Sual məktəbəqədər təhsildə təhsilləndirici mühit anlayışı


SUAL 39. İnkişafetdirici və dəstəkləyici mühitin yaradılmasında təsviri fəaliyyət və təbiət guşəsinin guşələrinin rolu



Yüklə 129,61 Kb.
səhifə32/58
tarix24.12.2022
ölçüsü129,61 Kb.
#77729
növüTəhsil proqramı
1   ...   28   29   30   31   32   33   34   35   ...   58
MÜHITIN TƏŞKILI. IMTAHAN.

SUAL 39. İnkişafetdirici və dəstəkləyici mühitin yaradılmasında təsviri fəaliyyət və təbiət guşəsinin guşələrinin rolu.
Təsviri fəaliyyət guşəsi
Təsviri fəaliyyət məktəbəqədər yaşlı uşaqlar üçün ən maraqlı fəaliyyətlərdən biridir və müsbət emosiyalara səbəb olur. Təsviri fəaliyyət guşəsi uşaqların ətraf gerçəkliyin estetik tərəfinə marağının formalaşdırılması və onların özünüifadə tələbatının ödənilməsini yerinə yetirir. Burada uşaqlar asudə vaxtlarında rəsm çəkir, heykəlciklər hazırlayır və aplikasiya işlərini yerinə yetirirlər.
Mərkəzin vəzifələri:
• Bədii-təsviri fəaliyyət prosesində emosional münasibət və parlaq ifadəli obrazlar yaratmaq arzusunu tərbiyə etmək;
• Rənglərlə müstəqil eksperiment aparmaq arzusunu formalaşdırmaq (rənglərin qarışması və çalarların alınması), materiallarla (plastilin, gil və xəmir) işləmə vərdişlərini öyrətmək;
• Materialın rəngini seçmək və dəyişdirmək bacarığını inkişaf etdirmək;
• Əl barmaqlarının kiçik əzələ və motorikasını (plastilin, gil və şablonlarla iş zamanı) formalaşdırmaq;
• Zəruri mədəni-gigiyenik bacarıqları formalaşdırmaq, təsviri fəaliyyətlə məşğul olduqdan sonra əlləri müstəqil və düzgün yumaq bacarığı;
• Qələmlər, fırçalar və s. ilə hərəkət edərkən təhlükəsiz davranış haqqında fikirlər yaratmaq;
• Alət və materiallara diqqətli münasibət bəsləmək və onlardan təyinatı üzrə istifadə etmək və yerinə qoymaq.
Təsviri fəaliyyət guşəsi uşaqların ətraf gerçəkliyin estetik tərəfinə marağının formalaşdırılması və onların özünüifadə tələbatının ödənilməsi vəzifəsini yerinə yetirir. Burada uşaqlar asudə vaxtlarında rəsm çəkir, gildən müxtəlif əşyalar düzəldir və kəsib yapışdırma işlərini yerinə yetirirlər.
Adətən, balacaların sərəncamında müxtəlif təsviri materiallar olur: Karandaşlar, sulu boya, quaş, kağız, müxtəlif faktura, ölçü və rəng, karton və didaktik oyunlar. Burada xalq bədii sənətkarlıq nümunələri (gözəllik rəfi) ilə kiçik bir sərgi üçün yer də olur. Guşədə xalq tətbiqi sənəti nümunələri olan albomlar və tanınmış rəssamların illüstrasiyaları olmalıdır. Uşaq işləri (rəsm, əl işi və kollajlar) sərbəst girişi olan xüsusi stenddə hamının gözü qarşısında sərgilənir.
Lazım olan ləvazimatlar:
• Mum, akvarel və rəngli təbaşirlər;
• Flomaster;
• Quaş, akvarel və barmaq boyaları;
• Fırçalar;
• Su üçün qablar;
Rəngli karandaşlar;
• Plastilin və gil üçün taxta;
• Gil və xəmir; • Salfetlər;
• Çubuqlar, borular, klişe, köpük, süngər və trafaretlər;
• Rəngli və ağ kağız, karton, yapışkanlı etiket, etiket və parçalar;
• Küt uclu qayçı;
• Təbaşirlə rəsm çəkmək üçün kiçik lövhələr;
• Rəsm lövhəsi;
• Təmizlik avadanlığı
Didaktik materiallar:
• Nümunələri ilə rəngləmələr (“Raskraska”), mövzulu rəngləmələr;
• Rəsm reproduksiyası;
• Uşaq kitab rəssamlarının reproduksiyası;
• İlin müxtəlif fəsillərində heyvanlar və təbiətin illüstrasiyaları.
V. Təbiət guşəsi
Təbiət guşəsi qrup otağının bəzəyi olacaq və uşaqlara müşahidə və eksperimental fəaliyyət göstərməyə imkan verəcək. Bundan əlavə, məktəbəqədər yaşlı uşaqlara məsuliyyət və qayğı kimi hisslər aşılanır, çünki uşaqlar bitkilərə qayğı göstərməyi öyrənirlər.

Yüklə 129,61 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin