100
Hicri 959 (1552)-cu ildə I Şah Təhmasib Osmanlı ərazilərinə
daxil olaraq fəal hücum əməliyyatlarına keçdi.
Ərzurum hakimi İsgəndər paşanın qızılbaşların Çuxursəəd
(İrəvan) vilayətinə basqınları bu hücumlar üçün bəhanə oldu. 1552-
ci ilin əvvəlində İsgəndər paşa
Xoy ərazisində Səfəvilərin
hüdudlarına soxuldu, sonra isə Çuxursəədə keçib şəhər bazarını
yandırdı və geriyə qayıtdı. Ərzurum paşası qızılbaş əmirlərinə
lovğalıqla yazdığı, hədələrlə dolu məktublarda özünü Şirvan və
Gürcüstan hakimi adlandırmışdı
88
.
1552-ci ilin yayında Şah Təhmasibin əmri ilə qoşunların
toplanmasına başlandı. Onlar 4
hissəyə bölündülər və dörd
istiqamətə göndərildilər:
1)
Ərciş və Bərkiyyə - (Məsum bəy Səfəvi,
Allahqulu bəy Aycək oğlu, Əli Sultan Təkəli, Şəmsəddin
xan Bidlisi, Xəlifəyi Ənsar, Həmzə bəy Talış, Uluqxan
bəy Səədli və b.)
.
2)
Pasinə (Şahverdi Sultan Ziyad
oğlu və və
Ədhəm bəy Rumlu).
3)
Ərəb İraqına (İbrahim xan Zülqədər, Şahqulu
xan Əfşar, Çıraq Sultan).
Dəvilə
89
(Bayram bəy Qacar, Toygün bəy Qacar və
gürcü hökmdarı Səfəvilərin vassalı olan Keyxosrov)
90
.
Bu hərbi əməliyyatın məqsədi Osmanlı Türkiyəsinin
sərhəd ərazilərini viran qoymaqdan,
həmçinin hərbi qənimət
ələ keçirməkdən ibarət idi. Qızılbaşlar düşmənin yeni basqını
qarşısında osmanlı ordularının bu ərazilərdən gəlib –
getməsini çətinləşdirmək niyyətində idilər. Bu əməliyyatda I
Şah Təhmasib şəxsən iştirak edirdi. Məsələn, Ahlat
ərazisində 30 min qoyun, 10 min qaramal, 3 min at ələ
keçirilmişdi. Ahlat qalası yerlə yeksan edildi. Van ərazisində
evlər və əkinlər məhv edildi. Bidlis, Vostan, Adilcəvaz, Ərciş,
Muş, Pasin bölgələri oddan – qılıncdan keçirildi. Döyüşlərdə
101
çoxlu osmanlı və kürd məhv edildi. Qızılbaşlar yürüşdən
xeyli qənimətlə qayıtdılar
91
.
Ərzurumun “dikbaş” hakimi olan İskəndər paşanı
“cəzalandırmaq” qərara alındı. Şah öz oğlu İsmayıl Mirzənin
başçılığı altında ordunu ona qarşı göndərdi
92
.
Qarabağ hakimi Şahverdi Sultan
Ziyad oğlu, Bədr xan
Ustaclı, Çuxursəəd hakimi Şahqulu Sultan Ustaclı,
Məhəmməd xan Mosullu Türkman kimi adlı-sanlı əmirlər,
“min Tehran və altı yüz Naxçıvan qorçisi” bu yürüşdə iştirak
edirdi. Öz qüvvələrinin sayca üstünlüyünə arxayın olan
(Ərzincan, Tərcan, Bayburt, Kemax, Mərəş, Trabzon,
Kürdüstan və Gürcüstandan türklər və kürdlər) İsgəndər paşa
qaladan çıxaraq İsmayıl Mirzə ilə döyüşə girmək qərarına
gəldi. Türklər şəhərin yarım fərsəxliyində (3-4km) döyüşə
hazır oldular.
Qızılbaşların sol və sağ cinahlarda
güclənən təzyiqini
müşahidə edən İskəndər paşa irəli atıldı, lakin mühasirəyə
alınacağından ehtiyat edərək geriyə dönməyə məcbur oldu.
Bu vaxt İsmayıl Mirzə döyüş meydanına yaxın olan təpənin
üstündə durmuşdu. Türklər qızılbaşların
hücumuna davam
gətirməyib vahimə içərisində qala tərəfə qaçmağa başladılar.
Onlardan bir çoxu Ərzurum qalasının dövrəsindəki xəndəyə
düşdü. Xəndək adamlarla və atlarla dolmuşdu. Çaxnaşmada
türklər qapıları bağlamağı yaddan çıxardılar və üç qızılbaş
qalaya girı bildi. Cəsur şahzadə İsmayıl şəxsən döyüşə
atılırdı. Lakin qorçilər buna imkan vermirdilər. Xəndəyə
düşüb ölənlərdən başqa 2576 türk öldürüldü. Görkəmli
Osmanlı əyanları
Trabzon hakimi Mustafa bəy, Mərəş
hakimi Kəbir İsa, Sultanın qullarağası Məhəmməd bəy,
İskəndər paşanın qardaşı Ramazan bəy, Malatya hakimi
Xeyrəddin bəy və bir çox başqaları əsir alındılar
93
.
Sonra İsmayıl Mirzə Ərciş yaxınlığındakı şah
102
düşərgəsinə yetişdi. Qaladakı hərbi hissənin döyüşçüləri
qalabəyini öldürdülər və qalanı qızılbaşlara təslim etdiər.
Şahın əmri ilə qala istehkamı dağıdıldı. Sonra Bərgiri qalası
tutuldu. İsmayıl Kürdüstana yola düşdü. Bu yürüşdə “qazilər”
böyük qənimətlər (əsirlər, mallar, atlar, qatırlar və qaramal)
ələ keçirdilər. Şah hicri 960-cı ilin rəbi əs-sanisində 1553-cü
ilin mart-aprelində) Naxçıvan yürüşündən qayıtdı
94
. Həmin
ildə Təhmasib sülh danışıqları aparmaq
üçün əmir Şəmsəddin
Dilcanini
95
sultanın yanına göndərdi. Lakin Həsən bəy
Rumlunun yazdığına görə, geri qayıdan elçinin gətirdiyi
məktubda sultan “Şərqin və Qərbin” padşahına (yəni I
Təhmasibə) kifayət qədər ehtiram bildirməmişdi. Buna cavab
olaraq şah oğlu İsmayılı yenidən qoşunla Kürdüstana
göndərmişdi.
Onlar Van, Vostan, Ərciş və Adilcəvazı
xarabazara döndərərək qənimətlə Naxçıvana şah qərargahına
qayıtdılar
96
.
Dostları ilə paylaş: