SəFƏVİLƏr döVLƏTİ


Şirvan bəylərbəyi Əlqas Mirzənin qiyamı



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə28/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   24   25   26   27   28   29   30   31   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

 Şirvan bəylərbəyi Əlqas Mirzənin qiyamı
Yeni Osmanlı basqını ərəfəsində Şirvan bəylərbəyisi, şahın
qardaşı Əlqas Mirzənin qiyamı Səfəvilər dövlətinin vəziyyətini
mürəkkəbləşdirdi. Yerli Şirvan əyanlarının separatçılığından
istifadə edən Əlqas Mirzə özünü müstəqil dövlət başçısı elen
etmək qərarına gəldi.
Hicri 952-ci ilin sonunda (1546-cı ilin əvvəlində) Qəzvində
qışlama zamanı Şirvandan qaçmış Oruc Ağa Rumlu adlı bir şəxs
şahın yanına gələrək Əlqas Mirzənin hazırladığı qiyam barədə ona
məlumat verdi. Bu xəbər sarayda müzakirə edildiyi bir zaman,
Əlqas Mirzədən qaçmış Zeynal xanın oğlu, möhrdar olmuş Sultan
Mahmud Mirzə və Kərəm Mirzə gəlib çıxdılar, artıq qiyam
hazırlandığına şübhə qalmadı. Lakin Budaq Qəzvininin xəbər
verdiyi kimi, əmirlər belə bir fikir söylədilər ki, özlərini
məlumatsız kimi qələmə verib qaçanları həbs etsinlər və Əlqas
Mirzəyə göndərsinlər. Şah onların fikri ilə razılaşmadığını bildirdi.


89
“Bu nə söhbətdir? Onlar bu mənfurun tuğrası olan və mənim
əvəzimdən möhür vurmuş fərmanını bura çatdırdıqdan sonra mən
necə yol verə bilərəm ki, mənə qarşı səmimi olduqlarını ifadə
edərək yanıma gəlmiş adamlar məhv edilsinlər. Əgər mən belə
edərəmsə, bundan sonra heç kəs mənim yanıma gəlməz”. O, elə
oradaca Sultan Mahmuda xanlıq, Oruc ağaya isə mehmandar
vəzifəsi bağışladı
63
.
1546- cı ilin yazında I Şah Təhmasib qoşunla Təbrizə
hərəkət etdi və Əlqas Mirzə ilə danışıqlar aparmaq üçün Ürgənc
oğlunu Şirvana göndərdi. Əlqas Mirzə əvvəlcə itaət göstərməkdən
imtina etdi. Lakin şahın öz qoşunları ilə yaxınlaşdığını biləndə,
anası Xanbəyi xanımı bə böyük oğlu Sultan Əhmədi şah sarayının
yerləşdiyi Çərəndaba göndərdi. Ana öz oğlunun peşman olduğunu
və bunun bir daha təkrar olunmayacağı barədə vəd verməklə
bağışlanmaq xahişini şaha xəbər verdi. Şah Xanbəyi xanımla
birlikdə öz müvəkkillərinin eçikağası başı Seyid bəy Məhəmməd
Kəmunəni, qurçibaşı Sevindik bəy Əfşarı, möhrdar Şahqulu bəy
Zülqədəri, divan əmiri Bədr xan Ustaclını, Ərdəbil türbəsinin
mütəvəllisi Məsum bər Şeyxavəndi (Səfəvini) və digər adlı-sanlı
adamları danışıqlar aparmaq üçün Əlqas Mirzənin yanına göndərdi.
Əlqas Mirzə ilə görüş Cavadda oldu. Əlqas Mirzənin ən yaxın
adamlarından olan bəzi əmirlər onu dilə tutdular ki, şahın elçilərini
həbs etsin. Lakin obuna razı olmadı.I Şah Təhmasibib elçiləri ona
hər il xəzinəyə min Təbriz tüməni məbləğində pul verməsi və hərbi
xidmət üçün min atlı göndərməsi barədə öhdəlik götürməsi
haqqında and içdirdilər. Qarşıdan gələn qışda “kafirlərin ölkəsinə”
yürüşlər keçirmək barədə razılıq əldə edildi. Hicri 953-cü ilin
qışında (1547-ci ilin əvvəlində) I Şah Təhmasib böyük qoşunla
Şuragöldən keçərək Gürcüstana hərəkət etdi. Eyni vaxtda Əlqas
Mirzə də həmin məqsədlə “çərkəz diyarına” yola düşdü.Lakin
əmirlər Şirvandan qayıtdıqdan sonra paytaxtda qızılbaş əyanları
arasında
64
baş vermiş tayfa münaqişəsindən istifadə edən Əlqas


90
Mirzə yenidən özünü müstəqil hakim elan etdi və öz adından
məclislərdə xütbə oxutdurdu, pul zərb etdirdi. Buna görə də I Şah
Təhmasib Gürcüstandan qayıdarkən özünün qiyamçı qardaşı ilə
hesablaşmaq qərarına gəldi.
Şah
Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi,Yevlax adlanan
yerdə dayandı. O, buradan 5 min atlı ilə İbrahim xan Zülqədəri,
Hüseyncan Sultan Rumlunu, Göyçə Sultan Qacarı, Şahverdi Sultan
Ziyad oğlunu, Xacə Basanı Şamaxıya göndərdi. Əlqasın əmiri
Mehtar Dövlətyar bundan xəbər tutub Əlqasın ailəsini də özü ilə
götürdü və Gülüstan qalasında gizləndi. Şahın əmirləri qalanı
mühasirəyə aldılar. Zilhiccənin 11-də (fevralın 2-də) Qoyun ölümü
keçidinin yanında Kürü keçdiƏrəşi ötərək Əli Şabana (?)
65
gəldi.
Şah Süleyman Çələbi adlı bir şəxsi 600 nəfərlik dəstə ilə Gülüstan
qalasının cənubundan Dərbənd üzərinə göndərdi. O, qaladan bir
fərsəx (6-7 km) aralı Qəbələ kələntərinin dəstəsi ilə toqquşdu və
onu darmadağın etdi Süleyman Çələbi Dərbənd divarları arxasında
gizlənmiş Sarı Kəymasibi və Dəli Kəymasibi də məğlubiyyətə
uğratdı.
Eyni zamanda Əlqas Mirzə şahın elçiləri ilə Cavadda
görüşdükdən sonra altı minlik qoşunla Dərbənddən Cənubi
Dağıstana (Diyari-Çərkəzə) hərəkət etdi. Həsən bəy Rumlunun
məlumatına əsasən, burada soyuqlar düşdüyündən Əlqasın qoşunu
müvəffəqiyyət qazanmadı. Əlqas geri qayıdarkən “çərkəçlərlə”
döyüşdə məğlub oldu. Bu yürüşdə iştirak etmiş Şəki xanı Dərviş
Məhəmməd xanın qardaşı Şahnəzər də nizə ilə vurulub atdan
salındı və həlak oldu. Pərvəndi Ağa Rumlu və Əlqas Mirzənin bir
çox yaxın adamları da həlak oldular. Bu qələbədən ruhlanan
“çərkəzlər” öz qüvvələrini toplayıb yenidən Əlqasa hücum etdilər,
lakin bu dəfə geri çəkilməyə məcbur oldular. Əlqas seyrəlmiş
qoşunu ilə Şamxalın mülkü Tarkudan keçərək Dərbəndə çatdı.
Burada Əlqas Mirzə xəbər tutdu ki, I Şah Təhmasib otuz
min nəfərlik ordu ilə Şirvandadır. Əlqas Mirzə Sarı Keymasibin və


91
Dəli Keymasibin başçılığı ilə dəstəni şaha qarşı göndərdi. Onlar
Samur çayının sahilində Şahverdi Sultan Ziyad oğlu Qacar,
Məhəmməd bəy Türkman, Süleyman bəy Çələbi Çəpni və
Məhəmməd bəy Şirbəxt oğlu Talı.ın qoşunları ilə qarşılaşdılar və
darmadağın edildilər. Əlqasın Məhəmməd bəy Əfşarın başçılığı
altında olan başqa bir dəstəsi Qəbələdə darmadağın edildi. Əlqasın
qayıtması xəbərini alan şah, Şahqulu Xəlifə möhrdarı, Bədr xan
Ustaclını, Hüseyncan Sultan Rumlunu və Çıraq Sultan Ustaclını
Dərbəndə yolladı. Əlqas Xınalığa qaçdı. Qoşun kütləvi şəkildə
çahın tərəfinə keçməyə başladı. Əlqas öz qoşunlarının qalığı ilə
Xınalıqdan şimala hərəkət etdi və Samur çayını keçdi. Qızılbaşların
irəlidə gedən hissələri təqibə başlayaraq, “Şirvanın dağətəyində”,
Axtı mahalının Miskincə kəndində ona çatdılar və qoşununu
darmadağın etdilər. Əlqas döyüşdə yaralandı, kiçik dəstəsi ilə
dağlarda gizlənə bildi və özünü Şamxalın ölkəsinə çatdırdı. Sonra o,
azov dənizinə keçərək Kəfəyə (Feodosiyaya) gəldi, oradan isə
İstanbula yola düşdü
66
.
Əlqas qaçdıqdan daha bir müddət sonra onun yaxın adamları
Gülüstan və Dərbənd qalalarında şah qoşunlarına müqavimət
göstərdilər. Mehtər Dövlətyar Gülüstan qalasında şah qoşunlarına
müqavimət göstərirdi. Mühasirəyə alınanlar şahın danışıqlar üçün
göndərdiyi elçini edam etdilər. Qızılbaşlar üç ay müddətində
demək olar ki, alınmaz olan qalanı heç bir nəticə əldə etmədən
mühasirədə saxladılar. Həsən bəy Rumlu göstərir ki, qala
qadınların köməyi sayəsində tutuldu. Dövlətyarın əlindən
qəzəblənmiş qadınlar alaçıq kəndirlərini şamlı qorçilərinə ataraq
onları qala divarlarının üstünə qaldırdılar. Gülüstan qalası alındı və
şahın əmri ilə dağıdıldı. Şahqulu Xəlifə və Hüseyncan Sultan
Dərbəndin yanından keçərək Qaytağı viran etdilər, sakinlərdən
qarət etdikləri böyük qənimətlə geri döndülər
67
.
Bəhram Mirzə və Abdulla xan Ustaclı qoşunla Dərbəndi
mühasirəyə alan əmirlərin köməyinə gəldilər. Dərbəndin qalabəyi


92
Köhnə Şahverdi uzunmüddətli mühasirəyə hazırlaşdı. Qızılbaşlar
iki-üç ərzində qala bürcünün altından lağım atır, və toplardan
istifadə edirdilər. Yalnız divar uçurulduqdan sonra Köhnə Şahverdi
Əlqas Mirzənin anası Xanbəyi xanımla birlikdə qaladan çıxaraq
şaha təslim oldular. Həsən bəy Rumlu xəbər verir ki, elə həmin
vaxtda Sulut qalasının hakimi Məsih Şirvani adlı bir şəxs də şahın
yanına gəldi və qalanı təslim etdi. Beləliklə, şirvan əslində “ikinci
dəfə” I Şah Təhmasib tərəfindən fəth olundu. Şahın oğlu İsmayıl
Mirzə (gələcək II Şah İsmayıl) Şirvanın yeni bəylərbəyisi təyin
olundu, onun lələsi Göyçə Sultan Qacar isə ona köməkçi kimi
saxlanıldı. 1547-ci ilin payızında Şirvanın idarə aparatını
qiyamçılardan, Əlqas Mirzənin yaxın adamlarından təmizləyən Şah
Təhmasib Təbrizə qayıtdı
68
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin