Sual məktəbəqədər təhsildə təhsilləndirici mühit anlayışı


Mərkəz və ya güşələrin hazırlanması metodikası



Yüklə 129,61 Kb.
səhifə29/58
tarix24.12.2022
ölçüsü129,61 Kb.
#77729
növüTəhsil proqramı
1   ...   25   26   27   28   29   30   31   32   ...   58
MÜHITIN TƏŞKILI. IMTAHAN.

35. Mərkəz və ya güşələrin hazırlanması metodikası
36-42 arasi butun suallarin cavabi bu suala aiddi.

36. İnkişafetdirici və dəstəkləyici mühitin yaradılması üçün guşələrin əhəmiyyəti
I. İnkişafetdirici və dəstəkləyici mühitin yaradılması üçün müxtəlif guşələr (fəaliyyət mərkəzləri) təşkil olunur. Bu guşələr inkişaf sahələri üzrə qurulur və uşağın inkişafını təmin edir. Məktəbəqədər qruplarda şərait elə yaradılmalıdır ki, uşağın sərbəst seçim imkanı olsun. Hər yaş qrupunda bir neçə guşə yaradılır və bunların da hər birində tədqiqat və oyunlar üçün kifayət qədər materiallar təqdim olunur. Yaş qruplarından asılı olaraq guşələr müxtəlif olur.
Guşələr aşağıdakı şərtlər nəzərə alınmaqla tərtib olunur:
1. Uşaqların maraq və inkişaf ehtiyacları;
2. Mövcud olan təlim resursları.
Fəaliyyət mərkəzləri (guşələr) dedikdə, əsasən, aşağıdakılar nəzərdə tutulur:
• Riyaziyyat guşəsi;
Kitab guşəsi;
• Stolüstü oyunlar guşəsi;
Elm guşəsi;
• Təsviri fəaliyyət guşəsi;
Qum və su guşəsi;
• Tikinti materialları guşəsi;
• Sujetli-rollu oyunlar guşəsi;
Məişət-təsərrüfat guşəsi;
• Milli guşə;
Gəlincik guşəsi;
• Nəqliyyat guşəsi;
Təbiət guşəsi;
• Əl əməyi (məktəbəhazırlıq qrupunda) guşəsi.
Fəaliyyət mərkəzləri bir-birindən ayrı təşkil edilir və xüsusi materiallarla təchiz olunur. Mərkəzlərdə qoyulan materiallar (kitablar, oyuncaqlar, həndəsi fiqurlar, oyuncaq qablar, mətbəxə aid oyuncaqlar, kağız, qələmlər, karton, boyalar, plastilin, pazllar, müxtəlif bitkilər və yarpaqlar) uşaqların əli çatan yerlərdə qoyulmalı və onlar həmin materiallarla yaradıcı və müstəqil davranmağa həvəsləndirilməlidirlər. Fəaliyyət mərkəzləri (guşələr) elə yaradılmalıdır ki, orada uşaqlar kiçik qruplarda bir-birilə oynayıb ünsiyyət qura və istədikləri fəaliyyət mərkəzlərini özləri seçə bilsinlər. Həm də fəaliyyət mərkəzlərində uşaqlar birgə oynamaq və əməkdaşlıq etməyi öyrənirlər.
Sujetli-rollu oyun guşəsində uşaqlarda real həyatdan götürülmüş səhnələri canlandırmaq arzusunu oyadan kostyumlar və başqa əşyalar olur. Bu, onların ətrafında baş verənlər və dünyadakı rolunu daha yaxşı başa düşməyə kömək edir. Aşağıdakı cədvəldə bu mövzuda guşələrə aid resursların siyahısı təqdim olunur.


Yüklə 129,61 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin