Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


MÖVZU 5. TƏRBİYƏNİN PSİXOLOJİ ƏSASLARI



Yüklə 135,86 Kb.
səhifə19/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   15   16   17   18   19   20   21   22   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

MÖVZU 5. TƏRBİYƏNİN PSİXOLOJİ ƏSASLARI
PLAN:

1. Tərbiyənin mahiyyəti

2. Tərbiyə idarəolunan proses kimi

3. Tərbiyənin idarəetmə imkanları
1. Hər bir cəmiyyətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifəsidir. Tərbiyə sözü ərəb mənşəli söz olub “Rəba-yerbu” kökündən əmələ gəlmişdir və 3 mənanı ifadə edir: 1/ “Rəba” –“artmaq, çoxalmaq”; 2/ “Rəbi” – uşağı ərsəyə çatdırmaq; 3/ “Rəb” –doğru yol göstərmək.

Məhəmməd peyğəmbərin (ƏS.) həyatı, müdrik kəlamları, onunla bağlı hədislər insanların mənəvi tərbiyəsi üçün ən dəyərli bir örnəkdir. O özü bu haqda belə deyirdi: “Allah məni bir müəllim olaraq göndərdi”, “Mən gözəl əxlaqi tamamlamaq üçün göndərildim”. İnsanın hərtəfərli inkişafının təmin olunması, əqli kamilliyi tamamlamaq üçün göndərildim”. İnsanın hərtərəfli inkişafının təmin olunması, əqli kamilliyi və əxlaqi saflığı üçün tələb olunan ən yüksək elmi-mənəvi dəyərlər sistemi tərbiyənin məzmununu təşkil edir. Tərbiyə sistemi ibtidaidən aliyə, sadədən mürəkkəbə, yaxından uzağa, millilikdən ümumibəşəriliyə, ailədən cəmiyyətə, adilikdən kamilliyə prinsipləri əsasında qurulur.

XIX əsrin sonu, XX əsrin əvvəlində Azərbaycan məktəblərinin bu sahədə seçimli ənənələri olmuşdur. Məhəmməd Tağı Sidqinin məktəbi “məktəbi-tərbiyə” adlanırdı və bu iki söz məktəbin qayəsini gözəlifadə edirdi. Pedaqoq A.S. Makarenkonun dediyi kimi, tərbiyənin mahiyyəti ondan ibarətdir ki, daha yaşlı olan nəsil bu prosesdə təcrübəsini, özünün ehtiraslarını, inamını da kiçik nəslə verir. Tərbiyə şəxsiyyətin formalaşdırılmasına yönəlmiş xüsusi fəaliyyət sahəsidir.
Tərbiyə böyüməkdə olan nəslin şəxsiyyətinin formalaşması prosesinin idarə olunmasından ibarət prosesdir. Tərbiyə sistemi sadədən mürəkkəbə, yaxından uzağa, millilikdən ümumbəşərəliyə, ailədən cəmiyyətə, adilikdən kamilliyə prinsipləri əsasında qurulur.
2. Tərbiyə şəxsiyyətin daxili və xarici amillərinin təsiri altında baş verən inkişafının idarə olunmasıdır. Ona görə də şəxsiyyətin necə formalaşması, bu prosesə təsir edən amillər diqqəti cəlb edən amillərdəndir. Tərbiyə prosesi özünün psixoloji mexanizmlərinə malikdir.

Tərbiyə işində tərbiyə prosesinin mahiyyətini təşkil edən aşağıdakı cəhətlərə diqqət yetirmək lazım gəlir: tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri, onların qarşılıqlı münasibətləri, tərbiyənin məqsədi, tərbiyə prosesində istifadə olunan yollar.

Tərbiyə işində biz daima inkişaf edən, keyfiyyətcə dəyişən uşaqlarla işləyirik. Tərbiyə olunan həmin uşaqlar psixoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Ona görə də ilk əvvəl tərbiyə olunanların yaş və fərdi xüsusiyyətlərini öyrənmək və nəzərə almaq lazımdır.

Pedaqoji psixologiyanın banisi K.D.Uşinski insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənməyi tövsiyə edirdi. Psixoloq S.L.Rubinşteyn deyirdi «Uşaqları tərbiyə edə-edə öyrənmək lazımdır ki, onları öyrənə-öyrənə tərbiyə edək və öyrədək».

Şagird şəxsiyyətinin təşəkkülündə onların fəaliyyətinin düzgün təşkili ilə yanaşı burada düzgün əxlaqi davranış motivlərinin tərbiyə edilməsi də mühüm rol oynayır. Bir motiv kimi tələbatlar şagirdin davranışını şərtləndirir.

Psixoloji tədqiqatlarla sübut edilmişdir ki, motivdən asılı olaraq eyni fəaliyyət nəticəsində şagirdlərdə müxtəlif əxlaqi keyfiyyətlər formalaşa bilir. Tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün şagirdlərin yaş və fərdi xüsusiyyət- lərinin öyrənilməsi ilə yanaşı tərbiyəvi tədbirlərin tətbiq edildiyi konkret şəraitin nəzərə alınması da həlledici əhəmiyyətə malikdir.

Bununla əlaqədar tərbiyə işini düzgün təşkil etmək üçün «inkişafın sosial şəraitinin» (L.S.Vıqotski) nəzərə alınması zəruridir. Tərbiyə prosesində şagirdlərin daxili aləmi ilə xarici təsirlərin qarşılıqlı münasibətinə, xüsusilə uşağın ona təsir göstərən xarici mühitə şəxsi münasibətinə ciddi fikir verilməlidir.
3. Tərbiyə prosesinin müvəffəqiyyətlə yerinə yetirilməsində mühüm rol oynayan amillərdən biri də tərbiyənin məqsədinin düzgün müəyyənləşdiril- məsindən ibarətdir. Məqsəd aydın olduqda onun həyata keçirilməsi üçün səmərəli tədbirlərin seçilməsi və tətbiqi də mümkün olur.

Tərbiyə prosesində nəzərə alınması zəruri olan cəhətlərdən biri də həmin prosesin tərbiyə olunanın fəaliyyəti ilə əlaqələndirilməsindən ibarətdir.


Tərbiyə prosesinin mühüm cəhətlərindən biri ondan ibatədir ki, o, kor-koranı proses olmayıb idarəolunan prosesdir. Tərbiyə prosesini ona görə idarə olunan proses adlandırırlar ki, onun məqsədi, motivləri, funksiyaları və gözlənilən nəticələri mövcuddur.

Tərbiyə həm xarici, həm da daxili idarəetmə imkanlarına malikdir. Xarci idarəetmə tərbiyə olunanlardan deyil, tərbiyə edənlərdən asılıdır. Xarici idarəet- məyə tərbiyəvi üsul və vasitələrin düzgün seçilməsi də aiddir. Tərbiyə prosesində fərdin özünün bu prosesə münasibəti, özündə bu və ya digər keyfiyyəti
aşılamaq cəhdi də mühüm rol oynayır. Bu prosesdə isə tərbiyədə daxili idarəetmənin zəruriliyini irəli sürür. Belə daxili idarəetmə özünütərbiyə prosesində
həyata keçir və özünüidarə rolunu oynayır.



Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin