147
xəbəri yox idi. Mən işimə görə səyahət etməli idim.
Burada mən zinakarlığa yavaş-yavaş yaxınlaşdım. Mən
həmişə fikirləşirdim ki, pornoqrafiya ilə səthi məşğul ola
bilərəm və zina etmərəm, amma nəhayət, bu, baş verdi,
sonra yenə və yenə baş verdi. Mən özümü təqsirkar hiss
edirdim və vicdan əzabı çəkirdim, amma heç vaxt əsl
tövbə etmirdim.
Nəhayət, mənim fikrimcə Allah tərəfindən təşkil olun-
muş hadisələr arvadımın bundan agah olmasına gətirib
çıxardı və mən gizli cinsi əlaqəyə aludə olduğumu etiraf
etdim. «A Way of Escape» – «Çıxış yolu», «Qaranlıq
üzərində qələbə» və «Buxovları qıran» kitablarınızın
köməyi ilə mən Məsihdə olan azadlığımı aşkar edə bil-
dim. Artıq əsarət yoxdur! Daha günaha qul deyiləm!
C
ıxış yolu
Birinci Korinflilər 10:13-də deyilir: «Siz insanın qarşılaşdığı sı-
naqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O,
sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yana-
şı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə
biləsiniz.» Çıxış yolu haradadır? Sövqolunmanın təqdim edildiyi
yer ilə eyni yerdə: sizin ağlınızda. Hər bir sövqolunma əvvəlcə
sizin öz təbiətiniz və ya sövq edənin özü tərəfindən ağlınıza tanış
edilən fikir olur. Əgər siz həmin fikri götür-qoy etsəniz və onu
seçim hesab etsəniz, siz əvvəl-axır onu hərəkətə gətirəcəksiniz və
bu, günahdır. Əksinə, Paul bizə öyrədir ki, hər bir düşüncəni əsir
edərək Məsihə itaət etdirək (2 Kor. 10:5). Sövqolunmadan can
qurtarmağın birinci addımı ağlınızın astanasında hər bir düşüncəni
tutub saxlamaqdır.
Nüfuz edən düşüncəni dayandırdıqdan sonra növbəti addım
Paulun düşünməli olduğumuz fikirlər haqqında səkkiz növlü
ölçüsünə əsasən qiymətləndirməkdir: «Nəhayət, qardaşlar, doğ-
ru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və
148
Buxovları qıran
tərifə layiq nə varsa, bunları düşünün» (Filip 4:8). Özünüzdən
soruşun: «Bu fikir Allahın həqiqətinə uyğundurmu? Bu, mənim
nəyisə ləyaqətli etdiyimi bildirirmi? Salehdirmi? Pakdırmı?
Əgər bu fikir hərəkətə çevrilsə, nəticəsi cazibəli olacaqmı və
həyatımda əla, tərifəlayiq bir şey olacaqmı? Başqa imanlılar
mənim hərəkətlərimi bəyənəcəklərmi? Bunun üçün Allaha şükür
edə bilərəmmi?» Əgər bunlardan hansısa birinə cavab «yox» olar-
sa, həqiqəti seçməklə dərhal həmin fikri rədd edin. Əgər yenə geri
qayıdırsa, «yox» deməkdə davam edin. Siz ağlınızın astanasında
sövqedici düşüncələri dayandıraraq, Allahın Kəlamına əsasən on-
ları qiymətləndirməklə və sınaqdan keçməyənləri rədd etməklə
onlara cavab verməyi öyrənəndə Allah Kəlamının vəd etdiyi çıxış
yolunu tapırsınız.
Buna zidd olaraq, əgər fikir ağlınıza girib Filip. 4:8-də doğru,
ləyaqət, saleh və s. imtahanından keçirsə, «bunları düşünün» (8-ci
ayə) və «bunları həyata keçirin» (9-cu ayə). «Onda sülh qayna-
ğı olan Allah sizinlə olacaq» (9-cu ayə). Bu vəziyyət sövqedici
düşüncələrə təslim olduqdan və günahlı hərəkətə qoşulduqdan
sonra onların arxasınca gələn ağrı və qarmaqarışıqlıqdan fərqli
olaraq, hədsiz gözəl bir vəziyyətdir.
Tabe olun, etiraf edin, qarşı durun və dəyişin
Günah et – etiraf et – günah et – etiraf et – günah et – etiraf
et çevrəsinə ilişmiş insanlar əvvəl-axır günah üzərində istənilən
həqiqi qələbəni yaşaya bilmə ümidini itirməyə başlayırlar. İradələri
təklikdə onların yenicə etiraf etdikləri günahı təkrarlamaqdan sax-
laya bilməz və şeytan ittihamları yağdırır. Özünənəzarətin möv-
cud olmadığını düşünürlər və məsihçi həyatı sonsuz yoxuşları və
enişləri olan həyatdır.
Allah məğlubiyyətin bu günah çevrəsinə qalib gəlməyimizə
imkan verəcək. «Övladlarım, bunları sizə yazıram ki, günah
etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda
Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir» (1 Yəhya 2:1). Bi-
zim, eləcə də, etdiyimiz hər bir səhv şeyi ittiham edən düşmənimiz
Öz istəyini etməyə sövq olunmaq
149
var. Biz sövqolunma və günah üzərində azadlıq əldə etmək üçün
saleh Vəsatətçimizə tərəf çevrilməliyik və mənfur düşmənimizə
qarşı durmalıyıq. «Buna görə də Allaha tabe olun. İblisə qarşı
durun və o, sizdən qaçacaq» (Yaqub 4:7).
Allaha tabe olmaq anlayışına etiraf etməkdən daha çox şeylər
daxildir. Bu, ağlın və həyat tərzinin dəyişilməsi olan həqiqi tövbəni
tələb edir. Aşağıdakı şəhadətlik bir kişinin günahın gücünə necə
qalib gəlməsini göstərir:
Mən neçə illər pornoqrafiyaya qurşanmışdım və onun-
la məşğul olurdum. Həyat yoldaşım xəbər tutanda mən
bunun ən son həddində idim. Bu məsələdən az müddət
sonra həyat yoldaşımla mən bir restorana getdik, həmin
restoranda məsihçi kitabları olan rəf var idi. Kitabla-
rın içərisində sizin « Helping Others Find Freedom in
Christ» – « Başqalarına Məsihdə azadlıq tapmaları-
na kömək etmək» ( Regal Books) adlı kitabınız var idi.
Bunun mənim üçün olduğunu bildim. Ondan sonra mən
bərpa olunmağa başladım.
Mən elə yerə gəlib çıxmışdım ki, xilasıma şübhə
edirdim. Görəsən, Allah məni həqiqətən sevir? Mənim
üçün ümid varmı? Həmin kitab – « Buxovları qıran»
və « A Way of Escape» – « Cıxış yolu» kitabları mənə
qəlbimin düşməni tərəfindən yalanlar söylənildiyini və
onlara aldandığımı anlamağa kömək etdi – və mən
Məsihdə azadlıq addımlarını atdım. Mən bu gün aza-
dam. Mən «satınalınmaya və günahlarımın bağışlanma-
sına» malik olduğuma, eləcə də «günaha münasibətdə
ölü, Allaha münsaibətdə isə diri» olduğuma inanıram.
Mən azad yaşamaq üçün ciddi olaraq öz məsuliyyətimi
üzərimə götürürəm. Mən hər həftə məbəddəki kişilərin
hesabat qrupu ilə görüşürəm. İndi mən Rəblə müntəzəm
olaraq gündəlik vaxt keçirirəm. Mənim özüm üçün edə
bilmədiyimi Allah mənim üçün edir.
10
Yalanlar atası tərəfindən
ittiham edilmiş
Məsihçilər arasında — hətta pastorlar, rəhbərlər, onların ar-
vadları və uşaqları arasında — aşkar etdiyim ən çox yayılmış
hərəkətlərdən biri dərin kök salmış öz dəyərini bilməmək hissidir.
Mən onların «Mən vacib insan deyiləm, mən layiq deyiləm, mən
yaxşı deyiləm» dediklərini eşitmişəm. Mən başqalarından geri qal-
mağın və dəyərsizliyin hissləri, eləcə də düşüncələri tərəfindən
şəhadətliklərində və məhsuldarlıqlarında bu qədər məsihçinin iflic
olduğuna təəccüb edirəm.
Sövqolunma birinci hücum olduğu halda, ola bilsin ki, bizim
məruz qaldığımız ikinci hücum şeytanın ən tez-tez baş verən
və təkrarlanan ittiham hücumudur. Biz iman vasitəsilə Rəbb İsa
Məsih ilə əbədi ünsiyyətə daxil olmuşuq. Bunun nəticəsində biz
günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri olmuşuq və
indi səmada Məsihlə birlikdə otururuq. Biz Məsihdə vacib ik, layi-
q ik, sevilmiş ik. Şeytan bizim Məsihdə olan mövqeyimizi və Allah
üçün dəyərimizi dəyişmək üçün heç bir şey edə bilməz. Amma
şeytan Allah və ya başqa insanlar üçün az dəyərimizin olduğunu
ittiham edən məkrli yalanları ilə bizi aldatsa, yəni onlara qulaq
assaq və inansaq, onda həqiqətən bizi fəaliyyətsiz edə bilər.
Şeytan çox vaxt əvvəlcə sövqolunma və daha sonra ittihamdan
qəddar zərbə endirən bir rəqib kimi istifadə edir. O, bizə: «Bunu
niyə yoxlamaq istəmirsən? Hamı belə edir. Bu işin üstündə səni
tutan olmayacaq. Kim biləcək?» — deməklə sınağa çəkir. Sonra
biz onun sövqedici sözlərinə yer verən kimi o, hücumu dəyişərək
Yalanlar atası tərəfindən ittiham edilmiş
151
ittihama çevirir: «Sən nə cür məsihçisən ki, belə iş görürsən? Sən
heç Allahın övladı deyilsən. Sən ələ keçəcəksən. Yaxşı olar ki, sən
təslim olasan, çünki Allah artıq səninlə qurtarıb.»
Şeytan «bacı-qardaşlarımızı Allahımızın önündə gecə-gündüz
təqsirləndirən ittihamçı» (Vəhy 12:10) adlanır. Biz hamımız
ürəklərimizdə və vicdanlarımızda onun yalan söyləyən, mənfur
səsini eşitmişik. O, heç vaxt bizdən əl çəkmir. Bir çox məsihçilər
həmişə ruhdan düşürlər və məğlub olurlar, çünki onlar özləri haq-
qında şeytanın aramsız olaraq dediyi yalanlarına inanırlar. Onun
ittihamlarına təslim olan insanlardan Allahın Öz xalqının fayda-
lanması üçün nəzərdə tutduğu azadlıq oğurlanır. Bir məğlub ol-
muş məsihçi yazır:
Mən düşünürəm ki, həyatda bu qədər əzab-əziyyətə
dözmək mənasızdır. Bu köhnə düşüncələrim hələ də
geriyə qayıdır. Mən qorxuram, özümü tənha hiss
edirəm, çaşqınlıq içərisində və çox ümidsiz halda
oluram. Mən ürəyimin dərinliyində bilirəm ki, Allah
buna qalib gələ bilər, amma bu maneəni aşa bilmirəm.
Mən hətta dua edə bilmirəm. Dua etməyə çalışanda,
nəsə mənə mane olur. Mən özümü yaxşı hiss edəndə
və Allahın məndən istədiyi şeyləri həyata keçirməyə
başlayanda həmin səslər məni yoldan saxlayır və elə
güclü surətdə məcbur edir ki, mən artıq davam edə
bilmirəm. Az qalır ki, onlara təslim olam, ona görə də
onlarla mübarizə apara bilmirəm. Mən, sadəcə, bir az
sülh tapmaq istəyirəm.
İ
ttihamçını öz yerinə oturtmaq
Yaxşı xəbər budur ki, biz şeytanın ittihamlarına qulaq asmaya,
ümidsizlik və məğlubiyyətdə yaşamaya bilərik. Zəkəriyyə 3:1-10
imanla şeytanın ittihamlarına qarşı durmaq və Allahın xidmətində
saleh həyat yaşamaq üçün bizə lazım olan əsas həqiqəti göstərir.
152
Buxovları qıran
Rəbb Zəkəriyyə peyğəmbərə şeytanın Allahın xalqına etdiyi it-
tihamların düzgün baxışla verildiyi göylərdəki səhnəni aşkar edir:
Rəbb mənə bunu göstərdi: Rəbbin mələyinin önündə
baş kahin Yeşua durmuşdu və onu ittiham etmək üçün
sağında şeytan dayanmışdı. Rəbb şeytana dedi: «Rəbb
səni məzəmmət etsin, ey şeytan, Yerusəlimi seçən Rəbb
səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarı-
sı yanmış odun parçasına bənzəmirmi?» O vaxt Yeşua
əyninə çox çirkli paltar geyinib mələyin önündə dayan-
mışdı (1-3-cü ayələr).
Rəbb şeytanı məzəmmət edir
Göylərdəki məhkəmə zalına bənzəyən bu səhnədə olan aktyor-
ların rollarına baxın. Hakim Ata Allahdır. İttihamçı tərəf şeytandır.
Müdafiə edən tərəf Rəbdir, yəni İsadır. İttiham olunan müttəhim
Allahın bütün xalqını təmsil edən baş kahin Yeşuadır. Tarixi ba-
xımdan hər il baş kahinin Allahın hüzuruna, Ən müqəddəs yerə
girməsi çox ciddi bir vəziyyət idi. Kahin oraya girməzdən əvvəl
mürəkkəb paklanma ayinlərini dəqiq yerinə yetirməli idi, çünki o,
Allah qarşısında nədə isə düzgün olmasaydı, elə həmin yerdəcə
həlak olardı. Kahin öz üst paltarının ətəklərinə zınqırovlar taxırdı
ki, Ən müqəddəs yerdən kənarda olanlar onun hələ də sağ olduğu-
nu və hərəkət etdiyini bilsinlər. Əgər o, Allahın hüzurunda ölsəydi,
onu Ən müqəddəs yerdən bayıra çıxarmaq üçün topuğuna kəndir
bağlanırdı.
Yeşua adlı baş kahin Allahın hüzurunda İsrailin günahlarını
təmsil edən çirkli paltarlarda dayanmışdı. Bəd xəbər! İttihamçı
şeytan deyir: «Ay Allah, bir ona bax. O, çirklidir. O, ölümə la-
yiqdir». Amma Allah ittihamçını məzəmmət edir və onu yerinə
oturdur. «Sən hakim deyilsən və sən xalqıma hökm qərarı verə
bilməzsən» — deyə, Allah Onu məzəmmət edir. «Mən Yeşuanı
mühakimənin alovlarından xilas etmişəm və sənin ittihamların
əsassızdır.»
Yalanlar atası tərəfindən ittiham edilmiş
153
Bu məhkəmə zalında Allahın hər bir övladı üçün gecə və gündüz
davam edir. Şeytan bizim təqsirlərimizi və zəifliklərimizi Allaha
inadla göstərir və kamil olmadığımıza görə məhv edilməyimizi
tələb edir. Amma bizim göylərdə müdafiəçimiz — İsa Məsihimiz
var və O, heç vaxt hakim Allahın qarşısındakı məhkəmədə uduz-
mayıb. Şeytan öz ittihamlarını əsaslandıra bilməz, çünki İsa Məsih
bizi saleh sayır və bizim üçün vəsatətçilik etməkdən ötrü yaşayır
(Roma. 8:33, 34).
Şeytanın Allahın qarşısında bizi ittiham etdiyi vaxt onun
kəşfiyyatçıları da Allahın gözü önündə dəyərsiz və günahkar ol-
mağın yanlış fikirləri ilə beynimizi bombalayır: «Sən bunu edərək
necə məsihçi ola bilərsən? Sən Allahın həqiqi övladı deyilsən».
Amma şeytan sizin üçün hökm cəzası çıxara bilməz; o, sadəcə, si-
zin ittihamçınızdır. Lakin siz ona qulaq assanız və ona inansanız,
sanki layiq olduğunuz hökm kimi həmin ittihamlarda yaşamağa
başlayacaqsınız.
Şeytanın dəyərsizlik gətirən ittihamları sizə hücum edəndə
onlara fikir verməyin. Əvəzinə özünüz barənizdə belə fikirləşin:
«Mən Məsihə etibar edirəm və Onda Allahın övladıyam. Baş ka-
hin Yeşua kimi mən Allah tərəfindən mühakimə alovundan xilas
olmuşam və O, məni saleh bəyan edib. Şeytan hökm cəzası çıxara
bilməz. O, yalnız məni ittiham edə bilər – və mən də onun itti-
hamlarını qəbul etmirəm.»
Rəbb bizim çirkli paltarlarımızı çıxarır
Şeytanın ittihamlarının əsassız olmasının səbəbi budur ki, Allah
artıq çirkli paltarlarımızla bağlı problemi həll edib. Zəkəriyyə
göylərdəki səhnənin təsvirini davam edir:
Bu mələk önündə duran mələklərə dedi: «Onun
əynindən çirkli paltarı çıxarın». Sonra Yeşuaya dedi:
«Bax, günahını sənin üzərindən götürdüm, indi sənə
bayram paltarı geyindirəcəyəm». Mən isə dedim: «Qoy
başına da təmiz çalma bağlasınlar». Başına təmiz çalma
154
Buxovları qıran
bağlayıb ona paltar geyindirdilər. Rəbbin mələyi də ya-
nında durmuşdu (Zəkəriyyə 3:4, 5).
Allah təkcə bizim bağışlandığımızı elan etməyib, eləcə də O, bi-
zim günahkarlığımızın çirkli paltarlarını çıxarıb və bizə Öz saleh-
liyini geyindirib. Paltarları dəyişmək bizim işimiz deyil, Allahın
işi olduğuna diqqət yetirin. Bizim özümüzdə salehliyin Allahı razı
salacaq heç bir paltarı yoxdur. Ona imanda tabe olmağımızın ca-
vabı olaraq, yalnız O, bizi dəyişə bilər.
Rəbb cavab verməyimizi istəyir
Rəbb şeytanı məzəmmət etdikdən və salehliyimizi təmin
etdikdən sonra bizim itaətlə cavab verməyimizi istəyir: «Əgər
yollarımla getsən, verdiyim buyruğumu qoruyub saxlasan, evimə
sən başçılıq edəcəksən, həyətlərimi sən qoruyacaqsan. Burada du-
ranların arasında içəri keçmək haqqını sənə verirəm» (Zək. 3:7).
Burada Allahın şərtinin Onunla ünsiyyətiniz və ya salehlikdə qal-
mağınız ilə heç bir əlaqəsi yoxdur, çünki onlar artıq sarsılmaz-
dırlar. Bunun şeytanın məğlubiyyəti ilə də heç bir əlaqəsi yox-
dur, çünki o, artıq məğlub olub. Bunlar sizin gündəlik qələbəniz
ilə əlaqədardır. Onun yolları ilə getməyimizdə və Ona xidmət
etməyimizdə Rəbb sadəcə bizdən Allahın övladları kimi imanda
yaşamağımızı istəyir. Bu, gündəlik həyatda cismani təbiəti çar-
mıxa çəkmək və Ruha görə həyat sürməkdir. Bu, özümüzü güna-
ha münasibətdə ölü, Allaha münasibətdə isə diri saymaq və fani
bədənlərimizdə günahın hökmranlıq etməsinə icazə verməmək
deməkdir. Bu, hər bir düşüncəni əsir edərək Məsihə itaət etdirmək
və ağlımızın yeniləşməsi ilə dəyişmək deməkdir.
İtaətliliyimiz vasitəsilə Ona gündəlik xidmətimizə cavab olaraq,
Allah Onun evinə başçılıq edəcəyimizi və Onun həyətlərini qoru-
yacağımızı vəd edir. Bu, o deməkdir ki, biz ruhani aləmdə Onun
səlahiyyətini fəal şəkildə bölüşəcəyik, şeytan və günah üzərində
gündəlik qələbə çalaraq yaşaya biləcəyik. O, eləcə də, göylərə
girmək haqqını bizə vəd edir. Bizim Atamız ilə açıq ünsiyyət
Yalanlar atası tərəfindən ittiham edilmiş
155
xəttimiz var. Onun səlahiyyəti ilə hərəkət edəndə və Onunla
ünsiyyətdə və sülhdə yaşayanda bizim gündəlik qələbəmizə və
bəhrəliliyimizə zəmanət verilir.
Ə
sas fərqi görmək
Siz, ola bilsin ki, «Şeytanın ittihamları ilə Müqəddəs Ruhun vic-
danı narahat etməsi arasında nə fərq var?» — deyə, soruşursunuz.
Paul 2 Kor. 7:9, 10-da bu iki fikir arasında fərqi aydın göstərir:
Amma indi kədərinizə görə yox, bu kədər hissinin si-
zin tövbə etmənizə səbəb olduğu üçün sevinirəm. Allah
istəyən tərzdə kədərləndiniz, buna görə də bizdən heç
bir şeydə ziyan görmədiniz. Allah istəyən tərzdə olan
kədər insanda tövbə yaradıb onu xilasa aparır və bunda
peşmançılıq yoxdur. Dünyanın kədəri isə ölüm yaradır.
Bu dünyanın yanlış təqsirinin və Müqəddəs Ruhun vicdanı na-
rahat etməsinin hər ikisində eyni kədər hissi var. Lakin şeytanın
ittihamından irəli gələn kədər ölümə aparır, amma Müqəddəs Ru-
hun vicdanı narahat etməsindən yaranan kədər tövbəyə və peş-
mançılıq olmayan həyata aparır. Paul korinflilərin özlərini kədərli
hiss etmələrinə sevinmirdi; o sevinirdi ki, onların kədəri tövbəyə,
həqiqətin dərk edilməsinə və nəhayət, azadlığa aparır.
Hər bir məsihçi Ruha görə və ya cismani təbiətə görə həyat
sürməyin seçimi ilə gündəlik həyatda qarşılaşırlar. Cismani
təbiətə görə həyat sürməyi seçən andan Müqəddəs Ruh vicdanı
narahat edir, çünki sizin seçdiyiniz seçim ilə həqiqi kimliyiniz uy-
ğun gəlmir. Əgər siz cismani təbiətə görə həyat sürməkdə davam
etsəniz, Müqəddəs Ruhun vicdanı narahat etməsindən yaranan
kədəri hiss edəcəksiniz.
«Mən hansı kədəri hiss etdiyimi necə bilərəm?» — deyə, siz
soruşa bilərsiniz. «Onları eyni cür hiss edirəm.» Hisslərinizin
həqiqəti və ya səhv düşüncələri əks etdirdiyini müəyyən edin və
156
Buxovları qıran
onda siz onların mənbəyini tanıyacaqsınız. Siz özünüzü təqsirkar,
dəyərsiz, axmaq və ya bacarıqsız hiss edirsinizmi? Həmin hisslər
həqiqəti əks etdirmədiyi üçün ittiham tərəfindən yaranmış kədərdir.
Ədalət baxımından siz artıq təqsirkar deyilsiniz; siz Məsihdə iman
vasitəsilə saleh sayılmısınız və İsa Məsihdə olanlar üçün heç bir
məhkumluq yoxdur. Siz dəyərsiz deyilsiniz; İsa Özünü sizin üçün
verib. Siz axmaq və ya bacarıqsız deyilsiniz; siz Məsihin ağlına
maliksiniz və sizi möhkəmləndirən Məsih vasitəsilə hər şeyə qa-
dirsiniz. Siz kədər hisslərinizin altında gizlənən yalanları aşkar
edəndə — xüsusilə hissləriniz sizi daim aşağı çəksə — siz düzgün
olmayan tərzdə ittiham olunursunuz. Siz dəyişsəniz də, özünüzü
hələ də pis hiss edəcəksiniz, çünki həmin vaxt şeytan sizi narahat
etməyə başqa bir şey tapacaq. İttihamın kədərini yox etmək üçün
siz özünüzü Allaha tabe etdirməlisiniz, şeytana və yalanlarına qar-
şı durmalısınız.
Amma davranışınızın sizin Məsihdə olan həqiqi kimliyinizi əks
etdirmədiyinə görə kədərlisinizsə, bu, Allahın iradəsinə uyğun
şəkildə tövbəni hasil edən kədərdir. Bu, 1 Yəhya 1:9-a əsasən
sizi «Əziz Rəbbim, mən səhv etmişəm» etirafını etməyə səsləyən
Müqəddəs Ruhdur. Siz etiraf və tövbə edən kimi Allah «Bunu
Mənimlə bölüşdüyünə görə sevinirəm. Sən təmizləndin; indi
həyatında azad yaşamağa davam elə» deyir. Müqəddəs Ruhun
sizdə bu işi görməsi nəticəsində azad olacaqsınız. Kədər keçib
getdi və sizin uğursuzluq sahənizdə Allaha itaət etməyiniz üçün
qərar verə bilərsiniz.
İttiham ilə Müqəddəs Ruhun vicdanı narahat etməsi arasında
ziddiyyətin əyani nümunəsi Yəhuda İskaryot və Şimon Peterin
həyatlarında var. Yəhuda İsanı 30 gümüş pula satmaqla şeytanın
onu aldatmasına icazə verdi (Luka 22:3-5). Yəhuda nə etdiyini
dərk edəndə dünyanın kədərinə tabe oldu və özünü asdı. Onun
intihar etməsi şeytanın ittihamının nəticəsi idi, yoxsa Allahın vic-
danı narahat etməsinin nəticəsi idi? Bu, ittiham idi, çünki bu,
Yəhudanı özünü öldürməsinə gətirib çıxardı. İttiham ölümə apa-
rıb çıxarır; Müqəddəs Ruhun vicdanı narahat etməsi tövbəyə və
həyata aparıb çıxarır.
Yalanlar atası tərəfindən ittiham edilmiş
157
Eləcə də Peter İsanı inkar etməklə rədd etdi. Belə görünür ki,
bu, şagirdlərin öz aralarında kimin ən böyük olacağını mübahisə
etdikləri zaman qürurla başlamışdı (Luka 22:24-30). İsa Peterə
dedi: «Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə
icazə istədi» (31-ci ayə). Bu, doğrudur – İsa şeytana icazə ver-
di ki, o, Peteri xəlbirdən keçirsin, çünki Peter qürur vasitəsilə
düşmənə yer vermişdi. Amma İsa Peterə baxıb bunu da dedi:
«Amma Mən imanın itməsin deyə, sənin üçün dua etdim. Sən də
bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir» (32-ci ayə).
Peter İsa ilə öləcəyinə and içdi, amma üç dəfə Onu inkar
edəcəyini İsa ona söylədi (33, 34-cü ayələr), o, bunu etdi. Peterin
keçirdiyi peşmançılıq eynilə Yəhudanın keçirdiyi peşmançılıq kimi
ağrılı bir hiss idi. Amma Peterin kədəri tövbəyə aparan Müqəddəs
Ruhun vicdanı narahat etməsindən yaranmışdı (Yəhya 21:15-17).
Əgər sizin peşmançılıq hissləriniz sizi yerə yıxırsa və Allahdan
uzaqlaşdırırsa, onda siz şeytan tərəfindən ittiham olunursunuz.
Ona qarşı durun. Lakin kədəriniz sizi Allahla qarşılaşmağa və
səhvinizi etiraf etməyə səsləyirsə, onda Müqəddəs Ruh sizin vic-
danınızı narahat edir. Qoy kədər sizi tövbəyə aparsın.
Vəhy 12:10-a əsasən, şeytan qardaşları ittiham etməkdə davam
edir. Lakin şad xəbər budur ki, Məsih Peter üçün etdiyi kimi, bi-
zim üçün vəsatətçilik etməkdə davam edir. İbranilərə məktubun
müəllifi bəyan edir: «O Özü vasitəsilə Allaha yaxınlaşanları tam
xilas etməyə qadirdir. Çünki O, onlar üçün vəsatətçilik etməkdən
ötrü həmişə yaşayır» (7:25). Bizim inadkar düşmənimiz var, lakin
Ona olan imanımıza əsasən bizi Ata qarşısında müdafiə edən daha
inadkar, əbədi Vəsatətçimiz var (1 Yəhya 2:1).
İ
ttiham bataqlığı
Şeytanın inadlı ittihamlarına qarşı durmağımızı öyrənmək nə
qədər vacibdir? Bu, bizim Məsihdəki gündəlik qələbəmiz üçün
həddən çox vacib bir şeydir. Biz hamımız hərdənbir özümüzü
dəyərsiz və əhəmiyyətsiz hiss edirik. Biz özümüzü dəyərsiz və
158
Buxovları qıran
əhəmiyyətsiz adam kimi hiss edəndə dəyərsiz və əhəmiyyətsiz
adam kimi hərəkət edirik və həqiqətə inanmağı seçənə və tövbə
edənə qədər həyatlarımız və xidmətlərimiz uğursuzluğa düçar
olur. Şeytan heç vaxt təslim olmur. O, bir yanlış ittihamı o biri-
sinin dalınca tullamaqla bizi ruhdan salıb uzun müddət bizi belə
vəziyyətdə saxlamağa çalışır. Əgər biz ona qarşı dura bilməsək,
biz şeytanın daha ciddi hücumlarına məruz qala bilərik. Canella-
nın hekayəsi son dərəcədə ciddi bir vəziyyətdir, amma bu, bacı-
qardaşların ittihamçısına qarşı dayanmayan məsihçinin başına
gələ bilən işləri təsvir edir.
Canella öz pastoru ilə yanıma gələn ciddi emosional problemləri
olan bir məsihçi qadın idi. Canellanın nişanlısı Kört də onlarla
birlikdə gəlmişdi. Məni Canella və Kört ilə tanış etdikdən son-
ra pastor çıxıb getmək istədi. «Bir dəqiqə gözlə» dedim. «Sənin
bizimlə qalmağın daha yaxşı olar.»
«Mən ürəyi xəstə adamam» — deyə, pastor cavab verdi. Ola
bilsin ki, onun ürəyi xəstə idi, amma mənə elə gəlir ki, o, bizim
söhbətimizin bir az qəribə olacağından qorxurdu.
«Mənim fikrimcə, bu gün sənin ürəyinə təsir edəcək heç bir
şey burada baş verməyəcək» — deyə, onu əmin etdim (Nə baş
verəcəyindən heç özüm də agah deyildim!). «Bundan başqa, sən
onun pastorusan və sənin dua dəstəyini qiymətləndirirəm.» Pastor
könülsüz razı oldu.
Canella öz başına gələn əhvalatı danışdıqca bacı-qardaşların
ittihamçısının onun başına həqiqətən nə qədər oyunlar açdığını
gördüm. O, uşaq və gənc ikən bir-birinin ardınca baş verən cinsi
zorakılığın qurbanı olmuşdu. Eləcə də, onun keçmişinə okkultla
məşğul olan əvvəlki sevdiyi şəxs ilə anormal ünsiyyət daxil idi.
Neçə illər ərzində o, şeytanın yalanlarına — çətinliklərinə özü-
nün səbəb olduğuna və Allah, yaxud başqa kimin üçünsə heç
bir dəyərinin olmadığına inanmışdı. Onun özünə hörmət hissi ən
aşağı səviyyədə idi.
Şeytanın tanış strategiyasını bilərək, mən: «Canella, biz sənə
problemlərinin həllində kömək edə bilərik, çünki döyüş ağılda ge-
dir və qələbə çalmaq üçün Allah bizə səlahiyyət verib» — dedim.
Yalanlar atası tərəfindən ittiham edilmiş
Dostları ilə paylaş: |