57
ifrat şiə tiriqətləri üçün xasdir. Onlar istər sünnilərdə, istərsə də mötədil
şiələrdə islama bidət və yad sayılır
80
. V.A.Qordlevski “əhl-i həqq” (“həqiqət
əhli”) təriqətinin təlimini nəzərdən keçirərkən belə bir maraqlı nəticəyə gəlir
ki, “mücərrəd fəlsəfi ideyakar yalnız xalq içərisində Əlinin ilahiləşdirilməsi
formasında öz ifadəsini tapa bilər”
81
Məlum olduğu kimi, XX əsrə qədər
Kiçik Asiyada ifrat şiə “Əli ilahi” (“Əlini ilahiləşdirənlər”), yaxud “əhl-i
həqq” (“həqiqət əhli”) təriqətinin tərəfdarlarını qızılbaşlar adlandırırdılar.
Deyilənlərdən aydın olur ki, qızılbaş hərəkatının yuxarı təbəqələrinin
şiəliyi ifrat şiələrin (xalq kütlələri ideoloqlarının) güclü təsirinə məruz
qalmışdı. Bu, sadə xalqın hərəkatda fəal iştirakının gösrəricisidir. Qızılbaşlar
Şah İsmayılı çox sevir və onu ilahiləşdirirdilər. Venetsiya səyyahlarının
təsdiq etdiyi kimi o, xalq içərisində də böyük şöhrət qazanmışdı
82
. Şah
İsmayıla xilaskar, imam Mehdi kimi baxırdılar
83
.
V.Qordlevski bununla əlaqədar olaraq yazmışdı: “...XVI əsrdə xalq
təfəkkürü yenə də coşqun gərginlik içərisində çırpınırdı. Şiə ideyaları
yenidən ortaya çıxmışdı: xalq, həsr\ətində olduğu xilaskar – Mehdi, yaxud
imam intizarı ilə yaşayırdı. Kiçik Asiyada güclü təşviqat aparılırdı. Dərviş
dəstələri ölkəni gəzib – dolaşır, əhalini həyəcana salır və aldadırdılar”
84
.
Səfəvi şeyxlərinin uğurla istifadə etdikləri, Azərbaycanda əlverişli zəmin
tapan dini yüksəliş türkdilli tayfalarla məskunlaşmış Kiçik Asiyanın Şərq
hissəsini də bürüdü.
Osmanlı feodallarının qəsdləırindən öz istiqlaliyyətini qorumaq və
dövlət yaratmaq üçün bu tayfaların bir hissəsi hərbi – siyasi ittifaqlarda
birləşməyə başladı. N.D.Mikluxo – Maklay yazır: ”Sonralar qızılbaşlar
adlanmış bu tayfalar öz dilinə və mənşəyinə görə XV əsrdə ardıcıl surətdə
Azərbaycanın və İranın böyük hissəsinin sahibi olmuş, qaraqoyunlu və
Ağqoyunlu dövlətlərini yaratmış Azərbaycan tayfaları ilə qohum idilər”
85
.
Dostları ilə paylaş: