www.vivo-book.com
265
ölgün halda “Chateau des Fluers”ə
106
gedirdim, burda
müntəzəm, hər axşam doyunca içirdim və kankan
107
öyrənirdim (bunu orda həddən artıq pis oynayırlar), axırda
hətta bu sahədə məşhurlaşdım. Nəhayət, Blanche məni
dişlədi: o, nəsə əvvəlcədən özündən ötrü ideya quraşdırmışdı
ki, birgə yaşadığımız bütün müddət ərzində mən əlimdə
qələm-kağız arxasınca gəzəcəyəm, hesablayacağam ki, nə
qədər xərcləyib, nə qədər oğurlayıb, nə qədər xərcləyəcək,
hələ nə qədər də oğurlayacaq? Əlbəttə, əminiydi ki, hər on
frank üçün döyüşəcək. Onun qabaqcadan ehtimal elədiyi hər
etiraza hazırıydı; amma məndən heç cür hücum
görmədiyindən, birinci az qala özü etiraz eləməyə
başlamışdı. Özgə vaxt qızğın-qızğın başlayır, amma mənim
susduğumu görəndə – əksərən qatlama çarpayıda uzanıb
tavana baxa-baxa – hətta axırda təəccüblənirdi. Əvvəlcə
fikirləşdi ki, mən sadəcə, axmağam, “un ounchitel”-əm,
güman ki, öz-özünə: “Axı o, axmaqdı; hər halda özü başa
106
“Çiçəklər qəsri” – frans.
107
Nalayiq bədən hərəkətlərilə oynanan fransız rəqsi – tərc.
www.vivo-book.com
266
düşmür, onun üstünə düşməyin xeyri yoxdu”. Fikirləşib,
sadəcə, izahına ara verirdi. Bəzən çıxıb gedirdi, amma on
dəqiqədən sonra yenə geri qayıdırdı (bu onun ən coşqun,
bizim vəsaitimizə tamamilə uyğun gəlməyən bədxərclikləri
zamanı baş verirdi: məsələn, o, atları dəyişib, bir cütünü on
altı min franka alıb).
– Hə, necəsən, Bibi, incimirsən? – o mənə yaxın gəldi.
– Yo-o-ox! Bezmi-ş-ə-əm! – onu əlimlə özümdən
aralayıb deyirdim, amma bu ondan ötrü elə maraqlıydı ki,
dərhal böyrümdə otururdu.
– Görürsən, əgər bu qədər pul verməyi qərara
almışamsa, bunu ona görə eləmişəm ki, onları təsadüfən
satırdılar. Atları təzədən iyirmi min franka satmaq olar.
– İnanıram, inanıram.Gözəl atlardı.İndi sən də yaxşı at
minirsən.Lazım olar.Hə, bəsdi.
– Deməli, incimirsən?
– Nəyə görə axı? Sən ağıllı iş görürsən ki, özün üçün
bir para lazımlı şeylərin ehtiyatını tutursan. Bütün bunlar
sonra lazımın olacaq. Görürsən ki, sən, doğrudan da, bu cür
|