58
Məlum olduğu kimi, I Şah İsmayılın ən mühüm tədbirlərindən biri
dini islahat keçirilməsi idi.
Təbrizə daxil olmanın ilk günlərindən, yəni 1501-ci ilin payızında
islamın şiə təriqəti, dəqiq deyilərsə, imamilər (on iki imamın - ər “isna əşəri”)
təriqəti dövlət dini elan edildi.
Anonim tarixçinin məlumatına görə, tacqoyma ərəfəsindəki gecədə
İsmayıl bu barədə əmirlər və şiə üləmaları ilə məsləhətləşmişdi. Onlar
İsmayılı ifratçılıqdan çəkindirməyə çalışmış, Təbrizdə xalq həyəcanlarının
başlanabiləcəyini iddia etmişdilər. Lakin İsmayıl şiəliyə keçməyi
qəti qərara
alaraq cavab vermişdi: “Əgər rəiyyət bir söz belə desə, mən böyük Allahın
köməyilə qılınca əl ataram və bir nəfəri də sağ qoymaram”. “Yuxarıdan”
təlimat alan İsmayıl Təbrizin Cümə məscidinə gəldi və oranın tanınmış
şiələrindən olan xətibinə əmr etdi ki, minbərə qalxsın və xütbə oxumağa
başlasın. İsmayıl özü minbərin aşağısında, məscidə gəlmiş təbrizlilərin
başları üzərində, qılıncını qaldırmış halda durmuşdu. Onun silahdaşları hər
cür müqaviməti boğmağa həzır vəziyyətdə yaxınlıqda dayanmışdılar
86
.
Pul dövriyyəsinə şiə etiqad rəmzini bildirən yeni sikkələr buraxıldı:
“Allahdan başqa tanrı yoxdur; Məhəmməd – Allahın
elçisidir; Əli –
Allahın dostudur”. Pulların üstündə on iki şiə imamın adları və “Müqəddəs
Şahın (yəni Əlinin – O.Ə.) qulu” ifadəsi ilə, kiçildilmiş formada Şah
İsmayılın adı göstərilmişdi
87
. Pul islahatı da imami şiəliyin təbliğat
məqsədlərinə, onun Səfəvilər dövlətində hakim mövqeyinin
möhkəmləndirilməsinə xidmət edirdi.
Müasir İran tarixşünaslığında Səfəvilər dövlətinin yaranmasında
şiəliyin rolu və əhəmiyyəti məsələsi yanlış və təhrif olunmuş şəkildə təqdim
edilir. Belə bir təsəvvür yaradılır ki, guya XVI əsrin əvvəlində, Səfəvilər və
qızılbaşlar İranı istila etməzdən əvvəl İran əhalisinin əsas hissəsi şiəliyə gizli,
yaxud aşkar surətdə etiqad edirdi və və buna görə də yeni rəsmi dini
etiraz
etmədən qəbul etmişdi.
Məsələn, N.Şeybaninin fikrincə, İranın siyasi və milli birliyini şiəlik
təriqətinin köməyilə qaytarmaq mümkün olmuşdu, şiəliyin sayəsində
“iranlıların azadlıq hərəkatı dini çalar almışdı”, şiəlik iranlıların milli və
59
siyasi birliyinin möhkəmlənməsinə kömək etmişdi
88
. Tarixçinin yazdığına
görə, İsmayıl Səfəvinin çıxışı guya qədim zamanlardan (ərəb istilaları
dövründən) rəsmi sünnilik əleyhinə üsyan qaldırmaq istəyən İran əhalisi
arasında əlverişli zəmin tapmışdı. Bu cəhət İsmayılın istilaçılıq hərəkatına və
onun tısis etmiş olduğu dövlətə “milli xarakter” vermək üçün mühüm
amillərdən biri hesab edilir
89
. Bununla təsdiq edilir ki, şiəlik islahatı
keçirildikdən sonra o, iranlıların ciddi müqaviməti ilə qarşılaşmamışdı
90
.
Əslində tarixi mənbələrdə həmin məsələ tamamilə başqa cür
təsvir
edilir. İş ondadır ki, XVI əsrin əvvəli üçün İran əhalisinin əksəriyyəti İran
tarixşünaslığında tez-tez təqdim edildiyi kimi şiəliyə deyil, sünniliyə etiqad
edirdi. Tədqiqatçılar (İ.P.Petruşevski, V.F.Minorski, N.D.Mikluxo-Maklay
və b.) göstərmişlər ki, XIV-XV məsrlərdə İranda şiələr azlıq təşkil etmişlər.
Feodallar və şəhərlərin əksəriyyətinin əhalisi sünnilərdən ibarətdi.
Mazandaran və Gilan şiə əmirlikləri istisna olmaqla sünnilik İranda bütün
dövlət birləşmələrinin hakim dini sayılırdı
91
. Hətta Azərbaycanda – şiə -
qızılbaş hərəkatının beşiyində də sünnilər əhalinin əksəriyyəni təşkil edirdilər.
Məsələn, anonim tarixçinin məlumatına görə XVI əsrin əvvəlində əhalisinin
sayı 300 min nəfərə çatan Təbrizdə sünnilər sakinlərin ²/
3
hissəsini təşkil
edirdilər
92
. Yeri gəlmişkən qeyd edək ki, S.Rəhimzadə bu dövrdə Təbrizdə
yaşamış sünnilərin və şiələrin nisbətini aşkar surətdə təhrif edir: onun irəli
sürdüyü ½ nisbəti heç bir dəlillə əsaslandırılmır
93
.
Məlumdur ki, Ərdəbil şeyxləri tərəfindən idarə olunan şiə təbliğatı
N.Şeybaninin və S.Rəhimzadənin iddia etdikləri kimi İranda deyil,
Azərbaycanda
və Kiçik Asiyada, irandilli mühitdə deyil, türkdilli əhali
arasında daha çox tərəfdarı və ardıcılı özünə cəlb etmişdi. Belə ki, Venetsiya
səyyahlarının məlumatlarına əsasən XV əsrin sonu – XVI əsrin əvvəllərində
Kiçik
Asiya əhalisinin
4
/
5
hissəsi şiəlik tərəfdarı idi
94
. Azərbaycanda və Kiçik
Asiyada məskunlaşmış, şiə təriqətinə mənsub olan türkdilli tayfalar Ərdəbil
şeyxlərinin mübariz zərbə qüvvəsini təşkil edir, onların bütün siyasi və hərbi
tədbirlərini həyata keçirirdilər.
Buna görə də İranda fəthlər və şiəliyin yayılması çox zaman İran
müəlliflərinin təsvir etdiyi kimi o qədər də “dinc səciyyə” daşımırdı.
60
Mənbələrdən məlum olur ki, İsmayıl Azərbaycandan İranın
daxili
bölgələrinə daha çox irəlilədikcə xeyli sünni (əsasən feodal əyanlar və
ruhanilər) ölkəni tərk etmiş və qonşu sünni dövlətlərinin ərazisində
məskunlaşmışdı. Bəzi yerlərdə (məsələn, İsfahanda,Şirazda, Kazerunda,
Yəzddə) sünnilər şiələşdirməyə hətta açıq müqavimət göstərməyə cəhd
etdiklərinə görə kütləvi edamlara məruz qalmışdılar
95
. Xatırlatmaq yerinə
düşər ki, bu dövrdə qızılbaşlar sünnilərə tam əsasla özlərinin siyasi rəqibləri –
onların devirdiyi Ağqoyunlu sülaləsinin ardıcılları, Osmanlı Türkiyəsinin və
Şeybanilər dövlətinin tərəfdarları kimi baxırdılar və bu, gerçəklik idi. Bu
dövrdə şiəliyə mücərrəd dini nəzəriyyə,
təlim kimi deyil, daha çox
Aöqoyunlulara və digər sünni dövlətlərinə müxalifət təşkil edən siyasi
mübarizə vasitəsi kimi əhəmiyyət verildiyini XVI əsr tarixçisi Həsən bəy
Rumlunun məlumatı da təsdiq edir. 1501-ci ildə şiəlik Təbrizdə dövlət
təriqəti elen olunduğu zaman yeni təriqətin əsaslarını
möhkəmləndirmək
barədə məsələ qalxdı və məlum oldu ki, şiəliyin nəzəriyyəsi ilə səthi tanışlığı
olan bir nəfər də yoxdur. Hətta şiə dini təliminə dair kitab da yox idi. Şiəliyə
dair rəhbərlik üçün Şeyx Cəmaləddin Mütəhhər Hillinin (1250-1325_
“Qəvaid-i islam” (“İslamın qaydaları”) kitabı yeganə rəsmi ədəbiyyat kimi
qəbul edildi
96
.
Dostları ilə paylaş: