SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə22/31
tarix02.01.2022
ölçüsü291,5 Kb.
#35913
1   ...   18   19   20   21   22   23   24   25   ...   31
M.Yaşar 602

Təşkil olunmuş nitq. Adından da məlum olduğu kimi, əvvəlcədən planlaşdırılmış, nəzərdə tutulmuş nitqdir.

Spontan nitq, yəni xüsusi hazırlıq olmadan, bədahətən söylənilən nitqdir.

Mühazirə: Mühazirə ən cox ali məktəblərdə müəyyən fənn üzrə materialın şifahi yolla şərhidir. Nitqin bu formasından digər elmi idarələrdə, kütləvi tədbirlərdə və.s yerlərdə istifadə olunur. Mühazirənin məruzədən fərqi ondadır ki, birincidə dialoqa yol verilə bilər.

Məruzə: Məruzə bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə deyilir. Məruzə müxtəlif mövzu və şəraitdə aparıla bilər. Görülmüş işlərin yekunu ilə bağlı hesabat məruzəsi, yaranmış vəziyyət barədə yüksək vəzifə sahibinin qarşısında məruzə, elmi-praktik konfransla bağlı məruzə və.s

Məruzə giriş, əsas hissə və nəticə olmaqla üç hissəyə bölünür. Birinci hissədə bəhs açılan məsələnin əhəmiyyətindən, aktuallığından danışılır, qarşıya qoyulan məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir. Məruzənin əsas hissəsində isə görülən işin məzmunu göstərilir, münasibət bildirilir. Sonda isə araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir.



Çıxış: Rəsmi və ictimai tədbirlərdə (iclaslarda, yığıncaqlarda, müşavirələrdə, nümayişlərd, konfranslarda və.s yerlərdə) edilən məruzə ətrafında dinləyicilərin öz fikirini, münasibətini bildirməsidir. Çıxış sözü hazırda bir qədər də geniş darədə işlədilir: müzakirə zamanı edilən çıxışlar, təbrik, matəm, təşviqat xarakterli çıxışlar. Lakin çıxış deyəndə daha çox adamların qarşısında söylənilən nitq forması başa düşülür.


Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin