yiyələnir. O, atom bombasının işlənilməsinə
dair bütün informasiyanı – uranın zəngin ‐
ləşdirilməsi texnologiyasından tutmuş bom ‐
banın quraşdırılmasına dair materialların
seyflərdən oğurlamaqla həyata keçirilmiş
təhlükəsizlik tədbirlərinin yetərsizliyini sübut
edir. Bu qədər mühüm informasiyanın sax ‐
lanıldığı seyflərin həvəskar oğru tərəfindəın
yarılması faktı bəşəriyyətin taleyinin bir tük ‐
dən asılı olduğuna dəlalət edirdi.
1950‐ci illərdə Feynman Kaliforniya Tex ‐
nologiya İnstitutunda işləməyə başlayır. Mü ‐
ha ribədən və yoldaşının ölümündən sonra
Feynman dərin sarsıntılar keçirir. Bu illərdə
isə ona bu və ya digər fizika kafedrasında
çalışmaq haqqında saysız‐hesabsız məktublar
gəlir. Belə təkliflərdən biri də Prinstondan gəlir.
Burada isə o vaxtlar Eynşteyn kimi dahilər
dərs deyirdi. Nəhayət, Feyman yenidən elmə
qayıdır. Feyman bütün şübhələrə son qoyduq‐
dan və hədəflərini müəyyən etdikdən sonra
gücünün və özünəinamın yenidən artdığını
hiss edir.
Feynman özünün kvant çevrilmələri nəzə ‐
riyyəsi üzərində işləməyə davam edir. Bun‐
dan əlavə, o, Şrödinger tənliyini tətbiq etməklə
yüksəkaxıcılıq hadisəsinin fizikasının başa
düşülməsinə nail olur. Bu kəşf izahı bir qədər
əvvəl üç fizik tərəfindən alınmış yüksək axı ‐
cılıq hadisəsi ilə birgə alçaq temperaturlar
fizikasına yeni təkan verir. Bundan əlavə,
Feynman kvarkaları kəşf etmiş Mürrey Hell‐
Mannla birgə daha mükəmməl sərbəst neytro‐
nun proton, elektron və antineytrinoya
beta‐parçalanmasında özünü göstərən «zəif
parçalanma» nəzəriyyəsi üzərində çalışır. Bu
nəzəriyyə faktiki olaraq təbiətin yeni
qanunlarını açmağa imkan verirdi. Feyman
kvant hesablamaları ideyasını səsləndirir.
Böyük fizik 15 fevral 1988‐ci ildə vəfat
etmişdir.
Feynmanın «İdrakın sevinci» kitabında
müsahibələri, çıxışları, mühazirələri və məqa ‐
lələri toplanmışdır. Kitabın redaktoru Cefferi
Robins kitab haqqında bunları yazır: «Feyn ‐
manın ustalığının sirrini bilmək üçün mütləq
bu kitabı oxumaq lazımdır. Böyük fizik 13
paraqrafdan ibarət olan bu kitabda təkcə fizi ‐
kadan yox, dindən, fəlsəfədən, hesablama
maşın
larının gələcəyindən,
pioneri olduğu
nanotexnologiyadan, elmdə ciddi söhbətlər ‐
dən və zarafatlardan, elm və sivilizasiyanın
gələcəyindən, əsl alimin dünyanı necə gör ‐
məsindən danışır». Kitabda, həmçinin 28 yan‐
var 1986‐cı ildə Amerika Birləşmiş Ştatlarının
«Çellencer» kosmik gəmisinin partlamasına
dair Riçard Feynmanın xüsusi rəyi yer alıb.
Böyük alimin bu işi elmin gələcək perspektivi
və bəşəriyyətin taleyində alimlərin məsuliy ‐
yəti haqqında əvəzsiz vəsait hesab olunur.
Dostları ilə paylaş: