Görkəmli Amerika fiziki
Riçard Fillips
Feynman (Richard Phillips Feynman) 11 may
1918‐ci ildə anadan olmuşdur. Valideynləri –
Melvil və Lüsil Nyu‐Yorkda Kuinsin
cənubunda Far‐Rokveydə yaşayır dılar. Atası
Riçardın dünyaya gəlməsindən əvvəl oğlunun
alim olacağını qərara almışdı (həmin illərdə
qızlar de‐yure akademik də rəcə ala bilsələr də,
onların gələcəyi, adətən, qeyri‐müəyyən qalırdı.
Bununla belə, Riçard Feynmanın kiçik bacısı
bu fikri rədd edərək sonralar məşhur astrofi ‐
zik oldu). Atası hər vəchlə körpə Riçardı onu
əhatə edən dünya nı dərk etməyə sövq edirdi.
Ata oğlunun suallarına özünün fizika, kimya,
biologiya biliklərinə əsaslanıb ətraflı cavab
verməyə çalışırdı. Atası oğlunu bir o qədər
sıxmırdı və ona oğlunu alim görmək arzu ‐
sunda olduğunu bildirmirdi.
Feynman ilk işinin öhdəsindən 13 yaşında
olarkən radioqəbuledicini təmir etməklə gəlir.
Bundan sonra gənc Riçard qonşuları arasında
məşhurluq qazanır. O, ilk əvvəl radio qəbul ‐
edicini cəld və keyfiyyətli təmir edir, digər
tərəf dən isə aparatı sökməmişdən əvvəl əla ‐
mətlər əsasında məntiqlə nasazlığın səbəb lərini
araşdırmağa və təyin etməyə cəhd edirdi.
1943–45‐ci illər arasında Los‐Alamosda
atom bombası hazırlayan alim‐fiziklər qru ‐
puna daxil edilmişdir. Kvant mexanika sında
trayektoriyalar üzrə inteqrallama üsulunu
(1938), eləcə də elementar zərrəciklərin çev ‐
rilmə və qarşılıqlı təsirini təsvir edən kvant
sahə nəzəriyyəsinin Feynman diaqramları
metodunu (1949) işləmişdir. Həmçinin ifrat
axıcılıq nəzəriyyəsini və nüvənin parton mo ‐
de lini irəli sürmüşdür. 1965‐ci ildə Sin‐İtiro
Tomonaqa və Culian Şvinqerlə birgə fizika
üzrə Nobel mükafatına layiq görülmüşdür.
Feynman ali məktəblərdə fizikanın tədris
metodunun islahatçısı sayılır.
Riçard Feynman dörd il Massaçusets
Texnologiya İnstitutunun fizika fakültəsində
təhsil alır, daha sonra təhsilini Prinston
Universitetində davam etdirir.
İkinci Dünya müharibəsi başlayanda Feyn‐
man könüllü olaraq cəbhəyə yollanmaq
istəyir, lakin ədalətsiz psixi yoxlanış səbəbin ‐
dən bu arzusuna çata bilmir. Aspiranturada
oxuduğu illərdə Feynman on üç yaşından
vurulduğu və on doqquz yaşından nişanlan ‐
dığı Arlin Qrinbaumla evlənir. Nigahdan bir
az əvvəl Arlin ölümcül vərəm xəstəliyinə
yoluxur. Feynmanın valideynləri evliliyə qəti
etirazlarını bildirsələr də, o öz bildiyi kimi
hərəkət edir. Nigah mərasimi Los‐Alamosa
yollanarkən qatarda, yolüstündə baş tutur.
Şahidlər küçədən keçən təsadüfi adamlar olur
(çörəkçi və aptekçi), qohumlar mərasimdə
iştirak etmirlər. Mərasim başa çatdıqda və ərin
arvadını öpmə mərasimi çatanda Riçard
yoldaşının xəstəliyini xatırlayır və Arlinin
yanaqlarıdan öpür. Cütlük Los‐Alamosa yetiş ‐
dikdən dərhal sonra atom bombasının hazır ‐
lan ması prosesinə (Manhe en Layihəsi) cəlb
edilir. Bu layihəyə işçi heyətinin çağrılması
anında Feynman hələ də Prinstonda oxu
‐
yurdu və layihəyə daxil olmaq ideyasını ona
məşhur fizik Robert Vilson verir. İlk əvvəl
Feynman atom bombası layihəsinə qoşulmaq
ideyasını həvəssiz qarşılayır, lakin sonradan
bombanı almanların kəşf edəcəyini düşünərək
layihəyə qoşulamağa razılıq verir. Feynman
Los‐Alamosda işlədiyi vaxt Arlin Albukerke
şəhəri xəstəxanasında yatırdı. Feyman hər həftə
sonunu onunla keçirir.
Los‐Alamosda bomba üzərində işlədiyi
illərdə Feyman seyfləri yarmaq vərdişlərinə
Dostları ilə paylaş: