www.vivo-book.com
250
nikaha qadağa qoymaq, qulaq asmadığından bu mirasdan
məhrum eləmək üçün gəlib. Oğlu doğrudan da, qulaq
asmadığından, qrafinya qəsdən gözlərinin qabağında bütün
pullarını ruletkada uduzdu ki, ona artıq heç nə çatmasın.
“Diesse Rusen!”
88
– ober-kelner təəccüblə başını
bulaya-bulaya təkrar eləyirdi. Başqaları gülürdülər. Ober-
kelner hesab hazırlayırdı. Mənim uduşum artıq məlumuydu:
dəhliz xidmətçim Karl məni birinci təbrik elədi. Amma
onlarlıq halım yox idi. Mən d’Anqleterre otelinə cumdum.
Hələ teziydi; mister Astley heç kəsi qəbul eləmirdi;
mənim gəldiyimi eşidəndəsə, dəhliz qabağına çıxdı,
dinməzcə qalay kimi ağır baxışlarını üzümə dikib qarşımda
durdu, gözlədi ki, nə deyəcəyəm. Mən o dəqiqə Polinanı
soruşdum.
– O xəstədi, – mister Astley hələ də dimdik üzümə
baxa-baxa və gözlərini məndən çəkmədən cavab verdi.
– O, doğrudanmı, sizin yanınızdadı?
– Hə də, mənim yanımdadı.
88
“Bu ruslar!” – alm.
www.vivo-book.com
251
– Bəs, siz necə… siz onu öz yanınızda saxlamaq
niyyətindəsiniz?
– Bəs necə.Məhz bu fikirdəyəm.
– Mister Astley, bu, qalmaqal yaradacaq; belə iş tutmaq
olmaz. Üstəlik də o, əməlli-başlı xəstədi.Bəlkə siz
sezməmisiniz?
– Əlbəttə sezmişəm, sizə də artıq dedim ki, o xəstədi.
Əgər xəstə olmasaydı, gecəni sizin yanınızda keçirməzdi.
– Deməli, bunu da bilirsiniz?
– Bunu bilirəm. O, dünən bura gəlirdi, mən də onu
qohumumgilə aparardım, amma xəstə olduğundan səhv
eləyib, sizin yanınıza gəlib.
– Bir işə baxın! Yaxşı, sizi təbrik eləyirəm, mister
Astley. Yeri gəlmişkən, siz mənə ideya verirsiniz: bütün
gecəni pəncərəmizin altında durmamısınızmı? Miss Polina
bütün gecəni məni pəncərəni açıb baxmağa məcbur eləyirdi
ki, görüm siz pəncərənin altında durursunuzmu, dəli kimi də
gülürdü.
– Doğrudanmı? Yox, pəncərənin altında durmurdum;
amma dəhlizdə dayanmışdım, ətrafda gəzişirdim.
|