103
Mirzənin oğlu) və Şahverdi Sultan Ziyad oğlunun başçılığı ilə
Pasinə göndərildi. Bu basqınların məqsədi düşmənin geri çəkiləcəyi
yolun üstündəki yerləri xarabaya çevirməkdən ibarət idi ki, “həmin
diyarda abadlıqdan əsər-əlamət qalmasın”.
Kəskin ərzaq çatışmazlığı ilə üzləşən sultan qabaqcadan od
vurub yandırdığı Naxçıvanı tərk etdi və geriyə - Ərzuruma qayıtdı.
Qızılbaş qoşunları (İskəndər bəy Münşiyə görə,sayı təqribən 40
min nəfər) geri çəkilən türklərin ardınca osmanlı ərazilərinə qədəm
qoydular. Qızılbaşlar bir döyüşdə türklərin böyük dəstəsini
darmadağın edərək, türk sultanının yaxın adamlarından biri olan
Sinan bəyi əsir aldılar.
Yürüşün yorub əldən saldığı Sultan qoşunları arasında
narazılıq artırdı. Əlbəttə, sultanın özü və yaxın adamları da
ordunun əhval-ruhiyyəsi, həmçinin özlərinin Azərbaycana
yürüşlərinin faydasızlığı ilə hesablaşmağa məcbur idilər. Buna görə
də, Osmanlı Türkiyəsi Səfəvilərin dəfələrlə təkid etdiyi sülh
danışıqlarına başlamağa razı olduğunu bildirdi
98
.
Dostları ilə paylaş: