30. ÜMUMİ
MÜLKİYYƏT
BƏRABƏRLİYİ
Ümumi Mülkiyy
ət hamını bir
-birin
ə
b
ə
rab
ə
r el
ə
y
ə
bil
ə
r.
Ancaq bu, M
ə
hrumlar b
ə
rab
ə
rliyi olar.
31. ŞƏXSİYYƏT
–
DÖVLƏT
Şə
xsiyy
ət Maddi ehtiyaclarını özü ödə
m
ə
lidir. O, dövl
ə
tin
ə
lin
ə
baxmamalıdır.
Dövl
ə
tin
ə
lin
ə
baxanda Şə
xsiyy
ə
t köl
ə
l
əşir.
32. XİDMƏT
–
MADDİ MƏNFƏƏT
I
Şə
xsiyy
ə
t Xalqa Maddi m
ə
nf
əə
t xatirin
ə
xidm
ə
t ed
ə
nd
ə
, xidm
ə
t
xudbinl
əşir.
II
C
ə
miyy
ə
t xidm
ə
ti Maddi qazancla d
ə
y
ə
rl
ə
ndirir.
Maddi qazanc xatirin
ə
xidm
ət İnsana yaraşmır.
III
“İşlə
–
ə
v
ə
zind
ə
Maddi ehtiyaclarını ödə
y
ə
c
ə
ks
ən” “haqqın
da”
d
əhşə
tli ruhsuzluq gizl
ə
nib: “Güz
əran üçün işlə
! Güz
ə
ran üçün
yaşa!”
IV
“S
ə
n m
ənim üçün işlə
yirs
ə
n, m
ə
n s
ə
ni yedizdirir
ə
m, geyindirir
ə
m,
yaşadıram!”
Quldarın kölə
sin
ə
b
əxş etdiyi hə
yat.
247
33. RUHANİ
İMKAN
Maddi B
ə
rab
ərlik Maddi üstünlük uğrunda döyüşə
son qoyur.
İnsanın özünü bütünlüklə
Ruhaniyyat uğrunda Döyüşə
s
ə
rf etm
ə
k
İmkanı yaranır.
34. ƏDALƏT
–
MƏNFƏƏT
Ədalət Mənfəəti Ləyaqətə qurban verir, Mənfəət Ədalətdən keçir.
35. HƏQİQƏT
–
MƏNFƏƏT
Həqiqət Mənfəəti nəzərə almır, Mənfəət Həqiqətdən keçir.
36. İNSANİYYƏT
–
MƏNFƏƏT
Mənfəətdə İnam iştirak etmir, Mənəviyyat iştirak etmir, İdrak adi ağıl
səviyyəsində qalır. İradə
–
adi fəallıq səviyyəsində qalır.
Mənfəətdə
İ
nsan kiçilir.
37. QİYMƏT
–
QİYMƏTSİZLİK
Ruhaniliyin Qiyməti yoxdur, çünki, Maddiyyatdan artıqdır, nisbidən
artıqdır.
Ruhani –
Qiymətsizdir!
38. ƏDALƏT
–
ŞƏRAİT
Ədalət şərait tanımır. O, bütün şəraitlərdə özü olaraq qalır.
“Bir şəraitdə ədalət sayılan başqa şəraitdə ədalətsiz sayılır”
– Fikri
Dialektik İblislikdir.
39.DİALEKTİKA
–
METAFİZİKA
Təzahür dəyişir,
mahiyyət dəyişmir.
Təzahür dialektikdir, mahiyyət
– Metafizikdir.
40. ÇEVRİLMƏ
Xüsusinin Ləğvi vasitəsilə Ümumi Bəxtiyarlıq yaratmaq istədilər.
Əslində
Ümumilik Müstəbidliyi
yaratdılar və o, son nəticədə Fərdi
müstəbidliyə ç
evrildi.
41. HAMI
VƏ
TƏK
Hamı
– Ü
mumi Birlik deməkdir.
Hamı
–
həm də Müxtəlif Şəxsiyyətlər
deməkdir.
Müxtəlif
Şəxsiyyətlər ayrı
-
ayrılıqda İnsan
l
aşmasa
–
Ümumi İnsani
birlik yaranmayacaq.
248
42. DİNAMİK
HƏYAT
TƏRZİ
Elə bağlanırlar ki, açılmaq asan olsun.
Elə bağlanmırlar ki, açılmaq mümkün olmasın.
Ona görə də Vətənsizdirlər,
Ona görə də Ailəsizdirlər,
Ona görə
də Amalsızdırlar,
Ona görə də Əməlsizdirlər.
43. ZƏRURİYYƏT
–
ZİDDİYYƏT
Tək bir
Z
əruriyyət Var:
İnsanın öz Mahiyyətinə çatması.
Tək bir Ziddiyyət Var:
Gerçəkliyin
Mahi
yyətə bərabər olmaması.
44. BİRLİK
– SÜRÜLÜK
Azad şəxsiyyətlər
–
Birlik yaradır.
Kölə şəxslər
–
sürü yaradır.
45. AZADLIQ –
ƏSARƏT
Mülkədardan azad olmaq
–
Azadlıq deyildir.
Kapitalistdən azad olmaq
–
Azadlıq deyildir.
Dövlət Feodalizmi yarandı.
Dövlət Kapitalizmi yarandı.
Mülkədardan azad olduq
–
əsarətdən azad olmadıq.
Kapitalistdən azad olduq
–
əsarətdən azad olmadıq.
46. MÜSTƏQİLLİK
–
FƏDAKARLIQ
Ömrümə Sahibəm.
Onu Amalıma Sərf edirəm.
Fədakarlığımda Müstəqiləm.
47. XÜSUSİYYƏTÇİLİK TƏZAHÜRÜ
Xüsusi
Mülkiyyətin ləğvi xüsusiyyətçiliyi öldürmədi. Yeni
Xüsusiyyətçilər növü peyda oldu: total (hərtərəfli) oğruluq yarandı.
Mülkiyyət oğurlandı, talandı. Oğr
uluq –
normalaşdı, ümu
m
iləşdi.
Qanun –
oğ
r
uluğu lənətlədi, həyat oğ
ru
luğu bəslədi.
Oğr
u
luq cəzalandı,
həm də bitdi, artdı, həyatiləşdi.
249
48. İQTİSADİYYAT
–
MƏNƏVİYYAT
I
İqtisadiyyat planlaşdı.
Ləyaqət planlaşmadı.
Ləyaqətsizlik planlı iqtisadiyyatı sarsıtdı.
II
Əməkçiy
l
ə İqtisadiyyat Yadlaşdı.
Əməkçi əməyini Yad iqtisadiyyatdan əsirgədi, ona ürək qızdırmadı,
can yandırmadı.
Yad iqtisadiyyat susuz torpaq kimi qurudu.
III
Əməkçiyə
Doğma
İqtisadiyyat gərəkdir,
Xüsusi Zəhmətkeş Mülkiyyəti gərəkdir.
Onda iqtisadiyyat köklü ağac kimi boy atacaq, şaxələnəcək.
49. MADDİYYATSIZLIQ BƏDNAMLIĞI
Əgər Maddi Başdırsa, əsasdırsa
–
niyə rüşvət almayasan?
Vicdandan çəkinəsən, Vüqardan çəkinəsən.
Cəza Təhlükəsini Təcrübi Məharət vasitəsilə aradan qaldır
maq olar.
Maddiyyatçının rüşvətçiliyi təbiidir.
Maddiyyatçılıq
–
rüşvətçiliyi doğruldur.
50. O
ĞRULUQ
–
DOĞRULUQ
I
Kapitalizm Maddi Sərvəti Sitayiş Taxtına çıxartdı.
Sosializm Maddi Sərvəti Sitayiş Taxtından salmadı.
Əgər Maddi Tərəqqi Başdırsa
–
Maddi Sərvət də Başdır.
II
Yeni cəmiyyətdə də Varlı sevildi, təqdir olundu, fərqləndi, yüksək
dəyərləndi
.
Yeni cəmiyyətdə də kasıb (yaxud az varlı) sevilmədi, təqdir olunmadı,
dəyərlənmədi.
Maddi Sərvətə Malik olan yenə də İctimai Ləyaqətə sahib oldu.
Maddi Sərvətə Malik olmayan yenə də İctimai Ləyaqətdən Məhrum
oldu.
III
Oğru varlı sevilir, çünki sərvətin nə vasitəylə ələ gətirilməsi
əhəmiyyətli məsələ sayılmır, yazılmamış “Maddiyyat kodeksində”
ruhanilik zəruriyyəti yoxdur.
250
Doğru kasıb (yaxud az varlı) sevilmir, çünki kasıblığın mənəvi
səbəbləri əhəmiyyətli məsələ sayılmır, yazılmamış “Maddiyyat
kodeksində” ruhanilik zəruriyyəti yoxdur.
IV
Oğru oğruluğun bəhrəsini görür.
Doğru doğruluğun ziyanını çəkir.
Doğruluq təhqir olunur, bədnam olur, alçalır.
Yüksək
olduğun üçün
–
alçaq sayılırsan.
Düz olduğun üçün
–
Yanlış sayılırsan.
İrəlidə olduğun üçün
–
geri qalı
rsan.
Xalis olduğun üçün
–
naqis bilinirsən.
V
Oğru Varlı tutulur, dustaqxanaya salınır
–
ancaq zəlil sayılmır, aciz
sayılmır, gərəksiz sayılmır.
Doğru kasıb tutulmur, dustaqxanaya salınmır, ancaq zəlil sayılır, aciz
sayılır, gərəksiz sayılır.
VI
Doğru
– k
itablarda, qəzetlərdə, qanunlarda, tədbirlərdə sevilir,
alqışlanır, həyatda döyülür, söyülür.
Oğru
–
kitablarda, qəzetlərdə, qanunlarda, tədbirlərdə söyülür,
döyülür, həyatda sevilir, seçilir.
VII
İdealda Doğrular üçün yaranan cəmiyyətə gerçəkilikdə oğrul
ar Sahib
oldu.
Bu təbiidir.
Çünki Maddiyyatçılıq
–
əslində Oğrunun tərəfindədir, Doğrunun
tərəfində deyil.
51. SEÇİLMİŞLƏR HƏQARƏTİ
İnqilabdan qabaq ictimai elita (seçilmişlər təbəqəsi) mövcud idi.
Həmin təbəqə başlanğıcda qabiliyyətlilərdən, dövlət qarşısın
da
xüsusi xidməti olanlardan yaranmışdı, onlar xüsusi nişanl
arla, titullarla
fəxri adlarla fərqlənirdilər.
İnqilab həmin Elitanı (seçilmişləri) Nişanlarıyla, Titullarıyla, Fəxri
adlarıyla ləğv etdi.
İndi “ideal bərabərlik olan cəmiyyətdə”
Elitamaniya
həqarəti baş alıb
gedir.
Titullarla, Mükafatlarla, Ordenlərlə fərqləndirilən Elita günü
-
gündən
artır.
251
Mənəvi plebeylik (gədalıq) törəyir və bu, Ruhani ləyaqəti təhqir edir.
Titullar arxasında istedadsızlıq, mənəviyyatsızlıq, inamsızlıq,
idraksızlıq, xudbinlik, rəzillik gizlənir.
Xəlqi adlar icad edirlər və xəlqi Müqəddəsliyə yağı çıxırlar.
Elita çirkabı yaranır.
Xalqa çirkab içirdirlər.
Seçilmişlər həqarəti törəyib.
Seçilmişlər
–
həqarəti seçdilər!..
52. İCTİMAİLƏŞƏN QADIN
Özünə yaradı, ailəsinə yaramadı, kişisinə yaramadı.
İctimaiyyətə yaradı.
Qadınlığa yaramadı.
Kişi müstəbidliyindən azad oldu, kişi həyanlığını itirdi.
Evdə kişini əvəz etmək istədi.
Ailəni Başsız qoydu.
Atanı Evladın gözündən saldı.
Evladı atasız qoydu.
Kişi kimi danışdı.
Danışığını
itirdi.
Kişi kimi davrandı.
Davranışını itirdi.
Kişi kimi yeridi.
Yerişini itirdi.
Anasına qızlıq eləmədi
–
oğlanlıq elədi.
Balasını tələsik öpdü.
Onu nəvazişsiz qoydu.
M
üəssisələrə yaradı, evə yaramadı.
Kollektivi idarə elədi.
Səadətini idarə eləyə bilməd
i.
Hamıya gözəl oldu, ərinə çirkin.
Sevindi.
Sevilmədi.
Nitq irad elədi.
Dilini yanıltdı.
Fəal olmağa vaxt tapdı.
Qadın olmağa vaxt tapmadı.
Ayıldı.
Özünü axtardı, tapmadı!
53. YENİLƏŞƏN
AİLƏ
Ata Evdə
haqsızdırsa
–
ailə
haqsızdır.
Ata haqsızlığı yaratdıl
ar.
Ailə haqsızlığı qazandılar.
54. NÖKƏR
RƏHBƏRLİYİ
Əgər Rəhbər Müstəqil, Azad Fərdlərdən Müstəqil, Azad, Vahid Xalq
yaratmırsa, Xalqı Dünyada təmsil etmirsə, Xalqın Ruhani Ləyaqətini
qorumursa, o, rəhbər deyil
–
nökərdir!
Nökəri Rəhbər saymaq
–
zəlilli
kdir.
252
55. ZAHİRİ
–
DAXİLİ
Bəzək təmtərağı, çilçıraq cazibəsi, geyim
-
kecim parıltısı;
mərasimlər,
bayramlar təntənəsi;
şüarlar, şəkillər, məlumatlar, ədədlər əzəməti;
tonlar, metrlər, sürətlər möcüzəsi
;
nişanlar, ad
lar, titullar böyüklüyü;
görüşlər, qəbullar səmimiyyəti;
Ümum
dünya yığışmaları şöhrəti;
qardaşlıq, dostluq ülviyyəti;
Yubiley
lər səxavəti, Muzeylər sədaqəti,
Məclislər nizamı;
saraylar, restoranlar
, mehmanxanalar, metrolar cəzbi;
heykəl bütpərəst
liyi, kitab seli –
Daxili Boşluğun təzah
ürüdür!
Boşluğa aldanmaq
–
ruhani naşılıqdır.
Həmin naşılıqqdan ayrılan
–
Həqiqəti görür.
56. HƏYAT
–
MÜBARİZƏ
Həyat
–
Ruhanilik uğrunda mübarizədir.
Həmin mübarizədə Maddi Mənafe uğrunda döyüş məğlub olur.
57. KAPİTALİZM
–
SOSİALİZM
Kapitalizm – sosial-
darvinizm (maddi mənafe uğrunda döyüş) üstəgəl
demokratiya.
Sosializm –
Ümumi (ictimai) Mülkiyyət üstəgəl totalitarizm (Mütləq
Dövlət Hakimiyyəti).
58. MADDİ MÜNASİBƏT
–
RUHANİ MÜNASİBƏT
Maddi münasibətdən həsəd doğur, qorxu doğur, hərislik doğur,
sür
ülük doğur, sünilik doğur, yırtıcılıq doğur.
Ruhani münasibətdə həsəd ölür, qorxu ölür, hərislik ölür, sürülük ölür,
sünilik ölür, yırtıcılıq ölür.
Maddi münasibət bəşəri dolandırır. Ruhani münasibət bəşəri
İnsan
l
aşdırır.
İnsani cəmiyyətdə Ruhani Münasibət
hökm sürməlidir. Mad
di
Münasibət Ruhani Münasibətin hökmünə tabe olmalıdır.
59. ÇOXLUQ – AZLIQ
İdarəçiləri çox olan ölkə pis idarə olunur.
Idarə çoxluğu idarəsizlik törədir.
Alimləri çox olan ölkə
–
zəif elm yaradır.
Alim çoxluğu
–
elmsizlik törədir.
Sənətkarı çox olan ölkə
–
zəif sənət yaradır.
Sənətkar çoxluğu
–
sənətsizlik törədir.
Böyüyü çox
olan ölkənin böyüklüyü kiçik olur.
253
Böyüklər çoxluğu böyüksüzlük törədir.
Qanunları zəngin olan ölkələrdə intizam yoxsul olur.
Qanun çoxluğu qanunsuzluq törədir.
Burada çoxluq –
yoxluğu ifadə edir.
60. MADDİYYATLAŞMAQ
Yol –
maşınındır.
Ev –
avadanlığındır.
Baş
–
saçındır.
Ürək
–
bədənindir.
Bədən
–
paltarındır.
Ruha yer yoxdur.
61. HƏYAT
–
İNSANİYYƏT
Həyatdan bolluca Şəhvət götürdü,
Şöhrət götürdü,
Varidat götürdü.
İnsaniyyət götürmədi.
Yoxsa
şəhvəti saymazdı,
Şöhrəti saymazdı,
Varidatı saymazdı.
62. RUHANİ
HAKİMLİK
Şəhvətdən azad olmaq
–
əsarət deyil, hakimlikdir.
Şöhrətdən azad olmaq
–
əsarət deyil, hakimlikdir.
Varidatdan azad olmaq –
əsarət deyil, hakiml
ikdir.
Ruhani H
akim heç kəsə Sahib olmur.
Özünə
Sahib olur.
63. VƏTƏN
–
SƏN
I
Vətən
–
sənsən.
Özündən ayrı yaşaya bilməzsən!
Həyat sənə yad ola bilər, Vətən həmişə doğmadır.
Çünki özünə yad
ola bilməzsən!
Vətəndən ayrı yaşayan
–
özündən ayrı yaşayır.
Tək qalanda belə, Vətənləsən.
II
Maddi mənafe qurtarır
–
Vətən yaranır.
254
III
Torpaq Müqəddəsləşir.
Tarix Müqəddəsləşir.
Əcdad Müqəddəsləşir.
Adət Müqəddəsləşir.
IV
Vətənə Mütləq İnam doğur
–
Vətən yaranır.
V
Vətən dərdlisi olursan.
Vətən qəhərlisi olursan.
Vətən qeyrətlisi olursan.
Vətən həyanı olursan.
Vətən dayağı olursan.
Vətənə gərək olduğun dərəcədə özünə gərək olursan.
VI
Hamı Vətənli olmur.
Vətəndə Vətənsiz yaşayanlar var.
Vətənlə bir olmurlar.
Özləriylə bir olmurlar.
Özgələşirlər.
VII
Özgələşən
–
eybəcərləşir.
Şərləşir.
64. VƏTƏN
–
MADDİYYAT
–
RUHANİYYAT
Vətənin Meşəsini sevirsən.
Təkcə odun qalamaq üçün yox.
Odunsuz da keçinmirsən. Ancaq Vətən
–
Meşə Müqəddəs
liyidir,
Meşə faydası deyil.
Vətənin Çayını sevirsən.
Təkcə çimmək üçün yox.
Çimməksiz də keçinmirsən. Ancaq Vətən
–
çay Müqəddəs
liyidir, Çay
faydası deyil.
Vətənin Düzlərini sevirsən.
Təkcə Maddi bəhrələnmək üçün yox.
Maddi bəhrəsiz də keçinmirsən. Ancaq Vətən
–
Düzlər
Müqəddəsliyidir, Düzlər faydası deyil.
Vətənin insanlarını sevirsən.
Təkcə Maddi yararlıq üçün yox.
255
Maddi yararlıqdan da keçmirsən. Ancaq Vətən
–
İnsan yararlığı yox,
İnsan Müqəddəsliyidir.
Vətəndə
–
Maddi Müqəddəsləşir.
65. ALLAH –
MÜTLƏQ
Allahda İnsan kiçilir.
Bəndələşir.
Kölələşir.
Körpələşir.
Mütləqdə
İnsan böyüyür.
Mütləqləşir.
66. TARİX
Vəhşilikdən yüksək, İnsanilikdən aşağı.
67. HƏYAT
– ÖLÜM
Hər ikisi Amaldan kiçik.
Müdriklər
–
Amal naminə birincidən keçirlər, ikincini seçirlər.
68. MƏNƏVİLİK
–
GÖZƏLLİK
Mənəvi bəzənməlidir, yoxsa naşılar onu görməzlər.
69. ŞÖHRƏT NƏFSİ
Üfunətli Leşin üstünə qarğa
-
quzğun kimi cumurlar.
70. İNAM
–
ŞÜBHƏ
Şübhə
–
İdraki Şikəstlikdir.
Axsaq İdrak İnama çatmaz.
71. NAŞILIQ
–
MÜDRİKLİK
I
Naşı Həyatı hər şey sayır, Müdrik
–
Amalı.
Naşı Həyatdan artıq heç nə görmür,
M
üdrik həyatdan artığına
can
atır.
Naşı naqisliklə barışır,
Mü
drik Kamillik arayır.
Naşı nisbini Mütləq sayır, Müdrik nisbini Mütləqə yüksəldir.
Naşı Həyatda dayanıb qalır, Müdrik Həyatı arxasınca aparır.
Müdrik Həyatdan keçə bilir, çünki onun Həyatdan başqa Amalı
var.
256
Naşı Həyatdan keçə bilmir, çünki onun Həyatdan başqa heç nəyi
yoxdur.
II
–
Həyatdan keçirəm
–
Vətəndən keçmirəm.
–
Vətən
–
Həyat deyilmi?!
–
Vətən Həyatdan artıqdır.
–
Həyatdan keçirəm
– X
alqdan keçmirəm.
– Xalq –
Həyat deyilmi?!
–
Xalq Həyatdan artıqdır.
–
Həyatdan keçirəm
– B
əşərdən keçmirəm.
–
Bəşər
–
Həyat deyilmi?!
–
Bəşər Həyatdan artıqdır.
Vətən
–
Amaldır,
Xalq –
Amaldır,
Bəşər
–
Amaldır.
Dostları ilə paylaş: |