41
“türkün piri” (pir-i türk)
12
adlandırıldığını görməmək mümkün deyildir. Bu
mənada Şeyx Səfinin fars torpağı olan Şirzada öz müridləri ilə görüşləri və
söhbətlərindən bəhs edən hekayədə ona dəfələrlə türk kimi müraciət
olunması çox səciyyəvidir:”Yüksək mənsəb sahibi olan və bütün Farsda
cəsarəti ilə tanınn əmir Abdulla (Səfiyə müraciət edərək – O.Ə.) dedi: “Ey
türk piri...”
13
. Mövlanə Əhməd və Mövlanə İbrahim Təbrizi Səravi qeyd
edirdilər ki, (biz) Ərdəbilə gəldik. Şeyxin yanında (evində), qoy (Allah) onun
ruhunu əziz tutsun,bizin üçün qara çörək və su gətirdilər. Qəflətən bir neçə
türk daxil oldu. Onlar üçün ağ çörək və bal gətirdilər”
14
. Deməli, Şeyx
Səfinin evində (hücrəsində) türklərə üstünlük verilirdi. Təvəkkül ibn
Bəzzazın əsərində şeyxin “türk kəndində” (deh-i türk)
15
olmasından söz açılır
ki,bu da Səfi dövründə Ərdəbil ərazisinin türk əhalisinə işarədir
16
.
Şeyx Səfinin türklərə mənsub olunduğunu göstərən buna bənzər
fikirlər “Səfvət əs-səfa”nın bütün nüsxələrində vardır. Səfəvilərin guya öz
uzaq əcdadlarının etnik mənşəyini şüurlu surətdə saxtalaşdırmaq istədiklərini
söyləmək üçün də hüç bir əsas yoxdur. Səfəvilər sülaləsinin əzəldən kürd,
yaxud İran mənşəli olması haqqındakı ehtimal damötəbər mənbələrin
məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna mənsub
olması, çətin ki, şübhə doğura bilər.
Dostları ilə paylaş: