SəFƏVİLƏr döVLƏTİ


Səfəvilərin Gürcüstana yürüşləri



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə37/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   33   34   35   36   37   38   39   40   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Səfəvilərin Gürcüstana yürüşləri
Gürcüstan Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında
mühüm hərbi-strateji mövqe tuturdu. Osmanlı Türkiyəsi
Səfəvilərdən əvvəl bura soxulmuş, öz təcavüzünü genişləndirməklə
hədələyərək Qərbi Gürcüstanda möhkəmlənmişdi. Sultanın əksinə
olaraq, şahAzərbaycana Osmanlı ilhaqının qarşısında maneə
yaratmaq üçün hər vasitə ilə Gürcüstanın şərq vilayətlərində öz
mövqelərini möhkəmləndirməyə səy göstərirdi. Yuxarıda qeyd
edilmişdi ki, Osmanlı imperiyası Azərbaycanın zəngin ipəkçilik
bölgələrini – Şəki və Şirvanı zəbt etməyi, Xəzərboyu ticarət
üzərində nəzarəti ələ keçirməyi öz qarşısına məqsəd qoymuşdu.
Göstərilən istiqamətdə Osmanlı təcavüzü XVI əsrin son rübündə
aşkara çıxdı və Gürcüstan bu vilayətlərə Osmanlı basqını üçün
istinad nöqtəsinə çevrildi.
XVI əsrin əvvəlində Kartli, Kaxetiya, İmeretiya
çarlıqlarına, Samtsxe-Saatabaqo knyazlığına
142
parçalanmış
Gürcüstan, Yaxın Şərqin Osmanlı imperiyası və Səfəvilər dövləti
kimi iki qüdrətli siyasi qurumun qarşısında dura bilməzdi. Gürcü
çarları sultanla şah arasında manevr etməklə öz torpaqlarının
bütövlüyünü saxlamağa çalışırdılar.
Qızılbaş yürüşlərinin əsas obyektləri Kartli, Kaxetiya və
Mesxiya (Samtsxe-Saatabaqo) idi. İskəndər bəy Münşi göstərir ki,
Şəki ilə Şirvanın qonşuluğunda olan gürcü çarları keçmişdə bu
ərazilərə soxulur və “müsəlmanlara hücum edirdilər”. Tarixçi
davam edir: “Bu vilayətlər Səfəvilər dövlətinə birləşdirildikdən


117
sonra Kaxetiya çarı Levan (Ləvənd xan)
143
şahın vassalı oldu.
Mesxiya atabəyi Keyxosrov da “yüksək şah astanasının
mülazimləri sırasına”
144
daxil oldu. Lakin Kartli çarı Luarsab
145
(Ləvəsən), İmeretiya çarı (Başı açıq) Baqrat
146
və Menqreliya
hakimi Dadian şahın vassalları Levan və Keyxosrova hücum
etməklə “öz düşmənçiliklərini biruzə verir və lazımi itaət
göstərmirdilər”.
Hələ XVI əsrin birinci rübündə Səfəvil\ər Kartli və
Kaxetiyanı tabe etməyə cəhd göstərmişdilər. Lakin onlar
Gürcüstanın fəth olunması uğrunda ardıcıl mübarizəyə I Şah
Təhmasibin dövründə başladılar. 1540-1554cü illərdə I Şah
Təhmasib Gürcüstana dörd dəfə yürüş etmişdi.
Farsdilli mənbələrə o, o cümlədən Həsən bəy Rumlunun
məlumatına görə, I Şah Təhmasibin Gürcüstana yürüşləri hicri
947
148
, 953
149
, 958
150
və 961
151
(1540-1541, 1546-1547, 1551 və
1554)-ci illərə təsadüf edir.
İskəndər bəy Münşinin məlumatları, hərbi yürüşlərin tarixi
və bir çoz təfərrüatları xeyli dərəcədə Həsən bəy Rumlunun təsvir
etdiklərinə uyğun gəlir
152
.
Gürcü mənbələri, qızılbaşların Gürcüstana yürüşlərinin
tarixlərinin göstərilməsində Şərq salnamələrindən əhəmiyyətli
dərəcədə fərqlənir. Məsələn, gürcü salnaməçisi Vaxuştinin
yazdığına görə, Səfəvi şahı Gürcüstana 1536, 1548, 1553 və 1558-
ci illərdə yürüş etmişdir
153
. M.Brosse bu yürüşlərin tarixini gürcü
mənbələri əsasında göstərir. Mükəmməl “Əhsən ət-təvarix” əsəri
ona məlum deyildi. Məsələ bundadır ki, Həsən bəy Rumlu bu
yürüşlərin yalnız müasiri deyildi. O, həm də döyüş əməliyyatlarıda,
o cümlədən özünün xüsusi olaraq söz açdığı I Şah Təhmasibin
ikinci yürüşündə şəxsən iştirak etmişdi
154
. Halbuki Vaxuşti tarixi
xronikanı XVIII əsrdə yazmış və hadisələrin təsvirini öz dövrünə
qədər gətirib çatdırmamışdır. Onun əsərinin mənbələri barədə
olduqca az məlumatımız vardır
155
.Bundan başqa, Həsən bəy


118
Rumludan hadisələrin tarixi, təsvir olunan olayların müasiri
olmuşƏhməd Qəffarinin “Tarix – Cahan ara” salnaməsinin
məlumatları ilə tamamilə təsdiq edilir.
Bu baxımdan “Gürcü xronikası” adlananmənbə heç bir
yenilik vermir
156
. Arakel Təbrizinin xronoloji cədvəlində I Şah
Təhmasibin Gürcüstana yalnız birinci yürüşünün adı çəkilir, tarixi
göstərilir və bu məlumatlar Şərq salnamələri ilə səsləşir
157
.
Bu yürüşlər Qurana görə savab iş sayılır, “kafirlərlə”
mübarizə, müqəddəs “cihad” müharibəsi kimi, üzürlü bəhanələr
altında həyata keçirilirdi. Qızılbaş hərbi-feodal əyanları həmin
yürüşlərdən “İslamı yaymaq” üçün istifadə edirdilər. Mənbələrdə
göstərilir ki, gürcü qalaları alınarkən yalnız islamı qəbul edənlərə
aman verilirdi.
Qızılbaşların Gürcüstana yürüşləri ölkə iqtisadiyyatına
böyük ziyan vurdu. Müharibələr zamanı əkinlər, meyvə
bağlarıməhv edilir, qaramal, qoyunsürüləri aparılır, məskənlər
viran edilirdi. Qızılbaşlar yalnız maddi sərvətləri ələ keçirməklə
kifayətlənmir, əhalini də əsir aparırdılar. Səfəvi tarixşünasları
hakim dairələrə xoş gəlmək üçün gürcüləri “gəbrlər” adlandırır və
onlar üzərində qələbələrlə öyünürdülər. Məsələn, birinci yürüş
(1540) zamanı Tiflis ələ keçirilmiş və qarət edilmişdi. Dördüncü
yürüş (1554) zamanı qızılbaşlar 30 min nəfərdən çox adamı ( o
cümlədən qadınları və uşaqları) əsir almışdılar. Qızılbaş
qoşunlarının basqınlarından ilk növbədə zəhmətkeş əhali və xırda
gürcü feodalları əziyyət çəkirdilər. Hakim dairələr isə çox vaxt
xərac verməklə, yaxud islamı qəbul edərək işğalçılara ximətə
keçməklə nicat tağırdılar.
Yuxarıda göstərdiyimiz kimi, 1555-ci ilin Amasya sülh
müqaviləsinə görəGürcüstan Osmanlı Türkiyəsi ilə Səfəvilər
dövləti arasında təsir dairələrinə bölündü. Lakin Gürcüstanın
istiqlaliyyəti uğrunda mətin və barışmaz mübarizlər – Kartli çarı
Luarsab, onun ölümündən sonra isə oğlu Simon (1558-1560)


119
müqaviməti davam etdirdilər. Səfəvilərin Kartliyə yürüşləri
sonralar da baş vermişdi. Məsələn, qarabağ bəylərbəyi Şahverdi
Sultan Ziyad oğlu üç dəfə - hicri 963 (1556)
158
, 964 (1557)
159
, 968
(1560-1561)- ci
160
illərdə qoşunları ilə bura daxil olmuş və
dağıntılar törətmişdi. Çar Luarsab onunla döyüşdə həlak olmuşdu.
Simon isə qızılbaşların tərəfinə keçmiş qardaşı Davidin (Davud
bəyin) təhriki ilə hicri 976 (1568-1569)-cı ildə Şamxal bəy Çərkəz
tərəfindən ələ keçirilmiş və şahın gösrərişi ilə Ələmut qalasına
salınmışdı
161
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin