SəFƏVİLƏr döVLƏTİ


Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasında



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə24/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   20   21   22   23   24   25   26   27   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

 Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasında
müharibənin başlanması
I Səlim dövründə Osmanlı Türkiyəsinin Azərbaycanı zəbt
etmək cəhdləri, gördüyümüz ki, müvəffəqiyyətli olmadı.
Osmanlılar Səfəvilər dövlətinin içərilərinə irəliləyib onun öaytaxtı
Təbrizi tita bilsələr də burada qala bilmədilər.
I Sultan Süleyman Qanuni (1520-1566) dövründə də
Osmanlı hakim dairələri şərq istiqamətində 
ərazilərini
genişləndirmək cəhdlərindən əl çəkmədilər. Avropa qitəsində,
xüsusilə də Macarıstanda və Avstriyada Türkiyənin istilalarına
müqavimət artdiqca Osmanlı imperiyasının Şərqdə ilhaqçılığı
güclənirdi.
Müharibə bu dəfə Ərəb İraqına sahib olmaq uğrunda
alovlandı
28
. Hicri 934 (1528-ci ilin axırında)-cü il Luristanda
Kəlxur hakimi, Noxud Sultan Mosullu adı ilə tanınan Zülfüqar xan
Əli bəy oğlu Səfəvilər əleyhinə qiyam qaldırdı, dayısı İbrahim
xanın hakim olduğu Bağdada hücum etdi, onu ğldürüb bütün
nəslini qırdı və Ərəb İraqını tamamilə özünə tabe etdi. Sonra
Zülfüqar şəhərin açarlarını türk sultanına göndərərək onun
tabeliyinə keçdi
29
.
Hicri 935 (1529)-ci ildə I Şah Təhmasib böyük ordu ilə
Bağdada yeridi. Möhkəm Bağdad qalasını tutmaq o qədər də asan
iş deyildi və mühasirə uzun çəkdi. Nəhayət, şəvvalın 3 (10 iyun)-də


79
Zülfüqar xan şahın adamları tərəfindən qalada öldürüldü, onlar
qapıları açıb şahı şəhərə buraxdılar. Bağdadın idarə olunması xan
rütbəsi ilə birgə Məhəmməd Sultan Şərəfəddin oğlu Təkəliyə
tapşırıldı
30
.
Hicri 938 (1531-1532)-ci ildə Üləma bəy Diyarbəkirin
Osmanlı hakimi Fil Yaqub paşanın 50 min nəfərlik qoşununun
köməyilə yerli hakim Şərəf xanı Bidlisdən sıxışdırıb çıxartdı və o
da yardım üçün qızılbaş sarayına müraciət etdi. “Təzkirə”də deyilir
ki, Şah Təhmasib öz müvəkkili İstanbula göndərib Üləma bəyin
təslim olunmasını tələb etdi. Lakin sultan rədd cavabı verdi və öz
növbəsində Şərəf xanın ona təslim olunması tələbini irəli sürdü
31
.
Şah sultanı barışdırmağa daha bir dəfə cəhd göstərərək vəkil
Hüseyn xan Şamlının başçılığı ilə yeni elçi heyətini onunla
danışığa göndırdi. Lakin Üləma bəyi Şərəf xanla dəyişmək təklifi
qəbul olunmadı. Sultan barışmaz mövqe tutdu. Belə olduqda şah
Üləmaya qarşı qoşun göndərib Bidlisi geri aldı. Bundan az sonra
qızılbaşların Übeydulla xana qarşı Xorasana yürüşündən istifadə
edən Üləma bəy hicri 940 (1533)-cı ildə təkrarən Bidlisə hücum
etdi. Şərəf xan öldürüldü, şəhər Üləmanın əlinə keçdi
32
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin