SəFƏVİLƏr döVLƏTİ


I Şah İsmayılın şirvanşah II İbrahim



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə22/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   18   19   20   21   22   23   24   25   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

I Şah İsmayılın şirvanşah II İbrahim
Şeyxşahla qarşılıqlı münasibətləri


67
ŞirvanşahFərrux Yəsar həlak olduqdan sonra Şirvanşahlar
dövlətinin varlığına son qoyulmadı.Şirvan taxtında onun
oğlanlarından biri,bir ilə qədər hakimiyyətdə olmuş Bəhram bəy
əyləşdi.Onun vəfatından sonra isə qardaşı Qazı bəy hakimiyyətə
gəldi. Bir neçə ay sonra o taxt-tacı ələ keçirmiş oğlu Sultan
Mahmud tərəfindən öldürüldü. Mənbələrin məlumatlarına
görə,hakimiyyəti qəsb etmiş bu adamın qəddarlığından hədsiz
əziyyət çəkən Şirvan əhalisi onun əmisinin,Gilan hakimi
Hüsaməddinin
121
ölkəsində olan Şeyx İbrahim Şeyxşahın ardınca
elçi göndərdi. Şeyxşah 1502-ci ildən II İbrahim adı ilə taxta
çıxdı.Sultan Mahmud kömək almaq ümidi ilə I Şah İsmayılın
sarayına qaçdı.
I Şah İsmayıl Sultan Mahmudu müdafiə etməyi lazım
bildi.Münəccimbaşının verdiyi məlumata görə,Sultan Mahmud
qızılbaşlardan hərbi kömək alaraq Şirvana hərəkət etdi.Şeyxşah
Gülüstan qalasına çəkildi.qalanın mühasirəsi üç aya qədər davam
etdi.Mühasirədə olanların vəziyyəti təhlükəli hal alırdı.Lakin bu
zaman gözlənilməz hadisə baş verdi: Mahmud yatdığı yerdə
xidmətçisi tərəfindən öldürüldü. Gecə zülmətində onun başı qalaya
çatdırıldı. Bundan ruhlanan şirvanlılar gecə həmləsi təşkil etdilər
və özlərini itirmiş qızılbaşları qılıncdan keçirdilər
122
.
Münəccimbaşının məlumatında bu hadisənin tarixi
göstərilməmişdir.
Qızılbaşların Şirvana yuxarıda təsvir edilən yürüş tarixinə
münasibətində Y.A.Paxomov maraqlı müşahidələr aparmışdır
123
.
1935-ci ildə Gəncə yaxınlığında Çaykənd kəndində Şirvanşahların
və I Şah İsmayılın sikkələrindən ibarət pul dəfinəsi tapılmışdır.
Y.A.Paxomov tərəfindən siyahıya alınmış bu dəfinədə I Şah
İsmayılın Şamaxıda və Şabrandav zərb edilmiş, hicri 911 (1505-
1506)-ci il tarixli pullar vardır. Halbuku bu dövrdə Şirvanın
hökmdarı II İbrahim Şeyxşah idi. Digər tərəfdən Y.A.Paxomovun
fikrincə, istər bu dəfinədə, istərsə dəŞeyxşahın pulları olan başqa


68
məlum kolleksiyalarda hicri 911 və 912 (1505-1507)-ci illərdə zərb
olunmuş pulların tamamilə olmaması müşahidə edilir.
Y.A.Paxomov bu faktların əsasında belə bir nəticəyə gəlir ki,
göstərilən illərdə Şamaxı, Şabran və Şirvanın bir hissəsi İsmayılın
tabeliyinə keçmişdi; Şeyxşah yalnız hicri 913 (1507-1508)-cü ildə
Şamaxını özünə qaytarmış, artıq öz adından pul zərb etdirmişdi.
Tədqiqatçı deyilənlərə belə yekun vurur: “Birincisi, Sultan
Mahmuda kömək etmiş Səfəvilər nəinki Şamaxını, həm də Şirvanın
şimal hissələrini, məsələn Şabranı tuta bilmişdilər.; ikincisi, bu
köməyin əvəzində Sultan Mahmud özünü Şah İsmayıln təbəəsi
saymağı və onun adından pul zərb etdirməyi öhdəsinə
götürmüşdü”
124
.
Y.A.Paxomovun numizmatik məlumatlara əsaslanan həmin
nəticələri, əsasən narrativ mənbələrin məlumatları ilə düz gəlsə də,
aşağıdakı faktlar onların bir qədər dəqiqləşdirməsini tələb edir.
İbrahim
Əmini xəbər verir ki, I Şah İsmayıl Hüseyn Kiya Çəlavinin
qorunduğu Usta qalasını mühasirəyə alanda “Qazı bəyin oğlu
Sultan Mahmud “ şah qərargahına gəldi və Şirvan taxt – tacına öz
hüquqlarını təsdiq etdirdi
125
. Biz bilirik ki, Usta qalasının
mühasirəsi və alınması hicri 909 (1504-cü ilin yazında)-cu uldə
126
baş vermişdir. Deməli, Sultan Mahmudun qızılbaş hissələri ilə
yürüşü yalnız həmin müddətdən sonra ola bilərdi.
Biz elə
həmin hicri 911 (1505-1506)-ci ildə qızılbaşların Şirvana yürüşü
haqqında da məlumatlar əldə etmişik. Həsən bəy Rumlu xəbər verir
ki, həmin ildə Şah İsmayıl “hökm vermişdi ki, Sultan Heydərlə
döyüşdə onun düşmənlərinin tərəfində olanların hamısını
öldürsünlər.O bu işi təhqiq etməyi qorçibaşı Əbdül bəy Dədəyə
tapşırdı. Bu səbəbdən xeyli adam öldürüldü”
127
. Anonim müəllif bu
hadisənin bəzi təfsilatlarını göstərir. O yazır ki, Əbdül bəy Dədə I
Şah İsmayılın əmri əsasında qoşunla Şirvana yollandı, çoxlu


69
“türkman”ı, Təbərsaran və Şirvan sakinini qırdı
128
. Bu haqda digər
mənbələr də məlumat verirlər
129
.
Mənə elə gəlir ki, yuxarıda göstərilən I Şah İsmayılın adı olan
pulların (hicri 911-ci ildə Şamaxı və Şabranda zərb edilmiş) məhz
Əbdül bəy Dədənin başçılığı ilə qızılbaşların həmin yürüşü zamanı
zərb edildiyinə şübhə etməyə əsasımız yoxdur.
Qeyd olunan faktlar Sultan Mahmudun və Əbdül bəy
Dədənin Şirvana yürüşləri arasında əlaqənin olması fikrinə gətirib
çıxarır. Belə güman etmək məntiqi olar ki, söhbət müxtəlif
vaxtlarda olmuş iki yürüşdən deyil, Sultan Mahmudun da iştirak
etdiyi bir yürüşdən gedir.
I Şah İsmayılın ilk yürüşündən sonra Səfəvilərin Şirvan
hökmdarları ilə siyasi münasibətləri məsələsi hələ qz öyrənilmişdir.
“Azərbaycan tarixi”ndə bu münasibətlərin xarakterinə düzgün
qiymət verlimişdir: “1500-1501-ci illərdə qızılbaşların yürüşündən
sonra Şirvan, əsasən Səfəvilərin vassal asılılığı altına düşdü”
130
.
Aşağıda verdiyimiz yeni material həmin səciyyəni nəinki
təsdiq edir, həm də onu mühüm təfərrüatlarla tamamlayır və bu
münasibətlərin mahiyyətini dəqiqləşdirir. Bizim əlimizdə 1501-ci
ildə qızılbaşlar Şirvandan getdikdən sonra, orada Səfəvilərin
nümayəndələrinin qalması barədə mötəbər məlumat vardır.
Məsələn, bizə məlum olur ki, İsmayılın ən nüfuzlu silahdaşlarından
biri və onun tərbiyəçisi Hüseyn bəy Lələ Şamlı Şirvana canişin
təyin olunmuşdu. Sonuncu, özünün xidmətçisini (“cilovdar”) –
darmadağın edilmiş Şirvanlıların təqib edilməsi zamanı Fərrux
Yəsara çatması, onu vurub atdan salması və şirvanşahın başını
İsmayıla gətirməsi ilə fərqlənmiş Şahgəldi ağanı öz yerinə təyin
etmişdi
131
. Sonra məlumat verilir ki, Şeyxşah Gilandan qayıtdı, boş
qalmış Şirvan taxtına sahib oldu və “həmin vilayət tutulduqdan
sonra oranı Lələ bəyin müavini kimi idarə etmiş” Şahgəldi ağa
Şirvan hüdudlarını tərk etməyə məcbur oldu. İlk vaxtlar Şeyxşah öz
adamlarını hədiyyələrlə Şah İsmayılın sarayına göndərmiş, özünün


70
sadiq olduğuna onu inandırmış və İbrahim Əmininin sözləri ilə
desək, İsmayılın “Şirvanın idarə olunmasını ona bağışlamasına
nail olmuşdu
132
. Şeyxşahın öz mövqeyi möhkəmlənəndən sonra
Şirvan qalalarının möhkəmliyinə və qoşunların sayca
çoxluğunaarxalanaraq, Səfəvilərin asılılığından tamamilə azad
olmağa cəhd göstərdi. O, İsmayılın nümayəndələrinin üzünə
“hörmət və ehtiram qapılarını bağlayarq”, “bac – xərac”
verilməsini dayandırdı. Elə bu vəziyyət də hicri 911-ci ilin qışında
(1509-cu ilin sonu) Şah İsmayılın Şirvana təkrar yürüşünə səbəb
olmuşdu
133
. Qızılbaş qoşunları Cavad yaxınlığında bərənin
köməyilə çayı keçərək Şirvana daxil oldular.İsmayılın üstün
qüvvələri ilə toqquşmaqdan ehtiyat edən Şeyxşah Buğurd qalasında
gizləndi. Qoşunların bir hissəsini Şamaxıya göndərən İsmayıl
Bakıya hərəkət etdi. Bakı və Şabran şəhərlərinin hərbi rəisləri şəhər
və qala qapılarının açarlarını qızılbaş hökmdarına təqdim etdilər.
Şirvanın digər qalalarının rəisləri də belə hərəkət edərək
hədiyyələrlə İsmayılın yanına gəldilər. Yarəhməd və Ağa
Məhəmməd bəy istisna olmaqla Dərbənd hakimləri qala
divarlarının hündürdə yerləşməsinə və möhkəmliyinə ümid
bağlayaraq, nəinki özləri şahın yanına gəlmədilər, hətta ənənəvi
“peşkəşi” belə ona göndərmədilər. Belə olduqda qızılbaşlar
Dərbəndə hərəkət etdilər və onu mühasirəyə aldılar. Beş gün
ərzində qala divarlarının altından 12 lağım atıldı. Öz
vəziyyətlərinin çıxılmaz olduğunu görən şəhər müdafiəçiləri silahı
yerə qoydular. Anonim müəllif göstərir ki, “Şirvan ölkəsinin idarə
olunması yenidə Hüseyn bəy Lələyə tapşırıldı”.
Deyilən Şərhlərdən görünür ki, İsmayıl Şirvanşahları lap
əvvəldən vassallığı qəbul etməyə məcbur etmişdi. Bizim hər il
Şirvanşahların İsmayıla ödədikləri verginin – “bac – xəracın”
miqdarı və xarakteri haqqında məlumatımız yoxdur. Güman etmək
olar ki,Şirvanşahlar Şah İsmayıla münasibətdə öz üzərlərinə
müəyyən öhdəliklər götürmüşdülər. Əks təqdirdə, Şirvanda qızılbaş


71
nümayəndələrinin olması səbəbini izah etmək çətindir. Təəssüf ki,
bizim bu barədə konkret məlumatımız yoxdur. Yəqin ki, Şirvanın
idarə olunmasının Hüseyn bəy Lələyə tapşırılmasını Səfəvilərin bu
vilayəti həmişə özlərinin qanuni mülkü hesab etdiklərini təsdiq
edən aşkar, formal əmək kimi başa düşmək lazımdır. Səfəvi
nümayəndələrinin Şirvanın daxili işlərinə qarışmasının dərəcəsi və
xarakteri haqqında fikir yürütmək də bizim üçün çətindir. Ehtimal
etmək olar ki, bu, Şeyxşah üçün kifayət qədər sıxıntılı olmuşdu.
Onun həmin asılılıqdan qurtulmaq üçün göstərdiyi cəhdlərdən də
bunu sezmək olar.
III FƏSİL

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin