25
qiymətli mənbə oldu. Çünki sinxron mənbələrin heç birində biz həmin
illərin belə tam və təfsilatlı şərhinə rast gəlmədik.
Səfəvilər dövrünün digər tarixçilərinə nisbətən İsgəndər Münşi o
dövrün tarixçiləri üçün nadir sayılan keyfiyyət üstünlüyü ilə fərqlənirdi. O
özünün sələflərindən məlumatları sadəcə olaraq götürmür, həm də
hadisələrə öz münasibətini bildirməklə, onları yenidən mənalandırmağa,
səy göstərir. Münşi bəzən hadisələrin təzahürlərinə aludə olmur, onların
tarixini vermir, əsas diqqətini bu hadisələrin mahiyyətinin açılmasına
yönəldir. Bu mənada o, fikrimizcə öz müasirlərindən - salnaməçi olub,
yalnız faktları qeydə almaqla kifayətlənən tarixçilərdən xeyli yüksəkdə
dururdu.
Mövzunun işlənilməsi üçün olduqca vacib olan Avropa mənbələrini
nəzərdən keçirək. Həmin sənədlərin qiyməti bundadır ki, onlar Səfəvilər
dövlətinin Şərq salnaməçilərinin əsərlərində sərf-nəzər olunan sosial-
iqtisadi həyat və siyasi quruluş məsələlərinin bəzi əhəmiyyətli tərəflərini
işıqlandırırlar.
Dostları ilə paylaş: