Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Uşaq bağçası ilə ailənin birgə işi



Yüklə 183,53 Kb.
səhifə35/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   31   32   33   34   35   36   37   38   ...   86
İmtahan suallarının cavabları 2

Uşaq bağçası ilə ailənin birgə işi.

Günəş bir damla suda əks olunduğu kimi, ata və ananın əxlaqi saflığının da uşağında əks olunması. Uşağın sonrakı həyat tərzinin valideynin tərbiyəsindən asılılığı.
«Quarani-kərim»də və Ulu Peyğəmbərimiz Məhəmməd (ə.s). hədislərində övlad tərbiyəsində valideyn məsuliyyəti və valideyn borcundan geniş bəhs olunması.
Hər bir uşağın qeyri-ixtiyari və düşünmədən öz valideyn- lərini təkrarlaması, ata və ananı, böyük bacı və qardaşlarını, nənə və babanı təqlid etməsi, ailədə yaşadığı mühiti dərk etməsi və tərbiyə olunması.
Bəzi pedaqoqların ailələri xarakterinə görə üç yerə ayırmaları: ideal ailə, orta ailə, mənfi və ya dava-dalaşlı ailə.
Valideynlərə tərbiyənin ümumi əsasları ilə ətraflı tanış olmaq, bu sahədə lazımi biliklərə yiyələnməyin olduqca zəruri- liyi. Məhz bunu nəzərə alaraq bağça rəhbərləri və tərbiyəçilərinin valideynlər üçün vaxtaşırı təlimatı müşavirələr, söhbətlər, dis- kussiyalar keçirməyə, məsləhət və tövsiyələrini verməyə müvəf- fəq ola bilmələri. Çünki bu üsulun istər bağça tərbiyəçilərinin, istərsə də valideynlərin məsuliyyətinin artırılmasına səbəb olması. Ayrı-ayrı valideynlərlə fərdi söhbətlər apararkən tərbi- yəçilərin bunun müsbət nəticəsinin şahidi olması.
Aparılan tədqiqatlar göstərir ki, ailədaxili nöqsanlar ailənin öz quruluşundan, ailə münasibətlərindən, yaşlıların öz vətəndaşlıq borcuna laqeydliyindən, onların əməyə münasibətindən və s. məsələlərdən irəli gəlməsi. Məhz buna görə də bağça tərbiyə- çilərinin bir sıra ailə tipləri ilə rastlaşması. Tərbiyəçilər belə bir ailə tiplərini ona görə öyrənməlidirlər ki, onlarda iş zamanı dife- rensiallaşdırmadan istifadə oluna bilsin. Bu baxımdan tərbiyə- çilərin öz gündəlik əməli işlərində aşağıdakıları diqqət mərkə- zində saxlamağa önəm vermələri:
1. Ailə tipləri və ailədə uşaq tərbiyəsinin çətinlikləri
2. I tip. Uşaq tərbiyəsini müvəffəqiyyətlə quran ailələr
3. II tip. Uşaq tərbiyəsini formal müvəffəqiyyətlə quran ailələr
4. III tip. Uğursuz ailələr
5. IV tip. Yarımçıq ailə
6. Məktəbəqədər tərbiyə müəssisələrinin ailə ilə əlaqə
formaları. İş sistemi və məqsədin müəyyən edilməsi.
7. Bağçanın ailə ilə fərdi əlaqə formaları
8. Bağçanın ailə ilə kollektiv əlaqə formaları. Əhali ara-
sında pedaqoji təbliğat işi.
Məktəbəqədər təhsil müəssisələrinin ən mühüm vəzifələrindən biri ailə ilə birlikdə
qarşılıqlı əlaqədə uşağın hərtərəfli inkişafını təmin etməkdir. Bu işdə valideynlərin
təşəbbüsü daha çox olmalıdır. Tərbiyəçilər valideynləri cəlb etmək üçün müxtəlif yol və
üsullardan istifadə etməlidirlər. Bu işi bir neçə istiqamətdə təşkil etmək olar. Təlim
prosesinə valideynləri cəlb etmək, onların bacarıqlarından səmərəli istifadə etmək, daim
könüllü əməkdaşlığa sövq etmək, müxtəlif müzakirələrə dəvət edərək onların fikirlərindən
faydalanmaq lazımdır. Tərbiyəçi öz qrupunda olan uşaqların valideynlərini yaxından
tanımalı, onların fərdi xüsusiyyətlərini bilməlidir. Hər bir valideynin müsbət
keyfiyyətlərindən uşaqların inkişafı üçün istifadə etməyi bacarmalıdır. Marağı olmayan
valideynləri maarifləndirərək məktəbəqədər təhsil müəssisəsinə cəlb etmək lazımdır.
Bu öhdәliklәr aşağıdakılardan ibarәtdir:
• Hәr bir mәrhәlәdә real qәrarların qәbul edilmәsi prosesindә iştirak etmәk, yәni
problemlәrin müәyyәnlәşdirilmәsi, işin nә dәrәcәdә praktik olub-olmamasının
öyrәnilmәsi, planlaşdırılması, hәyata keçirilmәsi vә dәyәrlәndirilmәsi;
Tәrәfdaşlardan biri kimi, tәhsil sahәsindә xidmәtin hәyata keçirilmәsindә iştirak
etmәk;
• Resurs, material vә әmәk qüvvәsini tәmin etmәklә prosesә cәlb olunması;
• İştirak etmә vә informasiya qәbul etmәklә (mәsәlәn, valideyn iclaslarında) cәlb
olunması, passiv qәbula işarә etmәklә prosesdә iştirak etmәsi.
Әmәkdaşlıq eyni fәaliyyәt növündә iştirak etmәk demәkdir. Lakin hamının bu
prosesdә iştirakının bәrabәrliyi vacib deyil. Әmәkdaşlıq dedikdә, daha fәal vә öhdәlikli cәlb olunma nәzәrdә tutulur. . Hәr bir әmәkdaşlıqda hәr bir tәrәfdaşın tәbii
ki, müәyyәn maraqları vә onları şәrtlәndirәn sәbәblәri olur. Bir çox hallarda әmәkdaşlığa
daxil olmaq üçün bir sıra vacib sәbәblәri müәyyәnlәşdirmәk mümkündür:
• Birgә tәcrübә vә sәriştә - tәrәfdaşlardan hәr biri işin gedişindә öz bilik vә
bacarıqlarından qarşılıqlı surәtdә faydalana vә istifadә edә bilәr;
• Qarşılıqlı dәstәk - iş şәraiti çәtin olduqda, mәhz әmәkdaşlıq vasitәsilә qarşılıqlı
dәstәk nәticәsindә qarşıya qoyulmuş mәqsәd üçün bütün sәylәr göstәrilir;
• İş bölgüsü - əmәkdaşlıq vasitәsilә tәrәfdaşlar hәr hansı bir işi, layihәni hәyata
keçirәrkәn öz sәriştәlәrinә görә sәylәrini cәmlәşdirә bilәrlәr. Bu halda heç dә vacib
deyildir ki, tәrәflәrdәn hәr ikisi eyni dәrәcәdә müәyyәn sahәdә daha çox sәriştәli
olsun. Belә olan tәqdirdә birgə iş, layihәnin birgә hәlli vә ümumi reallaşmasına
kömәk edir.



Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin