26
(tamğa - O.Ə.) ləğv etməsi “bunlar dünyanın hər hansı hissəsində
olduğundan yüksək idi” və sonuncuların “ticarətin yeddidə birini təşkil
edən“
83
daha mülayim vergi ilə (boniçe - O.Ə.) əvəz
edilməsi barədə
onun məlumatı çox mühümdür. Məhsuldan, torpaqdan və qoyunların sayına
görə alınan vergi haqqında venetsiyalının gətirdiyi bəzi rəqəm məlumatları
olduqca maraqlıdır
84
. Səfəvilərin qoşunu, onun silahları, şah qvardiyası və
i.a. barədə verilmiş məlumatlar da maraqlıdır.
Mövzu üçün digər italyan müəllifinin -
Ciovanni Tommazo
Minadoinin
“Türklər və iranlılar arasındakı müharibələri tarixi” əsəri
85
böyük əhəmiyyət kəsb edir.
Minadoi 1540-cı ildə İtaliyanın Roviqo şəhərində anadan
olmuşdur. Paduya universitetində tibb təhsilini tamamladıqdan sonra
Suriyada Venetsiya konsulluğunun xəstəxanasında həkim işləmişdir. O,
1579-1586-cı illərdə burada olmuş və yəqin ki, türk dilini yaxşı bilmişdir.
Xidməti borcunu yerinə yetirərkən Osmanlı mülklərinə səfərlər edir, tez-tez
İstanbulda olur, o vaxt Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında
gedən müharibələr haqqında məlumatlar toplayırdı. O, İtaliyaya qayıtdıqdan
sonra, tezliklə bu müharibələrin tarixini nəşr etdirir. Minadoi 1596-cı ildən
Paduyada yaşamış, adı çəkilən universitetin
tibb professoru olmuş və
1615-ci ildə vəfat etmişdir
86
.
Minadoinin əsəri ilk dəfə 1587-ci ildə Romada çapdan çıxmışdı.
1588-ci ildə Minadoi öz əsərini 9 fəslə (ilkin nəşrdəki dörd fəsildən ibarət idi)
bölüb yeni materialla tamamlayaraq, ikinci dəfə nəşr etdirdi. Venetsiya
nəşri Minadoinin əsərinin tam və son nəşri sayılır. Kitab Avropa
oxucularının diqqətini dərhal özünə cəlb etdi. Onun əsəri tez bir zamanda
ispan (1588), ingilis (1595) və latın (1601) dillərinə tərcümədə çapdan çıxdı.
Onu qeyd etmək kifayətdir ki, Minadonin əsəri 14 il ərzində yeddi dəfə nəşr
olunmuşdu
87
. Bunu Avropalıların “əfsanəvi dərəcədə zəngin” Şərq
ölkələrinə sadəcə olaraq artan marağı ilə izah etmək kifayət deyildir. O
dövrdə Qərbi Avropa dövlətləri üçün real təhlükəyə çevrilmiş Osmanlı
Türkiyəsinin gələcək niyyətləri qarşısında
Avropa cəmiyyətini təlaş
bürümüşdü.
27
Tədqiqatçılar üçün daha böyük əhəmiyyət kəsb edən ikinci fəsildə
Minadoi islam dini, iki təriqətin - sünniliyin və şiəliyin mənşəyi, Şah
İsmayılın sələfləri - Səfəvi şeyxləri, Səfəvilər dövlətinin meydana gəlməsi
haqqında olduqca geniş məlumatlar verir. Daha
sonra vilayət və şəhərlərin
adları bir-bir sadalanmaqla Səfəvilər dövlətinin coğrafi mövqeyi təsvir edilir.
Fəsildə Gürcüstan çarlığının siyasi vəziyyətinin səciyyəsi, habelə Şirvan və
onun şəhərləri barədə məlumatlar vardır
88
. Minadoi bəzən bu və ya digər
məsələ üzrə rəqəmlər verməklə Səfəvilər dövlətinin dövlət quruculuğu və
hərbi təşkilat məsələlərinə də toxunur. Onun dövlət xəzinəsinin gəlirləri
haqqında verdiyi məlumatlar olduqca mühümdür.
Bir sözlə, fəsildə XVI əsrin ikinci yarısında
Səfəvilər dövlətinin
ümumi vəziyyəti haqqında Alessandrinin yaratdığı mənzərəni xeyli
tamamlayan materiallar vardır.
Digər fəsillərdə (yeddincidən başqa) I Şah Təhmasibin
hakimiyyətinin son illərində Səfəvilər dövlətinin daxili vəziyyəti, ölkəni
fəlakət həddinə gətirib çıxarmış saray çəkişmələri, qızılbaş feodal güruhları
arasındakı mübarizə ətraflı təsvir edilir. 1586-cı ilin sonunda Həmzə
Mirzənin vəfatına qədər
Osmanlı - Səfəvi müharibələrindən müəllifin
müfəssəl danışması böyük
elmi maraq doğurur
89
. Minadoinin məlumatının
əsas mənbələri təsvir olunan hadisələrin iştirakçıları və şahidləri ilə görüşlər
və söhbətlər idi. Bu işdə ona kömək etmiş şəxslər arasında o, ”Suriyadakı
Venetsiya senatının çox hörmətli səfirlərinin” adlarını minnətdarlıqla çəkir.
Həkimlik praktikası ona yüksək vəzifəli Osmanlı əyanlarının evlərinə
getməyə və lazımi məlumatlar əldə etməyə imkan verirdi . Minadoi alınan
materialı sadəcə olaraq qeyd etmir, hadisələrin müxtəlif variantlarını
tutuşdurmaqla, daha ağlabatan variant üzərində dayanırdı. Minadoinin əsas
məlumatçısının Səfəvilərə xəyanət etmiş və Osmanlı sultanı tərəfindən
Hələb hakimi təyin edilmiş qızılbaş səfiri Maqsud xan Zülqədər olduğu
ehtimal edilə bilər
90
.
Minadonin əsəri onun müasirlərinə yaxşı məlum idi,
orada verilmiş
materiallardan tarix əsərlərində geniş istifadə olunurdu. Məsələn, Oruc bəy
Bayatın ( iranlı Don Juan) əsərinin ikinci kitabı əsasən Minadonin əsərinin
28
ixtisarla qələmə alınmış variantıdır
91
.
Bizə məlumdur ki, Minadoinin əsəri indiyə kimi vətən
tarixşünaslarının diqqətini cəlb etməmişdir. V.V.Bartoldun “Avropada və
Rusiyada Şərqin öyrənilməsi tarixi” adlı kitabında da Minadonin adı çəkilmir.
Əlbəttə, xristian aləminin nümayəndəsi kimi Minadonin
nəzərində həm türklər, həm də iranlılar (qızılbaşlar) “dinsizlər” və
“barbarlar” idilər. Lakin hər halda o, bitərəf mövqedə də qalmamışdı və bu,
onun əsəri ilə tanışlıq zamanı hiss olunur. Bunu da nəzərə almamaq olmaz
ki, bəhs etdiyimiz dövrdə Osmanlı təhlükəsi ilə mübarizə aparan Səfəvilər
dövləti Avropa dövlətlərinin təbii müttəfiqi idi.
Səfəvilər dövlətinin tarixinə dair mənbələr arasında iranlı
Dostları ilə paylaş: