Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Uşaq bağçası ilə məktəbin əlaqə formaları



Yüklə 183,53 Kb.
səhifə34/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   30   31   32   33   34   35   36   37   ...   86
İmtahan suallarının cavabları 2

Uşaq bağçası ilə məktəbin əlaqə formaları.

Uşaq bağçası ilə məktəb arasında varislik ( ardıcıllıq) əlaqəsi əsasən proqramların məzmununda ifadəsini tapır. Məktəbin birinci sinfində keçilən bütün fənlər üzrə bilik və


vərdişlərin başlanğıcı ilə uşaqlar uşaq bağçasında tanış olurlar. Bu məqsədlə də uşaq bağçasının və məktəbin proqramı təlimin ümumi prinsipləri əsasında qurulur.


Proqramlarda məzmunca da ümumi yaxınlıq vardır. Məsələn, uşaq bağçasında və ibtidai siniflərdə Azərbaycan dilinin tədrisi qarşısında bir məqsəd durur: nitqin hərtərəfli inkişaf etdirilməsi. Uşaq bağçasında iş bu lüğət fondunun inkişafı üzərində qurulur, nitqdə səslərin düzgün tələffüzü və nitqin rabitəli formalaşdırılması get-gedə təkmilləşir. Məktəbdə bunun əsasında qarşıya yeni vəzifə qoyulur, yazılı nitq vərdişi formalaşdırılır, morgologiya və sintaksisin elementləri öyrədilir.
Uşaq bağçasında və ibtidai siniflərdə təbiətşünaslığa aid bilik canlı təbiətlə cansız təbiət arasındakı əlaqəni əks etdirir. Məktəbəqədər yaşlı uşaqlar ətraf mühit haqqında anlayışları bəsit şəkildə qavrasalar da bu, ibtidai siniflər üçün özül xarakteri daşıyır. Uşaqlar bu bilikləri ilə təbiətə münasibətdə əsasən düzgün istiqamət götürürlər. Bunsuz müasir ibtidai təhsil proqramlarının qavranılması çətin olur.
Uşaq bağçasının proqramlarında uşaqları əhatə olunduqları mühitlə - təbiət və ictimai həyat hadisələri ilə tanış etmək nəzərdə tutulur. Eləcə də məktəb proqramları tədris prosesində uşaqları ictimai mühitlə tanışlıq üçün geniş imkanlara malikdir. Bu proses sinifdənxaric tədbirlərdə də davam etdirilir, şagirdlərin tərbiyəsində mühüm rol oynayır.
Onu da qeyd etmək lazımdır ki, uşaq bağçasında və məktəbdə tətbiq olunan tələblər arasında müəyyən fərqlər mövcuddur. Bu fərqlər təlim-tərbiyənin məzmunu, uşaqların yaş xüsusiyyətləri və anlaq səviyyələri ilə müəyyən olunur.
Məktəbdə dərs prosesində şagirdlər müəyyən biliyə yiyələnməklə əxlaqi cəhətdən inkişaf edirlər. Təcrübə göstərir ki, işi mütəşəkkil və keyfiyyətli quran uşaq bağçalarından məktəbə gələn məzunlar çox fəal və intizamlı olur, davranış qaydalarına daha yaxşı riayət edirlər. Əksinə, hansı bağçada uşaqların məktəbə hazırlıq işi lazımi səviyyədə qurulmayıbsa, həmin bağçalardan gələn uşaqlar məktəbin rejimi ilə ayaqlaşa bilmirlər. Belə problemlər təkcə müəllimin fəaliyyətini çətinləışdirmir, eyni zamanda uşaqların əqli və əxlaqi cəhətdən inkişafını çox ləngidir. Bu məqsədlə də məktəbəqədər dövrdə uşaqları məktəbə hazırlama işinə çox ciddi yanaşmaq lazımdır.



  1. Yüklə 183,53 Kb.

    Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin