənərləri vasitəsilə elektrik enerjisi ilə təchiz edilir. Səhiyyə idarələrinin cərrahiyyə profilli xəstəxanalarında və doğum evlərində yerləşdirilən radiasiya daldalanacaqları biri digərindən asılı olmayan iki müstəqil elektrik mənbəyindən elektrik enerjisi ilə təchiz edilməlidir.

Müəssisənin (idarənin) rəhbərliyi yerləşəcək radiasiya daldalanacağında yerli mülki müdafiə qərargahı ilə telefon rabitəsi, habelə şəhər və yerli radio yayım şəbəkələrinə qoşulmuş səsucaldan cihaz olmalıdır. Digər radiasiya daldalanacaqlarında ancaq radio yayım şəbəkəsinə qoşulan səsucaldan cihazlar qoyular.

Qurğuların radiasiya daldalanacağı kimi düzəldilməsi onların mühafizə xassələrinin artırılması, germetikləşdirilməsi və orada sadə ventilyasiya düzəldilməsi işlərinin yerinə yetirilməsindən ibarət olur.

Evin zirzəmisini radiasiya daldalanacağı kimi istifadə etmək üçün onun üst örtüyünü lazımi hallarda əlavə aşırım tirləri və dirəklərlə möhkəmləndirmək artıq pəncərə oyuqlarını və digər boşluqları qum kisələri, kərpiclə hörmək və ya torpaq töküb bağlamaq lazımdır. Örtüyün üstünə hesablanmış qalınlıqda əlavə torpaq (qum, şlak) qatı tökür, xarici divarların dibini üst örtük səviyyəsinədək torpaqla örtürlər. Zirzəminin girişində germetik qapılı tambur (dəhliz), otaqlarda isə oturmaq və uzanmaq üçün kürsü, ya da taxtlar düzəldilməlidir. Zirzəmilərdə həmçinin hava verici və sorucu qutular formasında təbii ventilyasiyaya tərtibatı düzəldilir. Bunları taxta, asbest-sement, saxsı və ya metal borulardan düzəldirlər. Qutunun aşağı ağzı kip siyirmə qapaqla (dönən qapaq) bağlanır. Qutunun di-gər ağzı (ucu) 150-200 sm hündürlükdə çölə çıxarılmalıdır.

Mənzili (evi) radioaktiv maddələrlə çirklənmədən mühafizə etmək üçün qapı və pəncərə çərçivələrindəki bütün boşluqları, bacaları bərkitmək (suvamaq, tıxaclamaq, yapışdırmaq), qapı-pəncərə yerlərinə qalın pərdələr asmaq, tüstü bacalarını bağlamaq; ərzaq mallarını və suyu radioaktiv maddələrlə, təhlükəli aerozollarla, habelə bakterial vasitələrlə çirklənmədən qorumaq lazımdır.

Sadə daldalanacaqlar

Düşmənin qəfil basqını zamanı əhalinin xeyli hissəsi mühafizə qurğuları ilə təmin edilməyən hallarda müasir qırğın vasitələrindən əhalinin kütləvi mühafizəsini qısa müddətdə təmin etmək üçün sadə daldalanacaqlar həlledici əhəmiyyət kəsb edir.

Sadə daldalanacaqlara üstü açıq və örtülü yarğanlar (oyuq), səngərlər (tranşeya) aiddir.

Örtülü yarğan adamları işıq şüalanmasından tamamilə qoruyur, zərbə dalğasının təsirinin 2,5 – 3 dəfə zəiflədir, nüfuzedici radiasiyanın və radoaktiv şüalanmanın (üst örtükdəki torpaq qatının qalınlığından asılı olaraq) təsirinin isə 200-300 dəfə azaldır.

Belə yarğan adamların paltarlarının və dərisinin səthinə ZM damcılarının, bakterial və yandırıcı maddələrin bilavasitə düşməsinin qarşısını alır.

Lakin nəzərə almaq lazımdır ki, hətta üstü örtülü yarğan belə, ZM bakterial vasitələrdən mühafizəni tamamilə təmin edə bilmir. Buna görə belə halda əleyhqazlardan istifadə etmək lazımdır. Çoxlu adam olan, yaxud onların yığışacağı ehtimal edilən hər yerdə: bütün müəssisələrin, təşkilatların, idarələrin, kommunal təsərrüfatı obyektlərinin ərazisində, yaşayış sahələrində, köçürmə üzrə toplanmış məntəqələrində, stansiyalarda, aeroportlarda, nəqliyyata minmə və düşmə məntəqələrində, aralıq köçürmə məntəqələrində və digər belə yerlərdə sadə daldalanacaqların tikilməsi nəzərdə tutulmalıdır.

Belə daldalanacaqların üstün cəhətləri bunlardan ibarətdir:

  • konstruksiyaları sadədir;

  • tikinti materialları (əlaltında olan yardımçı materialları) asan əldə edilir;

  • işlərin həcmi az olur;

  • radiasiya daldalanacağının mühafizə xassələrini -ğınacağın xassələri səviyyəsinə çatdırmaq mümkündür.

Sadə daldalanacaqların tutumu 10–50 nəfər nəzərdə tutulur.

Yarğanlar, adətən, uçqunlar altına düşməyəcək ərazidəki müxtəlif yerlərdə: şəhərlərin bağçalarında, stadionlarda, geniş həyətlərdə, kənd yerlərində isə bağlarda, bostan yerlərində, geniş küçələrdə düzəldilə bilər. Belə sahələr elə seçilməlidir ki, oranı qar və yağış suları basa bilməsin.

Yarğanlar adamların bir və iki cərgədə yerləşdirilməsi üçün nəzərdə tutula bilər. Adamlar bir cərgədə yerləşdirilən yarğan dərinliyi 180-200 sm, eni yuxarıda 100-120 sm dibdə isə 30-90 sm olan xəndəkdən ibarət olur. Yarğanın hər adam üçün 0,5 – 0,6 m hesabı ilə müəyyən edilir.

Örtülü yarğanın tikintisi iki mərhələdə yerinə yetirilir: birinci mərhələdə onun xəndək hissəsi qazılır və avadanlıqlaşdırılır, ikinci mərhələdə üstü örtülür və torpaqla bərkidilir.

Yarğan – hərəsinin uzunluğu 10-15 m olan bir-birinə nisbətən bucaq altında yerləşən bir neçə düzxətli sahələrdən ibarət xəndəkdir. Tikintinin birinci mərhələsində əra-zidə daldalanacağın yeri müəyyən edilib nişanlanır və onun planı çəkilir.

Sonra nişanlayıcı qaytan boyu 5-7 sm dərinlikdə qanovcuq açırlar. Xəndəyi onun uzununa oxunun orta hissəsindən başlayaraq qazır və tədricən (xəndək dərinləşdikcə) onu nişanlanmış xəttədək genişləndirirlər. Qazılan torpağı xəndəyin hər iki tərəfinə (onun kənarlarından ən azı 50 sm uzağa) atırlar. Xəndəyin bir (və ya hər iki) divarında torpaqdan oturacaq yeri düzəldirlər. Xəndəyin dibi boyu su- axıdan qanovcuq qazırlar ki, o da giriş yerinin qarşısında su yığılan çala ilə qurtarır. Divarlarda həmçinin ərzaq, su qabları, dərmanlar saxlamaq üçün rəflər düzəldirlər.

Divarlar taxtalar, çırpı, şüvül, qamış və s. materiallar vasitəsilə bərkidilir. Sonra xəndəyin üstünü tirlərlə, şpallarla, yaxud kiçik ölçülü dəmir-beton tavalarla örtürlər. Üstdən hidroizolyasiya qatı (tol, ruberoid, xlorvinil plyonka döşəməklə və ya gildən suvaq çəkməklə) düzəldir, sonra da onun üstünə 50-60 sm qalınlıqda torpaq tökürlər.

Giriş yeri tərəfdə xəndəyin bir hissəsini taxta qapı və ya qalın pərdə vasitəsilə əsas hissədən ayıraraq orada çıxarıla bilən qapaqlı ayaqyolu düzəldirlər. Giriş yeri düzxətli hissəyə nisbətən 90°-li bucaq altında qazılır, bu zaman tutumu 20 nəfərlik olan yarğanda bir, bundan artıq tutumlu yarğanda iki iri giriş yeri (xəndəyin hər iki tərəfində) nəzərdə tutulur.

Yarğana giriş yeri qapısı olan pilləli maili eniş formasında düzəldirlər. Onun uzunluğu 2-2,5 m götürülür və üstündə 70-80 sm enində sipər düzəldilir.

Yarğana giriş yerlərində qoruyucu qapılar qoyulur. Üst örtük və divarların örtüyü 70-80 sm qalınlıqda torpaq qatının ağırlığından yaranan yükə, torpağın yandan təzyiqinə və zərbə dalğasının torpağın səthinə göstərdiyi 0,5-1,0 kQ sm2 izafi təzyiqə davam gətirməlidir.

Ventilyasiya xəndəyin baş tərəflərində qoyulan havaverici və sorucu qutular vasitəsilə təmin edilir. Qutular taxtadan düzəldilir, onların en kəsiyi 20  20 sm olur. Havaverici qutunun aşağı ağzında siyirtmə qapaq və tozəleyhinə süzgəc quraşdırılır.

Divarlarında örtüyü olan, üstü taxta və 70-80 sm torpaq qatı ilə örtülən, adamlar bir cərgədə yerləşdirilən 10 nəfərlik yarğan tikmək üçün tələb olunan təqribi əmək sərfi və tikinti materialları norması belədir: əmək sərfi 80-10 adam-saat; meşə matierialı (eyni diametrli şalban şəklində) – 2 kub m.; taxta (çırpı) – 1,3-1,5 kub m; lif (gəpitkə ya mamır) – 3,4 kq; tol (ruberoid) – 20 m2; müxtəlif ölçülü mismar – 0,3-0,5 kq; məftil – 2-3 kq. Texnikadan istifadə edilərkən: təxmini əmək sərfi 6-8 adam/saat, ekskavatorun işi – 0,5-1 maş/saat; avtokranın işi 1 maş/saat. Sadə daldalanacaqlarda işıq vasitələri olmalıdır.

Yoxlama sualları



  1. Mühafizə qurğularının təsnifatını necədir?

  2. Hansı xassələrinə görə mühafizə qurğuları xarakterizə edilirlər?

  3. Radiasiya əleyhinə daldalanacaqların xarakteristikaları hansılardır?

  4. Sadə daldalanacaqlar hansılardır və onlar necə hazırlanırlar?

  5. Filtr-ventilyasiya qurğuları nə üçündür?

  6. Filtr-ventilyasiya qurğularına hansı avadanlıq daxildir?



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin