www.vivo-book.com
248
Hətta mənim yanıma gəlməyi qət elədiyi ümidsizliyiydimi?
Mən ona xoşbəxtliyimdən lovğalandığımı, əslindəsə, lap De-
Qriye kimi, əlli min frank bağışlayıb, ondan aralanmaq
istədiyimi göstərmirdimmi? Amma belə bir şey yox idi, axı
mən öz vicdanıma bel bağlayıram. Məncə, müəyyən qədər
burda onun şöhrətpərəstliyi ona mənə inanmamağı,
alçaltmağı diktə eləyirdi; bununla belə, ola bilsin, bütün
bunların hamısı onun özünə də aydın deyildi.
Belə olan halda, mən əlbəttə, De-Qriyenin əvəzinə
cavab verdim, bəlkə o qədər də böyük günah işlətmədən
günahkar oldum. Düzü, bütün bunların hamısı yalnız
sayıqlamaydı; o da doğruydu ki, onun sayıqladığını bilirdim
və… bu vəziyyətdə fikir verməmişdim. Ola bilsin o, indi
bunu mənə bağışlamayacaq? Hə, amma bu indidi; bəs onda,
onda? Axı onun sayıqlaması və xəstəliyi o qədər də güclü
deyildi ki, əlində De-Qriyenin məktubu mənim yanıma gələ-
gələ, nə elədiyini tamam-kamal unudaydı? Deməli, o nə
elədiyini bilirdi.
Bütün kağızlarımı, qızıl qalağımı necə gəldi, tələm-
tələsik yatağa basdım, üstünü örtdüm və Polinadan on
www.vivo-book.com
249
dəqiqə sonra çıxdım. Əminiydim ki, o, evə qaçıb gedib,
sakitcə yanına getmək, dəhlizdə dayədən xanımın səhhəti
barədə xəbər tutmaq istəyirdim. Pilləkəndə rastlaşdığım
dayədən Polinanın hələ evə qayıtmadığını, dayənin özünün
onun arxasınca mənim yanıma getdiyini öyrənəndə lap
heyrətləndim.
– İndicə, – ona deyirdim, – lap indicə on dəqiqə bundan
əvvəl mənim yanımdan çıxdı, hara gedə bilərdi, axı?
Dayə mənə töhmətli nəzərlərlə baxırdı. Bu müddət
ərzində artıq otelə yayılan əməlli-başlı əhvalat baş vermişdi.
Şveysarların otağında, ober-kelnerin yanında pıçıldaşırdılar
ki, freyleyn səhər saat beşdə yağışın altında qaça-qaça
oteldən çıxıb, yüyürə-yüyürə hotelə, d’Angleterre tərəfə
yollanıb. Onları sözlərindən və eyhamlarından sezdim ki,
artıq Polinanın bütün gecəni mənim otağımda keçirdiyini
bilirlər. Eyni zamanda artıq bütün general ailəsi barədə söz-
söhbət gedirdi; məlum oldu ki, general dünən dəli olubmuş
və ağlamaqdan səsi oteli başına götürübmüş.
Həm də danışırdılar ki, gələn nənə onun anasıymış,
sonra Rusiyanın özündən oğluna m-lle de Comingeslə
|