31. Məktəbəqədər yaşlı uşaqların həyatında bayram şənlikləri
Uşaq bağçasında keçirilən bayram və əyləncələr uşaqlar üçün həmişə şənlik təntənə deməkdir. Bayram uşaqların həyatına parlaq bir hadisə kimi daxil olur və uzun müddət onların yadında qalır. Lakin bayramın mənası təkcə uşaqlara şadlıq gətirməkdən ibarət deyil, o, uşaqların hərtərəfli inkişafına kömək edən tərbiyə vasitəsidir. Bayramlar uşağın qəlbində Vətənə məhəbbət, əmək adamlarına hörmət, milli adət və ənənələrimizin qorunub saxlanması və bu bayramların mahiyyətini məzmununu öyrənmək anlayışı yaratmalıdır. Bayram və şənliklər uşaqlarda məşğulluq, sevinc, fərəh və iftixar hissi yaratmaq məqsədi ilə həyata keçirilən təntənəli tədbirlərdir. Belə tədbirlər uşaqlarda ictimai fəallıq hissi yaradır. Uşaqlar bayram tədbirlərində iştirak etdikcə, onların şüuru, nitqi, dünyagörüşü sürətlə inkişaf edərək müvafiq bilik, bacarıq və vərdişlərlə zənginləşir. Hər bir bayram tədbirinin keçirilməsi xüsusi hazırlıq və bədii tərtibat tələb edir. Bayram tədbirlərinin yüksək zövqlə keçirilməsi uşaqların yaş və anlaq səviyyəsinə uyğun olmalı, onlarda həmin hadisələr və milli adət ənənələr haqqında müvafiq anlayışlar yaradır. Belə tədbirlərə hazırlaşarkən folklordan götürülmüş bayatılar, nəğmə və şən mahnılar milli mənəvi dəyərlərimizə , Vətənə sonsuz məhəbbət hissi yaradır. Uşaqlar bədii mətnlər, mahnılar, hikmətli sözlər vasitəsilə öz doğma respublikası haqqında yeni-yeni məlumatlar alır, xalqımızın yüksək dəyanətliliyi, mərdliyi, əməksevərliyi, qonaqpərvərliyi və digər mənəvi keyfiyyətləri ilə fəxr edirlər. Bu məqsədlə də uşaq bağçalarında qeyd edilən bayram şənliklərivə tədbirlər məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir
Bayram şənlikləri məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsində, o cümlədən, əxlaq tərbiyəsində düzgün və səmərəli istifadə etmək son dərəcə vacibdir. Tarixən el şənlikləri, mərasimlər onun icrası xalqımız üçün həmişə əziz və müqəddəs olmuşdur. Ad qoydu, toy, yas və s. müqəddəs tarixi günlər həmişə böyük təntənə ilə qeyd olunmuşdur. Xalqımız qədim dövrlərdən bəri ad qoyma mərasiminə çox böyük əhəmiyyət verib. “Kitabi Dədə-Qorqud” dastanında Dədə-Qorqud insan adlarının mənasına və düzgünlüyünə xüsusi diqqət vermişdir. “Adını mən verdim, bəxtini tanrı versin”, “İgid adı ilə tanınar”, “Adınla qocalasan bala” və s. Keçirilən hər bir şənlik, hər bir tarixi hadisə öz məzmunu ilə uşaqları böyük amal uğrunda tərbiyə edir.Başqalarının səadəti naminə, Vətənin, xalqın və ümumən bəşəriyyət naminə çalışmağın içində insanın özü, onun mənafeyi durur.
Uşaq bağçalarında keçirilən bayram tədbirlərini məzmununa görə üç qrupa bölmək olar. 1. İctimai-siyasi bayramlar;
2. Məişət bayramları;
3. Mövsümü bayramlar.
İctimai-siyasi bayramlar. Dövlət tərəfindən təntənəli səviyyədə həyata keçirilən şənliklərdir. Belə bayramlara 8 Mart Beynəlxalq qadınlar günü, 9 May Respublika günü, 18 Oktyabr Dövlət Müstəqilliyi günü, 31 Dekabr Dünya azərbaycanlıların həmrəyliyi günü, 1 İyun Beynəlxalq uşaqlar günü aiddir. Bütün bu bayram şənliklərini qeyd etməklə uşaqlar bu tarixi hadisələrin mahiyyəti ilə yaxından tanış və onların məzmununa aid şerlər, mahnılar öyrənir, şən rəqslər, əyləncəli proqramlar hazırlayırlar.
İctimai-siyasi bayram şənlikləri ilə yanaşı uşaq bağçalarında siyasi xarakterli tədbirlərin, tarixi hadisələrin xüsusi qeyd olunması yüksək əhəmiyyət kəsb edir.
Məsələn, 31 Mart milli soyqırımı günü, 20 Yanvar faciəsi və Xocalı soyqırımı günlərinin qeyd olunması tariximizin qanlı səhifələri haqqında uşaqlara yaşlarına müvafiq məlumatlar verir, onları düşmənə nifrət hissi aşılayır. Uşaqlarda Xocalı soyqırımı haqqında geniş anlayış yaratmaq məqsədi ilə bu barədə onlara ətraflı
məlumat vermək lazımdır. Şəhidlərin xatirəsinə əziz tutmaqla uşaqları mərdlik, mübarizlik, qəhramanlıq ruhunda tərbiyə etmək zəruridir. Çünki indi müstəqil Azərbaycan Respublikasının həyati gerçəkliyi uşaqlarda yüksək mənəvi dəyərlərin, o cümlədən, birlik, həmrəylik, qeyrətlilik, Vətənə, xalqa və doğma torpağa bağlılıq, Milli Orduya məhəbbət, düşmənə nifrət və s. keyfiyyətlərin daha yüksək səviyyədə tərbiyə olunmasını tələb edir. Bir də ölməz şairimiz S.Vuröun demişkən, “Bədii söz uşaq qəlbini bahar kimi şəfəqləndirməyi bacardığı kimi, onu zülmətlərdən, tufanlardan, fırtınalardan keçirməyə, mübarizəyə, inkişaf və tərəqqiyə hazırlamalıdır. Uşaqlarımız sevinməklə yanaşı, pərişan olmağa, gülməklə bərabər ağlamağa, mütəəssir olmağa da alışmalıdır”. Xüsusən xalqımızın milli istiqlaliyyət uğrunda apardığı mübarizə erməni faşizminin alçaq cinayətkarlığı məktəbəqədər dövrdən uşaqlara aydın başa salınmalıdır. Milli qəhrəmanlara, şəhid oğul və qızlarımızın döyüş şücaətlərinə, Dağlıq Qarabağa, Xocalı qırğınına, xəyanətkarlığın qurbanı olmuş Şuşaya, Qartal yuvası Laçına dair yazılmış əsərlərdən uşaq bağçalarında keçirilən tədbirlərdə yerli-yerində istifadə edilməlidir. Uşaq bağçalarında çalışan tərbiyəçilər tarixi tədbirlər hazırlayan zaman, bədii əsərlərdən istifadə edərkən, Səməd Vurğunun vaxtilə dediyi kimi “xalqımızın varlığını sadəcə ardıcıl bir şəkildə keçmək deyil, onun mənəvi həyatını böyük vüqar və iftixar hissi ilə tərənnüm etməlidir. Bu, o deməkdir ki, orta, yaxud ali təhsilli bir gənc (məktəbəqədər yaşlı uşaq) Vaqifin böyük bir şair olmasını, Cavanşirin böyük bir qəhrəman olmasını öyrəndiyi zaman, onların azərbaycanlı olmaları, Azərbaycan torpağında yaranmaları ilə fəxr etməlidir. Bizim qəhrəmanlıq tariximizi tədris tərbiyəçilərimiz tarixi və ictimai hadisələrdən, bu və ya digər qəhrəmanın fəaliyyətindən bəhs edən vaxt onları yalnız siyasi və ictimai bir xadim kimi göstərməklə kifayətlənməyərək, o qəhrəmanların müxtəlif həyat səhnələrindən, ayrı-ayrı səciyyələrindən, zövqlərindən, adət və məişət qaydalarından, hər birinin yaşamış olduğu iztirab və sevinc zamanlarından canlı və təravətli söhbətlər etməlidir. Belə olduqda hər bir söhbət pedaqojiləşərək öz vəzifəsini daha yaxşı yerinə yetirmiş olur, “Uşaq xəyalı ağ buludlarların cərəyanına qoşulub uçur,
Dostları ilə paylaş: |