104
keçməyə başladılar. Bu vaxy Şirvan hakiminin qoşunlarının xeyli
hissəsi Naxçıvana – türlərlə müharibəyə göndərilmişdi. Abdulla
xan öhdəsində olan qüvvələrin zəifliyinə baxmayıb, Şirvan əmirləri
olan İbrahim bəy Şamlı və Əliqulu
bəy Qacarla birlikdə dərhal
qiyamçılara qarşı çıxdı və Tabasaranda – Təngə adlı yerdə Qasıma
hücum etdi. Lakin qızılbaşlar üsyançıların möhkəmləndirilmiş
mövqeləri qarşısında uğue qazana bilmədilər və Şamaxıya
qayıtdılar. Abdulla xanı təqib edən Qasım Buğurd qalasına gəlməli
olan tərəfdarlarını toplamaqvə mübarizəyə hazırlaşmaq üçün orada
40 gün qaldı. Burada onun bayrağı altında toplanmış bir
neçə min
türk və şirvanlı Abdulla xanın üzərinə yeridi
99
.Qızılbaş ağsaqqalları
öz qoşunlarının azlığından narahat olduqları üçün
nəticəsi şübhəli
olan döyüşdən imtina etməyi qərara aldılar. Lakin salnaməçilər
xəbər verirlər ki, Abdulla xan “Allahın köməyinə və şahın
xoşbəxtliyinə təvəkkül edərək” iki min nəfər
100
qızılbaşla
Gülüstan
qalasının altında qiyqmçılarla döyüçə girdi. Vuruşma şiddətli oldu
və bütün gün davam etdi. Qızılbaşların üstünlüyü yalnız axşama
yaxın hiss olunmağa başladı. Döyüş meydanında
təxminən min beş
yüz qiyamçının cəsədi qaldı. Canını qurtaranlar Tabasarana
qaçdılar.
Bu qələbə sayəsində Şirvanda Abdulla xanın
hakimiyyəti möhkəmləndi. O, “şirvanlıların, Tabasaran və Dağıstan
əhalisinin gözünü elə qorxutdu” ki, artıq heç
kəs ona itaət etməmək
haqqında “hətta düşünməyə” də cəsarət etmədi.
Dostları ilə paylaş: