SəFƏVİLƏr döVLƏTİ


Ərdəbil feodallarının türkdilli tayfalarla əlaqələri tarixindən



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə11/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   7   8   9   10   11   12   13   14   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Ərdəbil feodallarının türkdilli tayfalarla əlaqələri tarixindən
Səfəvilərin Kiçik Asiyanın türk tayfaları ilə əlaqələri hələ XIII əsrin
sonu-XIV əsrdə yaranmışdı. ”Tarix-i Əmini”nin yaxşı məlumatlı müəllifi
olmuş Fəzlullah Ruzbihan qeyd edirdi ki, Talış əmirləri onun (Səfiəddinin-
O.Ə.) mənzilini özlərinin sığınacaqlarına çevirmişdilər və Rumun böyük
adamları ona baş çəkirdilər”
17
. Bu əlaqələrə dair daha qəti işarələr Şeyx Xacə
Əlinin (Sultan Əlinin) dövrünə aiddir. Kiçik Asiya yürüşündən sonra geri
qayıdarkən Teymurun Ərdəbildən keçməsi barədə rəvayət də məlumdur.
İstilaçı,şeyxin xahişi ilə Kiçik Asiyadan olan əsirləri azad etmiş və onları
Səfəvi şeyxlərinə xidmət etmək üçün Ərdəbil ətrafında yerləşdirmişdi.


42
Teymurun fərmanına əsasən Rum hökmdarlarına əmr edilirdi ki, özlərinin
Ərdəbildə yaşayan mürşidinin görüşünə gəlmək istəyən Anadolu müridlərini
sıxışdırmasınlar və bu işə maneçilik törətməsinlər. Şeyx bütün Kiçik Asiya
tayfalarına öz nümayəndələrini (xəlifə və pirə) təyin etmişdi
19
. Həmin
əsirlərin nəsilləri sonralar “rumlu sufiləri” (“sufiyan-i rumlu”)
19
adlandırıldı.
XV əsrin birinci yarında – Şeyx cüneyd və Şeyx Heydər zamanında
Səfəvilərin Kiçik Asiya və Şimali Suriya tayfaları ilə əlaqələri
möhkəmlənmişdi.1449-cu uldə Cahanşah Qaraqoyunlu tərəfindən
Ərdəbildən sıxışdırılıb çıxarılan Cüneyd Kiçik Asiyaya - Qaramana
getmişdi
20
. O, Kilikiyada ikən türkdilli
varsaq
tayfası daxilində ciddi
fəaliyyət göstərmişdi. Yerli hakim tərəfindən qovulan şeyx Suriyanın ən
şimal hissəsinə - Misirin məmlük sultanının hakimiyyəti altında olan Mərəş,
Antakya və Kilis bölgələrinə gəlib çıxmışdı. Cüneyd bu bölgədə adı çəkilən
baçqa bir türkdilli, zülqədər tayfasının daxilində şiəlik təbliğatı apardı.
1456-cı ildən 1459-cu ilədək Cüneyd, o vaxt hələ az tanınan Diyarbəkir
hakimi Ağqoyunlu Uzun Həsənin yanında olmuşdu. Uzun Həsən öz
düşməni Cahanşahla mübarizədə Səfəvi şeyxlərinin köməyini təmin etmək
arzusu ilə öz bacısını Şeyx Cüneydə ərə verdi. Tarixçilərin göstərdiyi kimi,
bu nigahın sorağı Kiçik Asiyanın və Suriyanın ən uzaq guşələrinə yayıldı və
“əvvəlki şeyxlərin” xəlifələri Cüneydin görüşünə gəldilər
21
.
Şeyx Heydəri (1460-1488) əvvəlcə Rum, Talış və Qaracadağ
sakinləri müdafiə etdilər.1488-ci ilin yazında, Dağıstana sonuncu yürüşü
zamanında isə onun qoşununda
şamlı
tayfası da var idi
22
.
Ağqoyunlu Rüstəmin tərəfində Baysunqur
23
əleyhinə çıxış edən
Şeyx Sultan Əlinin (Heydərin böyük oğlu) silahdaşları arasında türkdilli
qacar
(Qarapiri bəy Qacar),
şamlı
(Hüseyn bəy Lələ Şamlı) və
qaramanlı
(Rüstəm bəy Qaramanlı) tayfalarının adları çəkilir. Sonuncu iki nəfər sağ
cinaha başçılıq edirdi. Sultan Əli həlak olmazdan (1494) əvvəl İsmayılı
təriqət şeyxi vəzifəsinə təyin etdi və onu özünün ən yaxın silahdaşları ilə
Ərdəbilə göndərdi.


43
Sultan Əlinin həlak olmasından sonrakı hadisələr ədəbiyyatda
kifayət qədər əks olunmadığı üçün, onların üzərində bir qədər ətraflı dayanaq.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin