Research papers


Vüqar Əbülfət oğlu Abdurahmanov



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə152/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   148   149   150   151   152   153   154   155   ...   246
elmi-eserler-2022-2-cap

Vüqar Əbülfət oğlu Abdurahmanov 
124 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
yanın bu cür ümumiləşmiş tərifi riyazi analizdə 
heç bir tətbiqini tapılmırdı, çünki bütün klassik 
analiz bu tərifsiz qurulmuşdur. Buna görə də, 
şagirdlərin başa düşülməsi xüsusilə çətin oldu-
ğundan riyaziyyatda funksiyanın birinci öyrənil-
məsinə ehtiyac yoxdur. 
Artıq XVII əsrdə kifayət qədər yaxşı təd-
qiq edilmiş elementar funksiyalar–çoxhədli və 
rasional (cəbri) ifadələr, üstlü, loqarifmik, triqo-
nometrik və tərs trigonometrik ifadələr daxil 
olan funksiyalar, eləcə də son sayda tətbiq edil-
miş dörd hesab əməli və mürəkkəb funksiyanın 
formalaşması proseslərindən əldə edilən funksi-
yalar öyrənilmişdir. 
Ümumtəhsil məktəb kursunun və onun 
“Cəbr və funksiyalar” məzmun xəttində ehtiva 
olunan əsas anlayışlarından biri “funksiya” an-
layışıdır. “Asılılıqlar” alt məzmun xəttinə aid 
materialının öyrənilməsinin əsas tədris məqsəd-
lərində biri şagirdlər tərəfindən funksiya anlayı-
şının təhsil standartlarının tələblərinə adekvat 
səviyyədə dərk edilməsi, real kəmiyyətlər ara-
sında müxtəlif asılılıqları təsvir etməyə və öy-
rənməyə imkan verən əsas riyazi modellərdən 
biri kimi başa düşülməsini və funksiyaların təd-
qiqinin sadə metodlarına yiyələnməsini təmin 
etməkdir. [4; 346] 
“Cəbr və funksiyalar” məzmun xəttinin 
öyrədilməsinin digər məqsədi funksional mate-
rialın bütün idrak proseslərinin, o cümlədən dia-
lektik və funksional təfəkkür tərzinin, dialektik 
dünyagörüşünün inkişaf istiqamətlərini müəy-
yən etməyə, riyaziyyatın ümumi elmi və ümum-
mədəni rolunu üzə çıxarmağa, şagirdlərin este-
tik, ekoloji tərbiyəsini, peşəyönünü həyata ke-
çirməyə imkan verir. 
Şagirdlərin ümumtəhsil məktəbin VII və 
daha yuxarı siniflərində funksional asılılıq, 
funksiya və tənlik anlayışlarını şüurlu şəkildə 
mənimsəməsi üçün onları hazırlamaq və sözü-
gedən hazırlıq səviyyəsinə uyğun bu anlayışlar-
la tanış etmək lazımdır. 
Hazırlıq planında müxtəlif cür tapşırıqlar 
istifadə olunmalıdır. Bu zaman hər bir hansı 
ümumiləşdirmələr birbaşa aparılmır, kiçik yaşlı 
şagirdlərin bilik səviyyəsinə uyğun həyata keçir-
ilir. Bu da onların bilik, bacarıq və vərdişlərinin 
inkişaf etməsi üçün xidmət göstərə bilər. Bu za-
man onlarda konkret ədədi ifadə və qrafik əsasın-
da müvafiq anlayışların yaranmasına xidmət 
edən lazımi təsəvvürlər formalaşdırılacaqdır. 
Ümumiləşdirmələrdən və xüsusi termino-
logiyadan uzaq olan bu cür tapşırıqlar şagirdlə-
rin eyni ifadəni hesablanması zamanı ona daxil 
olan dəyişənlərin ədədi qiymətlərindən asılı ola-
raq müxtəlif qiymətlər əldə etməsini başa düş-
məyə kömək etməlidir. Bu cür tapşırıqlar şa-
girdlərə funksional asılılığın müxtəlif yollarını 
anlamaq kömək etməlidir. 
Riyaziyyat kursunun öyrənilməsi nəticə-
sində şagirdlər: funksiyanın real kəmiyyətlər 
arasında müxtəlif asılılıqları təsvir etməyə və 
öyrənməyə imkan verən bir riyazi model oldu-
ğunu anlayır ki, bu da funksional asılılıqların 
xüsusi növləri: düz və tərs mütənasiblik, xətti, 
kvadratik funksiya və s real asılılıqların böyük 
bir hissəsini əhatə edir. Funksional terminologi-
yanı düzgün istifadə etmək, onu mətndə, müəlli-
min nitqində, tapşırıqların formalaşdırılmasında 
başa düşmək lazımdır [5]. 
Ümumiyyətlə elementar funksiyaların təd-
qiqinin mənimsənilməsində də riyaziyyatın di-
gər bölmələrində olduğu kimi şagirdlərin anali-
tik və evristik fəaliyyəti qarşılıqlı vəhdətdə 
fəaliyyət göstərir. Qeyd etdiyimiz kimi şagird-
lərdə funksiya anlayışının formalaşması VII-ci 
sinifdən başlayır. [6;244]. Bu zaman şagirdlərdə 
ilkin olaraq xətti funksiya, düz mütənasiblik an-
layışları formalaşır. Bu zaman şagirdlərin malik 
olduqları düz və tərs mütənasib kəmiyyətlər 
haqda biliklərdən istifadə edilməlidir. Adətən bu 
funksiyaların öyrənilməsi zamanı onların anali-
tik fəaliyyəti daha üstündür. Bu zaman da şa-
girdlərdə funksiya anlayışı, onun verilmə üsulla-
rı, təyin oblastı, qiymətlər oblastı haqda bilik, 
bacarıq və vərdişlər formalaşdırılır. Bu zamanda 
şagirdlərin xətti tənliklərin həll etmə bacarıqları 
möhkəmləndirilir. 
Artıq rasional və kvadrat kökü anlayışının 
daxil edilməsi ilə öyrədilən rasional, kvadratik
kubik və kök altında dəyişən olan ifadələr daxil 
olan funksiyaların öyrənilməsi zamanı şagirdlər-
də evristik fəaliyyətdə formalaşmağa başlayır. 
Artıq rasional və kök altında dəyişən olan funk-
siyaların öyrənilməsi zamanı şagirdlər anlamağa 
başlayırlar ki, artıq arqumentlərə ixtiyari qiymət 
vermək olmaz. Bu zaman şagirdlər məntiqi ola-
raq rasional kəsrlərin məxrəclərinin sıfır ola bil-
məməsi, kökaltı ifadələrin mənfi olmaması bi-
liklərindən istifadə olunur. Bu zaman şagirdlər 
əsaslandırılmış fərziyyə irəli sürməyi bacarmalı-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin