ZEYTUNUN ӘHӘMİYYӘTİ BARӘDӘ
Allah‐taalanın insanlara yolladığı müqəd ‐
dəs «Qurani‐Kərim»in 8‐ci surəsində zeytu‐
nun xeyirli bitki olduğu göstərilir. Bu onu
göstərir ki, insanlar bu bitkinin xeyirli olma ‐
sını çox qədim zamanlardan başa düşüblər.
Zeytun meyvələrinin quru lətində 50–73% yağ
var. Bitki yağları içərisində zeytun yağı ən
yüksək kaloriyə malikdir. İ.A.Jiqareviçin yazdı ‐
ğına görə, bu yağda 930 kilokalori olduğu
halda kərə və ərinmiş yağlarda 750–780, qoz
yağında 350, şəkərdə isə cəmi 158 kilokalori
var. Bundan başqa zeytun meyvəsinin
tərkibində şəkər, «C» vitamini, A‐karotin‐pro ‐
vi tamini, B2 vitamin qrupu və insan orqaniz ‐
minə lazım olan çoxlu mineral duzlar var. Son
illər Azərbaycan alimləri tərəfindən zeytun
yarpaqlarında bir sıra bioloji maddələr:
qlükozid, flavonoid, üzvi turşular olduğunu
müəyyən etmişlər. Zeytun meyvəsinin ayrı‐
ayrı hissələrinin tərkibində kimyəvi maddə ‐
lərin miqdarı eyni olmur. Zeytun meyvə
hissələrinin tərkibində kimyəvi maddələrin
miqdarı faizlə paylanır (cədvəl 1).
Meyvədə yağın əksəriyyəti meyvənin lət
hissəsində toplanır. Deməli, meyvə nə qədər
Meyvənin hissələri
Su
Yağ
Yaş
zülal
Sulu
karbonlar
Kül
Lət hissəsində
20,64
60,0
6,8
9,9
2,66
Qabığında
4,2
5,2
15,6
70,3
4,16
Toxumunda
6,2
12,3
13,8
65,6
2,16
iri olarsa, toplanan yağın miqdarı da (mey ‐
vənin quru çəkisinə nisbətən) o qədər çox olur.
Zeytun yarpaqları ürək xəstəliyinin
müalicəsində çox faydalıdır. Yarpaqlardan
hazırlanan cövhərdən qan təzyiqinin aşağı
salınmasında, tənəffüs orqanlarının müali
‐
cəsində, ürək‐damar sisteminin fəaliyyətinin
yaxşılaşdırılmasında istifadə edilir. Zeytun
yarpağının dəmləməsi və ya şirəsi qız dır manı
aşağı salır, qanaxma hallarında imalə şəklində
istifadə edilir.
Yetişməmiş meyvəsinin təpitməsi baş
dərisinin kəpək verməsinin qarşısını alır. Zey‐
tun yağı mədəni yumşaldır, öd daşı və
qaraciyər sancıları zamanı istifadə edilir.
Böyrək və sidik kisəsinin xırda daşlarını
tökmək üçün 14 misqal zeytun yağını isti su
ilə qatıb qəbul edirlər. Әzələ ağrıları zamanı
bədəni zeytun yağı ilə yağlamaq məsləhət
görülür. Zeytun yağı komponent kimi yanıq
məlhəmlərinin tərkibində sağaldıcı dərman
kimi işlədilir.
Zeytunun nazik zoğlarını saxsı qaba
yığaraq kömürləşənə qədər yandırır, bundan
sürmə kimi istifadə edirlər. Zoğları yandıran
zaman ondan çıxan su dəri xəstəlikləri və
başqa yaralar üçün xeyirlidir.
Dostları ilə paylaş: |