44
Eybə Sultanla döyüşdə yaralanmış qızılbaşlardan biri də gizlənmiş və həkim
köməyi üçün Übaya müraciət etmişdi. Üba müridi İsmayılla görüşdürdü.
Mürid İsmayıla xəbər verdi ki,”Şəmasi kəndindəki döyüşdən qaçmaqla
canını qurtarmış 80 sufi Ərdəbilin ətrafındakı Baqrov dağında gizlənərək ona
xidmət etmək üçün fürsət axtarır”. Mürid, Übanın məsləhəti ilə Ərdəbili tərk
etdi və sağ qalmış qızılbaşların arasında olan Rüstəm bəy Qaramanlıya
İsmayıl barədə məlumat vermək üçün həmin dağa tərəf yola düşdü. Rüstəm
bəy gecə yarısı öz adamları ilə gizlicə şəhərə gəldi. İsmayılı məsciddən
götürüb adı çəkilən dağa yola düşdüvə oğlanı Kərkan kəndində xətib
Fərruxzadın evində gizlətdi.Mənsur bəy Qıpçaği, Hüseyn bəy Lələ, Qırx
Seyyidi Əli, Çulban bəy, Xadim bəy Xəlifə, Dədə bəy, Göy Əli bəy və digər
sufilər özlərinin gənc rəhbərini təhlükədən harada daha yaxşı rorunmağın
mümkünlüyü barədə məsləhətləşməyə başladılar. Qərara alındı ki, İsmayıl
Məhəmməd bəy Türkmanla (İsmayılın bibisi Paşa xatunun əri) və onun
qardaşı Əhməd bəylə çoxdan bəri yaxşı münasibətdə olan Rəşt
hakimi
Əmirə İshaqın evinə aparılsın
28
. Bu səfər zamanı İsmayılı Rüstəm bəy
Qaqmanlı, Əhmədi bəy və onun qardaşı Məhəmmədi bəy Türkman 80
nəfərlik qızılbaş dəstəsi ilə müşayiət edirdilər. Onlar əvvəlcə Tulunav hakimi
Əmirə Müzəffərin evinə gəldilər. Bundan xəbər tutan Eybə Sultan Əmirə
Müzəffərə qasidlə məktub göndərərək Heydərin oğlanlarını təslim etməyi
tələb etdi. Onlar Xalxal hakimi Cagir bəy Pornakdan da eyni məzmunlu
məktub aldılar. Bu tələblərə əhəmiyyət verməyən Əmirə Müzəffər qardaşları
Kəskərə göndərdi. Ondan bu barədə müvafiq tapşırıq almış yerli hakim
Əmirə Səyavuş onları öz evində qəbul etdi. Dördüncü gün İsmayılın
dəstəsi
Rəştə doğru hərəkət etdi. İsmayılın tərəfdarları Rəşt hakiminin dəvətinə
baxmayaraq,onu “Ağ məscid” deyilən yerdə yerləşdirməyi üstün tutdular.
Rəştdə olduğu zaman İsmayıla daim məscidin qonşuluğunda yerləşən
zərgərlik dükanının sahibi olan Əmirə Nəcm adında yerli sakin qulluq
etmişdi
29
.
Rəşti də təhlükəsiz hesab etməyən sadiq müridlər İsmayıla Lahicana,
Gilanın Biyepiş vilayətinin hakimi Karkiya Mirzə Əlinin sarayına
keçməkdə
kömək etdilər
30
. Lahicanda İsmayılı və onu müşayiət edənləri mehribanlıqla
45
qarşıladılar və Key Əfridun mədrəsəsi ilə üzbəüz binada yerləşdirdilər.
Karkiya Mirzə Əli özünün hörmətli qonaqlarına hər cür diqqət göstərirdi.
Tanınmış yerli alimlərdən biri-Şəmsəddin Lahici ərəb və fars dillərini
öyrətmək, Quranı oxumaq üçün İsmayılın və onun qardaşının tərbiyəçisi
təyin olundu
31
.
Bununla belə Ağqoyunlu Rüstəm İsmayılla hesablaşmaq ümidini
itirmirdi. İsmayıl Gilana qaçdıqdan az sonra Eybə Sultan Übanı həbs etməyə
və ondan İsmayılın Ərdəbildə qaldığı yeri öyrənməyə nail oldu.Üba
Rüstəmin əmri ilə Təbrizin bazar meydanında edam edildi. İsmayılın
qaçırılmasının təşkilinə kömək etmiş Məhəmmədi bəyin və onun qardaşı
Əhmədi bəyin əmlakı hökumət
tərəfindən müsadirə olundu
32
. Rüstəm
padşah İsmayılı qaytarmaq tələbi ilə Karkiya Mirzə Əliyə dəfələrlə
hədələyici məktublar göndərir, lakin Lahican hakimi hər dəfə üzürlü
bəhanələr gətirməklə onun tələblərini rədd etdi.
İsmayıl Lahicanda təqribən 6 il qaldı. Bu, həddi-büluğ yaşına
çatmaq və yeni çıxışa hazırlaşmaq üçün zəruri idi.
Bütün məsələləri həll
edən qızılbaş əmirlərinin hasablamalarına görə, Ağqoyunlu şahzadələri
arasındakı ara müharibələri və onların dövlətinin dağılması İsmayılın
qalibiyyətli yürüşünü asanlaşdırmalı idi. Bura, İsmayılın yanına itaətkar
olduqlarını bildirmək üçün, xüsusilə Rum, Qaracadağ və Əhərdən çoxlu
tərəfdarlar gəlirdi
33
.
Dostları ilə paylaş: