121
verilməsinə başlandı. Bunların arasında qiymətli daşlarla
bəzədilmiş tac və kəmər, qızıl çəkili parçalar, firəng (Avropa)
malları, döyüş sursatı və silah, ərəb atları vəs.vardı. Sonra
Hümayun şahdan ayrıldı, Təbriz və Ərdəbilə yollandı. Təbriz yerli
sakinlərin əmri ilə bayramsayağı bəzədilmişdi: bazarlar və xüsusilə
mərkəzi Qeysəriyyə bazarı yaraşıqlı libasa bürünmüşdü. Təbrizlilər
yüksək qonağın şərəfinə Sahibabad meydanında keçirilən çovgan
oyununda və digər əyləncə növlərində öz məharətlərini nümayiş
etdirirdilər. Hümayun Ərdəbildə Şeyx Səfiəddinin türbəsi
qarşısında “baş əydi”, bundan sonra isə saraya qayıtdı. Müxtəlif
məlumatlara görə, I Şah Təhmasib tərəfindən Budaq xan Qacar və
Şahverdi bəy Ustaclı başda olmaqla 6 mindən 12 min nəfərədək
qızılbaş Hümayunun sərəncamına verildi
169
. Hümayun həmin hərbi
yardımla Hindistana yola düşdü, öz düşməni Şirxanı darmadağın
etdi və taxt-tacı özünə qaytardı. O, bu köməyin müqabilində hər il
40 min tümən gəlir verən Qəndəharı Səfəvilərə güzəştə getdi
170
.
Dostları ilə paylaş: