Uilyam Bleyk (1757-1827)
Ralf Emerson Uolt Uitmen
1803-1882 1819 – 1892
Bütün romantikləri insanın tapdanmış ləyaqəti uğrunda, onun mənəvi və ictimai azadlığı uğrunda mübarizə birləşdirir.
Aida İmanquliyeva
Qərb ədəbiyyatında əsən
Şərq küləyi
Aida xanıma qədər nəinki ərəb məhcər ədəbiyyatı, habelə Qərb romantik poeziyası Azərbaycanda geniş tədqiq olunmamışdı. U.Bleyk, Emerson, Uitmen kimi görkəmli şairlərin həm bədii yaradıcılıq metodları, həm də ideya mövqeləri Azərbaycan oxucularına ilk dəfə olaraq məhz Aida İmanquliyeva tərəfindən təqdim olunmuşdur. Lakin bir daha təkrar etmək istərdik ki, Aida xanımın rolu bu ədəbi proseslər haqqında heç də sadəcə informasiya verməkdən ibarət deyildi. Aida xanım Qərb ədəbiyyatı tarixçisi də deyildi. Lakin onun tədqiqatı empirik səviyyə ilə məhdudlaşmayaraq nəzəri-konseptual dərinliklərə endiyindən, burada ədəbi-bədii məsələlər fəlsəfi məzmun kəsb edirdi ki, nəticədə Şərqdə və Qərbdə gedən ədəbi proseslərin ümumi tendensiyaları tapılıb üzə çıxarılırdı. Onun baxış spektri o dərəcədə zəngin idi ki, təkcə ərəb ədəbiyyatı ilə məhdudlaşa bilməzdi. Buraya istər-istəməz müxtəlif coğrafi məkanlara aid olsalar da, eyni ideyanın və eyni xətti-hərəkətin nümayəndələri və bayraqdarları olan fərqli şəxsiyyətlər daxil edilməli idi. Məhz buna görə də, Aida xanımın baxış bucağında ərəb ədəbiyyatı ilə bərabər Amerika, Avropa və rus ədəbiyyatını da görmək mümkündür. Bir tərəfdən Turgenyev, Çexov, Tolstoy, Dostoyevski kimi rus yazıçılarının ərəb məhcər ədəbiyyatına təsirindən bəhs edilərkən bu yazıçıların öz dünyagörüşləri haqqında da məlumat verilir, digər tərəfdən onların başlıca ideyaları diqqət mərkəzinə çəkilir, söhbət ədəbi şəxsiyyət müstəvisindən ideya müstəvisinə keçirilir. Bleyk, Bayron, Şelli, Emerson, Uitmen, Toro və s. bu kimi görkəmli Qərb şairlərinin timsalında isə Şərq poetik ruhunun Amerikada və Avropada necə yaşadıldığı və qayıdıb yenidən Şərq ədəbi düşüncəsinə necə təsir etdiyi açılıb göstərilir.
Şərq poeziyası və ümumiyyətlə Şərq düşüncə tərzi üçün səciyyəvi olan fikrin rəmzlərlə ifadə olunması Qərb poeziyasının bir sıra görkəmli nümayəndələrində də müşahidə olunur. Düzdür, belə şairlər Qərb mühitində asanlıqla qəbul olunmur, amma zaman keçdikcə bu yaradıcılığın ümumbəşəri dəyəri özünü təsdiq edir. Görkəmli ingilis romantik şairi Uilyam Bleyk də uzun müddət Qərb ədəbi-tənqidi mühitində müqavimətlə qarşılanmışdır. O, ancaq ölümündən sonra böyük şöhrət qazanmışdır; o vaxt ki, artıq Şərq poetik ənənəsinin təsiri kifayət qədər güclənmiş və Avropada romantik poeziyanın tənətənəsi üçün meydan açılmışdır.
Bəli, U.Bleyk rəmzlərlə danışır. Məsələn:
Xeyir – cənnətdir, şər – cəhənnəm.1
Doğurdan da, cənnət və cəhənnəmi ancaq hansı isə fərqli bir məkanda axtarmaqdansa, yaşadığımız məkanın ruhani qatını iki yerə ayırmaqla onların hər ikisini canlı həyatla virtual əlaqə şəklində təsəvvür etmək olar.
Eyni dünyada, hətta eyni mühitdə yaşayanlardan birinin cənnətdə, digərinin cəhənnəmdə olduğunu necə təsəvvür etmək olar? Bleyk «Cənnətlə cəhənnəmin izdivacı» əsərində yazır: «Axmağın və müdrikin gördükləri eyni bir ağac başqa-başqadır».2 Doğurdan da, dünyanın eyni olması şərt deyil, əsas məsələ insanların fərqli olmasıdır. İçində xəbislik olan, hər şeydə nöqsan axtaran, həmişə narazı qalan insan üçün dünya necə cənnətə çevrilsin? Seçimi insan özü edir. İçində Allah nuru olan, insanları sevən, təbiətin, həyatın gözəlliklərini görmək iqtidarında olan insan üçün dünya elə cənnət kimi görünəcək, cənnətə çevriləcəkdir.
Sanki insanın içində potensial imkan şəklində həm iblisin, həm də mələyin bərqərar olması mümkündür. Qəlbində mələyin məskən saldığı insan üçün iblis qorxulu deyil.
M.Nüaymə «Qovğa» şeirində yazır:
Dostları ilə paylaş: |