SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə5/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   2   3   4   5   6   7   8   9   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Hürşad ibn Qubad əl- Hüseyninin
, uzun müddət Hindistanda
yaşamış İraqi-Əcəm əhli olduğu ehtimal edilir. Orada o, Əhmədnaqar
hakimlərindən, Nizamşahlar sülaləsindən olan Sultan Bürhanın yanında
qulluğa girmişdi. Hürşah Bürhan (1508-1553) səfir kimi I Şah Təhmasibin
sarayına göndərilmiş və hicri 952-ci ilin rəcəb ayında (1545-ci ilin
sentyabrı) Reyə Gəlmişdi. Bir ay keçdikdən sonra o, şahın qəbuluna
düşməyə nail olmuş və öz hökmdarının min tümən dəyərində olan
hədiyyələrini I Təhmasibə təqdim etmişdi
47
, Hurşahın məlumatına görə o, il
yarım Səfəvi şahının sarayında qalmış və onun Gürcüstana və Şirvana
yürüşlərində də iştirak etmişdi (1546-1547)
48
. Hurşahın sonrakı həyatı
haqqında məlumat azdır. Hicri 971 (1563-1564)-ci ilədək, yəni 19 il ərzində
o, Səfəvi sarayında yaşamış və saray dairələrinə yaxın olmuşdur. Burada o,
özünün “Tarix-i elçi-yi Nizamşah” (“Nizamşahlar elçisinin tarixi”)
adlandırılmış tarixi xronikasının birinci variantını başa çatdırmışdır. Müəllifin
məlumatına görə, I Təhmasib onun əsərinə böyük maraq göstərmiş, işlə
tanış olduqdan sonra istifadə etmək üçün öz əsərinin surətini ona vermişdi;
bu əsərində o, ”xilafətin pənahı əlahəzrət şahın Rum müharibəsindən indiyə
kimi başına gəlmiş bəzi hadisələri bir yerə toplamış və onları bir neçə fəslə
bölərək xoşagələn hekayələr yazmışdı...” (Söhbət “I Şah Təhmasibin
təzkirəsi”ndən gedir - O.Ə.)
49
. Gördüyümüz kimi, Hurşah Səfəvi şahının
memuarının bəzi yerlərini demək olar ki, köçürmüşdür.
Bundan bir qədər sonra Hurşah Hindistana qayıtmış və 1656-ci ilin
iyununda Holkonda vəfat etmişdir.
“Tarix-i elçi-yi Nizamşah” yeddi fəsildən (məqalədən) ibarət olan,
hər biri öz növbəsində “söhbətlərə” (“göftar”) bölünən ümumtarix əsəridir.


17
Altıncı fəsil Qaraqoyunlu, Ağqoyunlu hökmdarlarına, Səfəvilərin ilk iki
şahına, Xəzərsahili vilayətlərin hakimlərinə və Osmanlı sultanlarına həsr
olunmuşdur. Hürşahın əsərinin bir neçə əlyazma nüsxəsi məlumdur. Lakin
onlardan heç birinin mətni tam şəkildə, yəni əsərin bütün hissələrini əhatə
etmir
50
. Keçmiş SSRİ-də bu əsərlər yox idi (yaxud da hələ aşkar
edilməmişdi). Onun kiçik bir hissəsi - Şirvanın və digər Xəzəryanı
vilayətlərin tarixinə aid parçası Ç.Şefer tərəfindən nəşr olunmuşdur
51
. Bu
hissə məzmunca zəngindir. 1537-1538-ci illərdə Qələndərin (dərvişin) xalq
üsyanı haqqında məlumatlarından başqa, burada sonuncu Şirvanşahlar və
onların oğlanları barəsində, bu sülalənin nəsil şəcərəsindəki boşluğu
doldurmağa imkan verən bəzi məlumatlar vardır.
Biz Britaniya muzeyinin, hələ mənbə müəllifinin sağlığında üzü
köçürülmüş nadir nüsxəsindən istifadə etmişik. Bu əlyazması daha erkən
yazılmışdır və səhihdir. I Şah İsmayıla və I Şah Təhmasibə həsr olunmuş,
bizim üçün çox mühüm olan hissəsini (VI məqalədən 3-cü göftar) özündə
əks etdirir. I Təhmasibin hakimiyyəti haqqında çox ətraflı hekayə şahın
qardaşı Sam Mirzə hicri 969 (1561-1562)-cu ildə Qəhqəhə qalasında
zindana salınanadək olan dövrü əhatə edir və hakimiyyətdə olan monarxın
mədh olunması ilə bitir. Səfəvilər tarixinin işıqlandırılmasında bu hissədən
indiyə kimi istifadə olunmamışdır.
Hürşah Səfəvilər dövlətinin bir çox vilayətlərində - Şirvanda və
Azərbaycanın digər hissələrində, Gilanda,Mazandaranda olmuşdur və bu
vilayətlərin tarixinə dair onun məlumatlarının dolğunluğu, müfəssəlliyi də
elə bununla izah edilə bilər. Hindistan Nizamşahlar dövlətinin səfiri və
təbəəsi olan Hurşah Səfəvilərin və şiəliyin tərəfdarı kimi çıxış etsə də,
onu fanatizm səviyyəsinə gətirib çıxarmır, öz təmkinli üslubunu və
obyektivliyini saxlayır.
Mövzumuzun mühüm mənbələrindən biri Budaq Qəzvininin
“Cəvahir əl-əxbar” (“Xəbərlərin inciləri”) əsəridir. Bu əsərin dünyada yeganə,
avtoqraf sayılan nüsxəsi M.Y.Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət
Kütləvi Kitabxanasının Əlyazmaları Fondunda saxlanılır
52
və 678 səhifədən
ibarətdir. Əlyazmada olan kolofona görə iqrar etmək olar ki, əsər hicri 984-


18
cü il cüməd əl-əvvəlin sonunda (24 avqust 1576-cı il), yəni II Şah İsmayıl
taxta çıxdıqdan üç gün sonra tamamlanmışdı (hadisələrin şərhi də həmin
dövrə qədər çatdırılmışdır).
B.Dorn və İ.Petruşevski bu əlyazma barədə son dərəcə ümumi
məlumat vermişlər
53
. Bu əsərə xüsusi məqalə həsr etmiş P.İ.Petrov qeyd
edirdi ki, əlyazma “yaxşı, sadə dildə yazılmışdır, lakin təcrübəsiz adamın
onu oxuması çətindir, çünki diakritik işarələrin təxminən yarısı yoxdur. İran
tədqiqatçılarının ona inadla məhəl qoymamasını da bununla izah etmək
olar”
54
.
Budaq Qəzvini öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda
məmur vəzifəsindəki fəaliyyətini qısaca və aydın təsvir etmişdir
55
.
O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, on dörd yaşında
olarkən
56
şah dəftərxanasında işə qəbul olunmuşdur. Sonrakı ildə Budaq
Qəzvini pulların saxlandığı dəftərxanada (dəftər-i ərbab-i təhavil) üç tümən
maaşla işə götürüldü. Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu
gələn xəzinə başçısı (müstövfi-əl-məmalik) Hacı Hüseyn Kaşi onu öz yanına
işə götürdü və ona on beş tümən maaş təyin etdi. Onun qulluqdakı
fəaliyyətinin altıncı ilində ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan
ötrü məlumat dəftərxanası yaradıldı və Budaq səkkiz tümənlik əmək haqqı
ilə ora işə keçirildi. Onun qardaşı Hacı İzzəddin dəftərxananın rəisi idi.
Budaqın dayısı Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu
Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin
edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının divan katibi (münşiy-i
divan) vəzifəsinə işə götürdü. Üç ildən sonra Məhəmməd xan qoşun
kargüzarı (nəvisəndəgiy-iləşkər) vəzifəsini də Budaqa tapşırdı və onun
əmək haqqı 20 tüməndən 30 tümənədək artdı. Budaqın özünün etiraf
etdiyinə görə, o, ”vəzir rütbəsinə doğru gedirdi”.
Lakin tezliklə onun uğurlu xidmət yüksəlişi dayandı. Qoşun
kargüzarlığını başqasına verdiyi üçün Məhəmməd xandan inciyən Budaq,
Kirmanda xidmətdən qaçdı. Budaqın həyatının iztirablı və məhrumiyyətlərlə
zəngin olan dövrü başlandı. O, bir neçə il işsiz və ac qaldı. Ehtiyacın təqib
etdiyi Budaq tez-tez yaşayış yerini dəyişirdi. Nəhayət, Qəzvində şahın


19
qardaşı Bəhram Mirzə onu öz yanına katib götürdü və Budaqın 4 il orada
qulluq etməsini ehtimal edə bilərik. Lakin fitnəyə cəlb edildiyinə görə
Budaq, əmlakı müsadirə olunmaq şərtilə, həbs edildi. O, altı il işsiz qaldı,
sonra isə Soucbulakın və başqa şəhərlərin kələntərliyi ona bəxşiş edildi.
Budaq uzun illər ərzində Xorasanda müxtəlif vəzifələrdə xidmət göstərdi.
Təqribən 1565-ci ildə o, Qəzvinə qayıtdı, xəbərçilik nəticəsində yenidən həbs
edildi və cərimə olundu. Beş il işsiz qaldıqdan sonra Damğan, Bistan və
digər şəhərlərə vəzir təyin olundu, lakin yenidən işdən çıxarıldı. Daha beş il
keçdikdən sonra o, şah tərəfindən yenidən işə qəbul edildi. Ona Qəzvin
şəhərinin on il üçün mədaxil və məxaricinin hesabatını tərtib etməyi
tapşırdılar. Budaqın tərcümeyi-halı belə bir şikayətlə bitir ki, o, artıq 68
yaşına yetməsinə baxmayaraq, yenə də, ”müsibətlər məngənəsindəən yaxa
qurtarmamış və məqsədinə çatmamışdır, işsiz və fəaliyyətsiz” qalmaqdadır.
“Cəvahir əl-əxbar” ümumtarix əsəridir və islamdan əvvəlki
hökmdarlardan başlayaraq II İsmayılın taxta çıxmasına qədər olan dövrü
əhatə edir. Əsər dörd bölmədən ibarətdir ki, bunlardan da sonuncusu
Qaraqoyunlu və Ağqoyunlu padşahlarına və Səfəvilərin ilk iki
nümayəndəsinə - I İsmayıla və I Təhmasibə həsr olunmuşdur. Müəllif bir
çox hallarda təsvir olunan hadisələrin şahidi və iştirakçısı olduğuna görə
onun əsəri I Şah Təhmasibin hökmdarlığı dövrünü öyrənmək üçün birinci
dərəcəli mənbədir. Hakim dairələrlə yaxından tanış olan Budaq çox vaxt elə
təfsilatlardan bəhs edir ki, bunlara onun müasirləri olan salnaməçilərin
əsərlərində rast gəlmək olmur. Məsələn, Ağqoyunlu və Səfəvilərin
hakimiyyəti zamanı əhalinin orta təbəqəsinin ümumi iqtisadi vəziyyəti
haqqında verilən maraqlı məlumatlar onların vəziyyətinin xeyli
yaxşılaşdığını göstərir
58
.
I Təhmasibin hakimiyyətinin təsviri onun müsbət şəxsi
keyfiyyətlərinin sadalanması ilə başlanır. Həmin hissənin ümumən
mədhiyyə xarakteri daşımasına baxmayaraq, burada I Təhmasibin şəxsiyyəti
və onun daxili siyasəti haqqında qiymətli məlumatlar vardır
59
. Onun
hökmdarlıq tarixi ciddi xronoloji qaydada şərh olunur. Hadisələrin təsviri
ümumən yığcam və müxtəsər olsa da, onlardan müəllifin şahidi olduğu


20
hadisələr daha canlı, aydın dildə təsvir olunur və digər narrativ mənbələrdə
deyilənləri maraqlı təfərrüatlarla tamamlayır. Bu, hicri 941 (1534-1535)-ci
ildə Sultan Süleymanın Azərbaycana yürüşlərinə, o cümlədən Məhəmməd
xan Təkəlinin Bağdadı müdafiəsinə də aiddir. Bu yürüşdə iştirak etmiş
Budaq Bağdaddan geri çəkilmə səhnələrini ətraflı təsvir etmişdir.
Budaq məmur kimi bürokratik sistemlə yaxşı tanış olduğu üçün
Səfəvilərin inzibati aparatı haqqında əsərdə hekayə boyu səpələnmiş,
maraqlı məlumatlar vardır. O, özünün əhatə olunduğu mühitdə yeni
təyinatlar və vəzifədən çıxarmalar barədə məlumatlar verir. Budaq şiəliyin və
Səfəvilərin qatı tərəfdarı kimi çıxış edir, mühüm hadisələrin təsviri zamanı
rəsmi məlumatları əsas götürür. Xidmət sahəsinə görə (maliyyə sisiteminə
yaxşı bələd olduğu üçün) bəzən onun qeyd etdiyi rəqəmlər böyük maraq
doğurur.
“Cəvahir əl-əxbar” hakimiyyətdə olan II Şah İsmayıla həsr
olunmuşdur; əsərin sonuncu səhifələrində I Təhmasibin vəfatından sonra
baş vermiş iğtişaşların aydın təsviri verilir və yeni şahın ünvanına xeyir-dua
verilir.
“Əhsən ət-təvarix” - Azərbaycan salnaməçisi

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin