SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə23/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   19   20   21   22   23   24   25   26   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

I TƏHMASİBİN DÖVRÜNDƏ
SƏFƏVİLƏR DÖVLƏTİNİN VƏZİYYƏTİ
Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılın
müxtəlif xalqları birləşdirən geniş vahid dövlətin əsaslarını
möhkəmləndirmək sahəsindəki fəaliyyəti onu ən görkəmli dövlət
xadimi kimi səciyyələndirir. Azərbaycan (qızılbaş) əyanları
mühitində tərbiyə almış, bu mühitlə ayrılmaz tellərlə bağlı olan I
Şah İsmayıl mülki və dini rəhbər kimi şəksiz nüfuzundan istifadə
edirdi. Qızılbaş əmirlərinin itaətsizliyinin ən xırda əlamətlərinin
qarşısını amansızlıqla alan I Şah İsmayılın ağıllı siyasəti sayəsində
əsrin ilk rübündə mərkəzi hökumətinn nüfuzu kifayət qədər yüksək


72
idi. Buna görə də hicri 930-cu il rəcəb ayının 19 (1524-cü il mayın
23-də)-u
1
onun 37 yaşında ikən vaxtsız və qəfil ölümü mərkəzi
hakimiyyətin zəifləməsinə və tayfa başçılarının ara müharibələrinə
gətirib çıxardı.
 I Şah İsmayılın vəfatından sonrakı birinci onillikdə
dövlətdə feodal özbaşınalığı
İsmayılın oğlu Təhmasib Mirzə formal olaraq şah elen
edildi
2
. Lakin on yaşlı oğlan yüksək gəlirli dövlət vəzifələri, zəngin
və məhsuldar torpaqlar ələ keçirmək uğrunda bir – birilə mübarizə
aparan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət
işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, I
Təhmasibin lələsi (atabəyi) Div Sultan ələ keçirdi. Lakin ustaclı
tayfasının Köpək Sultan və Abdulla xan kimi qüdrətli əmirləri onun
hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə
ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Div Sultan özbəklərin
Xorasana basqınını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və
guya xarici düşmənə qarşı qoşun toplamaq üçün Təbəristanla
sərhəddə yerləşən Lar yaylağına yola düşdü. İsfahan hakimi Çuxa
Sultan Təkəli, Həmədan hakimi (tiyuldarı) Qaraca Sultan
Təkəli,Məşhəd hakimi Burun Sultan Təkəli, Şiraz hakimi Əli
Sultan Zülqədər və başqaları onun çağırışı ilə öz qoşunları ilə bura
gəldilər
3
. Div Sultan hədiyyələr və vədlər verməklə onları öz
tərəfinə çəkdi və Köpək Sultan Ustaclı əleyhinə ittifaq bağladı.
Şamlı tayfasının iki görkəmli əmiri – Herat hakimi durmuş xan və
Astrabad hakimi Zeynal xan şəxsən Div Sultana qoşulmasalar da,
onun vəkilliyə olan iddialarını müdafiə etdilər
4
. Ustaclı tayfasından
olan əmirlərin bəziləri, məsələn, Məntəşə Sultan, Div Sultanın
tərəfində durdular. Mövqeyinə və sayına görə başqa qızılbaş
tayfalarından üstün olan ustaclı tayfa əmirlərinin əksəriyyəti Div


73
Sultanı tanımaqdan imtina etdi
5
Hicri 931 (1525)-ci ilin payızında
özünü kifayət qədər güclü hiss edən Div Sultan Köpək Sultana
məktub göndərərək mərhum şahın iradəsinə tabe olmağa və onun
vəkalət hüquqlarını tanımağa çağırdı. Özü isə əmirlərlə birlikdə
Təbriz istiqamətində hərəkət etdi. Köpək Sultan ustaclı əmirlərinin
müşavirəsində münaqişəni dincliklə həll etmək ruhunda çıxış
edərək Div Sultanı qarşılamağa yollandı. Görüş Türkmənkəndi
adlı yerdə baş verdi. Onlar birlikdə Şah Təhmasibin Təbrizdəki
sarayının yaxınlığında yerləşən Çərəndaba gəldilər. Lakin tayfalar
arasında müharibə yenidən başlandı
6
.
Div Sultan Köpək Sultanla birlikdə paytaxta daxil olan kimi,
ilk növbədə ixtilafa təhrik edənləri cəzalandırmaq bəhanəsi ilə
Qərincə bəy Ustaclını və Narın bəy Qacarı edam etdirdi. Ustaclı
əmirləri dövlət işlərini idarə etməkdən uzaqlaşdırıldılar. Köpək
Sultan sağ – salamat Təbrizdən çıxıb gatməyi “xoşbəxtlik” hesab
etdi və özünün keçmiş vilayəti (ölkəsi) olan Naxçıvan və İrəvan
tərəfə hərəkət etdi
7
. Div Sultan Rumlu və Çuxa Sultan Təkəli bütün
hakimiyyəti ələ keçirdilər. Fərmanlarda Div Sultan “məlik əl –
üməra” (“əmirlərin rəhbəri”), Çuxa Sultan isə “rükn əs – səltənə”
(“səltənətin dayağı”) adlandırılırdı. Köpək Sultan paytaxtdan çıxan
kimi Div Sultan Çuxa Sultanla birlikdə tiyul (iqta) hüququnda
ustaclı tayfasına məxsus olan torpaqların çox hissəsini öz aralarında
bölüşdürdülər
9
.
İsgəndər bəy Münşi Azərbaycan tayfaları arasında
düşmənçilik və müharibə törətmiş Div Sultanın hərəkətlərini
pisləyir
10
. Köpək Sultan ustaclı, rumlu və təkəli tayfaları ilə
mübarizə aparmaq üçün hicri 932-ci il rəcəbin əvvəlində (1526-cı
ilin əvvəli) Xalxaldan Sultaniyyəyə gəldi. Ona qoşulmuş ustaclı
əmirləri, o cümlədən Qılıc xan, Məntəşə bəy Şeyxlər qorçibaçının
qardaşı Sarı Pirə, Bədr bəy Qorçibaşı və Kürd bəylə birgə Köpək
Sultan şah qərargahına hərəkət etdi. Div Sultan barışmağa cəhd
göstərdi və vasitəçilik etmək üçün Qasım – xəlifə Varsağı Köpək


74
Sultanın yanına göndərdi. Lakin onlar Div Sultanın sözlərinə və
vədlərinə inanmadılar.
Mayın 26 (şaban ayının 14-də)-da Səksəncik adlanan yerdə
düşmən tərəflər arasında döyüş baş verdi. Əvvəlcə ustaclı əmirləri
öz rəqiblərinə üstün gəldilər. Belə olanda Div Sultan və Çuxa
Sultan “əlacsızlıqdan” gənc şahı ata oturdaraq onunla birlikdə
döyüş meydanına çapdılar
11
. Ustaclı əmirlərinə qarşı döyüşə şahın
xüsusi hərbi dəstəsi (qorçilər) daxil olduqda üstünlük rumlu və
təkəli əmirlərinin tərəfinə keçdi. Ustaclı qoçunu qaçmağa üz qoydu
və Əbhərdən keçərək Taroma – Rəşt hakimi Müzəffər Sultanın
mülklərinə gəldi
12
. Həmin vaxtda mərhum Qara xanın oğlu Abdulla
xan Ustaclı Kirman hakimi Əhməd Sufi oğlu Ustaclı ilə birlikdə
rumlu və təkəli tayfalarına qarşı çıxdı və Xərzavil adlı yerdə
onların arasınad döyüş baş verdi
13
. Gilanlıların köməyinə
baxmayaraq, ustaclı dəstələri yenidən ağır məğlubiyyətə uğradılar
və Qəzvində onların başlarından “minarə ucaldıldı”
14
.
Sonrakı hicri 933 (1526-1527)-cü ildə Köpək Sultan öz
qoşunlarını Xalxaldan keçərək, Rəştdən Ərdəbilə gətirərək yerli
hakim Badəncan bəy Rumlunu məğlub etdi və öldürdü. Sonra o
Çuxursəədə, rumlu tayfasının köçdüyü yeni yerə hərəkət etdi.
Bundan xəbər tuitan Div Sultan, Çuxa Sultan və Məhəmməd xan
Zülqədər oğlu səkkiz min nəfərlik qorçilər dəstəsi ilə Qərbi
Azərbaycana yollandılar. Tərəflərin qz – üzəgəldiyi Naxçıvanda
Araz çayı yaxınlığında, hicri 933-cü il ramazanın 29-da (1527-ci il
iyunun 30-da) onların arasında həlledici döyüş baş verdi. Ustaclı
qoşunu darmadağın edildi, Köpək Sultan isə öldürüldü
15
.
Qızılbaş tayfaları arasında gedən ara müharibələri
nəticəsində mərkəzi hakimiyyət əslində fəaliyyətdən qalaraq iflic
vəziyyətinə düşdü. Ölkədə özbaşınalıq hökm sürürdü. Məsələn,
Xorasanın bir çox qızılbaş tayfaları vətəndaş müharibəsinə cəlb
olundu. Hürşah məlumat verir ki, Xorasanda və Astrabadda
torpaqlara (iqta) sahib olan əmirlərin çoxu öz tayfaları ilə (il-u-


75
ulus) İraqa yola düşdülər. Məsələn, Nişapur hakimi Çərəkə Sultan,
İsfərain hakimi Pirqulu Sultan, Astrabad hakimi Zeynal xan,
Damğan və Bistam tiyuldarı Ələş Sultan öz vilayətlərini tərk
edərək Rey və Xarda məskunlaşdılar. Özbək əmirləri budan dərhal
istifadə etdilər. Hicri 933-cü ilin əvvəlində (1526-cı ilin sonu) onlar
Xorasana soxuldular, maneəsiz olaraq onu ələ keçirərək qarət
etdilər və viran qoydular
16
.
Üçüncü rəqibdən yaxalarını qurtaran Div Sultan Rumlu və
Çuxa Sultan Təkəli özləri bir – birilə vəkillik (vəkalət-i əmir əl-
ümərai) vəzifəsi uğrunda toqquşmağa başladılar. Hicri 933 (1527-ci
il iyul)-cü ilin əvvəlində Div Sultan Çuxa Sultanın təhriki ilə
öldürüldü. Şərəfxan Bidlisinin məlumatlarına görə, Çuxa Sultan
gənc şahı inandıra bilmişdi ki, Div Sultan tayfalararası ədavətin və
toqquşmaların səbəbkarıdır və o, divan daxil olanda şah Div Sultanı
oxla vurmu, sonra isə şahın xidmətçiləri onu qətlə yetirmişdilər
17
.
Bununla da rumlu əyanlarının hakimiyyət dövrü sona çatdı.
Dövlət işlərinə rəhbərlik təkbaşına vəkil olmuş Çuxa
Sultanın şəxsində təkəli əyanlarının əlinə keçdi. O, elə hakimiyyət
sahibi olmuşdu ki, I Təhmasibə “yalnız şahın adı qalmışdı”.
O,”vilayətlərin çoxunu təkəli tayfasından olan qohumlarının
arasında bölüşdürmüş və (onlardan) hər birini xan rütbəsinə, sultan
dərəcəsinə yüksəltmişdi” Lakin tezliklə Çuxa Sultanın və təkəli
tayfasının nüfuzu son dərəcə azaldı. Bu hicri 935 (1529)-ci ildə,
Zirabad yaxınlığında özbəklərlə vuruşmadan sonra baş verdi.
Burada təkəli əmirləri döyüş meydanından qaçdıqlarına görə Səfəvi
qoşunu az qala məğlubiyyətə uğrayacaqdı
19
.
Bu zaman özbəklərlə döyüşdə böyük şücaət və cəsurluq
nümayiş etdirmiş şamlı tayfasının başçısı Hüseyn xan əvvəlki
mühasirə zamanı ağır vəziyyətə salınmış, ərzaq cəhətdən korluq
çəkən Heratın
20
hakimi vəzifəsini tutmuşdu. Qızılbaş qoşunu
Xorasanı tərk edən kimi, Übeydulla xan yenidən bura hücum etdi
və Hüseyn xanın azsaylı qızılbaş dəstəsi ilə qoruduğu Heratı


76
mühasirəyə aldı. Çuxa Sultan qızılbaş qoşununu Heratda
mühasirəyə düşənlərə köməyə göndərməyi yubandırdı. Çuxa
Sultanın, onun özbəklərin əlinə düşməsini istədiyini yaxşı başa
düşən Hüseyn xan Übeydulla xanla danışıqlara başladı. Ona
maneəsiz olaraq öz dəstəsi ilə şəhəri tərk etməyə və Sistandan
keçərək Şiraza geri çəkilməyə icazə verildi
21
. Hicr 937-ci il
zülqədənin 2-də (1531-ci il iyunun 17-də) Hüseyn xan Sam Mirzə
ilə şahın İsfahan yaxınlığındakı qərargahına gəldi
22
. Çuxa Sultan
özünün təhlükəli rəqibindən xilas olmaq üçün onu şənliklərin
birində öldürmək qərarına gəldi. Onun bu planından Hüseyn xan
xəbər tutdu.O, gecə düşəndə silahlı adamlardan ibarət dəstə ilə
Çuxa Sultanın alaçığına yollandı. Çuxa Sultan sığınacaq tapmaq
ümidi ilə divanxanaya qaçdı. İş o yerə çatdı ki, vuruşma şah
otağnda davam etdirildi və Hüseyn xanın adamlarının atdıqları iki
ox şahın tacına dəydi. Həmin gecə şahı mühafizə edən, zülqədər
tayfasından olan şah qorçiləri Hüseyn xanın tərəfinə keçdilər və
onlardan biri Çuxa Sultanı ölümcül yaraladı.
Çuxa Sultanın ölümündən sonra təkəli əmirləri vəkil
vəzifəsinə onun böyük oğlu Şah Qubadın namizədliyini irəli
sürdülər. Təkəli əmirlərinin öz hökmranlığını qoruyub saxlamaq
üşün etdikləri bu cəhd təkəli feodallarının zülmünə çox dözmüş
digər qızılbqş tayfaları – ustaclı, rumlu, zülqədər və əfşar əmirləri
tərəfindən narazılıqla qarşılandı. Həmədandan bir qədər aralıda
tərəflər arasında toqquşma baş verdi. I Şah Təhmasibin əmri ilə
təkəli tayfası tamamilə məhv edilmək təhlükəsi qarşısında qaldı.
Tayfadan bir çoxları qırıldı, sağ qalanlar isə onların öz
tayfalarından olan Məhəmməd xan Şərəfəddin oğlunun idarə etdiyi
Bağdada qaçdılar. Sonuncu, özünün şaha olan xeyirxah
münasibətini bildirmək əlaməti kimi onlardan bəzilərini edam
etdirdi və başlarını saraya göndərdi
23
.
Hicri 937 (1530-1531)-ci ildə təkəlilər Azərbaycanın cənub
hissəsinin hakimi (əmir əl-üməra) Üləma bəy Təkəlinin şəxsində


77
vəkil vəzifəsini tutmaq üçün daha bir uğursuz cəhd etdilər
24
.
Müqavimətə rast gələn Üləma şaha qarşı üsyanh etdi, Təbrizi
çapıb taladı və tayfasının bir hissəsi ilə Türkiyəyə getdi. Sonralar,
Üləma bəy Sultan Süleymanın Azərbaycana yürüşlərində iştirak
etmişdir.
Təkəli əyanlarınıın hökmranlıq müddəti (1527-1531) şamlı
feodallarının hakimiyyəti ilə əvəz edildi. Çuxa Sultanın ölümündən
sonra Hüseyn xan Şamlı ən qüdrətli feodal oldu, vəkil və əmir əl-
üməra vəzifələrini tutdu. Hüseyn xan da sələfi kimi ilk növbədə öz
tayfasının yaxşı yerləşdirilməsi qayğısına qalaraq “ən yaxşı
vilayətləri (iqta əsasında) şamlı əmirləri arasında bölüşdürüb” şaha
dövlət işlərinə qarışmaq imkanı vermədi
25
.
Hüseyn xan hicri 940 (1533-1534)-cı ilədək dövlət işlərini
idarə etmiş, elə həmin ildə qəflətən hakimiyyətdən kənar edilərək
edam olunmuşdu. Mənbələrdə göstərilir ki, Hüseyn xan Şamlı I
Şah Təhmasibi zəhərləmək məqsədilə sui – qəsd hazırlanmaqda
təqsirləndirilmişdi. I Şah Təhmasib Heratda ikən Hüseyn xanın
həmtayfası olan Başdan Qara adlı bir nəfər şahın piyaləsinə zəhər
tökmək üçün cəhd göstərmişdi. Hüseyn xanın tərbiyəçisi (lələsi)
olduğu qardaşı Sam Mirzənin xeyrinə I Şah Təhmasibi devirməyə
yönəldilmiş fəaliyyətdə ittiham etmişdilər. Həmçinin Sam Mirzənin
xəyanəti barədə xəbər verən “Şərəfnamə”yə görə, Sam Mirzə
özünü I Sultan Süleymanın vassalı kimi tanımışdı
26
. Hüsen xandan
məmləkətə soxulmuş türklərlə əməkdaşlıq etməkdə,düşmənin
tərəfinə keçmək niyyətində olmaqda şübhələnirdilər. Həsən bəy
Rumlunun göstərdiyi kimi, Hüseyn xanın hazırlanmaqda olan
xəyanəti barədə şaha xəbər veriləndə Hüseyn xan onun əmrilə
saraya çağırılmış və “parça – parça doğranmışdı”
27
.
Hüseyn xan Şamlının ölümü ilə qızılbaş feodallarının on il
müddətində - 1524-cü ildən 1534-cü ilədək davam etmiş ağalığı
başa çatdı. Şübhə yoxdur ki, şamlı əyanlarının hakimiyyəti tezliklə
dövlət işlərindən sıxışdırılıb uzaqlaşdırılmş digər tayfa əyanlarının


78
narazılığına səbəb olacaqdı. Həm də I Şah Təhmasibib özü artıq
böyümüşdü, qızılbaş əmirlərinin sıxıntılı himayəsindən qurtulmaq
və nəhayət, dövlət işlərini öz əlinə almaq qərarına gəlmişdi.
Hüseyn xanın edam olunması və vəkil vəzifəsinə Qazi Cahan
Qəzvininin təyin edilməsi I Şah Təhmasibin mərkəzi hakimiyyəti
gücləndirmək və möhkəmləndirmək qətiyyətini göstərirdi.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin