SəFƏVİLƏr döVLƏTİ


Səfəvilər dövlətinin Şeybanilərin basqınlarına



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə36/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   32   33   34   35   36   37   38   39   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Səfəvilər dövlətinin Şeybanilərin basqınlarına
qarşı mübarizəsi
XVI əsrin əvvəlindən Şeybanilər bütün Xorasanı ələ
keçirməyə can atdılar, lakin onun yalnız şimal-şərq hissəsində
(yəni Bəlx vilayətində ) kifayət qədər möhkəmlənə bildilər. O
zamankı Xorasanın qalan üç vilayəti- Herat, Məşhəd və Mərv yenə
də Səfəvilərin hakimiyyəti altında qaldı
119
.
Orta Asiyanın sünni ruhaniləri şiələrə münasibətdə bütün
vasitələrlə dini fanatizmi qızışdırır və Səfəvilər dövləti ilə
mübarizədə Şeybaniləri hər cəhətdən müdafiə edirdilər. Şeybanilər
Xorasanda hökmdarlıq uğrunda qızılbaşlarla mübarizəni
“dönüklərə (rəfizilərə) – şiələrə” qarşı “müqəddəs müharibə” şüarı
altında aparırdılar
120
.
Dini süşmənçilik bəhanəsi Səfəvilər dövlətinin yalnız
Osmanlı Türkiyəsi ilə deyil, həmçinin Şeybanilər dövləti ilə də
qarşılıqlı münasibəti üçün səciyyəvidir
121
. Şeybanilər də Səfəvilər
kimi bir-birilə müharibəni cihad, qəzavat adlandırırdılar. Bu,


111
müharibəni nəinki xalqların gözündə müqəddəsləşdirirdi, eyni
zamanda hər iki dövlətin feodal əyanlarına imkan verirdi ki, dinc
əhalini “qanuni” əsaslarla kölə halına salsınlar əsir götürsünlər.
Məlu olduğu kimi şəriət müsəlmanları qula çevirməyi qadağan edir,
lakin kafirlərə münasibətdə bunu mümkün sayır. Sünnilər və şiələr
isə indi bir-birin “kafir

adlandırırdılar. Cihad hər iki tərəfin
feodal əyanlarına dinc əhalini soymaq üçün ən geniş imkanlar
verirdi.
I Şah İsmayılın vəfatından və qızılbaş tayfalarının ara
müharibələri ilə əlaqədar olaraq ölkədəki qarışıqlıqlardan istifadə
edənn Şeybani xanın oğlu və varisi Übeydulla xan Xorasan üzərinə
dəfələrlə basqınlar etdi. Özbəklərin hücumları demək olar ki, hər il
təkrar olunurdu. “Qiyamçı qızılbaşlar kütləsinə” qarşıittifaq
yaratmış Osmanlı türkləri və özbəklərlə eyni vaxtda mübarizə
aparmaq Səfəvilər dövləti üçün çətin idi.
Hicri 930 (1524)-cu ildə Übeydulla Herata hərəkət etdi,
lakin Xorasan bəylərbəyi Durmuş xan Şamlının qoşunları ilə
toqquşaraq geri döndü
122
.
Hicri 932 (1526)-ci ildə Durmuş xanın vəfatından sonra
Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı
keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular
123
. Hicri
933 (1527)-cü ildə qızılbaşlar Bistam yaxınlığında yenidən
məğlubiyyətə uğradılar. Özbəklər Astrabadı tutdular
124
.
Hicri 934 (1527-1528)-cü ildə Übeydulla Xorasanın
paytaxtı Heratı mühasirəyə aldı O, ancaq yeddi ay keçdikdən sonra
şah ordusunun yaxınlaşması xəbərini alaraq mühasirəni aradan
qaldırdı
125
.
Güman edilir ki, ən böyük toqquşma hicri 935 (1528)-ci ildə
Cam vilayətində, Sarıqamış adlı yeri yaxınlığında baş verdi.
Vuruşmanın miqyası haqqında buna əsasən mühakimə yürütmək
olar ki, Übeydulla öz qüvvələrini “Mavərənnəhr, Kaşqar,
Türküstan, Əndican, Otrar, Seyran, Kabil, Turfan, Qılman, qazax,


112
Qıpçaq və Qırğız çöllərindən” elə bir sayda toplamışdı ki, “Çingiz
xan dövründən indiyə kimi Amudəryanı belə çoxsaylı qoşun
keçməmişdi”
126
. Döyüşün əvvəlində qızılbaş ordusunun cinahları
özbəklərin hücumuna tab gətirməyərək geri çəkilmişdilər. Lakin I
Şah Təhmasibin yerləşdiyi mərkəzi cəbhə möhkəm dayanmışdı.
Qızılbaşlar döyüşə yeni qüvvələr cəlb etməklə özbək qoşununu
məğlubiyyətə uğratdılar. Übeydulla qaçaraq güclə canını qurtardı.
Lakin şah Bağdada Zülfüqar xanın qiyamını yatırmağa getdikdən
sonra Übeydulla əvvəlcə Məşhədi, sonra isə Heratı tutdu
128
.
Hicri 936 (1529-cu ilin sonu) cı ildə 70 minlik şah qoşunu
yenidən Xorasanı tutdu. Şah Heratda qardaşı Bəhram Mirzəni lələsi
Qazi xan Təkəli ilə Xorasan hakimi kimi təsdiq etdi. Bütün yerlərə
qızılbaş hakimləri təyin edildilər
129
.
Hicri 938 (1531)-ci ildə Übeydulla Xorasan üzərinə yeni
yürüş təşkil etdi. Özbəklər Məşhədi tutub Heratı mühasirəyə aldılar.
Şəhərin mühasirəsi il yarım davam etdi. Qalada ərzaq ehtiyatları
tükəndi. Qazi xan şəhər sakinlərini qaladan çıxardı ki, onların
hesabına qoşun davam gətirsin. “Təkəli tayfası bu qarışıqlıqlar
zamanı yoxsul rəiyyəti sıxışdırdı və onlara zülm etdi”
130
. Şəhərdən
çıxarılan hər ailədən üç yüz Təbriz dinarı alırdılar. Şəhəri tərk edən
sakinlərin evləri qızılbaşlar tərəfindən qarət edilirdi. Heratda elə
dəhşətli aclıq baş verdi ki, mühasirəyə alınanlar “pişiklərin və
itlərin ətini” yeməyə başladılar. 1532-ci ilin sonunda özbəklər şahın
yürüşü xəbərini alıb Heratın mühasirəsindən əl çəkdilər
131
.
Xorasan ərazisində ardı-arası kəsilməyən müharibələr
nəticəsində yerli əhali tamamilə dilənçi vəziyyətinə düşdü. Xalq
həm özbək qoşunlarının əsarətindən, həm də qızılbaş əyalət
hakimlərinin zülm və özbaşınalığından eyni dərəcədə əziyyət
çəkirdi
132
. Məsələn, salnaməçinin yazdığına görə, Übeydulla xan
şəhərdən geri çəkildikdən sonra Herata daxil olan şah, Heratın
özbəklər tərəfindən mühasirəsi zamanı “məzlumların əmlakını
qarət etdiklərinə”, xalqı incitdiklərinə görə Xorasan hakimi Qazi


113
xanı və onun köməkçilərini vəzifədən kənar etməyə məcbur
olmuşdu. Xəzinədən “yoxsullara” və “zəiflərə” pul paylandı.
Ağzıvar xan Şamlı eyni zamanda vilayətin nominal hakimi çahzadə
Sam Mirzənin atabəyi (lələsi) yerini tutmaqla Xorasan hakimi təyin
olundu
133
.
1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi ilə
əlaqədar olaraq qızılbaş tayfaları arasında başlanan ara
müharibələri, Xorasanda da feodal hərc-mərcliyinə səbəb oldu.
Hüseyn xanın həmtayfası, Xorasan bəylərbəyi Ağzıvar xan mərkəzi
hakimiyyətə qarşı qiyam qaldırdı. Onun qiyamında istər-istəməz
hamisi olduğu şahın qardaşı Sam Mirzə də iştirak etdi. Qiyamçılar
Herat şəhəri sakinlərinin əmlakını qarət etdilər. Sonra isə o zaman
Böyük Moğollardan olan Şah Humayunun tabeliyindəki Qəndəhar
şəhərini ələ keçirmək məqsədilə yürüşə başladılar. Qalanın iki aylıq
uğursuz mühasirəsindən sonra Hümayunun qardaşı Mirzə Kamran
iyirmi minlik qoşunla mühasirədə olanların köməyinə gəldi.
Düşmənin üstün qüvvələri ilə döyüşdə qiyamçılar darmadağın
edildilər. Ağzıvar xan özü də həlak oldu. Bundan sonra Sam Mirzə
özünü I Təhmasibin qarşısında təmizə çıxarmaq üçün bir neçə
“qiyam təhrikçisini” edam etdirib başlarını şaha göndərdi
134
.
Qərbdən Osmanlı imperiyasının hücumu və Xorasandakı
qarışıqlıqlarla əlaqədar olaraq Səfəvilər dövlətinin düşmüş olduğu
ağır vəziyyət Orta Asiya hökmdarlarını, xüsusilə də Übeydulla
xanı yeni, fəal əməliyyat kaçməyə həvəsləndirdi. Onların
göndərdikləri iki dəstə Xorasana soxuldu.Lakin Məşhədin qızılbaş
hakimi Sufiyan Xəlifə Rumlu tərəfindən darmadağın edildi. Bunun
ardınca Gərcistan
135
hakimi Bayramoğlan Herat ərazisinə soxuldu.
Müqavimət göstərmək üçün kifayət qədər qüvvələri olmayan Herat
hakimləri şəhərin və ətraf ərazilərin sakinlərindənn icbari qaydada
qoşun topladılar.Heratın 80 yaşlı hakimi Xəlifə Sultan Şamlının
başçılıq etdiyi bu qoşun İsfizar ərazisində, hicri 941-ci il zülqədərin


114
19-u (1535-ci ilin mayın 22-də) özbəklər tərəfindən darmadağın
edildi
136
.
Hakimsiz və qoşunsuz qalan heratlıların kömək üçün
müraciət etdikləri Məşhəd hakimi Sufiyan Xəlifə Rumlu qoşunla
Herata gəldi. O, özünün zülm və qarətləri ilə əhalini “ağır günə”
qoydu.
Heratdakı vəziyyətdən xəbəri olan Übeydulla xan Xorasana
yeni basqın üçün həmin anı əlverişli hesab etdi. Sufiyan Xəlifə
özbəklərin Məşhədi mühasirəyə alması xəbərini eşidəndə öz
müavinləri Xızır Çələbini və Nurəddin Məhəmməd İsfəhanini
Heratda qoydu, özü isə özbəklərə qarşı hərəkət etdi. Döyüş hicri
942-ci il rəcəbin 20 (1536-cı il yanvarın 13)-də, Nişapur ərazisinin
Abdulabad kəndi yaxınlığında baş verdi və qızılbaş qoşununun
darmadağın edilməsi, Sufiyan Xəlifənin isə öldürülməsi ilə başa
çatdı
137
.
Eyni zamanda Heratda da mürəkkəb vəziyyət yaranmışdı.
Ümidsiz vəziyyətə salınmış şəhər sakinləri Xızır Çələbiyə və onun
adamlarına qarşı üsyan qaldırdılar. Səfəvilər əleyhinə olan bu
çıxışda şəhər əyanlarından başqa, qızılbaş əmirlərinin zülm və
özbaşınalığından narazı olan, Herat ətrafında yaşayan kəndlilər də
fəal iştirak etdilər. Xəyanət sayəsində Xızır Çələbi şəhər
əyanlarının qəsdinin üstünü aça bildi və qəsdin təşəbbüsçüsü,
Heratın kələntəri Mühibb Mikal ələ keçirilib edam edildi. Lakin
Herat kəndlilərinin üsyanını yatırmaq o qədər də asan olmadı. Xızır
Çələbi Heratın Firuzabad qapılarına həmlə edən kəndliləri dilə
tutmağa və sakitləşdirməyə cəhd göstərdi. Kəndlilərin şəhərə
girmək üçün dəfələrlə göstərdikləri cəhdlər nəticə vermədikdə
onlar (şəhər əyanlarının hiyləsi də yox deyildi) kömək üçün öz
nümatəndələrini Übeydulla xanən yanına göndərdilər. Sonuncu, bu
çağırışa yubanmadan cavab verdi.
Hicri 942-ci il ramazanın 18 (1536-cı il martın 11)-də
Übeydulla xan böyük qoşunla Herata yaxınlaşıb onu mühasirəyə


115
aldı. Özbəklər yalnız beş aydan sonra hicri 943-cü il səəfrin27
(1536-cı il avqustun 15)-də şəhərə girə bildilər və qısa
toqquşmadan sonra onu ələ keçirdilər. Xızır Çələbinin öz ailəsi və
yaxın adamları ilə sığındığı məşhur Herat qalası olan İxtiyarəddin
də bir qədər sonra hiylə ilə alındı
138
. Bu dəfə Übeydulla Heratda bir
ildən artıq qaldı. Hicri 943-cü il şabanın 17 (1537-ci il yanvarın
29)-də I Şah Təhmasibin başçılığı ilə Xorasana gəlmiş böyük
qızılbaş ordusu ilə toqquşmaqdan çəkinən özbəklər Heratı tərk
edərək Buxaraya qayıtdılar və şəhər yenidənn qızılbaş əmirlərinin
hakimiyyəti altına keçdi
139
.
Beləliklə, Übeydulla xanın Xorasana yürüşləri bir nəticə
vermədi. Səfəvilər bu mühüm vilayəti öz əllərində saxlayaraq
özbəklərin bütün basqınlarını dəf etdilər. Deməli, Səfəvilər
dövlətinin qərb cəbhəsində Osmanlı türklərinə qarşı olduğu kimi,
özbəklər əleyhinə də hərbi əməliyyatları müdafiə xarakteri
daşıyırdı. Özbək xanları özlərinin basqınları zamanı bir neçə dəfə
Astrabad ərazisinə qədər gəlib çıxmış, dəfələrlə Xorasanın paytaxtı,
Səfəvilər dövlətinin ən böyük şəhərlərindən biri olan Heratı
almışdılar. Burada özbəklərin müvəffəqiyyətləri xeyli dərəcədə
onunla bağlı idi ki, yerli tacik əhalinin istər feodal əyanları, istərsə
də kəndliləri amansız zülm və zorakılığa yol vermiş qızılbaş hakim
dairələrinədüşməncəsinə münasibət bəsləyirdilə. 1535-1536-cı
illərin Herat üsyanının nümunəsində gördüyümüz kimi, bu
düşmənçilik bəzən öz zülmkarlarına qarşı açıq xalq çıxışı şəkli
alırdı.
Özbək xanlarının Xorasana yürüşləri sonrakı illərdə 950
(1543), 952 (1545), 955 (1548), 957 (1550), 962 (1555), 965
(1558), 967 (1559-1560), 971 (1563-1564), 974 (1566-1567), 977
(1569-1570)-ci illərdə də davam etmişdi
140
. 1550-ci ildə Astrabad
ərazisində türkmən mənşəli yaka tayfasının mərkəzi hakimiyyətə
qarşı üsyanı Səfəvilərin bu basqınlarla mübarizəsini
mürəkkəbləşdirmişdi. Üsyana əyan ailəsindən olan Aba adlı gənc


116
rəhbərlik edirdi. O, şah qoşunları ilə mübarizədə kömək üçün
özbək xanlarına dəfələrlə müraciət etmiş və onların qoşunları
köməyə gəlmişdilər. Yalnız 1558-ci ildə (Aba xaincəsinə
öldürüldükdən sonra) üsyan yatırıldı
141
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin