www.vivo-book.com
247
Qəfildən o, pəncərədən qalxdı, masaya yaxınlaşdı,
mənə hədsiz nifrətlə baxa-baxa,
qəzəbdən titrəyən
dodaqlarıyla dilləndi:
– Yaxşı, indisə əlli min frankımı mənə ver!
– Polina, yenə, yenə! – təzədən başlamaq istədim.
– Yoxsa fikrindən dönübsən? Ha, ha, ha! Yoxsa daha
heyfin gəlir?
Hələ axşam sayılmış iyirmi beş min florin masanın
üstündə dururdu; pulu götürüb ona verdim.
– Deməli, artıq bu pullar mənimdi? Belədi, hə? Belədi?
– pulu əlində tutub hiddətlə soruşurdu.
– Hə, o pullar həmişə sənin olub, – dedim.
– Yaxşı al, bu da sənin əlli min frankın! – O qolaylanıb,
pulları mənə atdı. Dəstə zərblə sifətimə dəyib döşəməyə
səpələndi. Polina
bunu eləyib, qaça-qaça otaqdan çıxdı.
Bilirəm, əlbəttə, həmin dəqiqə onun ağlı başında
deyildi, bununla belə, həmin müvəqqəti ağılsızlığı da başa
düşmürəm. Düzdü, o,
hələ indiyə qədər, üstündən bir ay
keçəndən sonra da xəstədi. Amma bu vəziyyətin, başlıcasısa,
bu hərəkətin səbəbi nəydi? Təhqir olunmuş vüqarıydımı?