Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə35/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   31   32   33   34   35   36   37   38   ...   97
Mülki müdafiə-converted

Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə 
vasitələr kimi, belə avadanlıq olmayan hallarda isə əsas rabitə növü kimi istifadə 
edilir. 
Səyyar rabitə vasitələri xüsusən xilasetmə işləri aparılan vaxt cürbəcür operativ 
sənədləri, şifahi sərəncamları, məlumat və xəbərləri icraçılara, eləcə də yuxarı 
qərargahlara çatdırmaq üçündür. Səyyar rabitə vasitəsi kimi təyyarələrdən
vertolyotlardan, avtomobillərdən, motosikletlərdən və digər nəqliyyat vasitələrindən, 
bəzi hallarda isə hətta piyada çaparlardan da istifadə edilə bilər. 


Səyyar rabitə vasitələri – böyük miqdarda lazımi sənədlərin ünvana çatdırılmasına 
imkan verir, əlbəttə bu halda məlumatın kodlaşdırılmasına vaxt itirilmir, ancaq elə 
etmək lazımdır ki, məlumat rəqib əlinə keçməsin. Burda istifadə edilən nəqliyyat 
vasitələrində onun hərəkətinə üstünlük verən xüsusi tanınma nişanları olmalıdır.
Siqnallı rabitə vasitələri –həm xəbərdarlıq üçün, həm də Mülki Müdafiənin 
sərəncam və komandalarını çatdırmaq həm də göstəriş və siqnalları təkrar vermək 
məqsədilə istifadə olunur. Siqnallı rabitə vasitələri sirenalardan, siqnal raketlərindən, 
işıq və səs siqnalı verən vasitələrdən və bayraqcıqlardan ibarətdir. 
Siqnal vasitələri – qısa komandaların, məlumatların, xəbərdarlıq siqnallarının 
verilməsi üçün istifadə olunur. Siqnal vasitələri kimi görünən siqnal raketlərindən, 
tüstü verən şaşkalardan, fanarlardan, bayraqlardan, səsli sirendən, fitdən və zəngdən 
istifadə olmaqla həyata keçirilir. 
Təbii fəlakət və ya qəza baş verərkən, yaxud, düşmən basqını barədə əhalini 
xəbərdar etməyin əsas üsulu radio və televiziya vasitəsilə xəbərlərin verilməsidir. 
Belə xəbərlərdən əvvəl hökmən «Hamının diqqətinə!» siqnalı, bundan sonra isə 
müvafiq «Hava həyəcanı», «Hava həyəcanı qurtardı», «Kimya həyəcanı», 
«Kimya həyəcanı qurtardı», «Radiasiya təhlükəsi» və «Radiasiya təhlükəsi 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin