HİPERAKTİVLİK (hyperactivity) – teleekranda reklam kliplərinin göstərilmə tezliyiinin artması. H. mütləq qiymətlərin artırılması ilə müşayiət edilir və heç də həmişə dəyərlərin qiymətlənməsi baxımından reklam sifarişçisinin və telekanalın xeyrinə olmur.
HİPERFOKAL MƏSAFƏ (SONSUZLUĞUN BAŞLANĞICI) (hyperfocal distance) – Obyektivin sonsuzluğa qurulması zamanı hələ də kəskin təsvir edilən, obyektivə ən yaxın plana qədər olan məsafə.