SəFƏVİLƏr döVLƏTİ


Çaldıran vuruşması və onun nəticələri



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə20/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   16   17   18   19   20   21   22   23   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Çaldıran vuruşması və onun nəticələri
Çaldıran vuruşması Səfəvilər dövlətinin hərbi – siyasi tarixinin
mühüm mərhələsi oldu. Şah İsmayılın dövlətinin taleyi üçün bu vuruşmanın
həlledici nəticələri olmasa da, Səfəvilərin Kiçik Asiya şiələrindən zərbə
qüvvəsi kimi istifadə etmək niyyətlərinin mənasızlığını göstərdi. I Sultan
Səlim hələ müharibə başlamazdan əvvəl arxadan – Anadolu şiələri tərəfdən
olan təhlükəni ləğv edə bildi
97
.
Qızılbaş ordusunun vuruşma ərəfəsindəki hərbi hazırlıq vıziyyəti belə
idi: mərkəzdə Nizaməddin Əbdülbaqinin, Məhəmməd Kəmunənin və
Şərəfəddin Əlinin başçılığı altında qızılbaşların dəstəsi yerləışirdi; sağ canaha


61
Durmuş xan Şamlı, sol cinaha isə Diyarbəkir hakimi Məhəmməd xan
Ustaclı başçılıq edirdi. Ərzincan hakimi Nurəli Xəlifə Rumlu, Təbriz hakimi
Məntəşə Sultan, Fars hakimi Xəlil Sultan Zülqədər, Hüseyn bəy Lələ, Xüləfa
bəy (Xadim bəy), Pirə bəy Çavuşlu və Sultanəli Mirzə Əfşar cinahlarda
mövqe tutdular. Sarı Pirə (qorçibaşı) və Yusif bəy Varsaq öndə duranhissəyə
(çərxçiyan) təyin olundular. Şah İsmayıl özü seçmə hissələrlə sağ cinahda
dururdu
98
.
Osmanlı ordusunun döuüş qüvvələri Avropa nümunəsi üzrə
qurulmuşdu. Sağ cinaha Anadolu bəylərbəyisi Sinan paşa, sol cinaha isə
Rumeli bəylərbəyisi Həsən paşa başçılıq edirdilər. Mərkəzdə artilleriyaya –
300-ə yaxın top yerləşdirilmişdi. Düşmənin topları görə bilməməsi üçün
onların qarçısında xüsusi hissələr (əzablar) saxlanırdı. Artilleriyanın
arxasında piyada nişançılar – yeniçərilər dururdular. İş heyvanlarını –
dəvələri və qatırları bir-birinə zəncirlərlə bərkidilmiş arabalarla birlikdə
yeniçərilərin qarşısında və ətraflarında yerləşdirmişdilər. Bu, müdhiş qızılbaş
süvarisinin yolunda maneə olmalı idi. Elə həmin məqsədlə də topların
sıraları zəncirlərlə bağlanmışdı. Sultan Səlim özünün şəxsi hərbi dəstəsi ilə
yeniçəri qüvvələrinin arxasında mövqe tutmuşdu. Osmanlı ordusunun arxa
hissəsində vəzifəsi vəzifəsi düşmənin arxadan vura biləcəyi zərbəni dəf
etməkdən ibarət olan Şadi bəy durmuşdu
99
.
Çaldıran vuruşması 1514-cü il avqustun 23-də səhər, qızılbaş ön
süvari dəstəsinin – Sarı Pirə Ustaclının başçılıq etdiyi qorçılərin şiddətli
hücumu ilə başlandı. Türklər ağır itkilərə məruz qalsalar da, Osmanlıların ön
dəstəsi Səfəvi süvarisinin hücumunu dəf edə bildi.
Salnaməçilərin məlumatlarına görə, bu döyüşdə I Şah İsmayıl və
qızılbaş döyüşçüləri xeyli hünər və qəhrəmanlıq nümunələri göstərdilər.
Məsələn, döyüşün qızğın çağında İsmayıl Osmanlı ordusunda özünün
bahadır gücü və igidliyi ilə tanınan Əli bəy Malquçoğlu ilə üz-üzə gəldi.
İsmayıl qılıncla onun başına elə bir zərbə endirdi ki, baş dəbilqə ilə birlikdə
iki hissəyə parçalandı, şahın qılıncı isə onun sinəsini dəldi
100.
Vuruşmanın ən böhranlı anında top mərmiləri İsmayılın
döyüşçülərinin sıralarını seyrəltdiyi bir vaxtda Fars hakimi Xəlil


62
Sultan Zülqədər özbaşına döyüş meydanını tərk etdi və öz dəstəsi
ilə birgə qaçdı. Lakin şah düşmənin məhvedici atəşi qarşısında geri
çəkilmədi və döyüşçülərini topların üzərinə hücuma apardı. O,
qılıncı ilə bir – birinə zəncirlənmiş topların arasından özünə yol
açdı, lakin dəvələrin və qatırların “divarı” qarşısında dayanmağa
məcbur oldu
101
. Bu zaman Şah İsmayılın atı müvazinətini itirdi və
üzərindəki döyüşçü ilə birlikdə yerə sərildi. Türk əsgərləri İsmayıla
tərəf atıldılar. Lakin şahın həyatı üçün bu çətin anda o, şaha
“zahirən və geyimi “ ilə çox oxşayan Sultanəli Mirzə Əfşar
tərəfindən xilas edildi. O, “mənəm şah” – deyə qışqıraraq irəli
qaçdı və düşmənin əsgərlərini də öz arxasınca apara bildi. Bu
zaman özünü yetirən Xızır ağa Ustaclı adlı bir qızılbaş İsmayıla
başqa bir at gətirdi. Şah həmin atın üzərində döyüşə atıldı
102
.
Səfəvi salnaməçilərinin məlumatlarına görə, Çaldıran
vuruşmasında hər iki tərəfdən 5 min nəfər döyüşçü həlak olmuşdur.
Onlardan 2 min nəfərinin qızılbaş, 3 min nəfərinin isə türk olduğu
göstərilir
103
. Lakin biz bu rəqəmin düzgünlüyünə heç cür inana
bilmərik. Məsələn, Şərəfxan Bidlisi yalnız qızılbaşların itkisinin 5
min nəfər süvari olduğunu göstərir ki, bu, həqiqətə daha yaxındır
104
.
Osmanlı tarixçiləri əksinə, bu rəqəmləri həddən rtöq şişirdirlər.
Onlardan bəziləri türklərin 30-40 min nəfər, qızılbaşların isə
bundan iki dəfə artıq itki verdiyini göstərirlər. Səfəvilər özlərinin
bir sıra istedadlı sərkərdələrini – Məhəmməd xan Ustaclını, Sarı
Pirə Ustaclını, Hüseyn bəy Lələni, Xadim bəy Xüləfanı itirdilər.
Osmanlı sərkərdələrindən Həsən paşa, Malquç oğlu, Üveys bəy,
Süleyman bəy həlak oldular
105
.
Qızılbaş ordusunun Çaldıran vuruşmasında məğlubiyyətini
müasirləri müxtəlif səbəblərlə izah edirlər. Burada əvvəlki
qələbələrdən arxayın düşən və tərslik edərək öz sərkərdələrinin
aöıllı kəlamlarını eşitməyən Şah İsmayılın cəngavər xasiyyətini,
şahın gecə həmləsi fikrindən daşındırmış Durmuş xanın özünə
güxənərək, keflənib lovğalanmasını və s. göstərmək olar. Bu


63
baxımdan Sulyan Səlimlə türklərin əsir aldığı Şah İsmayılın oxşarı
– Sultanəli Mirzə Əfşar arasında olmuş söhbət maraqlıdır. Sultan
Şah İsmayıldan soruşur: “Məgər sən bilmirdin ki, mən iki yüz min
döyüşkən kişi, artilleriya və yeniçərilərlə gəlmişəm, sən niyə belə
miskin qüvvələrlə mənimlə döyüşə girib, öz adamlarını ölümə
məhkum etdin, özün isə əsir düşdün”. Cavab belə oldu: “Mən
bilirdim ki, sənin böyük ordun var, lakin bilmirdim ki, sən
toplardan düzəldilən istehkama atılıb bununla da özünü bu dünyada
da, o dünyada da rüsvay edəcəksən...”
106
Göründüyü kimi, I Şah
İsmayıl odlu silah tətbiqini insanlıqla bir araya sığışdırmır,
qorxaqlıq və cəsarətsizlik təzahürü sayırdı. Şah İsmayıl yalnız canlı
qüvvə baxımından deyil, texniki təchizat cəhətdən, silahlanma
cəhətdən Sultan Səlimdən geri qalırdı. Səfəvilərdə artilleriya demək
olar ki, tamamilə yox idi. Səfəvilərin əsas qüvvəsi olan qızılbaş
tayfa süvari qoşunu topların və yeniçəri nişançılarının atəşi
qarşısında aciz idi. Bundan əlavə, Osmanlı ordusu hərbi nizamın və
döyüşün aparılması taktikasında Avropa sistemini də
mənimsəmişdi. Deməli, İsmayılın məğlubiyyətini şəxsi səbəblərlə
deyil, sultan ordusunun o dövr üçün qabaqcıl olan tışkili və
silahlanması, onun odlu silahı, artilleriyanı geniş tətbiq etməsi ilə
əlaqələndirmək lazımdır
107
.
Çaldıran Səfəvilər dövlətinin hərbi – siyasi nüfuzuna ciddi
zərbə endirdi və son nəticədə onun Kürdüstanda geniş əraziləri
itirməsinə gətirib çıxardı. Kürd tayfaları və əyanları o vaxta qədər I
Şah İsmayılın və onun canaşinlərinin hakimiyyətini qismən
tanısalar da, Çaldırandan sonra kömək üçün I Sultan Səlimə
müraciət edərək, açıq–aşkar qızılbaş hakimlərinə qarşı çıxış etməyə
başladılar. Kürdüstanın əsarət altına alınmasına yönəldilmiş
Osmanlı ilhaqçı siyasətinin sadiq nümayəndəsi və yayıcısı İdris
həkim Bidlisi kürd tayfalarının sultanın tərəfinə keçməsində çox
böyük rol oynadı. Kürdlərin siyasi təmayülünün dəyişməsində


64
onların Osmanlı türkləri ilə ümumi olan sünnilik ideologiyası heç
də az rol oynamadı
108
.
Hicri 920 (1514-1515)-ci ilin qışını amasyada keçirən Səlim
İstanbul istiqamətində hərəkət etdi. O, yolüstü Kəmaxı tutdu
109
.
Ərzincanın qızılbaş hakimi Nurəli Xəlifə Rumlu Trabzonun
Osmanlı hakimi Bıyıklı Məhəmmədin (farsdilli mənbələr onu
Mustafa paşa Bığlı Çavuş adlandırırlar) qoşunları ilə döyüşdə
məğlubiyyətə uğradı və həlak oldu. Ərzincan isə türklər tərəfindən
tutuldu
110
.
Çaldıran vuruşmasından sonra Diyarbəkir əhalisi Sultan
Səlimə itaətini bildirdiyinə görə I Şah İsmayıl şəhəri geri almaq
üçün Qara xanı (Çaldıran yaxınlığında həlak olmuş Məhəmməd
xan Ustaclının qardaşı) ora göndərdi. Lakin qızılbaşlar qiyamçıların
müqavimətini heç cür qıra bilmədilər. Mühasirə bir ildən artıq
çəkdi. İdris Bidlisinin başçılığı altında kürd dəstələri ilə
möhkəmləndirilmiş Bıyıklı Məhəmməd paşanın qoşunlarının
yaxınlaşması Qara xanı məcbur etdi ki, mühasirədən əl çəksin və
Mardinə geri çəkilsin. 1516-cı ilin əvvəlində Mardinin cənubunda
Koçhisarın yaxınlığında tərəflər arasında baş verən qəti döyüş
Osmanlı türklərinin xeyrinə qurtardı. Qara xan öldürüldü, qızılbaş
qoşunu darmadağın edildi. Nəticədə, şimalda Harputdan və
Bidlisdən başlayan, cənubda isə Rəqqə və Mosula qədər uzanan
geniş ərazi Osmanlı türklərinin əlinə keçdi
111
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin