Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22



Yüklə 183,53 Kb.
səhifə28/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   24   25   26   27   28   29   30   31   ...   86
İmtahan suallarının cavabları 2

33. İctimai-siyasi bayramlar.
İctimai-siyasi bayramlar. Dövlət tərəfindən təntənəli səviyyədə həyata keçirilən şənliklərdir. Belə bayramlara 8 Mart Beynəlxalq qadınlar günü, 9 May Respublika günü, 18 Oktyabr Dövlət Müstəqilliyi günü, 31 Dekabr Dünya azərbaycanlıların həmrəyliyi günü, 1 İyun Beynəlxalq uşaqlar günü aiddir. Bütün bu bayram şənliklərini qeyd etməklə uşaqlar bu tarixi hadisələrin mahiyyəti ilə yaxından tanış və onların məzmununa aid şerlər, mahnılar öyrənir, şən rəqslər, əyləncəli proqramlar hazırlayırlar.
İctimai-siyasi bayram şənlikləri ilə yanaşı uşaq bağçalarında siyasi xarakterli tədbirlərin, tarixi hadisələrin xüsusi qeyd olunması yüksək əhəmiyyət kəsb edir.
Məsələn, 31 Mart milli soyqırımı günü, 20 Yanvar faciəsi və Xocalı soyqırımı günlərinin qeyd olunması tariximizin qanlı səhifələri haqqında uşaqlara yaşlarına müvafiq məlumatlar verir, onları düşmənə nifrət hissi aşılayır. Uşaqlarda Xocalı soyqırımı haqqında geniş anlayış yaratmaq məqsədi ilə bu barədə onlara ətraflı məlumat vermək lazımdır. Şəhidlərin xatirəsinə əziz tutmaqla uşaqları mərdlik, mübarizlik, qəhramanlıq ruhunda tərbiyə etmək zəruridir. Çünki indi müstəqil Azərbaycan Respublikasının həyati gerçəkliyi uşaqlarda yüksək mənəvi dəyərlərin, o cümlədən, birlik, həmrəylik, qeyrətlilik, Vətənə, xalqa və doğma torpağa bağlılıq, Milli Orduya məhəbbət, düşmənə nifrət və s. keyfiyyətlərin daha yüksək səviyyədə tərbiyə olunmasını tələb edir. Bir də ölməz şairimiz S.Vuröun demişkən, “Bədii söz uşaq qəlbini bahar kimi şəfəqləndirməyi bacardığı kimi, onu zülmətlərdən, tufanlardan, fırtınalardan keçirməyə, mübarizəyə, inkişaf və tərəqqiyə hazırlamalıdır. Uşaqlarımız sevinməklə yanaşı, pərişan olmağa, gülməklə bərabər ağlamağa, mütəssir olmağa da alışmalıdır”. Xüsusən xalqımızın milli istiqlaliyyət uğrunda apardığı mübarizə erməni faşizminin alçaq cinayətkarlığı məktəbəqədər dövrdən uşaqlara aydın başa salınmalıdır. Milli qəhrəmanlara, şəhid oğul və qızlarımızın döyüş şücaətlərinə, Dağlıq Qarabağa, Xocalı qırğınına, xəyanətkarlığın qurbanı olmuş Şuşaya, Qartal yuvası Laçına dair yazılmış əsərlərdən uşaq bağçalarında keçirilən tədbirlərdə yerli-yerində istifadə edilməlidir. Uşaq bağçalarında çalışan tərbiyəçilər tarixi tədbirlər hazırlayan zaman, bədii əsərlərdən istifadə edərkən, Səməd Vurğunun vaxtilə dediyi kimi “xalqımızın varlığını sadəcə ardıcıl bir şəkildə keçmək deyil, onun mənəvi həyatını böyük vüqar və iftixar hissi ilə tərənnüm etməlidir.



Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin