Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Oyuncaqların məktəbəqədər yaşlı uşaqların inkişafında rolu



Yüklə 183,53 Kb.
səhifə31/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   27   28   29   30   31   32   33   34   ...   86
İmtahan suallarının cavabları 2

Oyuncaqların məktəbəqədər yaşlı uşaqların inkişafında rolu.

Oyuncaqlar uşaqların tərbiyəsində mühüm rol oynayır. O, uşağın əlində oyuncaq, tərbiyəçi üçün isə mühüm tərbiyə vasitələrindən biridir. Uşaq oyuncaqla müxtəlif təcrübələr əldə edə bilir. Məsələn, o, maşını döşəmə üzərində sürür, müxtəlif əşyalarla yükləyir. Qucağında gəlincik uyumuş bir qız özünü əsl “ana” hesab edir. Uşaq oyuncaq vasitəsilə əşyaların xassələri ilə yaxından tanış olur. Hər bir oyuncaq real həyatdakı əşyaları, insan və heyvanları əks etdirir. Oyuncaqların köməyi ilə valideynlər və tərbiyəçilər uşaqların görüş dairəsini genişləndirir, onların təfəkkür və təxəyyülünü inkişaf etdirirlər. Oyuncaqlar vasitəsilə tərbiyəçilər uşaqlarda texnikaya maraq yaradır, yaradıcılığa həvəs oyadır. Obrazlı və didaktik əhəmiyyət kəsb edən oyuncaqlar isə uşaqların nitqini inkişaf etdirir, lüğət fondunu zənginləşdirir.
Müxtəlif materiallardan düzəldilən oyuncaqlar tərbiyəvi əhəmiyyətinə görə müxtəlif növlər üzrə ( mütəhərrikli. sensor, quraşdırma) fərqlənirlər. Müasir pedaqoji ədəbiyyatda oyuncaqlar istifadə müxtəliliyinə görə təsnif olunur: a) süjetli-obrazlı oyuncaqlar adamları, heyvanları, müxtəlif əşyaları əks etdirir; b) oyun üçün tikinti materialı, idman və müxtəlif hərəkətlər üçün oyuncaqlar; c) dekorativ kölgə və kukla teatrı üçün personajlar, dramlaşdırma üçün kostyumlar, yolka oyuncaqları; ç) əyləncə üçün oyuncaqlar; d) musiqi səsləndirən oyuncaqlar; e) kompüter oyuncaqları.
Oyuncaqlardan qədim tarixə malik olan gəlincik tərbiyə prosesində xüsusi əhəmiyyət kəsb edir. Gəlincik insan obrazıdır. Gəlincik vasitəsilə uşaq insanların həyat və əmək tərzinə daxil olur, məişət münasibətlərini öyrənir. Tikinti materiallarına aid əşyalar quraşdırma oyununda özünəməxsus əhəmiyət kəsb edir. Bütün bu oyuncaqlar uşaqların təsəvvürlərini genişləndirir, təxəyyülünü inkişaf etdirir.Yumşaq materialdan düzəldilmiş heyvan oyuncaqları heyvanlara maraq və məhəbbət yaratmaq üçün çox faydalıdır.
Didaktik oyuncaqlar uşaqları rəng, forma, böyüklük və s. anlayışlarla tanış edir. Didaktik oyuncaqların növləri bunlardır: 1) hissələri ayrılan oyuncaqlar; 2) qurma üçün oyuncaqlar; 3) stolüstü çap oyunları üçün oyuncaqlar.




  1. Yüklə 183,53 Kb.

    Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin