Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ


süsüc qalayçı. üzdək. bəzgək. üzdə göstərən. üzdək, səthi, təməlsiz köksüz iş yapan kimsə. saxtakar. süsüclük



Yüklə 12,74 Mb.
səhifə72/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   68   69   70   71   72   73   74   75   ...   102

süsüc qalayçı. üzdək. bəzgək. üzdə göstərən. üzdək, səthi, təməlsiz köksüz iş yapan kimsə. saxtakar.

süsüclük qalayçılıq. üzdəklik. bəzgəklik. təməlsizlik köksüzlük. saxtakarlıq.

süt çox ağ olmağı vurqular. - süt kəsildi: bər ağardı.
- süt vurğuni: süt vırğını: sütdən yanıq. sütdən pozuq. sütdən pozulmuş. süt toxunmuş cocuq.
- kiçik süt qabı: köynük.
- qurut {: 1. süt qurusu. 2. durub quyulaşmış süt}.
- quş sütü: bulunmaz. nayab.
- süt otu: çoban mayası. pənir mayası.
- süt oğul: süt oğlu. birində süt əmmiş uşaq. rəzi'.
- süt ata: süt ananın əri. - o mənim süt atamdır.
- süt ana: başqasının uşağına süt verən qadın. - o mənim süt anamdır.
- süt kəsmiyi: kəsilmiş sütün qurusu.
- bir qaşıq südə boğmaq: çoxlu kin qıyın, hinc göstərmək.
- onu tapsa bir qaşıq südə bğacaq.
- südi dönmüş: sedi qaçmış qadın.
- süt başı: ağız. kala.
- süt başı: qaymaq.
- süt qardaş. - süt bacı.
- süt dişi: uşaqların ilk çıxan, yeddi yaşında gəğişən dişlər.
- süt qırı: teyxa ağ (olan).
- sütlü aş. sütlac.

sütlac sütlü aş.

sütləgən sütülgən. sütıü.

sütlü sütləgən. sütülgən.

sütül sütlü. sütü axan. hərnəyin yenisinə, körpəsinə verilən ad.

sütülgən sütləgən. sütıü.

süyci tatlıcı. dadlıcı. 1. qənnadi. 2. dadlı, şirin sevən.

süyüt suyut. rəng. boza ( y <> z ) boya. boyuq. boduq. çüvüt. önğ. çalı. tüka. tülük. - nə tülük atdı o.

süzdürmək süzcəkdən keçirmək. təsfiyə edmək. nərsənin tortun pusasın ayırmaq.

süzəmək üzmək.

süzən qayab. qayıq.

süzgəc ardanfars (< arıtlamaq). arıtlayan. sumaqpalan.

süzgəc arıdan. arun. arın.

süzgəc nərsənin tortun pusasın ayırmaqa yarar incə dəlikli qab. təsfiyə edən. - süt, çay süzcəyi.
- çoban süzgəbi: bir çeşit çiçək.

süzgək - süzgək daşı: süzgü daşı: dəlikli olub, süzgəvc kimi işlənilən daş.

süzgi kiçik süzgəc. sulu nərsələrin suyun almaq üçün kiçik incə dəlikli qab.

süzgü - süzgü daşı: süzgək daşı: dəlikli olub, süzgəvc kimi işlənilən daş.

süzgün düzgün. yalınğac.

süzmə - süzmə pilov: çilov.

süzmə - süzmə yoğurt: kəsmik <> kəmsik.

süzmək 1. süzgəcdən keçirmək. təsfiyə edmək. 2. yarı qapalı gözlərlə baxıb, gözdən keçirmək. - onu başdan ayağa süzdi.
- süzülüb enmək: çuqmaq. çoqmaq. çaqmaq. qonmaq.

süzük axmar. xumar. axar.əsrik.

süzülmək turulmaq. çökmək. durub tortısı dibə çökmək. - su duruldu.

süzülmək 1. süzgəcdən keçirmək. təsfiyə edmək. 2. gizlicə qayaraq gedmək, uçmaq. - sən bəs hara süzüldün. 3. əldən düşmək. çox zayıflamaq. arıqlamaq. - bu xəstəlikdən süzülüb gedir. - büsbütün süzülmüş kişi. 4. axmaq. gözlərin əsrik, süzük, axar, xumar durumu. - gözlərim süzülür. - gözün süzdürmək.

süzüş düzüş. uyquş. onğuş. unğuş. axınc. axış. axınş. tənqiş. təngəş. uyqun. mutabiq. muvafiq.

şa alacalı bir quş.

şab - qızıl şab: açıq əflatuni boya.

şabak 1. çapaq. şapqa. çapqa. çapıq çapıq olan, bacalı deşikli günəşlik baş örtüsü. börk. - şapqasın tərs geymək: şapqasın tərs qoymaq: şapqasın yerə vurmaq: hırslanmaq. hiddətlənmək. - şapqa qaldırmaq: şapqa çıqarmaq: sayınlamaq. hörmətləmək. 2. gəmi dirəginin təpəsindəki təkərləkcik. 3. soba, peç, buxari ocaq borusunun təpəsindəki dönər fırıldaq.

şaban şaşqın. şaşmış. valeh. şaban. heyran. məftun.

şabba şımar. sillə.

şabşal çapçal. saçıq. tökük. təmbəl.

şad ərsənğ. sevincək. uca. fərəhli. sivrilib, itilib duran. - ərsənğ gülüş: qıs-qıs. ucadan gülüş. - ərsənğli ərsənğlə: sevinə sevinə. fərəhli. fərəhlə.

şadabƏy şad-bƏK.igit bəy. cƏsur kişi.

şadırdı suyun fışqırıb çağlaması.

şadırvan iki qat hoğuz olub, fışqıraq (fəvvarə) ilə üsdəki hoğuza su axıb, bu hoğuzda olan dəliklərdın, su altdaki hoğuza şadır şadır axar. böyük bəlik, xanlıq evlərində, salonlarıda olar.

şadlıq şənlik. yenğiş.

şaftalı alış. aluç.

şah - şah damar: özək.

şahdamar şahrəg. anadamar.

şahin baysunqar. baysəncər. Qızıl Quş. Doğan. Şunqur. Köğön. Şunqar. Al Quş. laçin. çaflı.

şaxa <> şaxə qol. şəbəkə. tarmaq6. darmaq.

şaxlamaq qalxınmaq. atlanmaq.

şakalanmaq icəşmək. sataşmaq. əğlənmək. kəsinmək. şuxluğ edmək.
- sən nədən mənə sataşırsan.

şaq - şaxa qaldırmaq: qalqıtmaq. sıçratmq. fırlatmaq. xoplatmaq. - atın səkrətib qalxıtdı.
- şaxa qalxmaq: qalqmaq. sıçramq. fırlamaq. xoplamaq.- at qalxdı. - balıq qalxdı.

şaqaçı şakaçı. alayçı. mə'rəkəçi.

şaqılban şarlatan. qaltaban. arsız. yalançı. namussuz.

şaqılbanlıq şarlatanlıq. qaltabanlıq. arsızlıq. yalançılıq. namussuzluq.

şaqıraq yumşaq, nəşəli söylənən səs. - şaqraq cocuq.

şaqırdamaq şaq şaq edmək. qığışdamaq.

şaqırdatmaq şaqlatmaq. şaqqıldatmaq. - qamçını şaqlataraq vururdu.

şaqır yağan yağmır, ötən bülnül quşunun, yıxamaqın səsi. - şaqır şaqır yağmur yağır. - şaqır şaqır quşlar ötür. - şaqır şaqır yudi.

şaqırtı qığışdı. şaqır şaqır, şaq şaq ötmək, səslənmək. - yağmur şaqırtısı səsəvi duymağa qoymur. - qamçının şaqırdısı. - bülbülərin şaqırtısı.

şaqqıldatmaq şaqlatmaq. şaqırdatmaq.- qamçını şaqlataraq vururdu. - qamçı şaqqıldatmaq: qamçı çalmaq.

şaqlaban soytar. hər qılığa girən kişi. qılıqçı. qıltaban.

şaqlabanlıq soytarlıq. hər qılığa girən kişinin davranışı. qılıqçılıq. qıltabanlıq.

şaqlatmaq şaqırdatmaq. şaqqıldatmaq. - qamçını şaqlataraq vururdu.

şaqmaq çaqmaq.

şaqrı şarkı > şarqı. (< şaqqldamaq: dadlı səslə, şaq şaq ötmək). şaqırtı.

şaqşaqa şaqşaq. cocuq oyunçaqı.

şaqşaq şaqşaqa. cocuq oyunçaqı.

şal şal. boyun atqısı. çəlmə.
- bir taqa şal: bir top şal.

şalvar salvar ( salınıb, vurulan nərsə) ümka. yum. don. - üsti genə bol, altı güdə dar şalvar: qıçı (yançaqı, göt bölümü) çox gen, bol, çoxlu qırmaları olub, bacağa (baldıra) doğru enənərkən sıx olub, daralan tuman, şalvar: potur. bolağ. dağ şalvarı. (kürd şalvarıda bu çeşitdəndir).- potur geyinmək. - dağ şalvarlı: poturlı. - sıq şalvar. yuxarısı bol, gen, aşağısı dar olan.

şamata gurul. gurıl. gurultu. henqaməfars. < həngəmə. həngirti. guruldu. qovğa. patırdı. vəlvələ. gurultu. qarışıq səslər. suntur. səntur. santur. gurultu. patırtı. dəbdəbə.
- gurul gurul su axmaq. - xarıl gurul: bolluqla, gurult ilə axan nərsənin səsin andıran səs.
- cocuqların gurultusu. - gurultu patırdı dinləyəməm.

şamatalı sunturli. sənturli. santurlı. gurultulu. patırtılı. dəbdəbəli.

şamuşaka yeyilən bir ot. poy otu·.

şansız çirkin. göstərişsiz. suratsız.

şapalaq çapalaq. şaplaq. çaplaq. toqat. silli.

şapırdamaq çapırdamaq. şap şap edmək.

şapır - şapır şapır: öpərkən, yiyərkən çıxarılan səs. şapır şapır yemək. - şapır şapır öpmək.

şap öpərkən dodaqların etdiyi səs. - şap şap öpmək.

şapqa 1. çapqa. şabak. çapaq. çapıq çapıq olan, bacalı deşikli günəşlik baş örtüsü. börk. - şapqasın tərs geymək: şapqasın tərs qoymaq: şapqasın yerə vurmaq: hırslanmaq. hiddətlənmək. - şapqa qaldırmaq: şapqa çıqarmaq: sayınlamaq. hörmətləmək. 2. gəmi dirəginin təpəsindəki təkərləkcik. 3. soba, peç, buxari ocaq borusunun təpəsindəki dönər fırıldaq.
- başa taxılan, qoyulan kiçik şapqa: təpəcik. taqya. taxya. baş tərlik.

şaplaq çaplaq. şapalaq. çapalaq. toqat. silli.

şaplamaq şap səs çıxarmaq.

şapraq çapraq. çapaq. çapıq. örtük.

şapşal bol paça. biçimsiz.

şar " şar, şır, şur " axar suyun doğal səsi. - su şarıltısı: abşar. 1. car. bol, səslə axma səsi. - şar şar axan sular: şırıl şırıl. - sular şar axır. (# şor: incə axan suyun səsi). 2. yuvar. top. yuvarlaq. girdə. kürə.- yer topu: yer kürəsi.

şaraq yassı nərsə ilə vurmaqdan çıxan səs. - şaraq şaraq yanaqlarına vururdu.

şarıldamaq şarlamaq. suyun səslə, gurulutu ilə, bol bol axması.

şarıltı səslə, gurulutu ilə, bol bol axan su. şarla. şırla. abşar. böylə axan suyun səsi.

şarqı şarkı < şaqrı (< şaqqldamaq: dadlı səslə, şaq şaq ötmək). şaqırtı.

şarla şırla. şarıltı. abşar.səslə, gurulutu ilə, bol bol axan su.

şarlamaq şarıldamaq. suyun səslə, gurulutu ilə, bol bol axması.

şarlatan qaltaban. şaqılban. arsız. yalançı. namussuz.

şarlatanlıq qaltabanlıq. şaqılbanlıq. arsızlıq. yalançılıq. namussuzluq.

şaşa qalmaq daş kəsilmək:

şaşa bitə. heyran. mat. genğ. gənğ. gen. gən. açıla. mütəəccib. şaşqın. heyran. qat. - qat kəsildik: qat qaldıq: şaşa, açıla qaldıq. dona qaldıq. - şaşa qalmaq: heyrət qalmaq. turğunluq. durğunluq.- adama turqunluq gəlir. - yaşamda turqunluqa qapılan çox olur.

şaşacıq əcib.

şaşaq heyrətli. turğun. durğun. mat qalmış. - durğun adam. - durqun ürəkli.

şaşalamaq şaşmaq. şaşdırmaq. heyrətdə qalmaq.

şaşdırmaq şaşalamaq. şaşmaq. heyrətdə qalmaq.

şaşıb qalmaq bitmək. - söylədiyi sözə bitə qaldım. - eşiddim bittim.

şaşı şaşıq. aciz. - aciz qalmaq: şaşı qalmaq. - şaşı qalmaq. dodağını ısırmaq: heyrət edmək.

şaşıq şaşı. aciz. şaşqın. bonğ. bon. avanaq. axmaq. abdal. - aciz qalmaq: şaşı qalmaq.

şaşılıq - gözəl bir təhər şaşılıq: dadlı baxış.

şaşınmaq tanğrımaq. tanğlamaq. tanğmaq. qəribsinmək. yadırqamaq. təəccüblənmək.

şaşırmaq alıqmaq. əğli gedmək. bunğalmaq. bunalmaq. şaşqınlamaq. çaşmaq. yanılmaq. heryrətdə qalmaq.

şaşırmış sabuq. sapuq. sapmış.- abuq sabuq: saçma sapan. altı üstünə uymaz. - abuq sapuq söyləməyə başladı.

şaşırtıcı bulğancıq. tanğ. əcib qərib.

şaşırtma təkərləmə. yanıltmac. yeyin söylənirkən kırıxıb yanılan deyim.

şaşırtmaq alıqlatmaq. bunatmaq. bunğatmaq. əğlin aparmaq. sapıtmaq. sapdırmaq. çapırtmaq. təəccübləndirmək. heyrətə salmaq. yanğıltmaq. yanıltmaq. çaşdırmaq. müştəbeh edmək. - onun davranışı məni bərk sapıtdı.

şaşqın avanaq gözlərin açıq, şaşa qalması. bəlinğ. mütəhəyyir. kəs. genğ. məbhut. heyran. şaşıq. bonğ. bon. avanaq. axmaq. abdal. şaşmış. valeh. şaban. heyran. məftun. yabansı kimi iki tərəfonə baxaraq yürüyən adam. gəyliq kişika: gay kişi. sanğı. fikirli. xiyallı. ohamlı. budala. vurğun. vırğın. sərsəm. şaşa. heyran. qat. - qat kəsildik: qat qaldıq: şaşa, açıla qaldıq. dona qaldıq. - başı sanğı, beyni sanğı. - sanğı kişi.

şaşqınlamaq şaşırmaq. çaşmaq. yanılmaq. heryrətdə qalmaq.

şaşqınlıq sanğılıq. ohamlıq. budalalıq. vurğunluq. vırğınlıq. sərsəmlik.

şaşma şaşa qalma. tənğ. tənğ. dəng. tanğ. əcəb. - tanğ: nə əcəb. - tanğ qalmaq: şaşa qalmaq.

şaşmaq çaşmaq. 1. çaşmaq. yoldan çıxmaq, ayrılmaq, oynamaq. - yoldan şaşmaq. - ayaq şaşmaq. 2. yanılmaq. xəta edmək. sıhv edmək. - ovçu ovun şaşdı. 3. tanğmaq. təəccüb edmək. şaşalamaq. şaşdırmaq. heyrətdə qalmaq. - bu işə şaşdım. - şaşacaq nə. 4. tumuqmaq. duruqsunmaq. turmaq. durmaq. heyrətə dalmaq. - bunu eşidib durdu. - gözlərinə inanmayıb durdu.

şaşmış şaşqın. valeh. şaban. heyran. məftun.

şatır ömür. şux. şən. maraxlı. istəkli. qərib. - çox ömür birisidir. - ömür kişi.

şatır4 çatı. çatır. səqf. atma. örtəm. saqaf. saqaq. saqab. salaç. sarlaq. savan. saya. tavan. üçək. tarus. şip6.

şav çövən (çoğan) kimi bir ot.

şavsız Kas boya. mat (boya). bulaşιq. veyran. unqundal8.

şayıt çirağ. pədo. yanaşma.

şeh - donmuş çiğ, şeh: qırağı.
- bulutdan şeh qapmq: iti istəklikdən imdir.

şeqəncfars şekəncfars. sikənc (>. sinəc. ısnac. sıkınc. çin. ərmə. əğmə. axma.

şer - şer mi xət oyunu: yazımı toğra oyunu. şer mən xət oyunu.

şeytan - şeytan qulağına qurşun: göz dəğməsin. şeytan eşitməsin.
- şeytan qulağına qurşun: pis qulaq eşitməsin.

şəbixun < çapqın. basqın

şəhir qala. kənt. kənd. kəndü. kənüt. - şəhərin dõrt yanını saran yaşıl bõlgə: gök. - şəhrin ətrafında savaş üçün hazırlanmış olan bürc: ükək.

şəhvətli acur. azur. azqın.

şəqil şəkil < çəkil. 1. qablut > kalbod. qablıq > qalıb. hey'ət. çəkil. biçik. licim. qurum. - o qurumda çıxmaq olmaz. - bu nə qurudu belə. 2. biçik. qılıq. rəsm. yansı. əks. foto. fotoqrafya. - qılıq çıxarmaq: qılıq çəkmək: şəkil çəkmək: əks salmaq.

şəqilli şəkilli. çəkli. çəkimli. oranlı. orqanlı. ornaqlı. qoylu. biçimli. əndamlı. gözəl. ala. xallı.

şəqqələtmək biçdirmək. kəsdirmək. yardırmaq.- ağac biçdirmək.

şəlalə çağla. çalğa. abşar.

şələ < met > laşa. laşə. yük. gövdə.

şən küşada. ömür. şux. maraxlı. şatır. istəkli. qərib. - çox ömür birisidir. - ömür kişi. - küşada üz. - küşada ürək.

şənləndirmək abadlamaq. diriltmək.

şənlənmək tarbalamaq. tərəb tutmaq. sevinmək. təpinmək. - toy tutub tarbaladılar.

şənlik islik. tarba. tərəb. sevinc. təpinmə. tonanma. donanma. toy (< tüq: yığın. tüqmək: yığmaq). sur. - donanma gecəsi.
- toy tutub tarba qıldılar.

şənlik yenğiş. şadlıq.

şəpə ləpə. yalpa. qar şəpəsi. yuvarlayaraq qardan oluşan böyük yığın. qartopu. bəhmən.

şəpka ivməyi, əcələyi anlatan bir söz.

şərəfsiz arsız. kəpək. namussuz.

şərit - şərit soğulcan: dudi vəhid.
- şərit şırıx, şərit kimi əsik, kəsilmiş nərsə: yələk. yelək. - bir yələk kağız.
- yapılarda, dəniz qıyısıynan gəminin ortasında, çay üzərindən qıyıdan qıyıya nərsəni çəkib, göndərmək üçün , təkərlək üstünə yerləşdirilmiş uzun ip: varagələ gedərgələn. gedibgələn. çəkər gələn.

şərq şırıq. ısıq. doğu.

şığış məşriq. günşığış.

şıxırdamaq qığışdamaq. xışırtamaq.

şıxırtı xışırtı. qığışdı.

şikəncə işgəncə. qısac.

şıqraq köçgən. boyun buran: sarı asmıya (üzümə) bənzər bir quş.

şil bəcəriksiz. çolaq. qolaq. göbəl. çolaq.

şıllaq çıplaq. - şıllaq mıllaq: çırıl çıplaq.

şımar 1. şumal. saf. 2. şabba. şapalaq. sillə. açıq əlin ayasi ilə sillə vurmaq. silli. - şımar atmaq: sillə atmaq. - şımar yemək.

şımarıq şımarmış. 1. safalmış. açılmış. 2. üzlənib azmış. sırtıq.

şımarmaq əzilmək. üz tapıb azmaq. üzlənmək. sırtılmaq. ərköyüllənmək. - şımarmış cocuğ.

şımarmış şımarıq. 1. safalmış. açılmış. 2. üzlənib azmış. sırtıq.

şımartmaq əzdirmək. üz vurub azdırmaq. üz vermək. sırtıtmaq. ərköyül böyütmək. - cocuğu şımartma.

şimdən şimdidən. indidən. - şimdən sonra. - şimdən gerü.

şimdicək indicək. elə indi.

şimşək ataşaq. ataraşq. (> azaraxş). ıldırım.

şimşək yalınğ. çaqın. barqa.

şimşək yıldıraq. barqa.
- şimşək çaxmaq. yıldıramaq. barqalamaq.

şınşıla - şınşıla deyilən heyvan ki dərisindən kürk yapılır:
amerika tavşanı.

şip6 səqf. atma. örtəm. saqaf. saqaq. saqab. salaç. sarlaq. savan. saya. şatır4. çatır. tavan. üçək. tarus. çatı.

şir - su şiri: qatal. qırtıl. qırna.

şır " şar, şır, şur " axar suyun doğal səsi.

şıratan novdan. tamar. damar. şırşır.

şırıx - şərit şırıx, şərit kimi əsik, kəsilmiş nərsə: yələk. yelək. - bir yələk kağız.

şırıq şərq. ısıq. doğu.

şırıl şırıl şar şar - şar şar axan sular

şirin səvük (> səbihərəb). sevimli. gözəl. dadlı. məlih. - dadlı, şirin sevən: süyci. tatlıcı. dadlıcı.

şirinləmək şirin, bal, şəkər artırmaq. tatlamaq. dadlamaq. dadlı edmək. dadlılandırmaq.- bu acı qəhvəni bir az dadlamaq gərəkir.

şirinlik ballıq. dadlıq.

şirinlik tat. dad. dadlıq.- bu halvanın dadı az.

şırla şarla. şarıltı. abşar.səslə, gurulutu ilə, bol bol axan su.

şırşır novdan. tamar. damar. şıratan.

şiş 1. mehvər. 2. qabar. qabarıq. təvərrüm. - para şişi: pul təvərrümi. 3. ülçər. ölçər. uzun qollu maşa. ərsin. odu qarıştırma aracı. gəlbəri. 1. ötəm. ödəm. vərəm. amas.
- gövdədə oluşan sarqıq şiş, ur: tobra. torba.
- şişin enməsi, dağılması: sinğmək. sınğmaq. - ələmin şişi sınğmağa üz qoyub.

şişəc əğinc. siqil. səqil. ziqil. ziyil. səkpil < met > səpgil.

şişək iki yaşda qoyun.

şişgin şişmiş. qabarmış.

şişik gəbə. qaba. gobut. qop. qalın. yoğan. yoğun. qalay. kova. qaval. yalançı, üzdək (səthi) süs, bəzək. qompuz. kompuz. quruq. kökük. tavıq. tovuq. götüş. qılış. səltənət. əzəmət. təkəbbür. turuq. duruq. dik. təpə. qalaq.
- bildiyin bu qədər, qalayın nərədən. - atalıq qalayı kişiyə yaramaz: atasının ad sanına güvənmək (sevinən) kişiyə yaraşmaz.

şişilmiş şişirdilmiş. toppuz. qoppuz. qompuz.

şişinmək avurt satmaq. ustanmaq. üzlənmək. kibirlənmək. qalaylanmaq. taslamaq. yekəxanalanmaq. bulutlarda gəzmək. həvalanmaq. - igitlik taslıyan.

şişirdilmiş şişilmiş. toppuz. qoppuz. qompuz.

şişirən təprəçi. üsdən satan. qabağa verən. bülənd pərvazlıq edən.

şişirmə üfləmə. püləmə. püfləmə.

şişirmək boylamaq. xudpəsdlik edmək. köprüləmək. təblələmək. qoltuqlamaq. qoltuğuna girmək. mədh edmək. tə'rifləmək.
- təbrizlilər çox boylallar.
- burun şişirmək: qurulmaq. qurralanmaq. qurlanmaq. mütəkəbbir olmaq. buğ (bıyıq) burmaq.

şişirtmək böyütmək. yekətmək. mubaliğə edmək. - işi böyütdülər.

şişkabab Suqli. Suğli.

şişqo şişman.

şişman avurtlı. qurran. təkəbbürli. bəsili. səmirgin. səmiz. səmin. yağlı. ətli. şişqo. bodur. qanbut. qarunğ. yekman. tombalaq. dombalaq. tombul. yuvarlaq.- tombalaq cocuq. - şişman, biçimsiz, qıssa olan: tumbadız. - tumbadız

şişmanlıq səmizlik. dolğunluq. yağlılıq. köklük.

şişmək 1. urlanmaq. qabarmaq. üfürülmək. dolunmaq. ətlənmək. köpürmək. qosquslanmaq. qabarılmaq. qabarmaq. fəxr edmək. qanlanmaq. gursmaq. gürsəmək. kürsəmək. gurlanmaq. 2. avurt. qurra. fəxr. təkəbbür.
- ayranı şişmək: ayranı köpürmək. kibirlənmək. (ələ salmaq üçün deyilər). 3. küşümə. tolmaq. dolmaq. qabarmaq. - qarım doldu.
- tulum kimi şişmək: çox şişimək. tuluxlanmaq. su, hava ilə dolmaq.
- dalaqı şişmək.
- dalaqı şişmək: 1. soluq darlaşıb qaçamamaq. 2. qızıqlaşmaq.

şişmiş şişgin. qabarmış.

şollaşmaq suvışmaq. suyuqlaşmaq. boşalmaq. rəqiqləşmək.

şor incə axan suyun səsi. (# şar: car. bol, səslə axma səsi).

şoraq - şoraq yer: çoraq yer: buraq. boraq. bor yer. bur yer: bar. bur. bor. bora. düz, təkiz olmayan.

şöylə ortalığı götərən söz. "şöylə" orta ortağı göstərir. {"öylə" uzaq ortağı göstərir."böylə" yaxın ortağı göstərir}.
- şöylə böylə: 1. ikisi ortası. olduqca. 2. hərnə cür, hərnə tür olursa. - şöylə dursu: bir yana dursun: bundan sıvay. bundan sərfi nəzər.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin