www.vivo-book.com
256
ikincisi, gi n’es pas trop bete, je te prends a Paris
94
. Bilirsən,
indi gedirəm.
– İndi?
– Yarım saatdan sonra.
Doğrudan da hər şey yığışdırılmışdı. Bütün çamadanlar,
onun əşyaları hazır dururdu. Qəhvə artıq çoxdan verilmişdi.
– Eh bien! İstəyirsən tu verras Paris. Dis done qu’est ce
que c’est qu’un outchitel? Tu etais bien bete, quand tu etais
outchitel
95
. Sən Parisi görərsən. Bəs mənim corablarım hanı?
Yaxşı, məni geyindir, görüm!
O, həqiqətən, demək olar, botinkalarda belə zərif
görünən ayaqlar kimi, qaraşın, balaca, dümdüz, heyrətamiz
ayağını irəli uzatdı. Mən gülüb ipək corabı bu ayağa
geyindirməyə başladım. M-lle Blanche bu vaxt yatağında
əyləşib, çərənləyirdi:
94
Əgər həddən artıq axmaq olmasan, səni özümlə Parisə
apararam – frans.
95
De görüm, bu nədi, müəllim? Sən müəllim olanda, çox
kütbeyiniydin – frans.
www.vivo-book.com
257
– Eh, bien, que feras-tu, si je te prends avec? Birincisi,
je veux cinqante mile franch. Sən onları mənə Frankfurtda
verərsən. Nais allons a Paris: orda biz birgə yaşayırıq et je te
ferai voir des etolies en plein joir
96
. Sən elə qadınlar
görəcəksən ki, onları heç vaxt görməmisən. Qulaq as…
– Dayan, mən sənə elə-belə əlli min frank verim, bəs
mənə nə qalacaq?
– Et sent cinquante milee francs, sən yaddan
çıxarmısan, hələ üstəlik, mən sənin mənzilində iki ay
yaşamağa razıyam, que sais – ye! Biz, əlbəttə, iki ay ərzində
bu əlli min franka yaşayacağıq. Görürsən, je suis bonne
enfant
97
və sənə deyirəm, mais verras des etoiles.
– Necə, bütün iki ay ərzində?
96
Hə, səni özümlə Parisə aparsam, neyləyərsən?.. Mən əlli
min frank istəyirəm… Biz Parisə gedirik və sən mənim
yanımda günün günortaçağı ulduzlar görəcəksən – frans.
97
Mən xeyirxah qızam – frans.
|