Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


III-Təşkilati-kommunikativ qabiliyyətlər



Yüklə 135,86 Kb.
səhifə56/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   52   53   54   55   56   57   58   59   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

III-Təşkilati-kommunikativ qabiliyyətlər müəllimin təşkilatçılıq funksiyası və ünsiyyəti ilə bağlıdır. Bu cür pedaqoji qabiliyyətlərə aid etmək olar: təşkilatçılıq qabiliyyəti, avtoritar qabiliyyət, kommunikativ qabiliyyət, perseptiv qabiliyyət, suqqestiv qabiliyyət, pedaqoji mərifət, pedaqoji təxəyyül, diqqəti paylaya bilmək qabiliyyəti, pedaqoji refleksiya.

Təşkilatçılıq qabiliyyəti iki formada təzahür edir: 1/ şagird kollektivini təşkil etmək, möhkəmləndirmək, ruhlandırmaq; 2/ öz fəaliyyətini düzgün təşkil etmək qabiliyyəti: səliqəlilik, işgüzarlıq, öz işini düzgün planlaşdırmaq və özünənəzarəti təşkil etmək bacarığı. Avtoritar qabiliyyətlərə malik olan müəllimlər şagirdlərə bilavasitə emosional-iradi təsir göstərə bilir və bunun əsasında onların hörmətini qazanmağı bacarır. Kommunikativ qabiliyyətlərə şagirdlərlə ünsiyyətə qabillik, onların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq bacarığı, qarşılıqlı əlaqə yarada bilmək bacarığı aiddir.Perseptiv qabiliyyətlər şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyətlərdir. Suqqestiv qabiliyyət şagirdlək qabiliyyəti, müəyyən tələbi irəli sürərə iradi təsir göstərmək və onun yerinə yetirilməsinə mütləq nail olmaq qabiliyyətindən ibatərdir. Burada söhbət müəllimin sakit, uşaqları məcbur etmədən və hədələmədən öz tələbini irəli sürməsi və ona nail olmasından gedir.

Pedaqoji mərifətdə şagirdə qarşı hörmət və tələbkarlıq bacarıqla birləşdirilir. Pedaqoji təxəyyülə malik olan müəllimlər öz əməllərinin nəticəsini qabaqcadan görə bilir, hansı keyfiyyətləri inkişaf etdirməyin mümkün olduğunu görür. Diqqəti paylaya bilmək qabiliyyətinə malik olan müəllimlər materialları necə şərh etdiklərini, şagirdlərin cavabını necə dinlədiyini izləməklə nəzər diqqətini bütün şagirdlərin üzərinə yönəldə bilirlər. Pedaqoji refleksiyaya malik olan müəllim öz vəziyyətlərini dərk etməyi bacarırı, müəyyən pedaqoji şəraitdə nəzarət, qiymətləndirmə, tənzim və təkmilləşdirmə məqsədilə özünün pedaqoji fəaliyyət və pedaqoji ünsiyyətin məqsəd və vəzifələri ilə əldə olunmuş nəticəni müqayisə edə bilir.

Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin