Novruzlu Aytac Bahəddin qızı “ Ekspert sistemləri üçün bilik bazasının hazırlanması”



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix25.11.2022
ölçüsü1,36 Mb.
#70437
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
NOVRUZLU-AYTAC (1)

R
A
S
k
,
(3.2) 
(A- predmet oblastının obyektləri çoxluğu; R- obyektləri əlaqələndirən 
münasibətlər çoxluğu) 
Konseptual strukturun hazırlanması ekspert sistemin qurulmasından asılı olma-
yan tam sərbəst prosesdir, tədris, ixtisasartırma, proqnozlaşdırma, izah etmə
strukturun dəyişdirilməsi kimi məqsədlər üçün istifadə edilə bilər. 
Konseptual modelin əsas strukturlarına - AKO, A-part-of, Has-attribute, Value və 
s. daxildir.

AKO (A-Kind-OF) – “bu, odur” qaydasına uyğun olaraq predmet oblastında 
aid olma münasibətini ifadə edir.

A-part-of – “onun hissəsidir” mənasına uyğun olur və mürəkkəb obyektlərin 
fiziki strukturunu və tərkib hissələrinə dekompozisiyası prosesini əks etdirir. 

Has-attribute – “xassəsi vardır” tipli münasibəti göstərir. 

Value – “qiyməti” bildirir. 
Konseptual strukturun hazırlanması
 sistemin çıxışının;
 giriş anlayışların və yaxud amillərin; 
 mülahizələrdəki aralıq anlayışların; 


44 
 Obyektlərin quruluşunun; 
 obyektlərin xassələrinin və qiymətlərinin müəyyən olunması; 
 və bütün əlaqələrin qrafik təsvir edilməsi alqoritmi vasitəsilə həyata keçirilir.
Funksional struktur dedikdə, ekspertin qərar qəbul edərkən istifadə etdiyi mülahizə-
lərin modelinin əks olunması başa düşülür. Funksional struktur“İf- then” qaydaları ilə 
qurulur. Funksional struktur cədvəl və ya qraf formasında, həmçinin təbii dildə ifadə 
olunmuş cümlələr şəklində təsvir edilə bilər. Bu zaman əyani fomalar daha münasib 
sayılır. 
Bilik polesi konseptual və funksional strukturunu qurduqdan sonra bilik üzrə 
mühəndis proqramçı ilə birlikdə bilik bazasının formalaşdırılması və proqram həlli, 
yəni biliklərin təsviri və təqdimi üçün münasib alqoritmik dil axtarır. İnsan əqli 
prosesi alqoritm formasında göstərilməyəcək qədər daxili və mürəkkəbdir. Lakin 
ekspertlərin çoxu öz biliklərini qaydalar formasında ifadə edə bilmə bacarığına 
sahibdirlər. Məsələn, 
{İF “işığforun işığı” qırmızıdır 
{THEN hərəkət dayandırılır 
{İF “işıqforun işığı” yaşıldır 
{THEN hərəkət bərpa edilir
Biliklərin təqdim olunmasının ən çox istifadə olunan süni intellekt qaydası İf 
hissəsində verilən və faktlardan, Then hissəsində isə bunlara uyğun əməliyyatlardan 
ibarət olan İf-Then strukturu ilə qurulmaqdır. Hər qayda problemin nə formada həll 
olunacağını təsvir edir. Qaydaların yaradılması və başa düşülməsi işin nisbətən asan 
tərəfidir. Hər bir qayda 2 hissədən ibarət olur: 
1. Təyin olunan adlandırılan aparıcı hissə İF (vəziyyət və ya hal) 


45 
2. Nəticələnən adlandırılan hissə Then ( nəticəvə ya fəaliyyət) 
Qaydalar insan davranışlarının simulyasıdır. Buna görə də onların sadəcə 
formalaşdırılması deyil, həm də düzgün sorğulara düzgün cavablar verə biləcəyi 
şəkildə modelləşdirilməlidir. Bilik bazasında yerləşdirilmiş hər qayda digər 
qaydalardan asılı olmayaraq hazırlana və dəyişdirilə bilir. Bu qaydaların 
birləşdirilməsi onların sorğuya tək-tək cavab verməsindən daha yaxşı nəticə göstərir. 
Qaydalar müxtəlif formalarda ola bilirlər: 
 Əgər şərt - Onda nəticə qaydaları 
 Nəticə - Əgər şərt qaydaları 
 Və Ya - daxil olan qaydalar 
Daha mürəkkəb qaydalar 
Qayda AND- konyuksiya və OR- dizyunksiya və ya hər ikisinin sintezi kimi təyin 
oluna bilər.
İF <şərt1> / İF <şərt1> 
AND <şərt2> / OR <şərt2> 




AND <şərtn> / OR <şərtn
THEN / THEN  
Qaydalar obyekt haqqındakı əsas məlumatları daşıyırlar. Onlar fəaldır və hər hansı 
hansı zaman dilimində bazadakı verilənlərə uyğun olaraq yeni faktlar və ya 
fərziyyələr yarada bilirlər. Qaydalar əlaqələr, tövsiyyələr, direktivlər, strategiyalar və 
evristika formasında da təsvir oluna bilir.Təyin olunmuş hər qayda özündə obyekti və 


46 
onun dəyərini birləşdirir. Operator obyekti müəyyən edir və ona dəyər verir. Eskpert 
sistemlər obyekti numerativ olaraq tanıyan və ona veriləcək dəyəri təyin edən riyazi 
operatorlardan istifadə edə bilir.
OBYEKT OPERATOR QİYMƏT 
IF 
x

001
AND
y

002
THEN z
= tələb ödənir 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin