www.vivo-book.com
267
ayağa qalxmalısan; yoxsa milyonu yığa bilməzsən. Burda
bizim yüz min frankımız başlanğıcdı, dənizdə damladı.
Məndən ötrü bu cür mülahizələri hər şeydən az (çığır-
bağır, bir də töhmət əvəzinə) gözləyən Blanche elə bil,
göydən düşdü.
– Deməli, sən… deməli, sən beləsənmiş! Mais tu as
l’estpritp pour comprendre! Sais-tu, mon qarcon
108
sən
müəllim olsan da – amma şahzadə doğulmalıydın! Deməli,
sən pullarımızın tezliklə tükənəcəyinə təəssüflənmirsən?
– Cəhənnəm olsunlar, kaş ki, tez qurtaraydı!
– Mais… sais-tu… mais dis donc, bəyəm sən varlısan?
Mais sais-tu, axı sən pula həddən artıq nifrət eləyirsən.
Queste ce que tu feras apres, dis donc?
109
– Apresldə
Qamburqa gedəcəm, yenə yüz min frank udacam.
108
Sən demə, başa düşmək üçün kifayət qədər ağıllısanmış.
Bilirsən, mənim oğlanım – frans.
109
Amma… bilirsən… de görüm… Amma bilirsən… axı sən
sonra neyləyəcəksən, de görüm? – frans.
www.vivo-book.com
268
– Oui, oui, c’est ça, c’est maqnifique!
110
Mən də bilirəm
ki, mütləq udacaqsan və bura gətirəcəksən. Dis donc, hə, sən
eləyərsən, səni doğrudan da sevirəm! Eh, bien, sən belə
olduğuna görə, mən səni bütün bu müddət ərzində
sevəcəyəm, sənə bir dəfə də xəyanət etməyəcəyəm.
Görürsən, bu müddət ərzində səni sevməsəm də, parce que
je croyais, que tu n’est qu’un out chitel (quelque chose
comme un laquais, n’est-ce pas?), amma mən hər halda sənə
sədaqətliyəm, parce que je guis bonne file (Ona görə
fikirləşirdim, sən yalnız müəllimsən
111
).
– Yalan danışırsan! Bəs səni o Albertlə, o qarayanız
zabitlə bəyəm keçən dəfə görmədim?
– Oh, oh, mais tu es
112
.
– Yaxşı, yalan danışırsan, yalan danışırsan.Bir də
fikirləşirsən ki, inciyərəm? Tüpürüm ona; il faut que
110
Bax, bax, bu əladı! – frans.
111
Nökər kimi bir şeysən, düz deyilmi?.. ona görə ki, mən
xeyirxah qızam – frans.
112
Oh, oh, amma sən…
|