SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə3/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   2   3   4   5   6   7   8   9   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

I Şah İsmayılın naməlum (adı bilinməyən
) tarixçisi tərəfindən
ədəbiyyatda şərti olaraq ”Tarix-i şah İsmayıl-i Səfəvi” (“Şah İsmayıl
Səfəvinin tarixi”) adını almış, I Şah İsmayılın həyatının salnaməsi
yazılmışdır. Əsər I İsmayılın əcdadları haqqında qısa tarixi ekskursla
başlanır, onun gəncliyində baş verən hadisələri işıqlandırır, Səfəvilər
dövlətinin banisinin bütün şahlıq dövrünü əhatə edir və onun oğlu I Şah
Təhmasibin Təbriz taxtına çıxması ilə başa çatır. Əsər tam nəşr
olunmamışdır. Yalnız I İsmayılın həyatının ilk illərinə (1499-cu ilədək) aid
olan parçalar keçən yüzilliyin sonunda Denison Ross tərəfindən ingilis
dilinə tərcümədə dərc olunmuşdur
14
.
Salnamənin iki əlyazma nüsxəsi məlumdur: onlardan biri Londonda -
Britaniya muzeyində
15
, digəri isə Kembric universitetinin kitabxanasında
16
saxlanılır. Anonimin bizim istifadə etdiyimiz
17
London əlyazması 21
miniatürlə bəzədilmiş, 307 vərəqlə (614 səhifə), gözəl nəstəliq xətti ilə
yazılmışdır. Nüsxənin yazılma tarixi (Ç.Riyöyə görə) XVI əsrdir.
“Tarix-i Şah İsmayıl-i Səfəvi” (Ç.Riyö və D.Rossun haqlı olaraq
göstərdikləri kimi) özünün xeyli hissəsi ilə
Xondəmirin
ilk Səfəvi şahının
həyat və fəaliyyətinə həsr olunmuş “Həbib əs-siyər” əsərinin üçüncü
cildinin dördüncü hissəsinə tam şəkildə uyğun gəlir. Məlumdur ki,
Xondəmir öz əsərini hicri 930 (1524)-cu ildə, I İsmayılın ölümündən bir ay
əvvəl başa çatdırmışdır, halbuki bəhs etdiyimiz əsər I Şah Təhmasibin
hökmdarlığı dövründə yazılmışdır. Tədqiqatçılar onun yazılma tarixini bir
qədər dəqiqləşdirməyə cəhd göstərmişlər. Mətnin özündə göstərilən
Teymuri Məhəmməd Zaman Mirzənin
18
vəfat etdiyi hicri 947 (1540)-ci
il tarixinə əsasən belə bir fikir söylənilmişdir ki, əsər 1540-cı ildən sonra
tamamlanmışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, bu salnamə
Xondəmirin oğlu Mahmudun hicri 955 (1548)-ci ildə yazmağa başladığı
tarixi xronikasında istifadə olunmuşdur
19
. Bu mülahizələrdən çıxış edərək
belə bir nəticəyə gəlmək olar ki, göstərilən əsər 1540 və 1548-ci illər
arasındakı
20
dövrdə yazılmışdır. Ç.Riyo qeyd edir ki, anonim müəllifin
Xondəmirin mətnlərinin eyniliyi birincinin ikincinin əsərini köçürdüyünü
bildirsə də, naməlum müəllifin əsərində əlavə təfərrüatların olması onların


12
həm də müxtəlif məlumat mənbələrinə əsaslandığını göstərir
21
. D.Ross
habelə göstərirdi ki, ”Tarix-i Şah İsmayıl-i Səfəvi”də “Həbib əs-siyər”
əsərində olmayan çoxlu bioqrafik və coğrafi təfsilat vardır. D.Ross I Şah
İsmayılın tarixinə dair bu iki çox mühüm ilkin mənbəni müqayisə edərək
bu xronikaya üstünlük verirdi. Güman etmək olar ki, Xondəmir hicri 930-
cu ilədək (“Həbib əs-siyər”in yazıldığı dövr) Xorasanda yaşamışdır və onun
dövlətin başqa ərazisində, o cümlədən də Azərbaycanda olub-olmaması
sualına daha çox mənfi cavab verilməlidir. Ehtimal etmək olar ki,
Xondəmir I Şah İsmayıl və onun istilaları haqqında məlumatı Xorasana
gələn şah sarayı məmurlarından, yaxud bizə məlum olmayan digər
mənbələrdən alırdı. Güman etmək olar ki, bizim müəllif Səfəvilərə yaxın
olmuşdur və öz əsəri üçün Xondəmirin kitabını əsas kimi götürmüş, onu
Azərbaycanda, burada baş verən hadisələrlə bilavasitə, şəxsən tanış olduğu
materialla zənginləşdirmişdir
22
. Onun hətta İsmayılın ilk yürüşlərinin
iştirakçısı olduğunu da ehtimal etmək olar. Nəzərdən keçirilən əsərin
müəllifinin şəxsiyyəti barədə müxtəlif fikirlər söylənilmişdir (X.Bexeviç,
V.Minorski, V.Hins və b.). Əsər müəllifinin adı bizə tam məlum olmasa da,
onun “Bicən” sözü ilə başladığı barədə əsərin London nüsxəsinin 82a
vərəqinin haşiyəsində işarə vardır. Q.Sərvərin fikrincə, həmin əlyazmanı
müəllifin özü nəzərdən keçirmiş və öz əli ilə orada düzəlişlər etmişdir (çünki
bu və bir sıra digər haşiyə yazılarında yazan adamın özünü bildirən “miskin
qul” (bəndeyi-kəmtərin) ifadəsi işlədilir
23
. Bəlkə də Q.Sərvər öz ehtimalında
haqlıdır, lakin bununla əsərin müəllifliyi məsələsinin həll olunduğunu iddia
etmək mümkün deyildir.
Tarix elmi I Şah İsmayıl hakimiyyəti tarixinə dair üç ilk mənbəyə –
“Fütuhat-i şahi”, “Həbib əs-siyər” və bəhs etdiyimiz səlnaməyə malikdir.
Biz bu əsərləri tutuşduraraq belə bir nəticəyə gəldik ki, nəzərdən keçirilən
əsər I Şah İsmayılın hakimiyyəti, XVI əsrin I rübündə Azərbaycanda və
həmhüdüd ölkələrdə Səfəvilər dövlətinin yaranması tarixi haqqında daha
tam, dəqiq və müfəssəl hekayədir.
24
“Tarix-i Şah İsmayıl-i Səfəvi” İsmayılın, ənənəvi olaraq, yeddinci
imam Musa əl-Kazıma gedib çıxan şəcərəsinin şərhi ilə başlanır. Səfəvilərin


13
əcdadları haqqında yarıəfsanəvi səciyyəli oçerk qismən Təvəkkül ibn
Bəzzazın “Səfvət əs-səfa” adlı agioqrafik əsərindən götürülmüşdür
25
.
Bu giriş hissəsindən sonra salnaməçi öz hekayəsinin başlıca
mövzusunun şərhinə başlayır. Tarixi hadisələr hicri 930 (1524)-cu ilə qədər
şərh edilir. Biz naməlum müəllifin və Xondəmirin əsərlərinin mətnlərinin
uyğunluğunu qəbul etməklə, burada onların arasındakı ayrı-ayrı yerlərdə çox
əhəmiyyətli görünən fərqləri qeyd etmək istərdik. Anonim müəllifin əsərinin
bir sıra üstünlükləri vardır. Əsər, Xondəmirin hekayəsini ayrı-ayrı təfsilat
və təfərrüatlarla tamamlaması faktı ilə deyil, konkret tarixi materialla zəngin
olan, əhəmiyyətli, bütöv yeni başlıqların mövcudluğu ilə qiymətlidir
26
.
Orta əsr salnaməçilərinin əksəriyyətinin əsərlərində olduğu kimi,
naməlum müəllif üçün də Azərbaycan müstəqil maraq obyekti deyildir.
Azərbaycan barəsində o, qızılbaşların ora yürüşləri, qiyamlar, şahın ov
səhnələri və digər hadisələrlə əlaqədar yazırdı. Buna baxmayaraq, onun
verdiyi məlumatlar çox maraqlıdır.
Naməlum salnaməçi Azərbaycanda və İranın Xəzərsahili
vilayətlərində qızılbaş hərəkatının ilk mərhələləri haqqında orijinal və çox
qiymətli material verir
27
. 1501-ci ildə bakılıların güclü müqaviməti və I Şah
İsmayılın Bakını tutmasına həsr olunmuş səhifələr Azərbaycan tədqiqatçıları
üçün böyük maraq kəsb edir
28
. Yeri gəlmişkən qeyd edək ki, Həsən bəy
Rumlunun “Əhsən ət-təvarix”indəki gerçəkliyə uyğun olan hekayə
naməlum müəllifdən götürülmüşdür, həm də bu zaman mühüm təfsilat
nəzərə alınmamışdır. Azərbaycanda və İranda siyasi vəziyyətin səciyyəsi,
feodal pərakəndəliyi və XVI əsrin əvvəlində öz müstəqilliyini qoruyaraq
Səfəvilərlə mübarizə aparan yerli hökmdarlar barəsində də eyni sözləri
demək olar
29
. Hicri 911 (1506)-ci il və 915 (1509)-ci ildə qızılbaşların
Şirvana yürüşləri haqqında hekayə çox məzmunludur
30
.
Müəllif hakim sinfin nöqteyi-nəzərindən, şiəliyin müdafiəsi,
Səfəvilərin ifrat dərəcədə təriflənməsi mövqeyindən çıxış edir. O, habelə
saray tarixşünaslığının tipik üsullarından istifadə edir. Döyüşlərdən, şah
ovlarından, ziyafətlərdən və s. bəhs edərkən onun dili təmtəraqlı və az
məzmunlu olur. Qalan hallarda təhkiyənin lakonikliyi, hadisələrin əlaqəli


14
şəkildə şərh olunması, onların tarixinin dəqiq göstərilməsi ilə fərqlənir ki,
bütün bunlar həmin salnaməni bu dövrün tədqiqi üçün əvəzsiz edir.
Salnaməçi Sah İsmayılın şərti adından, onu “Xaqan-i Süleymanişan-i
sahibqiran”
31
, yəni “Ulduzlar cədvəlinin xoşbəxt sahibi olan Süleymana
layiq”
32
hökmdar ifadəsi ilə əvəz etməklə istifadə edir.
Bütövlükdə müəllifin bitərəfliliyinə baxmayaraq, o müəyyən
mənada obyektivliyi saxlamağa nail olur. Onun rəvayətində XV əsrin sonu-
XVI əsrin əvvəlində Azərbaycanın və İranın sosial-iqtisadi vəziyyəti
barəsində özünə yer tapmış ayrı-ayrı təfərrüatlara təsadüf edilir
33
. Adı çəkilən
“Səffat əs-səfa“ və “Həbib əs-siyər”dən başqa, müəllifin həmçinin İbrahim
Əmininin “Fütuhat-i Şah-i”əsərindən də istifadə etdiyini güman etmək olar.
Bu, belə bir cəhətdə xüsusilə özünü göstərir ki, hər iki mənbədə İsmayılın
Kaşana daxil olması və şəhərlilərin onu qarşılaması, həmçinin şəhərdəki
təntənələr haqqındakı hekayələr eynidir
34
.


Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin