SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə35/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   31   32   33   34   35   36   37   38   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

1555-ci il Amasya sülhü
Azərbaycanı işğal etmək cəhdlərinin nəticə vermədiyinə əmin
olduqdan sonra Sultan Süleyman Səfəvilərlə sülh danışıqlarına
başlamağa razı oldu. O, hələ Naxçıvandan geri qayıdarkən bu
barədə baş vəzir Məhəmməd paşaya müvafiq göstərişlər verdi.
Məhəmməd paşa isə sərhədyanı qızılbaş əmirlərinə məktub


105
göndərərək şahdan Sinan bəyi azad etməyi və danışıqlar aparmaq
üçün onunla öz nümayəndəsini göndərməyi xahiş etdi. Sinan bəy
həbsxanadan azad edildi və onunla birlikdə Qacar tayfasının
aösaqqallarından biri – Şahqulu bəy
102
də yola düşdü. Şahqulu bəy
qayıtdıqdan sonra, sultan Amasyada olarkən özünü ona çatdırmış
103
“Qaradağ sufilərinin” ağsaqqallarından biri – eşikağası Fərruxzad
bəy, Səfəvi elçisi kimi sultanın yanına göndərildi. Burada aparılmış
danışıqlar nəticəsində “Amasya sülhü” adı altında məşhur olan sülh
müqaviləsi bağlandı.
Farsdilli mənbələrdə bu sülhün dəqiq tarixi verilmir. Məsələn,
Həsən bəy Rumluda Fərruxzad bəyin elçiliyi barədə məlumat hicri
961 (1554)-ci ilə aid edilir. Qəffarinin və Əli Zeynalabdinin
salnamələri haqqında da eyni sözləri demək olar
104
. Bu hadisənin
dəqiq tarixini göstərən türk mənbələrinə görə, Amasyada sülh hicri
962-ci ilrəcəbin 8-də (1555-ci il mayın 29-da ) bağlanmışdır
105
.
Hammer bunu Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasında
bağlanmış ilk rəsmi sülh müqaviləsi adlandırır
106
.
1555-ci ilin sülh müqaviləsinə görə, Qərbi Gürcüstan
vilayətləri (İmeretiya, Menqreliya, Quriya) Osmanlı Türkiyəsinin
təsir dairəsinə keçirdi. Şərqi Gürcüstan vilayətləri (Mesxiya,
Kartliya, Kaxetiya) isə Səfəvilər dövlətinin hakimiyyəti altına
düşürdü
107
.
Türkiyə tarixçisi İsmayıl Haqqı Uzunçarşılının belə bir
iddiası heç nə ilə əsaslandırılmır ki, guya bu sülhə görə Azərbaycan
(Təbriz də daxil olmaqla) Osmanlı Türkiyəsinin hökmranlığı altına
düşmüşdür
108
.
XVI əsrin birinci yarısında Osmanlı-Qızılbaş müharibələri
Cənubi Qafqaz ölkələrinin xarici siyasət tarixinin ən əhəmiyyətli
amillərindəndir. Osmanlı sultanları Səlim və Süleymanın
Azərbaycanı zəbt etmək cəhdləri hər şeydən əvvəl iqtisadi
mülahizələrdən, xüsusən də ölkənin ipək xammalının iri
tədarükçüsü olmasından, təbii ehtiyatlarının zənginliyindən və


106
nəhayət, Avropa və Asiyanın gəlirli tranzit ticarət yollarının
Aəzrbaycandan keçməsindən irəli gəlirdi. Osmanlı Türkiyəsi Xəzər
dənizinə çıxmaq və Orta Asiya ölkələri ilə bilavasitə əlaqələrə
girmək üçün mümkün olan bütün tədbirləri görürdü.
Yadda saxlamaq lazımdır ki, XVI əsrdə Osmanlı dövləti öz
qüdrətinin ən yüksək dövrünü yaşatırdı. Onun sərhədləri Avropa,
Asiya və Afrika qitələrini əhatə edirdi. Imperiyanın sərəncamında
saysız-hesabsız canlı qüvvə və maddi ehtiyatlar, böyük hərbi
potensial cəmləşmişdi. Osmanlı imperiyası yalnız Səfəvilər üçün
deyil, hətta iri Avropa dövlətləri üçün də qorxulu düşmən idi. Buna
görə də Avropa dövlətləri Səfəvilər dövlətinin simasında Osmanlı
Türkiyəsinin hərbi qüvvələrinin xeyli hissəsini Avropadan
yayındıran təbii və güclü müttəfiqlərini görürdülər.
Osmanlı təhlükəsinin Avropa dövlətləri üçün nə dərəcədə
qorxulu olduğunu alman imperatorunun Sultan Süleymanın
sarayında olmuş səfiri Busbekin söylədiklərindən görmək olar. O
yazırdı: “Yalnız İran (Səfəvilər dövləti - O.Ə.) bizimlə fəlakətin
arasında durur. Əgər İran onu saxlamasaydı, Türkiyə bizi məhv
etməyinə şad olardı. Onların arasındakı bu müharibə bizə qurtuluş
deyil, yalnız tənəffüs verir”
109
Osmanlı ordusu yalnız sayca və
texniki təchizat (Səfəvilərdə olmayan böyük artilleriya
cəbbəxanasının mövcudluğu) cəhətdən deyil, həm də qoşunun
təşkilində, intizamda Səfəvi ordusundan xeyli üstün
idi.Qızılbaşların ləyaqətini qeyd etmək lazımdır. Onlar türk
qoşunlarına mətanətlə müqavimət göstərərək hər dəfə basqından
sonra onları Azərbaycandan geri çəkilməyə məcbur edirdilər. Bu da
nəzərə alınmalıdır ki, Səfəvilər dövləti tez-tez iki cəbhədə, həm
türklərə qarşı, həm də ardı-arası kəsilməyən Xorasana soxulan
özbəklərə qarşı müharibə aparırdı. Bu dövrdə Osmanlı
diplomatiyasının səyləri ona yönəldilməşdi ki, “qızılbaş
bidətçilərə” qarşı mübarizədə sünni dövlətlərini, o cümlədən
Şeybanilər dövlətini Osmanlı Türkiyəsi ilə birləşməyə təhrik


107
etsin
110
.
I Şah Təhmasibin öz silahdaşlarından birinin narahatlıqla
verdiyi suala cavab bu dövrdə Səfəvilərin strategiyası üçün
səciyyəvidir: “Mən atamın qaydası ilə hərəkət etməyəcəyəm.Bu
düşmən (Osmanlı sultan – O.Ə.) çox güclüdür.Mən onunla qarşı-
qarşıya durmayacağam, lakin Həsən padşah (Ağqoyunlu Uzun
Həsən – O.Ə.) Sultan Əbu Səidə qarşı necə hərəkət etmişdisə, o cür
onun ətrafında dövrə vurub, onun adamlarının qoşundan kənara
çıxmasına, sonra isə ora qayıtmasına yol vermədən hərəkət
edəcəyəm”
111
.
Səfəvi ordusu əsasən cəld və manevr edə bilən süvari
hissələrindən ibarət idi. Düşməni geri çəkilməyə məcbur etmək,
onun qüvvəlrini yayındırmaq üçün qızılbaş süvari dəstələri tez-tez
düşmən ərazisinin içərilərinə basqınlar edir, Osmanlı
ordusununarxa cəbhəsini ağır vəziyyətə salırdılar.
Bu müharibələrdə Osmanlı Türkiyəsi təcavüzkar,hücum
edən tərəf olduğuna görə, qızılbaşlar öz strategiyalarını başlıca
olaraq müdafiə üzərində qururdular. Türk ordusunun Səfəvilər
dövlətinin ərazisində irəliləməsini daha çox çətinləşdirmək üçün
onlar bir sıra tədbirlər görürdülər. Məsələn, Osmanlı ordusunun
güman edilən yolu boyunca ərzaq ehtiyatları məhv edilir, içməli su
mənbələri torpaqla doldurulur, buğda və digər dənli bitki əkinlərinə
od vurulurdu. Osmanlılar Azərbaycan ərazisində olduqları zamanda
da mübarizə dayandırılmırdı. Qızılbaş hissələri qəfil basqınlar edir,
Osmanlı qoşunlarının ayrı-ayrı dəstələrini tələfata uğradır, onların
burada sonralar da qalmasını dözülməz edən şərait yaradırdılar.
Buna görə də türklər hər dəfə ölkədə qısa müddət qalır və geri
qayıtmağa məcbur olurdular.
Düşmənlə mübarizənin sonuncu mərhələsində qızılbaş
qoşunları ağır yürüşdən, aclıq və xəstəlikl\ərdən yorulmuş, geri
çəkilən Osmanlı ordusunun ardınca gedir, ona canlı qüvvə cəhətdən
təsirli itkilər verirdi. Sonra isə düşməni izləməkdə davam edərək


108
sultanın tabeliyində olan əraziyə daxil olur, Kürdüstanda və Şərqi
Anadoluda böyük dağıntılar törədirdilər. Qızılbaşlar Osmanlı
Türkiyəsi ilə Səfəvilər dövləti arasındakı sərhəd ərazilərini
boşaltmağa və əhalidən məhrum etməyə çalışırdılar. Bu, mümkün
olan müharibələr zamanı düşmənin yürüşlərini çətinləşdirmək
məqsədi güdürdü
112
Qızılbaşların yuxarıda göstəriləm müharibə strategiyası və
taktikası I Şah Təhmasibin özünün yazdığı “Təzkirə”də yaxşı şərh
olunmuşdur. Təhmasib yazır: “Müharibədə düşmənə əlverişli
imkan vermək olmaz. Əgər düşmən döyüşə can atırsa, imkan
daxilində onunla üz-üzə döyüşdən çəkinmək lazımdır”
113
. Sərhəd
zolağında bütöv vilayətlərin viran edilməsi şah aşağıdakı maraqlı
mülahizələrlə haqq qazandırırdı: “Biz hesablamışıq ki, xondkarın
(Türk sultanının – O.Ə.) qulluqçulardan başqa təxminən 300 min
nəfərlik atlı qoşunu var. Və əgər hər birinin (süvarinin) bir
qulluqçusu varsa, bu 600 min nəfər edir. Yeniçərilərdən başqa
sultanın piyada qoşunu yoxdur. Əgər hər birinin bir atı və dəvəsi
varsa, onda 600 min at və dəvə alınır. Bir eşşəyə isə hər gün 2 mən
(batman) arpa, cəmisi 12 min xalvar yüz mən arpa tələb olunur.
600 min adamın hər biri gün ərzində yarım mən ərzaq işlədirsə,
cəmisi 3 min xalvar 100 mən alınır. Deməli, bir gün ərzində 15 min
xalvar 100 mən taxıl lazımdır. Tutaq ki, xodkarın 150 min xalvar
100 mən taxılı vardır. Qoşunlarda da həmçinin 150 min xalvar taxıl
var
114
. Halbuki, həmin 300 min xalvar taxılı daşımaq üçün 500 min
dəvə tələb olunur. Bunun hələ döyüş sursatı, topları və başqa
ləvazimat daşıyan dəvələrə dəxli yoxdur. 300 min xalvar taxıl
onlara 20 günlüyə bəs edir. Biz torpaqlara od vurduqdan və hər şeyi
yeyəndən sonra, onlarla üz-üzə vuruşmayıb dövrələrində
fırlanmaqda davam etsək onlar nə nə edə bilərlər? Bəs onlar
yeməyi hardan əldə edəcəklər? Bəs qızılın onlara nə faydası
olacaq? Buna görə də qayıtmaqdan savayı onların bir çarəsi
qalmır”
115
.


109
Burada Osmanlı qoşunlarının sayı son dərəcə şişirdilmişdir.
Ehtimal etmək olar ki, etibarlı müdafiə olunmaq üçün düşmən
qoşunlarının maksimum sayı nəzərdə tutulmuşdur. Osmanlı basqını
əleyhinə Təhmasibin yuxarıda təsvir olunan mübarizə üsulu,
düşmən hücumunun başlıca obyektləri olan Azərbaycan və
Kürdüstanın bir sıra ərazilərini xarabazara çevirirdi. Şübhə yoxdur
ki, bu vəziyyət həmin ölkələrin iqtisadi inkişafına mənfi təsir
göstərirdi.
I Şah Təhmasibin fikrincə, guya mərkəzi hökumət həmin
vilayətlərin məcburən boşaldılmasını və kəndlilərin ağır
vəziyyətini nəzərə alaraq vurulan zərərin əvəzini dövlət vergilərini
azltmaqla, yaxud tamamilə ləğv etməklə ödəyirdi. Məsələn, o
yazırdı ki, “Sultan Sivasda olanda mən hər mahalın kəndxudalarını
və rəiyyətini yanıma çağırıb dedim ki, əgər biz sizin taxıldan
istifadə etməsək xondkar onu mənimsəyəcəkdir. Buna görə də
bizim onu yeməyimiz lazımdır. Nədən istifadə edə bilməsək
yandırarıq. Bunun əvəzində biz sizin əmlakınızı üç il müddətində
vergilərdən azad edərik”
116
.
I Təhmasib “viran edilmiş ərazi” taktikasını həyata
keçirməkdə ilk və yeganə hakim deyildi. Bu taktika onun atası Şah
İsmayıl tərəfindən, 1514-cü ildə edilməsi, I Səlimin Azərbaycana
soxulmuş qoşunlarına qarşı da uğurla tətbiq edilmişdi
117
.
Viran edilmiş ərazi” taktikasının tətbiqi Osmanlı
qüvvələrinin böyük üstünlüyə malik olmasından irəli gəlirdi.
Azərbaycana yürüşləri zamanı, yalnız Osmanlı sultanları onların
tabeliyində olan Suriya, Misir, Ərəb İraqı və Kürdüstandan deyil,
habelı istila etdikləri Avropa ölkələrindən (Macarıstan, Bosniya,
Serbiya, Moldaviya və s.) toplamış olduqları böyük ordudan
istifadə edirdilər. Bu taktika Osmanlı Türkiyəsi ilə müharibələrdəki
kimi, düşmən tərəfin daimi üstünlüyünün mövcud olmadığı
özbəklərlə müharibələrdə öz əhəmiyyətini itirirdi. Səfəvi-Osmanlı
müharibələri dövründə qızılbaşlar yalnız özlərinin sərhədyanı


110
ərazilərinin boşaldılması ilə kifayətlənmir, Osmanlı Türkiyəsinin
qonşu ərazilərinə də böyük ziyan vururdular. Məsələn, İskəndər
Münşinin söylədiyinə görə, I Süleymanın üçüncü yürüşü zamanı
osmanlı qoşunları Azərbaycandan çəkiolməyə başlayanda, qızılbaş
qoşunları geri çəkilən düşməni təqiib edərək Şərqi Anadoluda
böyük dağıntılar törətmişdilər. Tarixçi yürüşün şərhini a.ağıdakı
şəkildə başa çatdırır: “Sultan-Süleymanın Əcəm ölkəsinə (Səfəvilər
dövlətinə - O.Ə.) gəlişi ilə vurulmuş zərər və itkinin əvəzi on qat
artıq ödənildi. Bu yürüşdə qalibiyyətli qazilərin qisasçı qılınclarının
sayəsində təqribən 20 min türk viran edilmiş yollardan keçərkən
öldürüldü. I Şah Təhamasib Ərzincandan geriyə dönüb İrəvana
gəldi. Oradan isə Qarabağ istiqamətində hərəkət etdi”
118
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin