55
Şah İsmayıl döyüşə girərək, şəxsən çoxlu düşmən öldürdü. Ağqoyunlu
qoşunu darmadağın olundu. Əli bəy Türkman 10
min nəfərlik dəstəsi ilə
məhv edildi. Gözəl Əhməd Bayandur (Eybə Sultanın qardaşı), həmçinin də
İslamış bəy və başqaları əsir düşdülər,qətlə yetirildilər. Muradın özü qaça
bildi
73
.
Əgər Əlvənd üzərində qələbə İsmayılı Azərbaycanın
sahibi
etmişdisə, Muradın qoşunlarının darmadağın edilməsi Farsın və İraqi –
Əcəmin böyük hissəsini qızılbaşların əlinə keçməsinə gətirib çıxardı.
Muradı təqib edən İsmayıl İranın içərilərinə doğru irəlilədi.
Qızılbaşlar müqavimət gösrərməyən Şiraz şəhərini tutdular
74
. 1503-cü ildə
İsmayıl İsfahan, Kaşan və Qum şəhərlərini də ələ keçirdi. 1504-cü ildə
Gülxəndan, Firuzguh, Usta qalaları və Yəzd şəhəri ələ keçirildi
75
. 1508-ci
ildə bütün İran (Xorasan istisna olmaqla) İraqi – Ərəb də İsmayıl tərəfindən
tutulmuşdu. 1510-cu ildə Şah İsmayıl Mərv yaxınlığındakı döyüşdə özbək
hökmdarı Məhəmməd Şeybani xanı məğlub etməsi nəticəsində Xorasan
vilayəti və Ceyhun çayına qədər uzanan torpaqlar qızılbaşların tabeçiliyi
altına keçdi.
Dostları ilə paylaş: